Bütün türklərin tərcümanı
~
149
~
«Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla» -
qənaətində olan Molla Abbasa görə hər bir Avropalının düşüncəsinə
bu şüar hakim olduğu üçün bu ölkələrdə tərəqqi və firavanlıq
mövcuddur. Molla Abbas elmi, maarifi, məktəbi dünyanı nura
boyayan günəşə bənzədir, bütün geriliyin səbəbinin nadanlıqda,
cahillikdə görür. Onun fikrincə, alim nadanın, bilən bilməyənin
buyruqçusudur. Haqqa, ədalətə yüksək dəyər verən Molla Abbas
yazır ki, malın çoxluğu insanı xoşbəxt edə bilməz, səadətin çeşməsi
ədalətdir. Elm, təhsil, tərbiyə ədalətin intişarına xidmət etmədikcə
insan oğlu səadətdən uzaq qalacaqdır. Avropanı səyahət edən Molla
Abbasın hekayəti, macəraları oxucuda böyük maraq oyadır, onu
əyləndirir, eyni zamanda düşündürür, qayğılandırır. Molla Abbasın
Fransa səyahəti bir-birini əvəz edən müxtəlif hadisələrlə,
unudulmaz obrazlarla zəngindir. Daha çox yadda qalanı,
ibrətamizisə Molla Abbasın qənaətləridir: oxumalıyıq, təlim
keçməliyik, öyrənməliyik. Rahat yaşamaq, məsud olmaq, tərəqqi
etmək istəyirsənsə, maariflənməlisən!
Darrürrahat müsəlmanları
Əvvəldə də söylədiyimiz kimi, bu əsər «Firəngistan məktub-
ları»nın davamıdır və hissə-hissə «Tərcüman»da dərc edildikdən
sonra 1906-cı ildə Baxçasarayda kitab şəklində nəşr olunmuşdur.
Müəllif burada Molla Abbasın İspaniyaya səyahətindən, oradakı
insanların, o cümlədən müsəlman toplumunun həyat, düşüncə
tərzindən bəhs edir. Fransadan İspaniyaya qədəm qoyandan bu
ölkənin abadlığı, təbiətinin gözəlliyi səyyahın diqqətini çəkir: «Hər
tərəfdə iş və qeyrət, hünər və mərifət gördüm, xarabalığa, sahibsiz
bir mahala, yerə rast gəlmədim». Molla Abbasın fikrincə, ispanlarda
Abid Tahirli
~
150
~
da nizam-intizam, əməksevərlik, ədalət hissi güclüdür, lakin onlar
«fransızlardan ziyadə dindar olub, ibadətxanalara ziyadə hörmət
edərlər». Müəllif İspaniyanın tarixindən, ərəb xilafətinin bu ölkənin
işğalından və islamdan sonra İspaniyanın çiçəklənməsindən bəhs
edir, zamanında hərbin, elmin, maarifin, mədəniyyətin, ticarətin
inkişafına görə bütün dövlətlərdən üstün olduğunu vurğulayır.
Cəhalət və ətalət bataqlığında can verən Türkistandan tərəqqi edən
Avropaya gələn, burada təhsilin, elmin, mədəniyyətin sürətli
inkişafını gözləri ilə görən Molla Abbas «Firəngistan məktub-
ları»ndan tanıdığımız Şeyx Cəlalla və ərəb qızları ilə birlikdə çox
çətinliklə də olsa, tunelləri, gizli yolları dəf edə-edə Darrürrahat
şəhərinə – müsəlman toplumunun məskunlaşdığı ölkəyə təşrif gətir.
Burada gördükləri türkistanlıların xəyallarına belə gətirə
bilməyəcəkləri, fransızların isə yalnız arzulaya biləcəyi bir cəmiyyət
mövcuddur. Haqq-ədalət tam bərqərar olmuşdur, qanunlardan kənar
əməl insanların düşüncəsinə yaddır, oğurluq yox, yalan danışmaq
yox, qul, dilənçi yox, məktəblərdə islam dini ilə yanaşı dünyəvi
elmlər tədris edilir, hər yer abaddır, hər yerdə təmizlik, səliqə-
sahman hakimdir, küçələr Avropadakı kimi fənərlərlə yox, elektrik
işığı ilə nura boyanır, telefon, poçt xidməti qüsursuz xidmət
göstərir, pulsuzdur. Molla Abbası islam mədəniyyətinin bu ali
dərəcəsi məftun etmişdir. Molla Abbas bu islam ölkəsinin
mədəniyyətinin, məişətinin «Avropadan çox irəli olduğunu,
türkistanlıların çox geridə qaldığını anlayır. Yaraşıqlı baxçalar,
bərəkətli bağlar, dəmiryol xətləri, məktəblər göz oxşayır.
Darrürrahat sakinləri biləndə ki, Türkistan mədrəsələrində yalnız
dini elmlər öyrədilir, onlar buna çox təəccüblənirlər, «nə ayıb, nə
qorxunc qəflətdir bu, gözü bağlı adam hərəkət edərmi, torpağı
bilməyən onu əkərmi, suyu bilməyən suyu içərmi, dünyanı
Bütün türklərin tərcümanı
~
151
~
bilməyən yaşaya bilərmi?! Vah, nə yazıq, vah nə qəflət! Allah
dadınıza çatsın» - deyə heyrətlənirlər, Molla Abbasa ünvanlanan
suallar bir-birini əvəz edir: - «Sizin diyarlarda təbib, kimyagər,
memar və mühəndis lazım olmurmu? Sizin xanlar, ölkəni idarə
edənlər dövlət üçün məmurların, maliyyə işçilərinin, memarların
olmasına hacət görmürlərmi? Sənin sözünə görə mədrəsələrdə dini
elmlərdən başqa bir fənn təhsil edilmir, tibbi, həndəsə, kimya,
fəlsəfə və bu kimi qeyri elmlərdən dərs keçilmir, belə çıxır ki, din
adamlarından başqa millətin və məmləkətin məsul şəxsləri yetişmir,
beləmi?»
Darrürrahatda kişili qadınlı hər kəs oxumağı, yazmağı
bacarır, qəzetlər, kitablar buraxılır, kitabxanalar zəngin ədəbiyyatla
doludur. Burada məktublar zərfə qoyulmur, gizlədiləsi bir fikir,
əməl yoxdur, əxlaqa və qanuna zidd hərəkət barədə heç kim
fikirləşmir. Xəyanət edənlər, xalqı aldadanlar üçün nə qamçı var, nə
həbsxanalar. Adamın günahı məlum olan kimi bütün ölkə ona
əcnəbi və yad adam kimi baxır, heç kim ona salam vermir, hamı
ondan vəbadan qorxan kimi kənar durur. Həbsxanadan ziyadə tənha
və yalnız qalır. Arzusu ilə ölkənin bir küncünə çəkilir, ibadətlə,
xidmətlə və dərs oxumaqla məşğul olur, əxlaqını düzəltməyə səy
göstərir, ona nail olduqdan sonra topluma qayıdır.
Molla
Abbas Darrürrahatda gördüklərinə heyrandır:
«…bunca ölkələr seyir və səyahət etdim, Darrürrahat kimi lətafətli
mahal görmədim, bunca insanlar gördüm, bu mahalın islami kimi
mahir, mədəni olanları görmədim». Molla Abbas darrürrahatlı
müsəlmanları «ən mədəni və mərifətli, ən rahat və məsud xalq»
adlandırır və göstərir ki, onları uca peyğəmbərimizin tövsiyəsi ilə
elm harada olursa olsun, onun arxasınca gedirlər. Molla Abbas bu
diyarda ən böyük sərmayənin xeyirxahlıq, yaxşılıq və ən böyük
Dostları ilə paylaş: |