Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə46/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

 Bütün türklərin tərcümanı



 

143



 ~ 

 

pərdə  ilə  bir-birlərindən  ayrı  düşmüşdür.  «Tərcüman»  bu  qara 



pərdəni  dəlmək,  kəsmək,  aradan  götürmək  və  pərən-pərən 

düşmüşləri  birləşdirmək  üçün  ortaq  dil  tapmaqdan  başqa  çarə 

yoxdur! – qənaətindədir.  (Dil haqqında). 

«Dil  ətrafında»  «Məsələlər-qəzetlər»  adlı  məqalələrində  də 

mövzunu davam etdirən müəllif şivə, yerli dil tərəfdarlarına, yerliçilik 

mərəzinə  mübtəla  olanlara  xitabən  bildirir  ki,  şeyx,  əmir,  sülalə 

partizanları  əbədi  olmadığı  kimi  onlar  da  keçilməz  sədd  deyildir, 

dilimiz  bir  tərəfdən  sadələşəcək,  türkləşəcək,  digər  tərəfdənsə 

ədəbiləşəcək, 

ümumiləşəcəkdir. 

İ.Qaspiralı 

M.F.Axundovun 

əsərlərinin,  «Əkinçi»,  «Ziyayi-Qafqaziyyə»  qəzetlərinin  timsalında 

həmin  dövrün  dili  ilə  «Həyat»,  «İrşad»  və  «İqbal»ın  timsalında  son 

dövrün dilini müqayisə edir və dilin inkişafını nümunə kimi göstərir. 

Biz  İ.Qaspiralının  «Əkinçi»,  «Ziyayi-Qafqaziyyə»,  «Kəşkül», 

«Şərqi-Rus»,  «Həyat»,  «İrşad»,  «İqbal»ın  nəşri,  fəaliyyəti,  cəmiyyət 

həyatındakı rolu barədə  yeri gəldikcə  bəhs etdiyini qeyd etmişdik. O, 

Rusiya  müsəlmanlarının  məktəb,  mətbu  orqan,  xeyriyyə  cəmiyyəti, 

teatr,  kitab  nəşri  ilə  bağlı  kiçik  bir  addımını  sevgi  ilə,  sevinclə 

qarşılamış,  onu  ümumi  tərəqqiyə  xidmət  kimi  dəyərləndirmişdir.  Bu 

baxımdan  müəllifin  Bakıda  «Bəsirət»,  Daşkənddə  «Türkistan», 

Hokantda  «Sədayi  Fərqanə»  qəzetlərinin zühur  etməsini  alqışlayır  və 

onların  «mətbuat  meydanına  təşriflərini  xoşbəxtlik»  adlandırır 

(Xoşbəxt  ekizlər).  İ.Qaspiralının  diqqətini  ən  ziyadə  cəlb  edən,  onu 

xoşhal edən üç qəzetin dilidir. O, şübhə etmir ki, qəzetin redaktorları 

oxucuların  gözlərini,  fikirlərini  açacaq  və  onları  gələcəyə  hazırla-

yacaqlar. O, «Bəsirət»in ruhlu olacağına onun mühərrirlərinin arasında 

çox  qeyrətli,  çalışqan  Məmmədəmin  Rəsulzadənin  olmasının  kifayət 

edəcəyini bildirir. Qafqaz üçün, Türkistan üçün 3-4 qəzeti çox yox, az 

hesab edən İ.Qaspiralı əhalini bu qəzetləri qorumağa dəvət edir. 



 Abid  Tahirli



 

144



 ~ 

 

«Molla  Nəsrəddin»  adlı  yazısında  İ.Qaspiralı  bu  jurnalı 



«mətbuatımız arasında bəlli  bir mövqe»  tutan və  «lətifsi arxasında 

acı  bir  həqiqət  gizlənən»  orqan  kimi  təqdim  edir.  Jurnalın 

felyetonlarını çibanı deşib içindəki çirki, irini axıdan təbib neştərinə 

bənzədir.  Bu  neştər  bir  az  incidir,  lakin  yaranın  böyüməsinin 

qarşısını  alır,  dəldiyi  yerdən  ağunu,  zəhəri  təmizləyir.  «Molla 

Nəsrəddin»in  rəsmlərini  də  «çox  mənalı»  deyə  təqdir  edən  müəllif 

onların  hər  birinin  bir  hekayə  qədər  məlumatlı,  duyğulu, 

düşündürücü olduğunu qeyd edir, qadın azadlığından bəhs edən bir 

karikaturanı isə hətta «yazılırsa, yüz səhifəlik bir kitab olar» - deyə 

dəyərləndirir.  Jurnalı  «çox  məqbul,  çox  mötəbər»  adlandıran 

İ.Qaspiralı  onu  oxumağı  hər  kəsə  tövsiyə  edir.  Müəllif  məqaləni 

maraqlı  sonluqla  bitirir:  «Hazır  sırası  gəlmişkən,  Bakıda  üç  ildən 

bəri  nəşr  olunan  «Məktəb»  jurnalı  ilə  bağlı  oxucularımızdan 

soruşuruq:  Əzizlərim!  Siz  bu  jurnalı  heç  aldınızmı?  Uşaqlarınıza 

oxutdunuzmu? «Yox» - desəniz niyəsini soruşarıq, çünki «Məktəb» 

jurnalı uşaqlar üçün ən faydalı bir jurnaldır. İ.Qaspiralı ədəbi-bədii, 

publisistik irsində, «Tərcüman»ında Qafqaz türklərinin, Azərbayca-

nın,  onun  müxtəlif  bölgələrinin  həyatına,  M.F.Axundov,  H.Məli-

kov, H.Məlikova, S.Ə.Şirvani, Cəlal, Səid və Kamal Ünsizadə qar-

daşları,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  Ə.M.Topçubaşı,  M.Ə.Rəsulza-

də,  M.C.Məmmədquluzadə,  Məhəmməd  Hadi,  Nəriman  Nərima-

nov,  Orucov  qardaşları,  Sultan  Məcid  Qənizadə,  Haşım  bəy  Vəzi-

rov,  Xəlilbəy  Xasməmmədov,  Hüseynqulu  xan,  Zeynalabdin  Ta-

ğıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi 

tarixi  simaların  fəaliyyətinə  diqqəti  çəkmiş,  yeri  gəldikcə  onlardan 

bəhs etmişdir.  



 


 Bütün türklərin tərcümanı



 

145



 ~ 

 

ĠSMAYIL QASPĠRALININ 



BƏDĠĠ YARADICILIĞI 

 

 

 



Rusiyanın  ictimai,  mədəni,  mətbu  həyatına  əbədi  möhür 

vurmuş böyük türk mühərriri, naşiri, publisisti İsmayıl Qaspiralının 

bədii  irsi  də  maraq  doğurur.  Onun  roman,  povest  və  hekayələri 

dövrün müsəlman cəmiyyətinin, həyatının tələblərinə uyğun qələmə 

alınmışdır,  tərbiyəçilik,  maarifçilik  missiyası  daşıyırdı.  Bu 

baxımdan 

İ.Qaspiralının  bədii  əsərlərini  bir  növ  onun 

publisistikasının  ardı,  yaxud  janrını,  formasını  dəyişmiş  davamı 

hesab  etmək  olar.  Təsadüfi  deyil  ki,  xalq  xadiminin  publisistik 

yaradıcılığına hakim olan problemlər, mövzular eyni ilə onun bədii 

irsində  də  əksini  tapmışdır.  Bununla  yanaşı,  İ.Qaspiralının 

əsərlərindəki  hadisələr,  səhnələr,  obrazlar  real  həyatdan  götürülsə 

də,  onlar  yazıçı  təxəyyülünün,  axtarışlarının  məhsulu  kimi  yeni, 

rəngarəng  çalarlar,  keyfiyyətlər 

əxz  edir.  Qısaca  desək, 

İ.Qaspiralının bədii əsərləri Şərq xalqlarının ehtiyacı, tələbatı nəzərə 

alınmaqla, Qərb ölçüləri ilə qələmə alınmışdır. 

 

 



Firəngistan məktubları 

 

«Firəngistan  məktubları»  adlı  əsərində  Molla  Abbas  adlı 

qəhrəmanın  Avropa  ölkələrinə  səyahətlərindən  bəhs  edilir.  Heç 

şübhəsiz ki, Molla Abbas müəllifin prototipidir və təsadüfi deyil ki, 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə