485
öyrənmək üçün zəngin material verir.
Bu nəslin və bu nəslə yaxın olan yazıçıların dili bədii
kamilləşmə prosesi keçirir. Əlfi Qasımovun bədii dilində obraz
nitqinin komik-lirik tipikləşdirilməsi mühüm yer tutur və yazıçı bu
sahədə yaxşı ustalıq göstərir. İsi Məlikzadənin hekayə və povestlərinin
dili getdikcə cilalanır, emosional təsir qüvvəsini daha çox artırır. Möv-
lud Süleymanlının bədii dili yel qanadlıdır, nağıl dili kimi şirin və
yüyrəkdir. Mövludun ideyaları da gözəldir, ifadə tərzi də. Söhbət
dildən gedirsə, Mövludun dili həqiqi yazıçı dilidir.
Ümumən qeyd etdiyimiz yazıçıların, xüsusən də Elçinin xalq
ədəbiyyatına marağı yaxşı bəhrələr verir.
Yazıçılarımız (bu nəsli nəzərdə tuturam) tarixi roman dilinin
əlamətlərini də gözəl mənimsəmişlər. F.Kərimzadə tarixi roman dilinə
ciddi yanaşır. Onun Azərbaycan xalqının müəyyən mərhələdəki taley-
inin bədii tədqiqinə həsr olunmuş ”Xudafərin körpüsü” romanı dil və
sənətkarlıq axtarışlarının gücü ilə oxucunu Şah İsmayıl dövrünün ha-
vasına daxil edə bilir.
Bütün böyük sənətkarlar öz əsərlərində şivə materiallarından
istifadə etmiş, faydalanmışlar. Qeyd etməliyik ki, bizim ədəbiyyatda
şivə elementləri yazıçı fəaliyyətinin ilk dövründə daha çox müşahidə
olunur və sonralar bədii dil tədricən saflaşır. Şivə materiallarından is-
tifadə müxtəlif məqsədlərlə bağlıdır. Məsələn, ”Ayrılan yollar”da da,
nəsr dilinin gözəl nümunəsi olan ”Dəli Kür”də də şivə materiallarına
müraciət edilmişdir. Lakin bu əsərlərdə istifadə edilmiş şivə
elementləri başqa-başqa xarakterdədir. ”Ayrılan yollar”da yazıçı daha
çox məhəlli kolorit yaratmaq, obraz nitqini tipikləşdirmək prinsipinə
əməl etmiş, ”Dəli Kür”də isə tamamilə başqa məqsəd - qarşılığı olma-
yan sözlərlə ədəbi dili zənginləşdirmək məqsədi güdmüşdür. Bu so-
nuncu hal yazıçı dilinin uğurlu axtarışlarla bağlı yüksək və faydalı
keyfiyyətlərindəndir.
Və bu cəhətdən B.Bayramovun keçən il nəşr olunmuş ”Tək
palıdın kölgəsi” romanının dili nəzəri xüsusilə cəlb edir. Bayram mü-
əllim Məmmədbəy kimi xalq üçün gecə-gündüz çıraq təki yanan
həqiqi xalq həkiminin və eyni zamanda hara getsə oranı, orada in-
sanların həyatını və bütün cəmiyyəti zəhərləyən Zülalov kimi vəzifə
böyüklərinin xarakterini sərrast və kəskin nitq detalları ilə oxucuya
çatdırır.
Şivə materiallarından bədii dildə qaçmaq olmaz. Fikrimizcə,
hətta bədiilik və obrazlılıq naminə, ədəbi və bədii dili zənginləşdirmək
məqsədi ilə ümumi ədəbi dil normalarını gözləməklə bəzən ədəbi dilin
486
hüdudlarını, ədəbi dil sərhədlərini keçmək olar və bu hal dili zəngin
dağ çayı kimi gurlayan yazıçı üçün irad tutulmamalıdır. Yeni yazmağa
başlayanlar məhəlli xüsusiyyətlərlə öyünmək, N.Cabbarovun dediyi
kimi, ”məhəlli əsərlər” yaratmaq əvəzinə, təcrübəli yazıçılarımızın bu
sahədə ənənəsindən öyrənməlidirlər.
Bir cəhəti də xatırlatmaq istərdik ki, yazıçı imkan daxilində
bədii dildə alınmalardan, xüsusən yersiz alınmalardan qaçmalıdır. Hət-
ta obraz nitqinin tipikləşdirilməsi prosesində belə alınmalara son
dərəcə ehtiyatla yanaşmaq lazımdır.
Bu cəhətdən S.Rüstəmxanlının poeziya dili barədə qeydlərini
nasir və dramaturqlarımız da nəzərə almalıdır.
Müasir ədəbi prosesdə ən mühüm cəhət budur ki, bizim
yazıçılar milli dilə son dərəcə həssasdırlar və artıq çoxdandır ki,
”Molla Nəsrəddin” məktəbi bu sahədə yeganə məktəbə çevrilib.
Bədii əsərdə komik təsvir və detallar tragik hallarla qovuşmalı
və çulğaşmalıdır. Həyat həqiqətinin təsviri həyatın özü kimi real və
ziddiyyətli olmalıdır. Bu cəhətdən Anarın ”Dantenin yubileyi”, ”Beş-
mərtəbəli evin altıncı mərtəbəsi” və başqa əsərləri nümunə sayıla
bilər. Anar ümumən əsərlərinin dili üzərində, hər bir nitq detalı
üzərində diqqətlə işləyir. Onun obrazlarının təbiilik və orijinallığında
yazıçı təhkiyəsinin və dialoqların həyatiliyi böyük əhəmiyyətə malik-
dir. Anar komizm vasitə və üsullarından ciddi satirik məqamlarda, tu-
tarlı şəkildə istifadə etməklə milli komik sənəti xeyli
zənginləşdirmişdir.
Qeyd etməliyik ki, komik dil bəzən ilk baxışda ibtidai təsir ba-
ğışlayır. Əslində isə bu, komizmin təbiətindən doğur. Biz bədii dili
lorulaşdırmaq tərəfdarı deyilik. Lakin S.Səxavət, R.Rövşən kimi gənc-
lərin yaradıcılığındakı yumoru duymaq və qiymətləndirmək vacibdir,
bu yumoru bütövlükdə kənara atmaq yox, onun zəif cəhətlərini
göstərmək və onu istiqamətləndirmək lazımdır. S.Səxavətin son
vaxtlar çap etdirdiyi bir sıra roman, hekayə və povestlər ideya-estetik
əhəmiyyəti və yumor qüvvəsi ilə gənc yazıçı barədə yaxşı ümidlər ve-
rir.
60-70-ci illər nəsrinin adını qeyd etdiyimiz və qeyd edə
bilmədiyimiz bütün nümayəndələrinin yaradıcılığı
əsasında
ümumiləşmiş şəkildə deyə bilərik ki, nəsr dilinin müxtəlif qollar və
üslublar üzrə axarı bədii əsərin gələcək taleyi və bədii dilin, milli dilin
inkişafı baxımından uğurlu yoldadır.
Lakin bu, nəsr dilinin nöqsansız olması da demək deyildir.
Biz bu qısa qeydlərlə yanaşı, yersiz əhvalatçılığa, mənasız söz
487
yığınına, quruluş və kompozisiya dolaşıqlığına, təhkiyə intonasiyası-
nın pozulması hallarına, mənasız dialoqlara, saysız təkrarlara, fikrin
solğun, qeyri-bədii ifadəsi hallarına, anlaşılmaz ifadə tərzinə, qarışıq
söz sırasına və söz sırasının süni pozulması hallarına, uğursuz
müqayisələrə, yersiz rəmzlərə nəsrimizdən çoxlu misallar söyləyə
bilərdik. Hiss olunur ki, bəzi yazıçılarımız əsərlərinin dili üzərində az
işləyir. Düzüm-düzüm cümlələrə fikir verdikcə aydın olur ki,
doğrudur, bu cümlələr başqasından götürülməmişdir, lakin müəllifin
özünün də deyildir. Elə bil, haradasa bu cümlələri on dəfələrlə, yüz
dəfələrlə görmüşük, oxumuşuq. Xalq dilinə, obrazlılıq və bədiilik
prinsiplərinə tam mənası ilə nüfuz edə bilməməyin nəticəsidir ki, bu
cür əsərlərin dili ölgündür, oxucunun qəlbinə yol tapa bilmir. Bu cür
əsərlərin dilində aşkar şəkildə bir publisistlik, qəzetçilik hiss olunur.
Haqverdiyev nəsrinin bir abzasında rast gəldiyimiz onlarca diri xalq
ifadələrini, elə bil, bu əsərlərin dilindən xəlbirləyib götürüblər və
əsərdə soyuq, hissiz kəlmələr qalıb...
1984
Dostları ilə paylaş: |