25
aktuallığını izah edərkən ilk növbədə, onun sosial-iqtisadi mahiyyətini, funksional
təyinatını və təsnifat əlamətlərini araşdırmaq son dərəcə mühüm əhəmiyyət kəsb edir.
İqtisadi ədəbiyyatlarda əmtəə-xidmətlər bazarı kimi də adlandırılan istehlak
bazarında əhaliyə gündəlik tələbat məhsulları təklif edilir.Daha sonra bu tələb
ödənilərək,reallaşdırılaraq istehlakçının(yaxud alıcının) mülkiyyətinə keçir. Alqı satqı
prosesində vacib əhəmiyyətə malik gündəlik tələbat məhsullarının satışı istehsalçıları
da stimullaşdırır. Bu isə nəticə olaraq konkret növ əmtəə-xidmətlərin istehsalının
artımına və bu istehsalın optimallaşdırılmasına gətirib çıxarır. Təbii ki, istehlak
bazarında alıcılar tərəfindən alınmayan məhsullar da az deyil. Belə olan halda onların
istehsalı müəyyən zaman kəsiyində azalır yaxud dayanır. İstənilən halda bu və ya
digər gündəlik tələbat məhsulu istehsal edərək (təklifin bərpası) istehlakçıların
tələbatlarını ödəmək bazarın əsas qanunauyğunluqlarındandır və bu da biznes
strukturlarının gəlir əldə etməsinə əlverişli şərait yaradır.
İstehlak bazarlarının özünəməxsus cəhətlərindən biri də odur ki, bu bazarlar bir
qayda olaraq sosial-iqtisadi böhranların təsirinə daha tez məruz qalır. Bazar
iqtisadiyyatında istehsal və təklif olunan əmtəə,xidmətlərin hamısını satmaq vəziyyəti
mövcud
deyil.
Deməli,
istehsal
olunmuş
məhsulları
satmaq
üçün
alıcılar(istehlakçılar) stimullaşdırılmalıdır. Adətən alıcıların stimullaşdırılması
aşağıdakı formalarda realizasiya olunur:
hər hansı növ məhsulun qiymətinin aşağı olması;
məhsulun keyfiyyətinin yüksək olması;
məhsulun satışını reallaşdırarkən müxtəlif güzəştlərin tətbiqi;
alıcıların şüuruna təsir etmək məqsədilə intensiv reklam fəaliyyətinin
həyata keçirilməsi və marketinq işinin təkmilləşdiriıməsi.
Sonuncu müddəa istehsalçı müəssisələrinə,təklifi reallaşdıran iqtisadi
suyektlərə xeyli vəsait hesabına başa gələ bilər. Belə olan halda bazarda biznes öz
üzərinə qismən də olsa müəyyən risklər alır.
Təhlillər göstərir ki, regionlarda əmtəə-xidmət bazarlarının fəaliyyətinin
genişlənməsi artıq istehsalçıları və istehlakçıları da bu sistemin mühüm tərkib
26
elementlərinə çevirir. Hətta inkişafın müxtəlif mərhələlərində bu və ya digər
əmtəənin mövcud satış probleminin həll edilməsi məqsədilə istehsalçılar arasında
bazar əlaqələri formalaşaraq inkişaf edir. Vurğulamaq lazımdır ki, istehlak bazarının
formalaşması və inkişafının əsasını ictimai əmək bölgüsü təşkil edir. İctimai əmək
bölgüsünün və eləcə də cəmiyyətdə məhsuldar qüvvələrin və istehsal
münasibətlərinin inkişafı istehlak bazarının da genişlənməsinə, təkmilləşməsinə öz
təsirini göstərir.
İstehlak bazarının formalaşması və inkişafı bir neçə mərhələdən keçir.Birinci
mərhələdə istehlak bazarının formalaşması, inkişafı gündəlik tələbat məhsullarının
mübadiləsi ilə yaranmışdır. Təbii ki, bu, ictimai əmək bölgüsünün və istehsal
münasibətlərinin nisbətən ibtidai səviyyəsini özündə əks etdirir. Bazarın
formalaşması və inkişafının ikinci mərhələsi iqtisadiyyatda əmtəə-pul münasibət-
lərinin formalaşması ilə əlaqədardır. Bu mərhələdə ictimai əmək bölgüsü
dərinləşməklə məhsulların mübadiləsinin ümumi ekvivalent rolunu oyanayan pul
vahidləri yaranmışdır.İstehlak bazarının formalaşmasının III mərhələsi kapitalizmin
formalaşması və liberal yönümlü iqtisadiyyatın əhatə dairəsinin genişlənməsi ilə sıx
bağlıdır. Bu mərhələdə azad ticarət istehlak bazarının inkişafının vacib tənzimləyici
mexanizmi kimi çıxış etmişdir. İstehlak bazarının inkişafında IV mərhələ dövlətin
tənzimləyici mexanizmlərinin genişlənməsi ilə əlaqədardır.
Aparılan araşdırmalardan məlum olur ki, istehlak bazarının formalaşması və
inkişafı, konkret olaraq iqtisadi sistemin tipindən, xarakterindən asılıdır. Deməyə əsas
varki bu zaman istehsal vasitələri üzərində mülkiyyətin xarakteri istehlak bazarına
əhəmiyyətli dərəcədə təsir göstərir. Bu isə bilavasitə onu göstərir ki, hər bir iqtisadi
sistemdə istehlak bazarının yeri və rolu, onun inkişafının qanunauyğunluqları ilk
növbədə istehsal münasibətlərinin xarakteri ilə səciyyələnir. Vurğulamaq lazımdır ki,
milli iqtisadiyyatda istehlak bazarının yeri və rolu əslində onun funksiyaları ilə
xarakterizə olunur. İstehlak bazarının ən mühüm funksiyalarından biri də ÜDM-ın
müəyyən hissəsinin bu bazarda reallaşması ilə bağlıdır. Təbiidir ki, istehlak bazarının
fəaliyyəti zamanı konkret olaraq gündəlik tələbat məhsullarının istehsalı və
tədavülünə sərf edilən xərclər ödənilir və bununla da geniş təkrar istehsalın
27
aparılması üçün əlverişli mühit yaranır. Beləliklə, istehlak bazarı əslində istehsalçı və
istehlakçı arasında əlaqələrin formalaşmasında ,inkişafında əhəmiyyətli rol oynayır.
İstehlak bazarının iqtisadiyyatda həyata keçirdiyi ən vacib funksiyalarından biri
də gündəlik tələbat mallarının istehsalçıdan istehlakçılara çatdırılmasıdır. İstehlakçı
pul gəlirlərini məhsulların mübadiləsinə yönəltməklə öz tələbatlarını ödəyir,
istehsalçı isə bundan gələcəkdə geniş təkrar istehsalı təmin etmək üçün vəsait əldə
edir. Bu prosesin fasiləsizliyinin təmin olunması bazarın inkişafının müasir
aspektlərindəndir. Buna görə də bu proses bütün bazar seqmentləri üzrə həyata
keçirilməlidir.
İstehlak bazarı mübadilə və bölgü funksiyalarını yerinə yetirir ki, bu da geniş
təkrar istehsalın mühüm fazası kimi çıxış edir. Bü nöqteyi nəzərdən istehlak bazarının
təsnifat əlamətlərini aşağıdakı kimi fərqləndirmək olar:
İstehlakçıların xarakteri. Burada əhalinin sayı, demoqrafik xüsusiyyətləri,
pul gəlirləri və xərcləri kimi münasibətlər əks olunur;
Əmtəələrin tipi. Bu əlamət çox zaman ərzaq və gündəlik tələbat mallarına
olan ehtiyacların təmin olunması ilə sıx bağlıdır;
Regional xüsusiyyətlər. Bu əlamətə görə istehlak bazarları daxili və xarici
bazarlar kimi fərqləndirilir. Regional, lokal və milli bazarlar daxili bazarın tərkib
hissələridir. Xarici bazarlar isə ölkə sərhədlərdən kənarda fəaliyyət göstərən bazarları
özündə birləşdirir;
Proporsionallıq
səviyyəsi. Bu təsnifata görə istehlak bazarı
balanslaşdırılmış və balanslaşdırılmamış xarakter daşıyır. Balanslaşdırılmış
bazarlarda adətən tələb ilə təklif arasındakı müvazinət, azad(təkmil) rəqabət mühiti
vacib rol oynayır. Balanslaşdırılmamış istehlak bazarlarında isə tələb və təklif
arasında disproporsiyalar özünü biruzə verir, bir çox hallarda bazarda qıtlıq və bazar
infrastrukturu sisteminin səmərəli fəaliyyət göstərməməsi baş verə bilir.
İstehlak bazarı bir qayda olaraq iqtisadi, sosial, demoqrafik, təşkilati və hüquqi
aspektləri özündə əks etdirir. İstehlak bazarının iqtisadi aspektləri daha çox dövlətin
iqtisadi siyasətindən bilavasitə asılı olmaqla, istehsalın və təklifin səviyyəsinə təsir
edən amilləri özündə birləşdirir. Bu zaman xarici iqtisadi əlaqələrin xarakteri, eləcə
Dostları ilə paylaş: |