4
məsinə gətirib çıxarmışdır. Bunlara, həmçinin, ayrı-ayrı əmtəə və xidmətlər üzrə
əhalinin məsrəflərinin strukturunun dəyişməsini; istehlak mallarına tələb və təklifin
strukturu və həcmləri üzrə müvazinətin olmamasını; istehlakçıların hüquqlarının mü-
dafiəsi və əhalinin mal və xidmətlərlə təchiz olunması üzrə qeyri-səmərəli mexa-
nizmin mövcud olmasını; əmtəə istehsalçıları, sənaye, kənd təsərrüfatı və ticarət
arasında iqtisadi-təşkilati qarşılıqlı təsir mexanizmlərinin olmamasını; ölkədə istehsal
olunan malların xarici bazarlarda rəqabət qabiliyyətliliyinin aşağı olmasını; istehlak
mallarının ixracı və idxalı arasında rasional nisbətin olmamasını da əlavə etmək
labüddür.
İstehlak bazarında təşəkkül tapan və mövcudluğu duyulan problemlərin elmi
yanaşma nöqteyi-nəzərdən həlli üçün əmtəə istehsalçılarının ərzaq və qeyri-ərzaq
bazarlarının tədqiqini, bazar iqtisadi sistemində şaxələnməni (diversifikasiyanı) və
rəqabət mühitini, istehlak bazarının idarə edilməsinin təşkilati mexanizmini,
topdansatış əmtəə bazarını və mal yeridilişinin idarəetmə sistemlərini, pərakəndə satış
bazarını və satışların idarə edilməsini, iaşə və xidmətlər bazarını, mal-xidmət bazarı
iştirakçılarının bazar şəraitində idarə edilməsini əhatə edən mükəmməl(təkmil) bazar
mexanizmi tələb olunur. Odur ki, sadaladığımız bu arqumentlər bütövlükdə dünya
təcrübəsi də nəzərə alınmaqla, artıq formalaşmış bazar mexanizmi şəraitində əmtəə
və xidmətlər bazarının elmi prizmadan öyrənilməsi və kompleks tədqiq olunması
zərurətini ön plana çəkir.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin məqsədi istehlak bazarının
(əmtəə istehsalçılarının, ticarətin və istehlakçıların) tədqiq olunmasından, həmçinin
istehlak bazarının formalaşmasının metodologiyasının dəqiqləşdirilməsindən
ibarətdir.
Bu məqsədə nail olmaq üçün dissertasiya işində aşağıdakı əsas vəzifələrin yerinə
yetirilməsi labüd hesab edilmişdir:
–
istehlak malları bazarının müasir şəraitdə formalaşmasının nəzəri
əsaslarının işlənib hazırlanması və əsaslandırılması;
–
istehlak bazarının və köməkçi bazarların (ərzaq və qeyri-ərzaq malları
bazarlarını da əhatə etməklə) rəqabət mühitinin təhlili;
5
–
istehlak bazarının idarə edilməsinin təşkilati mexanizminin hazırlanması;
–
istehlak malları bazarının idarə edilməsinin təkmilləşdirilməsi yollarının
müəyyən olunması.
Tədqiqatın predmeti və obyekti. Dissertasiya işinin obyekti Azərbaycan
Respublikasının istehlak bazarı hesab olunur, tədqiqatın predmetini isə müasir
şəraitdə ölkənin əmtəə və xidmətlər bazarının sosial, iqtisadi və təşkilati
münasibətləri təşkil edir.
Tədqiqatın informasiya bazası və iĢlənməsi metodları. Dissertasiya işinin
informasiya bazasını Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin,
İqtisadiyyat Nazirliyinin, Maliyyə və Vergilər nazirliklərinin illik hesabatları və digər
materiallar təşkil etmişdir.
Tədqiqatın nəzəri- metodoloji əsasını iqtisadi nəzəriyyə klassiklərinin elmi
əsərləri, idarəetmə nəzəriyyəsi,bazar mexanizmi,bazar prosesləri, istehlak bazarı,
ticarətin iqtisadiyyatı və texnologiyası sahəsində yerli və xarici alimlərin elmi işləri
təşkil edir.
Dissertasiya
işi
iqtisadi-statistik,iqtisadi-riyazi,sistemli
yanaşma,
təhlil,
qruplaşdırma və müqayisə, sintez metodlarından, müşahidələrdən istifadə edilərək
tədqiq olumuşdur.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyini müəyyənləşdirən
nəticələr kimi aşağıdakı müddəaları qeyd edə bilərik:
–
istehlak bazarının mahiyyəti, anlayişları və kateqoriyaları da daxil olmaqla,
bir sıra nəzəri məqamları dəqiqləşdirilmişdir;
–
istehlak bazarının formalaşmasına sistemli yanaşmanın prinsipləri və
əlamətləri müəyyən olunmuşdur;
–
ərzaq və qeyri-ərzaq malları bazarlarının spesifik cəhətləri açıqlanmışdır;
–
istehlak bazarının şaxələnməsinin (diversifikasiyasının) və rəqabət
mühitinin problemləri tədqiq olunmuşdur;
–
istehlak malları bazarının proqnoz qiymətləndirilməsi verilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, dissertasiya işində verilmiş
nəzəri metodoloji müddəalar və praktiki tədbirlər kompleksi ölkəmizin əmtəə və
6
xidmətlər bazarında aparılan, xidmət sferasında keyfiyyətin yüksəldilməsinə və
əhalinin rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətlənmiş dövlət
ticarət-sənaye siyasətinin effektivliyinin artırılmasına imkan verir.
Dissertasiyanın strukturu və həcmi. Dissertasiya işi girişdən, 7 paraqrafdan
ibarət olan 3 fəsildən, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Dissertasiya işinin həcmi 97 səhifədən ibarətdir. İşdə 6 cədvəl və 1 düstur
verilmişdir. İstifadə olunmuş 94 ədəbiyyatın adı (müxtəlif dillərdə) göstərilmişdir.