13
Tarazlaşdırılmış bazar tələb və təklifin uyğun gəldiyi bazardır. Bu bazar
şəraitində təklif olunan malların maneəsiz reallaşması təmin olunur, eyni zamanda
əhalinin alıcılıq qabiliyyəti tam ödənilir. Tarazlaşdırılmamış bazar isə tələblə təklif
arasında uyğunsuzluq yaranan bazardır. Belə bazarlarda tələb və təklifin həcmi,
strukturu bir-birinə uyğun gəlmir.Tarazlaşdırılmamış bazarların aşağıdakı əlamətləri
vardır [78, 79]:
a)
alıcının tələbatının ödənilməsində kəsirin olması;
b)
əhalinin pul gəlirlərinin artmasına baxmayaraq onların əmtəə kəsiri ilə üzləşməsi;
c)
əmtəə ehtiyatlarının dəyişməsi.
İstehlak mallarına olan tələb bir sıra spesifik xüsusiyyətlərlə: tələbin ikili
xarakteri, zövq, mövsümilik, malların köhnəlməsi nəticəsində onların satışındakı çə-
tinlik və digər amillərlə səciyyələnərək, onun normal inkişafı bilavasitə sahələrarası
münasibətlərin təşkili ilə də bağlıdır. Məhz bu nöqteyi-nəzərdən, «istehlak bazarı»
anlayışının sosial-iqtisadi mahiyyətini açaraq, onun fəaliyyət mexanizmini öyrənmək
və inkişafına təsir göstərən bütün amilləri müəyyən etmək tələb olunur.
İstehlak malları bazarında müvazinətin təmin olunmasında istehlakçıların alıcılıq
qabiliyyətinin də əhəmiyyətli rolu var. Belə yanaşma onların gəlirləri ilə bağlıdır.
Vurğulamaq lazımdır ki, daxili istehsal potensialının gücündən tam,effektli,səmərəli
istifadə olunması xüsusi əhəmiyyətə malikdir. Bu bir yandan istehlak bazarında
təklifin çoxalması, digər prizmandan isə yerli istehlakçıların gəlirlərinin yüksəlməsi
ilə bağlıdır. Nəzərdən qaçırmaq olmaz ki, bir çox hallarda daxili istehsalın artırılması
yeni kapital qoyuluşları əsasında istehsalın restrukturizasiyasını, mövcud istehsal
müəssisələrinin texniki-texnoloji cəhətdən müasirləşdirilməsini, yeni istehsal
müəssisələrinin yaradılmasını tələb edir ki, bunu da əksər hallarda daxili imkanlar
hesabına realizasiya etmək mümkün olmur. Bazar iqtisadi sistemində bu problemi
beynəlxalq iqtisadi əlaqələrin köməyi ilə həll etmək mümkün hesab olunur.
14
1.2.İstehlak bazarı iqtisadi kateqoriyasına müxtəlif baxışlar
Cəmiyyətin iqtisadi, sosial cəhətdən inkişafında bazarın rolu, əhəmiyyəti
danılmazdır. Bazarın iqtisadiyyatda, bütövlükdə cəmiyyətdə yerinin və rolununun
daha da dərinləşməsi, bizə onu deməyə əsas verir ki, onun inkişafının nəzəri əsasları
daha geniş formada və obyektiv amillərlə müəyyənləşir.
İstehlak malları bazarının öyrənilməsi üçün ən əvvəl, istehlakçının özünün
tələbini, onun psixologiyasını, hazırkı şəraitdə hansı mallara və çeşidlərə üstünlük
verdiyini, əmtəələrin seçilməsi zamanı hansı sosial-psixoloji və iqtisadi amillərə
əsaslandığını dəqiqləşdirmək lazımdır. Bu isə, müəyyən metodika əsasında işlənilən
informasiya bazasının olmasını tələb edir. Hazırda iqtisadiyyatın təşkilati hüquqi
infrastrukturunun inkişafı, biznesin və kommersiya mədəniyyətinin tərəqqisi ilə
əlaqədar olub, P.Samuelsonun qeyd etdiyi kimi, bazarda müəyyənləşmiş struktur
olmaqla, əmtəələrin qiymətini və miqdarını müəyyən etmək üçün satıcılar və alıcılar
bir-birinə qarşılıqlı təsir edirlər [66].
İqtisadi nəzəriyyənin müasir baxışları əvvəlki əsrlərdə mövcud olmuş iqtsadi
məktəblərin mövcud təcrübələrini əsas tutaraq dövlətin iqtisadi siyasət kursunun
daimi olaraq təkmilləşməsinə, onun təsərrüfat həyatında ziddiyyətlərin azaldılması
yollarının tapılmasına, ümumbəşəri iqtisadi dəyərlərin mənimsənilməsinə xidmət
edir. Adam Smit (1723-1790) “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında
traktat”, David Rikardo (1772-1823) “Siyasi iqtisad və vergiqoymanın əsasları”,
U.Petti (1623-1687) “Vergilər və rüsumlar haqqında traktat”, C.S.Mill (1806-1873)
“Siyasi iqtisadın başlanğıcı” kimi klassik nəzəri baxışlar iqtisadiyyatı bütöv halda
tədqiq etmiş, bazar iqtisadiyyatının əsasını qoymuş və bazarın formalaşması
prosesinin əsasında dayanan iqtisadi amillərin əhəmiyyətini, rolunu elmi prizmadan
öyrənən, sistem halına gətirən ilk elmi məktəblərdir.
Hələ qərarların qəbulu haqda nəzəriyyənin yaranmasına qədər, iqtisadiyyat elmi
nəzərdə tutulmuş fəaliyyətlərin hesabatına və proqnozlaşdırılmasına əsaslanaraq
təsərrüfatın məqsədəuyğun aparılıması haqqında məsələ qarşıya qoymuşdur. Klassik
15
siyasi iqtisadiyyatın ilkin zəminləri. müəyyən ölçüdə, hətta A.Smitin yaxın olduğu
şotland fəlsəfi məktəbinin konsepsiyası çərçivəsində formalaşmış fərdlərin özlərini
məqsədəuyğun aparması haqda təsəvvürlərin təsiri nəticəsində yaranmışdır. Bu etik
məktəb məqsədəuyğun fəaliyyətin fərdi konsepsiyasını irəli sürmüşdür. Utilitaristlər
(mənfəətpərəst) kimi, onun davamçıları da insanların əməl və fəaliyyətlərini hansısa
qabaqcadan hasil olunmuş yanlış fikrə əsaslanmış əxlaqi prinsiplərə görə deyil, yalnız
sonda əldə etdikləri nəticə və səbəblərə görə qiymətləndirirdilər. Özünün «Xalqların
sərvətlərinin səbəbləri və təbiəti haqda tədqiqat (1776-cı il)» adlı fundamental
əsərində A. Smit, iqtisadi hadisə və prosesləri izah edərkən məhz bu cür fərdi
yanaşmadan istifadə etmişdi. O, qeyd edirdi ki, «hər bir ayrıca adam, iqtisadi
fəaliyyətini həyata keçirərkən yalnız şəxsi marağını nəzərdə tutur, özü də bu halda o,
«görünməz əli» ilə onun öz fikrinə (arzusuna) daxil olmayan məqsədinə tərəf
yönəlmişdir. O, öz şəxsi maraqlarını güdərkən, adətən daha fəal şəkildə cəmiyyətin
maraqlarına xidmət edir...» [70]. Mahiyyətcə, A.Smitin uyğun “görünməz əl”
adlandırdığı şey tələb və təklif arasında müvazinət yaradaraq qiymətləri tənzimləyən
bazar mexanizmidir. Belə bir müvazinət bazar mübadiləsində iştirak edən böyük
miqdarda alıcı və satıcıların qarşılıqlı təsiri nəticəsində yaranır. Mövcud nəzəriyyədə
fərdin gəlirini maksimallaşdıran istənilən fəaliyyəti məqsədəuyğun hesab olunur.
A.Smitin və digər siyasi iqtisad klassiklərinin fikirlərinə görə, bu, bütün cəmiyyətin
zənginləşməsinin və firavanlığının güclənməsinə gətirib çıxarmalıdır. Lakin bu
zaman bütün diqqət fərdin fəaliyyətinin optimallaşdırılmasına yönəldilir, yəni
minimal məsrəflərlə maksimal gəlirin əldə edilməsi nəzərdə tutulur. Ona görə də,
klassik və xüsusilə neoklassik nəzəriyyələr bütün mümkün qərarları ədalətlə tədqiq
etməyə çalışmışdırlar. Halbuki bu zaman tez-tez fərdin, qrupların və ya təşkilatların
hərəkətinə təsir edə biləcək daxili amillərin məzmunlu müzakirəsi istisna edilirdi,
baxmayaraq ki, A.Smit özü mübadilə prosesində cəmiyyət institutlarının və
qanunlarının rolunu aydın dərk edirdi[70, 71].
A.Smit bazarda iqtisadi münasibətlərin azad rəqabətlə idarə olunmasının elmi
əhəmiyyətini vurğulamışdır. A.Smitə görə bu cür rəqabətə mane ola biləcək səbəblər
iqtisadi artım, inkişaf üçün arzuolunan deyil. A.Smit əsərində bazarın özü özünü
Dostları ilə paylaş: |