7
FƏSĠL 1. ĠSTEHLAK BAZARI - IQTISADI KATEQORIYA KIMI
1.1.
İstehlak bazarı iqtisadi kateqoriyasının mahiyyəti və məzmunu
İlk növbədə qeyd etmək istərdim ki, «İstehlak bazarı» iqtisadi kateqoriyasının
mahiyyətinin düzgün formada anlaşılması,təhlili və tədqiqi onu təşkil edən
«istehlak» və «bazar» iqtisadi kateqoriyalarının daha dəqiq başa düşülməsindən və
ətraflı tədqiqindən çox asılıdır. Bu nöqteyi nəzərdən iqtisadi nəzəriyyə sahəsindəki
mütəxəssislərin «bazar» iqtisadi kateqoriyasını şərh edərkən aşağıdakı cəhətləri
vurğulamaları xüsusi maraq doğurur.
Bazar istehsalla istehlakın toqquşduğu məkandır. Qısaca qeyd etsək, bazar alıcı
ilə satıcının iqtisadi münasibətlərini əhatə edən görüş sferasını təmin edir. Vaxtilə
məşhur alman alimi K.Marks artan tələbatla onun ödənilməsi şərtləri arasında əlaqə
və asılılıqdan bəhs edərkən yazırdı: “Vəhşi insan tələbatını ödəmək, öz həyatını hifz
etmək və təkrar istehsal etmək üçün təbiətlə mübarizə etməli olduğu kimi, mədəni
adam da mübarizə etməlidir, bütün ictimai formalar və bütün istehsal üsulları
şəraitində mübarizə getməlidir.[24]
Məlumdur ki, insanlar yaşamaq, cəmiyyətdə mövqe tutmaq, inkişaf etmək üçün
gündəlik olaraq müəyyən həcmdə müxtəlif əmtəə və xidmətlərdən istifadə etməlidir.
Belə ki, cəmiyyətdə insanlar tərəfindən bu nemətlərin, xidmətlərin istehlakı daimi və
fasiləsiz şəkildə vüsət aldığı kimi bunların yaradılması və istehsalı da daimi şəkildə
təmin olunmalıdır. Təlabatların sonsuzluğu, iqtisadi ehtiyatlarım məhdudluğu
şəraitində cəmiyyətə lazım olan bütün növ əmtəə və xidmətlərin istehsalının fasiləsiz
şəkildə davam etməsi və bərpası təkrar istehsal adlanır.
Fiziokratlar iqtisadi məktəbinin banisi Fransua Kene bu kateqoriyanı elmə
gətirmiş və «təkrar istehsal-istehsalın fasiləsiz şəkildə təkrar olunması prosesidir»
deyə vurğulamışdır. [F.Kene “İqtisadi cədvəl”i] Burada qısaca qeyd etmək istərdim
ki, təkrar istehsal əmtəə-xidmətlərin təkrar istehsalı, iş qüvvəsinin təkrar istehsalı,
iqtisadi münasibətlərin təkrar istehsalı kimi təhlil edilir. Təkrar istehsal əhatə
dairəsindəki fəaliyyətinə əsasən fərdi və ictimai formalarda fərqləndirilir. Fərdi
8
təkrar istehsal - əmtəə və xidmətlərin ayrı-ayri fərdi təsərrüfatlarda, firmalarda,
təşkilatlarda təkrar istehsalını, bərpasını nəzərdə tutur. Öz fəaliyyətləri üzrə fərdi
təkrar istehsalların məcmusu ictimai təkrar istehsal prosesini yaradır. Əgər fərdi
təkrar istehsalda fərdlərin maraqları təmin olunursa, ictimai təkrar istehsalda
bütövlükdə ölkənin, cəmiyyətin maraqları təmin olunur. Təkrаr istеhsаlın
fаsiləsizliyini təmin еdən vacib elementlər- istеhsаl, bölgü, mübаdilə və istеhlаk
hesab olunur. Deməli, cəmiyyətin əldə etdiyi bütün növ əmtəə və xidmətləri təkrar
istehsal prosesinin nəticəsi kimi qiymətləndirmək olar. Beləliklə, bazarın normal
fəaliyyət mexanizminin təmin olunmasında təkrar istehsal prosesi və onun geniş
formada tətbiqi son dərəcə vacibdir.
Bu nöqteyi nəzərdən qeyd edə bilərik ki, bazar - ictimai təkrar istehsal prosesində
iqtisadi, eyni zamanda əmtəə-pul münasibətlərinin təzahür etdiyi mürəkkəb bir
mexanizmdir, sosial iqtisadi kateqoriyadır. [16]
Bazar əmək məhsulunun əmtəəyə çevrildiyi, ona görə də bu məhsulun başqasına
satılmaqla verildiyi bir yerdir. Bazar təkrar istehsalın müəyyən mərhələsini ifadə edir,
bunsuz ictimai təkrar istehsal mümkün ola bilməz. Bazar həm də əmtəənin tədavüldə
olduğu bir sahədir, buradan kənarlaşan məhsul tədavüldən də kənarlaşmış olur, öz
əmtəəliliyini itirir. Burada əmtəə-pul münasibətləri vasitəsilə əmtəələrin alqı - satqı
prosesi, yəni əmək məhsullarının mübadiləsi baş verir. [21] Bazar ictimai əmək
bölgüsünün öz mahiyyətini, həm də bu iki anlayışın bir-biri ilə ayrılmaz əlaqədə
olduğunu təzahür etdirdiyi bir məkandır. İctimai əmək bölgüsü isə, özünü tələb və
təklif vasitəsilə təzahür etdirərək, eyni zamanda cəmiyyətdəki sosial cəhətdən olan
bölgünü də əks etdirir. Buradan aydın olur ki, tələb və təklif müxtəlif aspektli sosial
bölgülərin (əhali qrupları, ixtisaslar, əhali peşə qrupları və s.) olmasını nəzərdə tutur.
Bu sosial qruplar cəmiyyətin ümumi gəlirini (öz sosial vəziyyətinə, ictimai
istehsaldakı iştirakına və s. uyğun olaraq) öz aralarında bölüşdürür (bu isə maliyyə
münasibətlərini əmələ gətirir), öz istehlakı üçün sərf edirlər; istehlakçıların gəlirinə
uyğun olaraq ödənilən bu tələbat hissəsi tələb əmələ gətirir ki, bu da bazarı, tələbin
formalaşdığı, onun tələbatdan fərqli bir kateqoriya şəkli aldığı, onun təzahür forması
9
olan bir sahə kimi qiymətləndirməyə əsas verir. Burada eyni zamanda, yeni yaranmış
və bazara daxil olmuş əmtəə, yeni tələbat və tələb də formalaşır [27, 44, 66].
Qeyd etmək yerinə düşər ki,
i
qtisadi sistemlərdən ən geniş şəkildə yayılmışı
bazar iqtisadiyyatı sistemidir. Bazar bəşəriyyətin ən mühüm və önəmli
nailiyyətlərindən biridir. Bazar bəşər cəmiyyəti tarixində böyük ictimai əmək
bölgülərinin, əmtəə təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə
bağlıdır.İqtisadi sistemdə bazarın müxtəlif əlamətlərə görə təsniflənləşdirildiyini qeyd
edə bilərik. Bazarların iqtisadi təyinatına görə təsnifləşdirilən formalarından biri də
“əmtəə və xidmətlər bazarı” dır. Buna iqtisadi ədəbiyyatlarda “istehlak bazarı” da
deyilir. Buraya ərzaq və qeyri ərzaq məhsulları, məişət, kommunal, nəqliyyat
xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları aiddir. Burada
qeyd etmək istərdim ki, əmtəə - insanların müəyyən tələbatını ödəyən və satılmaq,
mübadilə olunmaq üçün istehsal olunmuş əmək məhsullarıdır. Xidmət - əmtəələr
kimi insan tələbatının ödənilməsinə istiqamətlənib,lakin xidmətlər maddi deyil.
İstehlak bəs nədir? İstehlak – müxtəlif əmtəə-xidmətlərə insanların istək və ehtiyacını
ifadə edir. Qısaca, istehlak-həmin əmtəə və xidmətlərdən istifadə edilməsini özündə
əks etdirir. Bütün bu münasibətlər istehlak bazarında baş verir.
İstehlak bazarı – bazar təsərrüfatı sisteminin son dərəcə vacib həlqələrindən
hesab olunur və o cəmiyyətin sosial-iqtisadi inkişaf səviyyəsinin indikatoru fonunda
təlabatların səmərəli,effektiv şəkildə ödənilməsinə istiqamətlənmiş mal və xidmət
müraciətinin məkan,ərazi formasıdır. Bazar münasibətlərinin formalaşması üçün
istehlak bazarına xüsusi əhəmiyyət vermək lazımdır. İstehlak bazarı bir - biri ilə
qarşılıqlı əlaqədə olan elementləri əhatə etməklə, mürəkkəb kompleks bir sistemdir.
Onun fəaliyyətinin genişlənməsi, hər şeydən əvvəl, qiymətqoyma sisteminin yenidən
qurulması, məhsul dövriyyəsinin tənzimlənməsi və bazar strukturlarının
formalaşması ilə xarakterizə olunur.İstehlak bazarı - qeyri-kommersiya xarakterli
şəxsi istehlak üçün satın alınan əmtəə və xidmətlərin tədavülü sferasında yaranan
iqtisadi münasibətlərin məcmusu hesab olunur. İstehlak bazarının tərkibində ərzaq
malları bazarı və qeyri-ərzaq malları bazarı fərqləndirilir.İstehlak bazarı müəyyən
iqtisadi münasibətlərin təzahür sferasıdır. Bu münasibətlər əsasən istehlak olunan
Dostları ilə paylaş: |