76
İnqilabdan sonra Şuralar ittifaqında xalq musiqi instrumentləri geniş inti-
şar tapmışlardır. İşçi klubları, kəndli guşələri, qızıl ordu hissələrində xalq
musiqi instrumentləri təşkil olunmuşdur.
Avropa və Amerika ölkələrində də hər xalq öz musiqi instrumentinə
«mülki hüquq» verməyə, onu beynəlxalq musiqi instrumentləri ailəsinə daxil
etməyə çalışır.
Bizim xalq musiqi instrumentlərindən ən çox tərəqqi və intişar edəni –
tardır.
Bir çoxları tarın AZƏRBAYCAN musiqi instrumenti olmadığını və
rozəxanlar, mərsiyəxanlar ilə birlikdə İrandan gəldiyini və böyləliklə də xalis
İran musiqi instrumenti olduğunu söyləyirlər. Bu fikir çox da doğru deyildir.
Əyər tar, AZƏRBAYCAN a İrandan gəlmişsə, hər halda tarın İranda ijad
edildiyi dəxi doğru deyildir. Miladdan 2000 il qabaq misirlilərin «Nabia»
adlı musiqi instrumenti tarın ibtidai bir şəklindən başqa bir şey deyildir.
Misirlilərin nabiası İranda Əbu Nəsr Fərabi tərəfindən təkamül edilmiş, İran
tarı halına salınmışsa, AZƏRBAYCAN da da İran tarı məşhur tarçalan Sadıq
tərəfindən büsbütün dəyişdirilmiş, AZƏRBAYCAN laşdırılmışdır...» (5, 35-
36).
Əslində, nabia simli alət olsa da, tardan çox fərqlənir. Ə.N.Fərabi isə risa-
lələrini ərəbjə yazsa da, milliyyətjə AZƏRBAYCAN lıdır. 1996-jı ildə
İranda nəşr edilən Ə.N.Fərabinin «Kitab-ül-musiqiye-əl-kəbir» əsərində onun
babalarının Ərdəbildən Xorasana köçdükləri haqda məlumat verilir. Bu
əsərdə Ə.N.Fərabinin əslən Azəri türkü olduğu təsdiqini tapır (6, 10; 23).
Deyilənləri xatırlatmaqda məqsəd tarın sırf AZƏRBAYCAN çalğı aləti
olduğunu vurğulamaqdır.
Ümumiyyətlə, M.Müşfiq irsini araşdırdıqda 12 müxtəlif səpkili şeirlərində
tarın adına rast gəlirik. Onun tarı vəsf etdiyi ilk şeir «Tarın javabı» adlanır.
1930-ju ildə nəşr edilən bu şeirdə şair musiqinin haram olduğunu deyən din-
darlara qarşı etirazını bildirir.
Bu sətirlərin müəllifi «Tarın javabı» şeirinin dinlə əlaqəsi olmayan
misralarından istifadə edərək «Çal tarı!» adlı mahnı bəstələmişdir. Mahnının
not yazısını və mətnini təqdim edirik:
77
78
79
80
«ÇAL TARI!»
Dostumun əlində bir sızlayan tar,
Sərpirdi ətrafa şəffaf dalğalar.
Nəqərat:
Tarın tellərində «Kəsmə şikəstə»,
Tutmuşdum qəlbimdə bir tatlı bəstə.
O, həvəslə çalır, mən oxuyurdum,
Üz tutub dostuma böylə diyordum:
Çal, mizrab toxunsun sarı tellərə.
Çal, səsin bənzəsin joşqun sellərə.
Çal, tarı dindirib inlətəlim, çal.
Çal, tara bir şeir söyləyəlim, çal.
Nəqərat
Mahnının nəqəratındakı «O, həvəslə çalır, mən oxuyurdum» misrasından
Müşfiqin həm də gözəl səsi, avazı olduğu aydınlaşır.
Böyük şairin tarı vəsf etdiyi şeirlərin adını və yazılma tarixini təqdim
edirik. Kitab boyu Müşfiqşünas alim Gülhüseyn Hüseynoğlunun tərtib etdiyi
topludan istifadə etmişik: M.Müşfiq «Əsərləri», Bakı, «Səda», 2004.
1. «Tarın javabı» şeiri (1930-ju ildə yazılıb), I jild, səh. 208-210.
2. «Mənim dostum» poeması (1933-jü ildə yazılıb), II jild, səh. 208-209.
3. «Qəzəl» (1933-jü ildə yazılıb), I jild, səh. 283.
4. «Tar» şeiri (1933-jü ildə yazılıb), I jild, səh. 284-289.
5. «Əbədiyyət nəğməsi» şeiri (1935-ji ildə yazılıb), I jild, səh. 307.
6. «Yüksəliş» şeiri (1935-ji ildə yazılıb), II jild, səh. 109.
7. «Nə deməkdir?» şeiri (1936-jı ildə yazılıb), I jild, səh. 393.
8. «Üç sağlıq» şeiri (1936-jı ildə yazılıb), I jild, səh. 353-354, 356-358,
361.
9 «Tərtərhes nəğmələri» şeirinin II bölümü (1936-jı ildə yazılıb), I jild,
səh. 364-365.
10. «Tərtərhes nəğmələri» şeirinin X bölümü (1936-jı ildə yazılıb), I
jild, səh. 370-371.
11. «Azadlıq dastanı» poeması (1936-jı ildə yazılıb), II jild, səh. 283.
12. «Duyğu yarpaqları» şeiri (1937-ji ildə yazılıb), I jild, səh. 435.
Bu şeirlərin üçü – «Tarın javabı», «Tar» və «Nə deməkdir?» birbaşa tara
həsr edilib. Digər şeirlərdə isə tarın adı müəyyən məqamlarda çəkilir, bəzi
hallarda isə tar sözü bənzətmə kimi işlədilir.
«Duyğu yarpaqları» şeirində Müşfiq dövrünün virtuoz sənətkarlarını –
opera müğənnisi, xalq artisti Bülbülü (1897-1961, tam adı və soyadı:
Murtuza Məşədi Rza oğlu Məmmədov) və tarzən Qurban Pirimovu (1729-
1822) yada salır:
Görmüş xəzanları, ildırımları,
81
Bir üzüm qaradır, bir üzüm sarı.
Bu gün şadlığımı çalsın, çağırsın
Bülbülün mahnısı, Qurbanın tarı!
Hər iki sənətkar Müşfiqin toy məjlisində iştirak edib, çalıb-oxuyub və bu
şeiri şair öz toy günündə söyləyib.
Qeyd edək ki, Qurban Pirimov Aşıq Valeh Kərbəlayi Səfi Məhəmməd oğ-
lunun (1729-1822) nətijəsi, dövrünün tanınmış balaban çalanı Baxşəli Gülab-
lının oğludur.
Müşfiq məşhur «Tar» şeirini 1933-jü ildə yazmışdı:
Oxu, tar, oxu, tar!
Səni kim unutar?
Jənab prezident İlham Əliyevin 16 aprel 2007-ji il tarixli sərənjamına əsa-
sən AZƏRBAYCAN xalqının görkəmli şairi M.Müşfiqin 100 illik yubileyi
şairin doğma yurdu Xızı şəhərində, eləjə də ölkəmizin bir çox bölgələrində
təntənəli surətdə qeyd edildi.
M.Müşfiqlə bağlı keçirilən tədbirlər mətbuatda
və kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırıldı.
Biz müşfiqsevərlər şairin Bakıda ev muzeyinin açılmasını, onun ev
əşyalarının, paltarlarının, tarının bu muzeydə qorunmasını arzulayırıq.
Xatırladaq ki, Müşfiqin şəxsi tarı hazırda Nizami adına AZƏRBAYCAN
Ədəbiyyatı Muzeyinin ekspozisiyasında (İnv. №2903) nümayiş etdirilir.
Bu gün AZƏRBAYCAN tarının səsi dünyanın ən nəhəng konsert
salonlarından gəlir. Tarımızın yaşamasında, həyata yenidən vəsiqə almasında
Müşfiqin xidməti az olmayıb. «O, öz ölümüylə tarı yaşatdı» – desək, heç də
yanılmarıq. Yaxşı olardı ki, Respublika Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə «Xızıda Müşfiq və tar günləri» adlı Beynəlxalq elmi-simpozium,
həmçinin festival keçiriləydi, dünyanın müxtəlif ölkələrində yaşayan
orqanoloqlar və tarzənlər bir araya yığışaydı. Belə olduqda Müşfiqin də na-
kam ruhu şad olardı. Həmçinin belə bir beynəlxalq festival keçirilsə, dünya
ijtimaiyyətinin nəzər-diqqətini AZƏRBAYCAN a yönəltməklə tarımızda gö-
zü olan bədxah düşmənlərimizi də hədəfə almış olardıq.
Sevindiriji haldır ki Xızı rayonunun Sayadlar kəndində – «Müşfiq oja-
ğı»nda Xızı rayon mədəniyyət şöbəsinin müdiri Sənan Talıbovun təşəbbüsü
ilə həvəskar tarzən Jamal Hüseynov tar alətinə abidə qoymuşdur. Yaxşı
olardı ki, Bakıda və eləjə də digər şəhərlərimizdə də tara belə abidələr qo-
yulaydı.
Müşfiq tara, tarın simasında AZƏRBAYCAN a, AZƏRBAYCAN çılığa
heykəl qoyub. O, təkjə tara deyil, AZƏRBAYCAN a hayqırıb «Oxu!» deyir,
«Yaşa» deyir! «Səslən, yaşa, inkişaf et, doğma tarım, doğma AZƏRBAYCAN
ım» – deyir.
Bəstəkar, əməkdar injəsənət xadimi Nazim Quliyev Mikayıl Müşfiqin
əziz xatirəsinə həsr etdiyi tar və fortepiano üçün «Səni kim unudar?» adlı
lirik əsər yazmışdır. Əsərin not yazısı ilk dəfə «Konservatoriya» curnalında
təqdim edilir.
Dostları ilə paylaş: |