Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə29/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   25   26   27   28   29   30   31   32   ...   72

90
 
Beytdən  belə  məlum  olur  ki,  yumşaq  materialın  üzərində  naxış  açmaq 
üçün nəqqaşlar işlədiyi kimi qanun ifaçıları da barmaqlarında üsküklü mizrab 
olmaqla həmin işi görürlər. Son nəticədə alınan musiqi gözəl bir naxış kimi 
ruha fərəh verir: 
  
Sərət rast be aline zanou dust 
Tora müttəhsil ruyi bər ruyi-dust 
Dər ağuşe yarəst məaviyi tu 
Vəz u gəştə hasil təmənnayi tu. [1, 704] 
 
Sətri tərcüməsi: 
 
Başını dostunun dizləri üzərinə qoyur,  
Dostuyla tamam üzbəüz durur. 
Sanki sevgiliн  səni bağrına basıb,  
Bütün bu gəzişmələrin nəticəsi səni istəməkdir. 
 
Şair  təşxis  bədii  fiqurundan  istifadə  edərək  qanunu  ifaçı  ilə  birgə  aşiq-
məşuq obrazında göstərə bilmişdir. 
Sözun əsl mənasında ifaçı sənətini nümayiş etdirərkən haldan-hala düşür 
və  qarşısındakı  musiqi  aləti  canlanaraq  onun  ən  yaxın  adamı  kimi  əzizinə 
çevrilir.  İfaçı  musiqi  alətinə  öz  müsahibi  kimi  baxmalıdır.  Alət  onunla 
danışmalıdır. Əgər bu mükalimə yoxsa, deməli ifa alınmayıb. 
Qanunun  tərkib  hissələri  “canlı”  materiallardandır.  Taxta  hissələr  nə 
vaxtsa  ağac  ömrü  yaşamışdır.  Dəri  hissə  ömrünü  sükutla  yaşamış  balıqdan 
alınır. Alətin simləri Füzulinin təsvirində metaldandır. İnsanın əsəb tellərinə 
bənzəri  var.  Bu  mənada  ifaçı  ilə  alət  arasında  qarşılıqlı  anlaşma 
münasibətləri yaranıb inkişaf edir. 
Şair гanunda ifanın təsiri ilə bağlı maraqlı detallardan istifadə etmişdir. 
  
Əz u çün şənidəm nəvayi-həzin 
Be u qoftəm ey löbəti-nazənin 
Şənidəm ke çün mən to həm aşiği 
Dər in şivə bər aşiğan faiği 
Vəli heyrəti darəm əz kari-to 
Ke əz eşg durəst ətvari-to.[1, 704]  
 
Sətri tərcüməsi: 
 
Ondan həzin havacat eşidən kimi 
Ona dedim: Ey nazənin gəlincik,  
Eşitmişəm ki, sən də mənim kimi aşiqsən. 


91
 
Bu əda ilə aşiqlərə yaxınsan 
Ancaq sənin işindən heyrətdəyəm ki,  
Aşiqlərin halından uzaqsan. 
 
Beytlərində  şair  hansısa  bir  havacata  köklənmiş  qanun  alətinin  aşiqlərin 
ovqatı ilə düz gəlmədiyindən söz açır. Aşiqlər bir qayda olaraq, rüsvay olur, 
dərddən  saralıb  solur,  sevgilisi  ilə  üz-üzə  gələndə  nitqdən  düşür.  Musiqi 
alətində  isə  bir  sabitqədəmlik,  dəyişməzlik  var.  O,  ifaçının  barmaqları 
dəyəndə dilə gəlib danışır. Musiqi alətində ifa olunan təranələr insanın zərif 
hisslərini  cuşa  gətirərək  ona  sevgi  hissləri  aşılayırsa,  əsl  aşiq  öz  sükutu, 
dilsizliyi ilə bu məqamı açıqlayır. 
Məhəmməd  Füzuli  “Saqinamə”sində  musiqi  elmindən  xəbərdar  olan  bir 
mütəfəkkirin  qanun  alətinin  ifasına  və  ifaçılığına  dərindən  bələd  olduğunu 
əyani nümayiş etdirir. 
 
İstifadə edilmiş ədəbiyyat: 
1.Divani-farsiyi-Füzuli.  Hazırlayanı  Həsibə  Mazıoğlu.  Tehran  1376  hicri-şəmsi  s.  699, 
704, 707. 
2.  Məhəmməd  Füzuli  Əsərləri,  V  cild,  Bakı,  1996  s.  160-162.  [tərcümə  Böyükağa 
Qasımzadənindir] 
3.Abdullayeva Səadət. Azərbaycan xalq çalğı alətləri. Bakı, “Adiloğlu“, 2002 s..35 
4.Bunyadov Teymur. Əsrlərdən gələn səslər. Bakı, Azərnəşr, 1993, s. 222-223. 
5.Касимов  К.  Музыкальная  культура  Азербайджана.  вып.  8,  Баку,  Изд-во  АН 
Азерб. 1962. 
  
РЕЗЮМЕ 
 
В статье рассказывается о строении, звучании и методе воздействия 
музыкального инструмента канон в поэме Магомеда Физули «Сагинаме».(”Семь 
чаша“). 
  
SUMMARY 
 
In article is told about construction, sound and method of the influence of the music 
instrument canon in poem Magomeda Fizuli “Saginame”. 
 
 
Rəyçilər:  sənətşünaslıq  doktoru,  professor  S.Abdullayeva;  filologiya 
elmləri namizədi F.Qurbanсой. 
 


92
 
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Alətşünaslıq. Органология 
 
Sərxan ABIYEV 
Azərbaycan Dövlət Mədəniyyət və  
İncəsənət Universitetinin Baş müəllimi 
 
QARMON ALƏTİNİN TƏDRİSİ, MİLLİ 
MUSİQİ ALƏTLƏRİMİZ İLƏ UYARLIĞI VƏ 
MUSİQİMİZDƏ YERİ 
 
 
Musiqi  -  müasir  incəsənətin  ən  zəngin,  ən  rəngarəng,  bununla  bərabər 
insan psixologiyasına mənəvi cəhətdən güclü təsir едян vasitələrdən biridir. 
Musiqi  insanı  düşündürməyə,  ruhunu  oxşamağa,  şənləndirməyə,  kədər-
ləndirməyə  və  sair  insani  duyğularına  təsir  etmək  üçün  köməkçi  vasitələrin 
köməyi  ilə  deyil,  öz  səslənmə  cazibədarlığı  və  məlahəti  ilə  nail  olur. 
Musiqiçinin bir sənətkar kimi püxtələşməsində sənət müəlliminin rolu böyük 
və  əvəzolunmazdır.  Musiqiçiyə  lazım  olan  vərdiş  və  komponentləri  lazımi 
səviyyədədirsə,  ifaçılıq  təməli  sənət  müəllimi  tərəfindən  düzgün  qoyulubsa, 
həmin  musiqiçi  mütəmadi  olaraq  öz  üzərində  işləyərsə,  gələcəkdə 
özünəməxsus dəsti xətti ola biləcək bir sənətkar kimi yetişəcəyinə şübhə ola 
bilməz. Hal-hazırki dövrdə qarmon böyük təkamül yolu keçən, özünəməxsus 
mükəmməl yeri olan alətlərdən biridir. Bu səbəbdən də musiqimizdə qarmon 
vacib  alətlərdən  sayılır.  Müxtəlif  dövrlərdə  cəmiyyətin  inkişaf  səviyyəsi  ilə 
əlaqədar  olaraq  güclü  təsir  qüvvəsi  və  imkanları  ilə  seçilən  alətlər  belə, 
qarmona  heç  bir  təsir  göstərə  bilməmiş  və  xalqın  onu  eşitmək  arzusu 
azalmamışdır.  Musiqi  tariximizdə  özünəməxsus  ifa  tərzi  olan  Kor  Əhəd, 
Teymur  Dəmirov,  Məmmədağa  Ağayev  kimi  sənətkarlarımız  ilə  yanaşı, 
müasir  dövrdə  xalq  artisti  Avtandil  İsrafilov,  görkəmli  sənətkarlarımızdan 
sənətşünaslıq  namizədi,  dosent,  əməkdar  artist  Zakir  Mirzəyev,  Hüseyn 
Hüseynov,  Xanlar  Cəfərov,  Ənvər  Sadıqov,  Cehyun  Qəmərlinski,  Xeyrulla 
Dadaşov,  Zöhrab  Babayev  kimi  musiqiçilərimiz  öz  ifaları  ilə  бу  alətin 
imkanlarının tükənməz olduğunu sübuta yetirmişlər. 
Hal-hazırda  musiqiçinin  ifasını,  ifa  texnikasını,  səviyyəli,  professional 
çalğısını dəyərləndirmək üçün qarşısına böyük tələblər qoyulmuşdur. İndiki 
dövrün  tələbləri  ilə  keçmiş  dövrün  tələbləri  arasında  böyük  fərq  vardır. 
Yaxın  keçmişdə  musiqi  sahəsində  özünəməxsus  ifa  tərzi  olan 
sənətkarlarımızın  ifa  səviyyəsi  indiki  dövrün  tələbiдян  çox  fərqlənir.  Lakin 
milli kalorit, özünəməxsus şirin ifa öz sadəliyi, incəliyi, lirikliyi, şuxluğu ilə 
indi də qəlbləri vəcdə gətirir. Onları dinləməkdən dinləyici yorulmur. Müasir 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə