94
Professional ustad sənətkarlarımız tərəfindən ifa olunan müxtəlif xalqlara
mənsub melodiyalar, xalqımızın tarixən şifahi yaddaş yolu ilə nəsildən-nəsilə
ютцрцлян xalq mahnıları, rəqsləri, muğamları, diringələri, rəngləri,
dəramədləri, zərbi muğamları və ya istərsə də dahi bəstəkarların ölməz
əsərlərinin ifasını dinləyərkən qarmonun imkanlarının hələ tam açılmadığının
şahidi oluruq. Bütün deyilən fikirlər bu alət haqгынda, alətin imkanları
haqгынda, ustad ifaçılarımız haqгынda, onların ifa etdikləri musiqi materialı
haqгынda оlаn məqamlardır.
Göstərilən məqamların arxasında ustad müəllimlərin gərgin axtarışları və
fikirləri durur. Bir mükəmməl ifaçının professional sənətkar olması, yetişib
ərsəyə çatması ustad müəllimlərin uzun illər zəhmət və əməyi nəticəsində
əmələ gələn mürəkkəb bir prosesdir. Tədris zamanı nəzərə alınması vacib
olan komponentlər haqгынda bir qədər ətraflı izahat verilməsi, mənfi iş
prosesinin analiz edilməsi alətin tədris prosesinin inkişafına kömək
edəcəyinə əminlik yaradır. Belə ki, tədris zamanı qarşıya çıxan problemlərin
düzgün izahı musiqiçinin professional səviyyəsinin daha çox inkişaf
etməsinə kömək edər. Tədris zamanı bir neçə prinsip və tövsiyələrə riayət
olunması ümumi işin xeyrinə ola bilər. Yəni, ustad-müəllim tərəfindən tərtib
edilən gələcək iş planı: nədən başlamalı olduğunun təyin ediliməsi, dərs
günlərinin və saatlarının proporsional, düzgün bölünməsi, hər kəsin öz
qabiliyyətinə görə proqram təyin olunması prinsipinə riayət edilməsi,
asandan-çətinə prinsipi ilə muğamın tədrisi zamanı emosional – ifa tərzinə
görə dinləyiciyə nəyi aşılamalı olduğunun izahı verilməsi, öz-özünə qulaq
asıb, onu müşayiət edən şəxslərin ifasını eşitmək
qabiliyyətini,
musiqi duyma
qabiliyyətini inkişaf etdirib yüksək səviyyəyə qaldırma vərdişləriня
professional tərzdə riayət olunsa, gələcəkdə həmin musiqiçinin peşəkar ifaçı
olacağına zəmanət yaraнаr. Vacib komponentlərdən biri də odur ki, ifaçı heç
bir sənətkarın ifasını yamsılamamalı,
öz ifa tərzi, dəsti-xətti olmalıdır.
Belə musiqiçinin karyerası uzun müddət sənət olimpinin zirvəsində qala
bilər.
İxtisas-not hazırlığının tədrisində bütün bu komponentlərdən başqa əl-
barmaq-biləng istifadəsi texnikasının düzgün istifadə forması,
düzgün oturma
qaydası, alətə məxsus, spesifik olan körükdən istifadə texnikası, terminlər və
musiqi nyüanslarına riayət edilməsi, tonallığın təyin edilməsi, hansı qamma
üzərində qurulması, mənsub olduğu ladın təyin edilməsi, ixtisas proqramının
şifahi qavrama yolu ilə tədris faktoruna riyaət olunması musiqiçinin bir
ифачы kimi inkişaf səviyyəsinin və ixtisas-not hazırlığının profesсional
olmasına kömək edəcək. Musiqiçinin istedadının səviyyəsini duyub, onun
lazımi məcaraya yönəldilməsində ustad müəllimin rolu əvəzolunmazdır.
Qazanılan musiqi biliklərinin daha təmiz qavranılıb yadda saxlanılması üçün
və professional, mükəmməl ifası üçün təkrar məşğələlərin rolu böyükdür.