Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

114
 
gəlməsidir (6, 82). Üzeyir müəllim böyük yaradıcılıq işləri,  gündəlik musiqi 
müəllimliyi fəaliyyəti ilə yanaşı olaraq yorulmaq bilmədən Azərbaycan  mu-
siqisinin elmi tədqiqi üzərində də çalışmışdır. O, Azərbaycan  xalq musiqisi-
nin tükənməz  zənginliklərini, Azərbaycan məqamlarının əsaslarını dərindən 
öyrənmiş  və  onun  elmi  əsaslarını  kəşf  edərək,  dünya  musiqi    mədəniyyəti 
əhəmiyyəti olan  “Azərbaycan məqamlarının elmi əsasları” adlı yeni musiqi  
elmini yaratmışdır. Üzeyir bəyin bu böyük əməyi uzun illərin inadlı zəhməti 
nəticəsində  əmələ  gəlmiş  və  Azərbaycan  musiqi  mədəniyyətinə  verilən  ən 
qiymətli hədiyyədir”. 
Göründüyü  kimi,  Ü.Hacıbəyli  “Azərbaycan  xalq  musiqisinin  əsasları” 
əsərinin  araya-ərsəyə  gəlməsinə  qədər  çox  məhsuldar  və  gərgin  yaradıcılıq 
prosesi keçirmişdir. “Azərbaycan xalq musiqisinin əsasları” kitabının nəinki 
adı, onun hissələri habelə ladların quruluşu ilə bağlı nəzəri məsələlər kitabın 
nəşr variantına qədər müəllif tərəfindən dəyişikliyə  məruz qalmışdır. 
“Kommunist” qəzetinin 1939-cu il 22 saylı buraxılışında dərc olunan mə-
qalədə  Ü.Hacıbəyli  “Kompozitorlar  üçün  “Azərbaycan  ahənglərinin  öyrənil-
məsinə dair rəhbərlik” kitabçasını çapa hazırlayıram” fikrini bildirmişdi (8, 4). 
Onu da deyək ki, analoji vəziyyəti Ü.Hacıbəylinin müxtəlif arxiv fondla-
rında  qorunub  saxlanılan  kitabın  əlyazma  variantlarında  da  müşahidə  etmi-
şik. 
Kitabın ilk redaktoru olmuş Kövkəb Səfərəliyeva “Böyük insan və musi-
qiçini xatırlama” (11,  162) adlı məqaləsində yazdığı fikirləri zənn edirəm ki, 
oxucularımız  üçün  maraqlı  olar.  Kövkəb  xanım  belə  qeyd  edirdi:  “1943-
1945-ci  illərdə  mən  Üzeyir  bəylə  hər  gün  ünsiyyətdə  olurdum.  Üzeyir  bəy 
özünün “Azərbaycan xalq musiqisinin əsasları” fundamental  əsərini yaratdı-
ğı bu illər mənim üçün həyatımın ən maraqlı dövrü idi. Çox gözəl musiqiçi 
ilə ünsiyyət  mənim üçün həqiqi məktəbə çevrildi. Və məni xalq musiqisinin 
qiymətini başa düşməyə məcbur etdi. Üzeyir bəy mənimlə öz biliyini və incə 
müşahidələrini bölürdü. Ü.Hacıbəyovun kitabı Аzərbaycan musiqiçiləri üçün 
vacib  olmağa  başladı.  O,  şifahi  ənənəli  azərbaycan  musiqisinin  qanunauy-
ğunluqlarını geniş musiqi dairəsinə açdı. Mən xoşbəxtəm ki,  dahi bəstəkar-
alimin çox zəhmətli işinə ona güclü redaktor köməyimi edə bilmişəm”. 
Ü.Hacıbəylinin  tələbələrindən  olmuş  Ağabacı  Rzayeva  müəlliminin  və 
Kövkəb xanımın kitab üzərindəki iş prosesini  belə xatırlayırdı: “Biz Kövkəb 
xanıma  təşəkkür  etməliyik  ki,  müəllimin  elmi  əsərini  işləməkdə  ona  kömək 
edərdi (9). Mən o vaxt başa düşmürdüm ki, onlar nə üzərində işləyirlər. Bil-
səydim mən öz dərs vaxtlarımı onlara verərdim  dərsə gəlməzdim”. 
Akademik  Yusif  Məmmədəliyev  Ü.Hacıbəylinin  tədqiqatçı  əməyinə  və 
bu əməyin bəhrəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” kitabına yük-
sək  qiymət  verərək  belə  yazırdı:  “Ü.Hacıbəyov  1925-ci  ildən  Azərbaycan 
xalq  musiqisinin  əsasları  üzərində  tədqiqata  başlayaraq,  uzun  müddət  sürən 
tədqiqlərin  nəticəsini  1945-ci  ildə  “Azərbaycan  xalq  musiqisinin  əsasları” 
əsərində nəşr etdi (7, 21).  Bu əsərin qiymətini başa düşmək üçün təkcə onu 


115
 
nəzərə almaq lazımdır ki, müəllifin bu tədqiqatda əsaslanacağı və istifadə edə 
biləcəyi  heç  bir  mənbə  olmamışdır.  Ancaq  yüksək  vətənpərvərlik  duyğusu,  
insanı belə bir əməyi başa çatdırmağa ruhlandıra bilərdi. 
Ü.Hacıbəyov bu işi görməklə, Azərbaycan xalq musiqi nəzəriyyəsinin də 
banisi oldu. Çox səciyyəvidir ki, bəstəkar-alim, özünün yazdığı kimi, bu təd-
qiqatını nəşr etməmişdən qabaq sınaqdan çıxarmışdı”. 
Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabının “Giriş” böl-
məsində Azərbaycan ladlarının qurulma qanunlarını və bu qanunlar əsasında 
əmələ  gələn  mənalı  melodiyaları  elmi-nəzəri  cəhətdən  təhlil  etmək  üçün 
Azərbaycan xalq musiqisinin  əsas cəhətlərini yaxından öyrənməyin zərurili-
yini qeyd etmişdir (1, 14). 
Alim əldə etdiyi nəticələrin düzgün olub-olmadığını yoxlamaq məqsədilə,  
özünün  qeyd  etdiyinə  görə,  bəstəkrlarla  əlaqə  saxlamış,  Azərbaycan    ladla-
rında  onun  irəli  sürdüyü  qaydalar  əsasında  bəstələnmiş  melodiyaları  təhlil 
edərək,  öz  nəzəri  müddəalarına  düzəlişlər  etmişdir.  Eyni  zamanda  o,  müəy-
yən  vaxtlarda  musiqişünaslar  və  Azərbaycan  musiqisini  yaxşı  bilən  şəxslər 
arasında elmi-mübahisəli səciyyədə məruzələr etmişdir. 
Fikrimizcə, aşağıda sitat gətirəcəyimiz A.Rzayevanın qələmə aldığı Ü.Ha-
cıbəyli  haqqında  xatirələri  çox  dəyərlidir.  A.Rzayeva  tələbəlik  illərini  belə 
xatırlayırdı:  “1941-ci  ildə  müharibənin  başlanmasına  baxmayaraq  Üzeyir 
müəllim direktor olduğu Azərbaycan Dövlət Konservatoriyasında “Azərbay-
can xalq musiqisi” şöbəsini açdı (9). Biz də həmin şöbəyə daxil olduq. Üze-
yir müəllim həm bəstəkarlıqdan, həm də “Azərbaycan musiqisinin əsasları”-
nın nəzəriyyəsindən dərs deyirdi. Bu fənn bizi çox maraqlandırırdı və Azər-
baycan musiqisinin açılmayan sirlərilə tanış edirdi. Azərbaycan  xalq mahnı-
larından, xalq rəqslərindən, muğamlardan misallar gətirərək bizi daha da hə-
vəsləndirirdi. Muğamları biz musiqi məktəbində tarda çalmağı öyrənmişdik. 
İndi onun nəzəri cəhətini bizə öyrədirdi. Muğamların səsqatarı ilə bizi tanış 
edirdi.  Əsas  muğamlardan  “Rast”,  “Şur”,  “Segah”,  “Bayatı-Şiraz”,  “Çahar-
gah”, “Hümayun” və s. 
Bu  muğamların  qammalarını  birsəsli  və  ikisəsli  yazıb,  sonra  da  əzbərlə-
yirdik. Muğamların  hərəsinin özünəməxsus   kadansları var idi.  Hər  ladın 
kadansını  bir  neçə  cür  yazırdıq.  Sonra  bizə  modulyasiyalar  öyrətdi.  Bir lad-
dan başqa lada keçməyin  yollarını başa saldı. Bu nəzəri cəhətləri öyrəndikcə  
yazdığımız  əsərlərdə tətbiq edir və yazılmış əsərləri təhlil edirdik. Hansı lad-
da yazıldığını və hansı muğamdan hansına keçildiyini tapırdıq. Üzeyir müəl-
lim sonralar yazdığı elmi əsərini “Azərbaycan musiqisinin əsasları”nı  sinifdə 
bizimlə keçə-keçə təcrübədən çıxarırdı. Demək olar ki, bizim sinif onun elmi 
labоratoriyası  idi.  (Bu  misalları  müəllim  öz  xətti ilə  mənim  dəftərimə  yazıb 
tapşırırdı ki, mən onları o biri tələbələrə də verim köçürsünlər)”. 
 A.Rzayevanın Ü.Hacıbəyli haqqında qələmə aldığı xatirələr alimin kitab 
üzərindəki tədqiatçı əməyini başa düşməyə imkan verir. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə