118
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA» № 2, mart-aprel 2009
________________
Musiqi folkloru. Музыкальный фольклор
Ağahüseyn ABBASOV
sənətşünaslıq namizədi
QUBA BÖLGƏSİNİN NOVRUZQABAĞI EL NƏĞMƏLƏRI
Azərbaycan xalqının qədim əkinçilik təsəvvürləri ilə bağlı ənənəvi
bayramlarından biri də «Novruz»dur. Baharın gəlişi, yerin oyanışı, təbiətin
yenidən dirçəlişi hər il təkrar olunmasına baxmayaraq, insanlar tərəfindən
daim məhəbbət və böyük ruh yüksəkliyi ilə qarşılanmış və bir ənənə şəklini
alaraq bu günümüzdə də davam etməkdədir.
«Novruz» bayramının tarixi Zərdüşt dövründən də əvvəllərə - b.e. əvvəlki
minilliklərin dərinliklərinə gedib çıxır. Bu səbəbdən «Novruz»un bir bayram
kimi formalaşaraq qeyd olunmasının tarixi də məhz minilliklərlə ölçülür.
Xalqımızın mənəviyyatına – onun ruhuna, düşüncə tərzinə, adət-
ənənəsinə, dünyagörüşünə dərindən sirayət etmiş bu bayram əski dövürlərdə
əfsanəvi dünyagörüş ilə, mifik təfəkkürlə bağlı olaraq dini-ritual xarakter
daşımış, zaman keçdikcə onun xarakteri dəyişilərək, təqvim mərasiminə
çevrilmişdir.
Novruz haqqında daha mükəmməl təsvirlər, məlumatlar əsrlərin yadda-
şında yaşamaqdadır. Belə ki, XI əsr tarixçisi Əbu Reyhan Əl-Birunin (973-
1048) “Qədim xalqlardan qalmış yadigarlar”, “Qanuni-məsudi”, “Ət-təfhim”
əsərlərində, Ö.Xəyyamın (1045-1131) “Novruznamə” risaləsində, XI əsr ərəb
tarixçisi Nizamül-Mülkün “Siyasətnamə”sində «Novruz» barədə məlumat
verilir.
Müasir dövrümüzdə də görkəmli alim və etnoqraflar bu mövzuya dönə-
dönə müraciət etmiş və bu baxımdan «Novruz» haqqında məlumatlara
A.Nəbiyevin, R.Qafarlının, Ə.Cəfərzadənin, M.Qasımlının, E.Kərimovun,
həmçinin qardaş türk tətqiqatçılarından H.Güngörün, M.S.Yılmazın,
C.D.Hasanoğlunun və başqalarının tədqiqtlarında rast gəlirik.
Eyni zamanda «Novruz» özündə daha böyük və geniş anlamları -
məhəbbəti, sevgini, bolluq və firavanlığı, xalqın incə zövqünü, qurub-
yaratmaq istəyini birləşdirir.
Bu bayramla bağlı xalqın rəngarəng «Novruz» və novruzqabağı
nəğmələri, oyun və tamaşaları, atalar sözü və məsəllər, tapmaca, fal, alqış və
qarğışçları vardır. Eyni zamanda, «Novruz» bayramı ilə bağlı xalqın daha
erkən təsəvvürlərinə aid olan oyun, etiqad və mərasimləri, inanc və adətləri
zaman keçdikcə zənginləşmiş, tükənməz bir xalq yaradıcılığına – folklora
çevrilmişdir.
119
Özünəməxsus milli köklərə malik olan «Novruz» hər yerdə olduğu kimi
Quba ərazisində də təbiətin oyanışı ilə bolluğa, firavanlığa, əkinçilik və
maldarlıq mədəniyətini yüksəltməyə çağırış bayramıdır.
Quba rayonunun coğrafi ərazisinin təbiəti buradakı insanlara əsasən
bağçılıq, maldarlıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olmağa imkan verir.
Bu məşğuliyyətlər nəsillərdən-nəsillərə ötürülərək davam və inkişaf
etdirilmiş, bu günümüzə çatdırılmışdır.
Hər yerdə olduğu kimi Quba bölgəsində də «Novruz» bayramına xalq
həmişə böyük hazırlıq görmüş, onu təntənə ilə keçirmişdir. Bu vaxt
kütləviliyi ilə seçilən əmək prosesləri öz rəngarəngliyilə daha çox
mərasimləri xatırladırdı. Belə ki, əkinçiliklə bağlı olan şum mərasimi payızda
bol məhsulun yığılıb qurtarmasından az sonra torpağın növbəti mövsüm üçün
şumlanmsı ilə başlayırdı. Şum üstündə çalıb-çağırar, «Yallı» gedər, tonqal
qalayıb üstündən atlanardılar. Onlar oxuduqları nəğmələrdə təbiət
qüvvələrini, günəşi, yağışı, torpağı bir-bir çağıraraq, sanki onlardan kömək
istəyər, məhsulun bol olması üçün bu köməyi çox vacib sayardılar. Onların
qol-qola girib birlikdə oxuduqları bir nəğməyə nəzər yetirək:
Dövrə vuraraq oxunan digər bir nəğməyə nəzər salaq:
Nümunədən göründüyü kimi, hər iki nəğmənin melodik əsası eyni olaraq
I oktavanın mi, re və do səslərindən ibarətdir. Bununla yanaşı ritmik
quruluşda, mətnin sözlərində fərqlər üzə çıxır. Əgər I nəğmədə ritmik
quruluş sözlərin hecalara bölünməsi ilə dəyişilirsə, II nümunədəki fərq ilk iki
xanədən ibarət girişdə nəəzərə çarpır.
I nəğmənin ritmik quruluşu:
II nəğmənin ritmik quruluşu isə belədir:
Hər nəğmə bir neçə dəqiqə davam edir, sözlər hər dəfə dəyişilərək,
120
yenidən təkrarlanır. Kənardan seyr etdikdə hərəkət, musiqi və mətndə daxili
bir vəhdətin olduğu dairəvi-qapalı hərəkət forması ortaya çıxır.
Hər iki nəğmənin lad-məqam əsasını I oktavadakı do mayəli «Rast»
məqamı təşkil edir. Melodik intonasiyalar isə eyni lad əsaslı «Mahur-Hindi»
muğamının “Üşaq” şöbəsinin lad intonasiyaları üzərində qurulmuşdur.
Do mayəli «Rast»
məqamının səsdüzümü:
hər iki nəğmənin
səsdüzümü:
Biz bu intonasiyaları – mi-re, mi-do, yaxud mi-re, re-do «Üşşaq» şöbəsini
ifa edərkən musiqi cümlələrinin sonlarında aydınca eşidirik.
Bildiyimiz kimi, keçmişdə texnikanın olmadığı bir dövrdə əkin-biçin
öküz, kotan, xış və əl zəhmətilə həyata keçirilərdi. Ağır və zəhmətli şum
zamanı insanlar çətin işi sanki yüngülləşdirirlər kimi işin, alətlərin ahənginə
uyğun təriflər söyləyirdilər ki, bunlar da sonradan yaddaşlarda qalaraq əmək
nəğmələrinə çevrilmiş və musiqi folklorumuza daxil olmuşdur. Bu
nəğmələrin musiqi və söz mətni çox sadə olaraq “ho-ho” nidalarından,
torpağa, kotana, öküzlərə, hodaqlara deyilən təriflərdən, həvəsləndirici
sözlərdən ibarət olurdu. Hal-hazırda bu nəğmələrdən şum zamanı istifadə
olunmasa da, yaşlı insanlardan lentə aldığımız bir nəğməyə nəzər yetirək:
Nəğmə hodaqçının öküzləri suma səsləməsilə başlayır. Sərbəst vəznli bu
nəğmənin səs ucalıqları da dəqiq musiqi səslərindən ibarət olmayaraq,
nümunədə qeyd olunmuş səs ucalıqlarına çox yaxındır. Söyləyicinin özü də
bunu bir daha təstiqləyir ki, «Novruz»un digər nəğmələrindən fərqli olaraq,
yer əkən zaman oxunan nəğmələrin musiqisi dəqiq olmurdu. Hərə bu sözləri
özü istədiyi kimi oxuyardı. Belə nəğmələr çoxdur.
Göründüyü kimi, bu nəğmələrin əsas qayəsi heyvanları işləməyə sövq
etmək, yorğunluğun qarşısının alınması və bol məhsulun yetişəcəyinə inamın
möhkəmlənməsi olmuşdur. Məhz bu inamın gücü insanlara bütün çətinlikləri
dəf etməyə kömək olurdu..
«Novruz» nəğmələri içərisində əkinçiliklə yanaşı maldarlıq həyatı ilə
əlaqədar olan mahnılar da geniş yer tutur. Bunlar “Sayaçı” və yaxud sadəcə
Dostları ilə paylaş: |