Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

126
 
yönəldilmişdi.  Sonralar  isə  Azərbaycanda  digər  türk  tayfalarının 
yerləşməsiylə  əlaqədar  mürəkkəb  tarixi-etnik  proseslər  nəticəsində 
incəsənətdə  yeni  bir  cığır  açıldı  və  əsas  nümayəndələri  aşıqlar  olan  epik 
janrlar yarandı. 
 Həmin dövrdə Orta əsrlərin məişətindən, Azərbaycan xalqının həyatında 
musiqinin  rolundan  və  poeziya  yaradıcılığından  bəhs  edən  məşhur  dastan  – 
«Kitabi-Dədə  Qorqud»  yaranmışdı.  Bu  sənət  incisi  oğuz  tayfaları  arasında 
yayılmışdı.  Türkmən,  qazax  və  türklər  arasında  geniş  vüsət  tapmış  bu  əsər, 
V-VII əsrlərdən bu günlərə qədər gəlib çıxmışdır. Onun müxtəlif variantları 
Berlin, Drezden, Vatikan və İstanbul kitabxanalarında saxlanılır. 
Dastanın qələmə alınmasının 1300 illiyi bu  yaxınlarda böyük təntənə ilə 
qeyd edilib. 
 “Kitabi-Dədə  Qorqud”  12  boydan  ibarətdir.  Oğuznamələrdə  həm 
müsəlman  dininə  qədər  olan  miflər  və  xatirələr,  həm  də  islamın  təsiri  hiss 
olunur. Kitabda qədim dövr musiqi mədəniyyətindən, həmçinin antik musiqi 
alətlərindən söhbət açılır. Burada bayram və şənliklərdə istifadə olunan simli 
alətlər, hərbi yürüşlərdə çalınan nəfəs alətləri və döyüşdən əvvəl igidlərə ruh 
yüksəkliyi aşılayan zərb alətləri təsvir olunur. 
 Simli  qruplar  qopuzla  nəzərə  çatdırılır.  Dastanda  birinci  dərəcəli  rol 
oynayan qopuzdan bir çox qəhrəmanlar istifadə edə bilirdilər. Lakin qopuzun 
əsas  ifaçıları  ozanlardır.  Ozanların  ifası  daha  çox  jəngavərlər  haqqında 
olardı. 
 Müğənnilərdən  başqa  qopuzdan  şamanlar  da  istifadə  edirdilər.  Əgər 
ozanlar  qopuzu  bayram  şənliklərində,  mövsüm  mərasimlərində  çalırdılarsa, 
şamanlar bu alətdən lənətləmə vaxtı istifadə edirdilər. 
 Qopuzun  ifa  olunma  qaydaları  haqqında  müxtəlif  məlumatlar  var. 
Tanınmış  türkoloq  V.V.Radlov  yazırdı  ki,  şamanlar  3-4/2  fut  hündürlükdə 
olan  və  daha  çox  violonçelə  oxşayan  bu  aləti  qarşılarına  qoyur  və  yayla  ifa 
edirdilər.  O,  qopuzun  üzərində  iki  simi  olduğunu  qeyd  edirdi.  Başqa 
mənbələrdə  isə  qopuzun  üç  simdən  ibarət  olub,  taxta  mizrabla  çalınması 
bildirilir. Bu alətə istinadən sonralar Qafqaz və Orta Asiyanın bir çox musiqi 
alətləri yaranmışdır.  
Nəfəs  alətləri  qrupuna  isə  balaban  və  zurna,  həmçinin  hərbi  marşlarda 
istifadə olunan bürünjdən hazırlanmış borunu göstərmək olar. 
Eposda membranlı zərb alətləri də geniş inkişaf tapır. Bunlardan biri mis 
və bürünjdən hazırlanmış, üstü canavar dərisiylə örtülmüş – kuus-idi. Bu alət 
hərbi siqnal xarakteri daşıyırdı.  
Zərb  alətləri  sırasına  nagara  və  barabanın  başqa  oxşarı  davul  da  daxil 
edilir. 
“Kitabi-Dədə Qorqud” dastanı o dövrün musiqi alətləri və eləcə də musiqi 
mədəniyyəti haqqında geniş məlumat verir. 
 XII  əsrdə  Azərbaycan  Səlcuq  dövlətinin  əsarətindən  xilas  oldu.  Həmin 


127
 
dövrdə Şirvanşahlar dövləti möhkəmlənərək Yaxın və Orta Şərq xalqları ilə 
sıx, mədəni və iqtisadi əlagələr yaratdı. XI-XII əsr bütün müsəlman Şərqində 
İntibah  dövrü  hesab  olunur.  Azərbaycan  mədəniyyətinin  “Qızıl  əsri” 
adlandırılan XII əsr dünya incəsənətinə böyük töhfələr verdi. Bərdə, Şamaxı, 
Dərbənd, Gəncə, Marağa, Təbriz və digər böyük şəhərlərdə tanınmış alimlər, 
həkimlər, astronomlar, coğrafiyaçılar, filosof və tarixçilər yetişdi. 
 XII  əsrdə  Azərbaycan  mədəniyyətinin  ən  böyük  qələbələrindən  biri 
ümumxalq  dilinin  yaranması  idi.  Bu  vaxta  qədər  Azərbaycan  dili  tamamilə 
türk  əsasları  üzərində  qurulurdu.  Jənubda  əhali  azəri,  şimalda  arran  dilində 
danışırdı. Yuxarı təbəqələrdə isə fars və ərəb dilləri işlənilirdi 
 XII  əsrdə  Azərbaycanda  memarlıq  sənəti  də  geniş  inkişaf  etmişdi. 
Naxçıvanlı  Memar  Əcəmi  ibn  Əbubəkr  Yusif  ibn  Küseyr,  Mömünə  Xatun 
türbəsi kimi incilər yaratmışdı. 
 Həmin  əsrdə  Azərbaycan  poeziyası  da  xeyli  irəliləmiş  Əbuən-Nizami, 
Məhəmməd Fələki Şirvani, Əbulüla Gəncəvi, Məhsəti Gəncəvi, Mücirəddin 
Beyləqani, Xaqani Şirvani və xüsusilə İlyas ibn Yusif-Nizami Gəncəvi kimi 
şairlər ölməz sənət inciləri yaratmışlar. 
 N.Gəncəvinin  poetik  abidə  olan  «Xəmsə»si  XII  əsrin  bədii  fəlsəfi 
fikirlərini  bildirdi.  Beşliyin  poemaları  əfsanəvi  xarakter  daşısa  da,  o  dövrün 
adət-ənənələri,  musiqi  mədəniyyəti  bir  çox  janrlar  və  musiqi  alətləri 
haqqında araşdırmalar aparmağa imkan verir. 
 Nizami əsərlərində kütləvi xalq şənliklərindən söhbət açılır, hansı ki, bu 
şənliklərdə kəndirbazlar, rəqqaslar, professional müğənnilər iştirak edirdi. 
 Saray  musiqi  aləmində müğənni  və  rəqqaslar əksərən  qadınlardan  ibarət 
olurdu  və  onlar  zadəganlar  tərəfindən  mükafatlandırılırdı.  Ümumiyyətlə, 
Nizami  o  dövrdə  qadınların  musiqiylə  olan  əlaqəsini  daha  çox  nəzərə 
catdırır.  Təsadüfi  deyil  ki,  XII  əsrdə  yaşaylb-yaradan,  incəsənətin  tanınmış 
nümayəndələrindən  biri  olan  Məhsəti  Gəncəvi  şairə,  müğənni  və  ifaçı 
aşıqdır.  O,  kicik  yaşlarından  musiqini  öyrənməyə  başlamış  və  mugam  ifası 
sənətində yuksəlmişdir. 
XII əsrdə saray məişətində musiqiyə  yuksək qiymət verilirdi. Sarayda və 
varlı feodalların evlərində olan yığıncaqların, incəsənət yarışlarının ayrılmaz 
hissəsi  musiqi  idi.  Nizami  poemalarında  göstərilən  müğənni  Nikisa  və 
Barbəd belə yarışların əsas aparıcıları, yuksək dərəcəli ustalıq və virtuozluq 
simvolu  kimi  təsvir  olunur.  Üçünjü  əfsanəvi  müğənni  isə  Bəhram  şahın 
məşuqəsi  Fitnədir.  O,  rud  və  çəngdə  ifasına,  əla  müğənni  və  rəqqasə 
olmasına görə şöhrətlənmişdir. 
«Xəmsə»dəki poemalardan aydın olur ki, o dövr üçün xarakterik olan əsas 
janr – muğam idi. Bu fikir ona görə inandırıcıdır ki, poemalardakı mahnıların 
mövzusu  qəzəllərdən  ibarətdir.  Qəzəl  isə  muğam  mətninin  əsasını  təşkil 
edirdi.  
Dahi  şair  öz  əsərlərində  müəyyən  lad  prinsipindən  və  ardıcıllıqdan  bəhs 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə