Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə51/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

146
 
yətində  xalqın  dünyagörüşünün  və  əhval-ruhiyyəsinin  dərindən  və  cəmləş-
dirilmiş ifadəsi kimi, milli estetikanın əsası kimi qarşıya çıxır. Böyük Üzeyir 
Hacıbəylinin  muğamları  Füzulinin  poemasına  müvafiq  forma  sayaraq  ilk 
operasında ariyaları məhz muğamla əvəz etməsi heç də təsadüfi deyil. 
Azərbaycanda  muğamı  adətən,  üçlüyün  (tar,  kamança,  qaval)  müşayiəti 
ilə xanəndə ifa edir (çox vaxt xanəndə qavalı özü çalır). 
Ansamblın  ifa  etdiyi  bu  musiqi  nümunəsi  muğam–dəstgah  adlanır. 
“Dəstgah”  müəyyən  muğam  tərkibinə  daxil  olan  bütün  şöbələr,  guşələr, 
rədiflər,  rəng  və  təsniflərin  küll  halında,  məntiqi  inkişaf  qaydası  üzrə  mütə-
şəkkil məcmusudur. 
Qeyd  etmək  lazımdır  ki,  başqa  xalqların  muğamlarına  nisbətən  Azər-
baycan muğamlarında improvizasiya özünü daha aydın göstərir. İfaçı böyük 
yaradıcılıq  təşəbbüsü  göstərir,  bəzən  isə  şöbədən-şöbəyə  özünəməxsus 
qaydada keçərək, hər bir muğamın qanunda nəzərdə tutduğu çərçivədə onun 
ənənəsini,  üsullarını,  formaları  və  miqyasını  zənginləşdirən  yeni  variantlar 
ifa etməklə kiçik melodik «gəzişmələr» də yaradır. 
Muğamda  xalqımızın  müdrikliyi,  onun  xarakteri,  taleyi  əks  olunmuşdur, 
bir  sözlə,  mayamız  muğamla  yoğrulmuşdur.  Milli  musiqimizin  daha  çox 
inkişaf  etmiş  forması  muğamlar  klassik  sənət  səviyyəsinə  qalxmışdır.  Bizə 
elə gəlir ki, muğamın bu cür yüksək qiymətləndirilməsi yalnız musiqinin özü 
ilə  deyil,  həmçinin  onun  ifasının  mürəkkəbliyi  ilə  bağlıdır.  Muğamın  ifası 
alətdə  mükəmməl  çalmağı  bacarmaqla  yanaşı,  həm  bütün  kompozisiyanın 
quruluşunun  qanunauyğunluqlarına,  həm  də  şöbədən-şöbəyə  keçidin  mənti-
qinə bələd olmağı tələb edir. Lakin bu halda da muğamı standart şəkildə, for-
mal  ifa  etmək  də  olar,  çünki  keçidləri,  tamamlamaları  daha  maraqlı,  musi-
qiyə şirinlik gətirən çoxlu xallar vurmaqla orijinal səsləndirmək mümkündür. 
Unudulmamalıdır  ki,  muğam  kompozisiyasının  bütün  strukturu  kifayət 
qədər mürəkkəbdir, onun şöbələrindən hər birinin öz dayaq nöqtələri var və 
ifaçı  bütün  bunları  bilməli,  yadda  saxlamalıdır.  Bu  səbəbdən  xanəndələrin, 
instrumentalçıların  heç  də  hamısı  muğamı  yüksək  səviyyədə  ifa  edə  bilmir. 
İfaçılar  hələ  keçmişdən  tanınmış  ustadların  ətrafında  cəmləşir,  onlardan 
muğam sənətinin sirlərini öyrənirdilər. XIX əsrdə Şuşada, Şamaxıda, Bakıda 
keçirilən  musiqi  məclislərində  dövrün  ustad  musiqiçiləri  ifaçılığın  qayda-
larını  gənclərə  öyrədirdilər.  Tez-tez  dinləyicilərin  və  muğam  bilicilərinin 
məclislərində,  bəzən  toylarda,  şənliklərdə  və  ya  həvəskarların  bəhsləşmə-
lərində  xanəndələr,  instrumentalçılar  çıxış  edir,  ən  yaxşı  ifaçılar  müəyyən 
olunurdu.  Belə  “müsabiqələr”  istedadları  üzə  çıxardır  və  zaman  keçdikcə 
onların şöhrəti başqa yerlərdə yayılırdı. Bu qayda ilə ifaçılar peşəkarlaşır və 
artıq XIX əsrin ikinci yarısından etibarən muğamlar geniş konsert estradasına 
çıxır. “Şərq konsertləri” adlanan tədbirlər keçirilirdi. 
Görkəmli  muğam  ifaçılarının  adları  mədəniyyət  tariximizə  həkk  olunub. 
Onların  arasında  tarzənlər  də  var:  Sadıqcan,  Cavad  bəy  Əlibəy  oğlu,  Usta 
Zeynal  Qarabağlı,  Məşədi  Cəmil  Əmirov,  Qurban  Pirimov,  Mənsur 
Mənsurov, Bəhram Mənsurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Əhsən 


147
 
Dadaşov və başqaları. 
Əsrlər  boyu  musiqi  sənətinin  mühüm  sahəsini  təşkil  edən  muğamlar 
xalqın bütün həyatı ilə, onun mənəvi dünyası ilə sıx bağlıdır. Təsadüfi deyil 
ki, Nizami, Füzuli kimi dahilər öz əsərlərində muğamı tərənnüm etmişlər. 
Nizami Gəncəvi “Xosrov və Şirin”poemasında yazmışdır: 
 
Nikisa, necə ki demişdi Şirin,  
Bir qəzəl oxudu «Rast» üstə həzin  
 
Yaxud: 
Barbədin setarı qaldırdı səsi,  
Bir məst aşiq kimi saza vurdu əl,  
«Üşşaq» pərdəsində oxudu qəzəl. 
 
Və ya,  
 
«İsfahan» pərdəsi başladı «Nəva»  
Oxudu eşq ilə bir gözəl hava..... 
 
Sadıqcan,  Q.Pirimovun  ənənələri,  dövrümüzün  ustad  tarzənləri  Əhsən 
Dadaşovun,  Adil  Gərayın,  Hacı  Məmmədovun  təcrübəsi  nəsildən-nəslə 
keçmişdir. Onlardan hər birinin özünəməxsus ifaçılıq tərzi var idi, hər biri öz 
repertuarının bənzərsizliyi ilə fərqlənirdi. Qurban Pirimovun ifasında “Çoban 
bayatı”, Əhsən Dadaşovun “Şur”, Hacı Məmmədovun “Orta Mahur” və not 
repertuarı  daha  məşhur  idi.  Təbii  ki,  keçmişdə  yaşamış  tarzənlər  müasir 
həyatın  dinamikasını,  emosional  dolğunlugunu,  ifaçıliq  üsullarının 
çoxplanlılığını  görməmiş  və  ifaçılıq  texnikaları  da  indiki  kimi  inkişaf 
etməmişdi.  Lakin  ötən  illərdə  olduğu  kimi,  indi  də  tarzənlərin  bir  çoxunun 
repertuarında  elə  əsərlər  var  ki,  ifasına  fərdilik,  mükəmməllik  verən  çoxlu 
əlavə çaları ilə üzvi vəhdətini hiss edir. İfaçı muğamın yaradıcısına çevrilir. 
Dinləyiciyə elə gəlir ki, həmin muğamın mahiyyətini, ruhunu və xarakterini 
ona  yalnız  ifaçı  çatdıra  bilər.  Hal-hazırda  Ramiz  Quliyev  Azərbaycan 
xalqının məhz, belə tarzəni səviyyəsinə yüksəlmişdir.  
Sənətşünaslıq  namizədi  Abbasqulu  Nəcəfzadə  «Azərbaycan  çalğı 
alətlərinin izahlı lüğəti» adlı əsərində (II nəşr, Bakı, «MBM», 2004, səh. 31-
32) tardan bəhs edərkən yazır: 
“Azərbaycan  tarı”  termini  Azərbaycanda  işlədilməsə  də,  Qafqaz  və  Orta 
Asiya  respublikalarında,  İranda  musiqişünaslar  arasında  çox  işlədilən 
sözlərdəndir. Əslində tar sırf türk alətidir. 
Tanınmış  musiqi  tədqiqatçısı  Firudin  Şuşinski  (1925-1997)  “Azərbaycan 
xalq musiqiçiləri” adlı kitabında tarın yaranma tarixi ilə əlaqədar “Yeni yol” 
qəzetinə  istinadən  (1929-cu  il  №  15)  yazırdı:  ”...Mötəbər  tarixi  vəsiqələrə 
əsaslanıb deyə bilərik ki, tarı miladın X əsrində Türküstan türklərindən olan 
Tərxanın  oğlu  Məhəmməd  Cərco  şəhərinin  Fərab  adlı  bir  kəndində 
qayırmışdır”. [3] 
Gördüyünüz kimi, tar alətinin kim tərəfindən, nə zaman yaradıldığını və 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə