Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə52/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

148
 
dəqiq  ünvanını  F.Şuşinski  göstərmişdir.  Həmin  dövrdən,  yəni  X  əsrdən 
başlayaraq  tar  alətindən  Azərbaycanda  da  istifadə  edilmişdir.  Tarın  “atası” 
sayılan Mirzə Sadıq Əsəd oğlu (1846-1902) 1870-1875-ci illərdə tar üzərində 
bir sıra uğurlu islahatlar apardıqdan sonra alətə qonşu ölkələrdə «Azərbaycan 
tarı»  adı  verilmişdir.  Tarın  əski  forması  isə  1875-ci  ildən  sonra  “İran  tarı” 
kimi adlandırılmışdır. Çünki, İranda bu növ tarlardan o vaxtdan müasir dövrə 
kimi də istifadə edilir. İranda Sadıqcanın (Mirzə Sadıq Əsəd oğlu el arasında 
çox  sevildiyindən  ona  “Sadıqcan”  kimi  müraciət  edilirdi)  tarlarından  da 
istifadə  edilir,  belə  tarlar  İranda  Azərbaycan  tarları  adlandırılır.  Professor 
Vaqif Əbdülqasımov “Azərbaycan tarı” kitabında əski, yəni “beş simli tarın” 
mahir  ifaçısı,  professor  Jan  Dürinqin  qədim  mənbələrə  əsaslanan  fikirlərini 
yazır:  ”Rübablara  daha  yaxın  olan  həmahəng  səsli  tellərə  malik  olan  tar 
həmişə  Qafqazda  olmuş  və  XVIII  əsrin  sonunda  oradan  İrana 
gətirilmişdir.”[1]  Elə  həmin  kitabda  V.Əbdülqasımov  İran  musiqişünası 
Ruhulla  Xaliqinin  “Sərqozəşte-musiqiye  -  İran”  əsərindən  həmçinin,  İranda 
uzun  illər  fars  musiqisinin  tədqiqi  ilə  məşgul  olan  amerikalı  alim  Ella 
Zonnisin “Klassik fars musiqisi” adlı əsərindən nümunələr göstərərək tar adlı 
alətin  İrana  Qafqazdan,  daha  doğrusu,  Azərbaycandan  gətirilməsi  haqda 
məlumat verir.  
“Tar”sözü  farsca  sim,  tel  deməkdir,  simli  mizrabla  çalınan  alətin  adıdır. 
Azərbaycan  tarı  dedikdə  isə,  azərbaycanlı  Sadıqcanın  formalaşdırdığı, 
təkmilləşdirdiyi tar növü nəzərdə tutulur.  
Tar haqqında kitabda Azərbaycan tarı, şərqi tar, bas tar, bəm tar, əsa tar, 
İran  tarı,  Qafqaz  tarı,  qədim  tar,  saya  tar,  sədəfli  tar,  vətər  başlıqları  ilə 
məlumat verilir». 
 
 
 
*** 
Azərbaycan tarının bu günümüzdə ali və orta ixtisas musiqi məktəblərində 
yüksək səviyyədə tədris olunması, dünya səhnəsinə çıxması həm yerli, həm 
də  xarici  dinləyicilərinin  rəğbətini  qazanmasında  görkəmli  bəstəkarımız 
Üzeyir  Hacıbəylinin  əməyini  xüsusu  qiymətləndirmək  lazımdır.  Bildiyimiz 
kimi, XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan mədəniyyətinin hər bir 
sahəsindəki inkişaf demək olar ki, Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. 
Belə  ki,  XX  əsrin  20-ci  illəri  Azərbaycan  musiqisi  tarixinə  yeni  musiqi 
mədəniyyətinin yaradılması, musiqi təhsil sisteminin quruculuğu dövrü kimi 
daxil olmuşdur. Bu, mürəkkəb bir dövr idi. Musiqi tədrisi ilə bağlı müxtəlif 
fikirlər  mövcuddur.  Bu  baxımdan,  əsasən  iki  istiqamətdə  mübahisə  və 
müzakirələr aparılırdı. Birincilər belə bir fikir irəli sürürdülər ki, Azərbaycan 
xalq  çalğı  alətlərində  notla  dərs  keçmək,  habelə  Rus  və  Avropa 
bəstəkarlarının  əsərlərini  öyrənmək  Azərbaycan  milli  musiqisinə  bir  növ 
«təhqir»dir. Onların fikrincə, milli musiqi alətlərində yalnız muğam, rəqs və 
xalq mahnılarını notsuz ifa etmək lazımdır. Musiqiçilərin diğər bir hissəsi bu 
fikrin  əksinə  olaraq  Azərbaycan  milli  misiqisini  inkar  edir,  bildirirdilər  ki, 
yalnız  Rus  və  Qərbi  Avropa  klassik  musiqisini  tədris  etmək  və  əsərləri 
Avropa musiqi alətlərində çalmaq lazımdır.  


149
 
Üzeyir Hacıbəyli isə Azərbaycanda musiqi təhsilinin inkişafını həm milli 
musiqinin, həm də Avropa musiqisinin birgə tədrisində görürdü. 
Çox  sevindirici  haldır  ki,  görkəmli  bəstəkarımız  Ü.Hacıbəyli  tərəfindən 
muğamlarımız  tar  sinfinin  tədris  planına  salınmışdır.  1922-ci  ildə 
Ü.Hacıbəyli Bakı Musiqi Texnikumunu açır. Burada o, xalq çalğı alətlərini, 
eləcə  də  tarın  tədrisini  2  hissəyə  ayırır:  muğam  və  not  sinfi.  Eyni  zamanda 
tar, kamança və xanəndə sinifləri üçün muğam proqramı tərtib edir. 
1925-ci  ildə  təsdiq  olunmuş  ilk  tədris  proqramından  sonra  Ə.Bakıxanov 
və  başqaları  tərəfindən  bir  neçə  dəfə  yeni-yeni  dərs  proqramları 
hazırlanmışdır. 
Bu  mötəbər  işdə  Ü.Hajıbəylinin  hər  sahədə  davamçısı  olan  Səid 
Rüstəmovun  da  əməyi  böyükdür.  Onun  «Tar  məktəbi»  dərsliyi,  «Tar  üçün 
melodik etüdlər» və s. müxtəlif həjmli əsərləri tarın tədris planına salınmaqla 
yanaşı, bu alətin ibtidai təhsilinin əsasını təşkil edir. 
Millətimizin,  mədəniyyətimizin  qədimliyinin  sübutu  olan  tar  haqqında 
çox  məqalələr,  kitablar  yazılmışdır.  Bununla  belə,  bu  mövzu  daim  tədqiqat 
obyekti  kimi  musiqiçilərin  diqqət  mərkəzində  olmuşdur  və  olajaqdır.  Çünki 
torpaqlarımızın  20%-ni  işğal  etmiş  ermənilər  bizim  mədəniyyətimizə  də 
yiyələnmək  arzusundadırlar.  Buna  görə  də  beynəlxalq  aləmə  çıxış  olan 
internetdə,  müxtəlif  saytlarda  AZƏRBAYCAN    tarı  haqqında  dəyərli 
məlumatlar vermək lazımdır.  
 
Ədəbiyyat siyahısı 
1. Əbdülqasımov V. AZƏRBAYCAN  tarı. Bakı, İşıq, 1989 
2. Qasımova S. Səslən tarım. AZƏRBAYCAN  – 1998 
3. Şuşinski F. AZƏRBAYCAN  xalq musiqiçiləri. Bakı, Yazıçı, 1985 
 
РЕЗЮМЕ 
 
Азербайджанский народ с древних времен славится своими певцами (ханенде) 
и  музыкантами.  Старинный  национальный  инструмент  тар  звучен  по  тембру, 
силен  звуком  и  широк  по  диапазону.  По  этой  причине  на  этом  прекрасном 
инструменте  эффектно  звучат  как  мугамы,  фольклорная  музыка  так  и 
произведения композиторов (также произведения европейских композиторов).  
 
SUMMARY 
 
Azerbaijan  is  famous  for  its  singers  and  performers  since  ancient  times.  It  is 
impossible to imagine singer’s performance without tar and kamancha. 
Tar - one of our ancient national instruments – is expressive according to its timbre; 
the  strength  of  its  voice  is  high  with  a  great  range.  For  this  reason  both  mugams  and 
national  music,  as  well  as  composer  songs  (including  Russian  and  western  composer 
songs) is performed effectively in this wonderful instrument. 
 
Rəyçi: xalq artisti, professor Arif Babayev; sənətşünaslıq namizədi İlham 
Nəjəfov. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə