Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə53/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

150
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Rəylər, təkliflər, mülahizələr 
 
 
Tural ŞİRƏLİYEV 
 Azərbaycan Milli Konservatoriyasının aspirantı  
 
MUSİQİ SƏNAYESİNİN MÜASİR NAİLİYYƏTLƏRİNDƏN 
İSTİFADƏ ETMƏ MƏSƏLƏLƏRİ 
 
 Milli musiqimizin zənginliyi, illərlə keçdiyi təkamül prosesinin nə qədər 
zövqlü  alındığı,  bu  gün  milli  maraqlarımızın  möhkəmləndirilməsində,  milli 
mədəniyyətimizin  daha  da  nüfuzlandırılmasında  mühüm  rol  oynaya  biləcək 
bir amil olaraq qarşımızdadır, peşəkarlarımızın simasında bizimlədir. 
 Zənginliyi və zövqlülüyü ilə seçilən milli musiqimizin təbliğinin nə qədər 
vacib  olduğunu,  qısa  bir  müddət  ərzində  aktuallığa  doğru  böyük  bir  məsafə 
qət  edə  biləcəyini  muğam  sənətinə  göstərilən  diqqət,  “Heydər  Əliyev 
Fondu”nun bu sahədə gördüyü əhəmiyyətli işlər sübut edir. 
 Milli  musiqimizin  “nüvəsi”  hesab  edə  biləcəyimiz  muğamın  inkişafı 
yolunda  həyata  keçirilən  uğurlu  layihələr  və  onun  daha  da  aktuallaşması 
uğrunda atılan addımlar bu işin tərkib hissələridir. 
 Bu  prosesin  dinamik  mərhələsini  yaşadığımız  bir  dövrdə  hər  bir  musiqi 
xadiminin  fəaliyyətinin  aktivləşməsi,  milli  musiqimizin  tədrisinin  irəliyə 
doğru  addımlar  atması  qeyd  edilən  proseslə  düz  mütənasibdir  və  onunla 
vəhdət təşkil edir. 
 Milli  musiqinin  aparıcı  nümayəndələri  –  hər  bir  milli  vokal,  xalq  çalğı 
alətləri  ifaçısı,  milli  musiqimizə  müraciət  edən  hər  bir  musiqiçi  öz 
təkamülünü,  fəaliyyətini  istiqamətləndirərkən  mütləq  təqdim  olunacaq 
nəticənin nəinki yalnız professional musiqiçilər, eləcə də, ixtisasca musiqiçi 
olmayan  geniş  dinləyici,  tamaşaçı  kütləsi  üçün  əlamətdar  olmasına,  onları 
maraqlandırmağa  çalışmalıdır,  klassik  ənənələrə  əsaslanaraq  yeniliklərə  can 
atmalıdır. 
 Lakin,  hədəfə  alınan  nəticənin  əldə  olunması  üçün  yalnız  musiqiçilərin 
səyi  kifayət  etməz.  Burada,  “musiqi  iqtisadiyyatı”,  “musiqi  sənayesi”, 
“musiqi  dövriyyəsi”  kimi  anlayışların  daha  da  formalaşmasına  ehtiyac  var. 
Müasir  dünya  musiqisinin  geniş  ictimaiyyət  üçün  aktuallığa  nail  olmasında, 
bu  anlayışların  rolunu  daha  da  dərindən  öyrənmək  və  bu  təcrübəni  eyni 
zamanda milli musiqinin təqdimatı prosesinə tətbiq edilməsi səmərəli olardı. 
Məqsəd  qloballaşan  dünyada  müxtəlif  ölkələrin  musiqisinin,  müxtəlif 
janrların  bir-biri  ilə  uzlaşdığı  bir  dövrdə  milli  musiqinin  rəqabətə 


151
 
davamlılığına nail olmaqdır. 
 Milli  musiqi  ənənələrimizin,  dünyada  mövcud  olan  ən  son  təcrübələrlə 
uzlaşdırılmasında,  musiqi  təşkilatçılarının  üzərinə  düşən  xeyli  iş  var.  Onlar 
öz işlərində daha praqmatik düşünməli, uzlaşdırmağı bacarmalı və hazırlanan 
layihələrin, “musiqi məhsullarının” ictimaiyyət arasında maksimum rezonans 
yaratmasında  maraqlı  olmalıdirlar.  Özündə  milli  musiqini  əks  etdirən 
layihələrin 
meydana 
gətirilməsi 
zamanı 
“musiqi 
sənayesi”nin 
nailiyyətlərindən  istifadə  edərək,  daha  gözəl  səslənməyə,  belə  layihələrin 
konsertləri  zamanı  müasir  texnologiyaya,  tələbata  əsaslanan  isıq 
sistemlərindən istifadə edərək konsertlərin daha baxımlı olmasına nail olmaq 
mümkündür.  Nəticədə  milli  musiqini  təbliğ  edən  musiqiçinin  qeyd  olunan 
proseslərin dövriyyəsində iştirakı, onun sənətini daha maraqlı edərdi. 
 Musiqi  sənayesi  və  dövriyyəsi  məsələsindən  söz  açmışkən,  dünyanın  bu 
sahədə  xeyli  inkişaf  etmiş  ölkələrindən  hazırki  vəziyyətlə  qarşılıqlı 
müqayisədə bəzi nəticələrə varmağa çalışaq.  
Musiqi  dövriyyəsi  dedikdə,  ilkin  olaraq  bu  dövriyyənin  aparıcı  cəhətini 
aydınlaşdırmaq  gərəkdir.  Yəni,  əldə  olunmuş,  hazırlanmış  hər  hansı  bir 
“musiqi məhsulunun” dövriyyəsinə - ən əsası aktual dövriyyəsinə nail olmaq 
üçün  onun  tanıtımını  gerçəkləşdirmək  lazımdır.  Özündə  milli  musiqini  əks 
etdirən  yeni  işlərin,  yeni  ifaların  təqdimatı  və  tanıtımı  aydın  məsələdəki 
mütəmadi  olaraq  baş  verir.  Lakin  bu  təqdimatlar  ictimaiyyətin  musiqi 
sahəsindəki maraq dairəsinin hansı faizini əhatə edir?!  
 Daha  da  mükəmməl  mərhələyə  çatdırmağa  çalışdığımız  milli  musiqini 
eyni zamanda kifayət qədər də aktuallığına nail ola bilirikmi?  
Respublikamızda  muğamın,  milli  musiqinin  tanıtımının  inkşafında  son 
illər görülən işlər irəliyə atılan addımlar, milli musiqimizin də aktual musiqi 
dövriyyəsində daha möhkəm yer tuta biləcəyinə inamı artırıb. Lakin bu işdə 
dayanacaq  nöqtəsi  olmalıdır.  Bu  fikri  də  əsaslandıran  danılmaz  amillər  var. 
Aydındır  ki,  bu  gün  musiqinin  kütləvi  tanıtımından  danışdıqda,  bunu 
mümkün edə biləcək vasitələrlə hesablaşmaq lazımdır. Bu vasitələr tele-radio 
və  audio  vizual  istehsal  sahələridir.  Götürək  televiziyanı.  15-20  il  bundan 
əvvəl televiziyanın vəziyyəti ilə müqayisə edərək gördüyümüz fərqi mütləq 
nəzərə  almalıyıq.  Eyni  zamanda  qlobal  televiziya  məkanının  indiki 
vəziyyətiylə  də  hesablaşmaq  lazımdır.  Yəqin  ki,  gələcəkdə  qlobal 
televiziyanın  yalnız  rəqəmsal  olacağı  barədə  hər  kəs  məlumatlıdır.  Düzdür, 
hələlik  bunun  üçün  hansısa  texnologiyaların  tətbiqi  planını  özündə  əks 
etdirən bir konsepsiya müəyyənləşdirilməyib. 
 Hazırda  rəqəmsal  siqnalın  qəbulu  2  üsulla  gerçəkləşdirilir:  Sputnikdən 
siqnalı qəbul edən fərdi avadanlıqlar və kabel televiziya operatorları vasitəsi 
ilə.  
 Ancaq  rəqəmsal  televiziyaya  keçidin  baş  tutacağı  faktdır.  Bu  dəyişiklik 
ictimaiyyətin,  tamaşaçının  musiqi  marağına  hansı  dəyişikliklərə  gətirib 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə