Азярбайжан республикасы


AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

201
 
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Mənbəəşünaslıq.  Источниковедение 
 
СМОМПК (Сборник материалов для описания местностей и племени 
Кавказа). Вып. 42. –Тифлис, 1912, с. 1-8. 
П.Востриков 
 


202
 
 


203
 
 
 


204
 
 
 


205
 
 
 


206
 
 
 


207
 
 
 


208
 
 
 


209
 
 
 


210
 
 
 


211
 
 
 


212
 
XX  əsrin  əvvəllərindəki  inzibati  ərazi  bölgüsünə  görə,  Azərbaycanın 
tərkibində olan Gorus şəhər məktəbində nəzarətçi işləyən P.Vostirikov çalğı 
alətlərimiz  haqqında  maraqlı  məlumat  verir.  O,  1912-ci  ildə  Tiflisdə  çap 
olunan CMOMPK-nın 42-ci buraxılışında (səh. 1-8) «Azərbaycan tatarlarının 
musiqisi və mahnıları»
16
 məqaləsində («Musiqi alətləri» fəsli) həmin dövrün 
çalğı  alətlərindən  söhbət  açır.  Məqalədə  yanlış  fikirlər  olsa  da,  maraqlı 
məqamlar  da  az  deyil.  Tədqiqatçıların  böyük  marağını  nəzərə  alaraq,  bu 
məqalənin  çalğı  alətlərindən  bəhs  edən  hissəsini  ruscadan  tərcümə  edib, 
şərhlərlə təqdim edirik. 
AMK-nın  «Milli  musiqi  alətlərinin  təkmilləşdirilməsi»  elmi-tədqiqat 
laboratoriyasının əməkdaşları:  Javanşir Qasımov, Abbasqulu Nəjəfzadə 
 
P.VOSTRİKOV  
 
AZƏRBAYCAN TATARLARININ MUSIQISI VƏ MAHNILARI 
Musiqi alətləri 
 
Azərbaycan  tatarlarının  musiqisinin  ən  böyük,  əsas  hissəsini  vokal,  daha 
doğrusu,  oxumaq  sənəti  təşkil  edir.  Çalğı  alətlərində  ifa  isə  onun  bir 
əlavəsidir.  Ümumilikdə  azərbaycanlılar  arasında  musiqi  alətləri  azdır, 
mahnılar  isə  müqayisə  ediləcək  dərəcədə  çoxdur.  Bütün  tatar  mahnıları, 
sadəcə  yerlilər  tərəfindən  «sazəndə»  və  «aşıqlar»  adlandırılan  xüsusi 
professional  oxuyanlar  tərəfindən  ifa  olunur.  «Sazəndə»  və  «aşıqlar»ın  öz 
ifalarının müşayiəti üçün lazım olan musiqi alətlərinin siyahısına aşağıdakılar 
aiddir:  tar,  kamança,  saz,  ney,  litavralar  (qoşanağara  və  ya  koslar  –  A.N.), 
buben (dəf – A.N.), baraban (nağara – A.N.) və zurna. Sadaladığımız musiqi 
alətlərindən tar, kamança və saz – simli; zurna və ney – nəfəs; buben (dəf – 
A.N.), baraban (nağara – A.N.) və litavralar (qoşanağara və ya koslar – A.N.) 
isə zərb alətləridir. 
 
Tar 
1. Tar – tatarların ən sevimli alətidir. Öz quruluşuna görə o, bizim Avro-
pada  geniş  yayılan  gitaranı  xatırladır,  bir  fərqlə  ki,  tara  çox  hallarda  əsasən 
səkkiz  metal  sim  bağlanılır.  Həm  də  tar  gitaradakı  kimi  barmaqla  deyil, 
mediatorla  (mizrabla)  çalınır.  Tarın  qolu  gitaranınkı  ilə  eynidir,  qolun 
bölgülərinə (pərdələrinə – A.N.) gəldikdə isə tarda onlar çoxdur.  
Tarın  arxa  (çanaq)  hissəsi  dairəvi-qabarıqdır,  belə  ki,  böyük  qarpızın 
yarısını xatırladır. Çanaq yanlarından elə tərzdə basıqdır ki, tarın aşağı dekası 
və  yanları,  gitarada  olduğu  kimi,  qabarıq  dərəcədə  nəzərə  çarpmır.  Lakin 
(böyük və kiçik çanaqlar) hiss olunmadan qovuşur, bir-biri ilə təmasda olan 
iki yarımkürə əmələ gətirir. 
                                                           
16
 Мягаля бойу Азярбайжан татарлары дедикдя, Азяри тцркляри нязярдя тутулур. 


213
 
Tarın düz səthinə (yuxarı deka) bir çox hallarda xususi yuxarı dekanı əvəz 
edən (çanağın üzünə – A.N.) nazik dəri çəkilir. Bu dartılmış dərinin üzərində 
simlər üçün xərək yerləşdirilir. 
Tar  adətən  beşdən  səkkizə  qədər  və  daha  artıq  simdən  ibarət  olur,  bütün 
simlər  metaldandır.  Tarın  köklənməsinin  öz  xüsusiyyəti  var.  Bir  yerdə, 
yanaşı olan hər iki (jüt) sim Avropa mandolinasında olduğu kimi eyni tonda 
köklənir. 
İfa  zamanı  tarın  qabarıq  (çanaq)  hissəsi  sağ  qolun  çiyin  (sağ  döşün  – 
A.N.)  önündə  tutulur,  əlin  pəncəsi  isə  tarın  simlərinə  tərəf  əyilir.  Sol  əlin 
barmaqlarıyla  isə  tarın  qolundakı  simlərə  toxunmaqla,  müvafiq  mahnının 
melodiyası  seçilir.  Barmaqların  çalğı  seçimi  tarın  kəlləsindən  başlayaraq 
xərəyə qədər və ya əksinə qoyulur. Sağ əlin üç, ya iki barmağı ilə «mizrab» 
(selulloidlu,  buynuzlu,  yaxud  albalı  tilişkəsi  –  lövhəciyi)  tutulur.  Bizə  görə 
mediator, hansı ki, adi albalı ağacının qabığından və ya buynuzdan daraq dili 
şəklində hazırlanır. Mizrab misdən hazırlanır, varlı adamlarda isə qızıldan da 
olur.  Mizrabı  barmaqlar  arasında  rahat  tutmaq  üçün,  onun  qalın  hissəsinə 
bəzən mum hopdururlar. 
 İfa  zamanı  simlərə  xərəyə  yaxın  hissədən  mizrabla  zərbələr  vurulur,  sol 
əlin barmaqları ilə isə alınan səs vibirasiya edilir. 
Tar – bu, müsəlmanların ən incə alətidir, onun melodik və məlahətli səsi, 
eşitməyə,  musiqi  duyumuna  xoş  təsir  edir.  Tarda  səslənən  musiqi 
məftunedici  təəssürat  bağışlayır.  Azərbaycanlılarda  tara  məhbbət  onun  xalq 
arasında  geniş  yayılması  ilə  səciyyələndirilir.  Belə  ki,  onun  qolu  və 
bütünlüklə çanağı bir çox hallarda böyük səxavətlə gümüş, qızıl, fil sümüyü 
və ya sədəflə mürəkkəb naxışlar şəklində bəzədilir. 
 
Kamança 
2. Kamança da tatarların milli alətidir, əsasən Şuşa və Yelizavetpol uyez-
dinin  aşıqları  (xalq  oxuyanları)  arasında  geniş  yayılmışdır.  Bu  musiqi  aləti 
azərbaycanlılar  arasında  bizim  skripkanı  əvəz  edir,  lakin  bu,  səsinə  görə 
yazıq  skripkaya  bənzəyir.  Kamançanın  çanağı  tar  kimi  qabarıqdır,  amma 
burada  qabarıqlıq  çoxdur:  çanaq  eyni  ilə  büsbütün  qarpızı  xatırladır. 
Kamançaya  üç  sim  bərkidilir  və  bu  cəhətdən  o,  (bizim)  rus  balalaykamızı 
xatırladır, lakin bundan fərqli olaraq kamançanı kamanla ifa edirlər. 
Skripkada  olduğu  kimi,  kamançanın  da  simləri  (tardan  fərqli  olaraq  – 
A.N.) cüt-cüt deyil, ayrı-ayrı köklənir. Kamançanın çanağına ifa zamanı mu-
siqi  alətinin  dayanması  üçün  dəmir  ucluq  bərkidilir.  Bax,  kamançanın  sirli, 
lakin çətin olmayan quruluşu belədir. İfa zamanı kamançanı kontrabas və ya 
violonçel kimi yerə dayayıb şaquli vəziyyətdə tuturlar. Kamançanın səsi zərif 
və məlahətlidir, daha çox skripkanın səsinə uyğun gəlir. Onun səsi hər hansı 
bir musiqi alətinin səsindən fərqlidir. 
 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə