Азярбайжан республикасы


Dəf – Asiya barabanı (qoşanağara)



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

216
 
Dəf – Asiya barabanı (qoşanağara) 
Sadalanan  xalq  musiqi  alətlərində  ifa  edən  sənətkarların  və  xanəndələrin 
başlıca  olaraq  iki  növ  Asiya  xalq  orkestri  mövcuddur.  Birinci  növ  orkestrin 
musiqiçilərini «sazəndələr», digərlərini isə «aşıqlar» adlandırırlar. 
Sazəndə  növlü  orkestrə  demək  olar  ki,  bütün  Zaqafqaziya  şəhərlərində 
rast  gəlmək  olar.  Sazəndələri  şəhər  sakinlərinin  hər  hansı  bir  ziyafətinə, 
məsələn,  çar  bayramlarına,  toy,  adi  bayram,  sünnət  və  başqa  ailə  şənlikləri 
zamanı dəvət edirlər. Sazəndə dəstəsi adətən dörd nəfərdən ibarət olur: əlində 
buben (qaval – A.N.) olan xanəndə, barabançı (nağaraçı – A.N.), litavra (kos 
–  A.N.)  və  ya  «dəf»də  (qoşanağara  –  A.N.)  çalan  və  iki  musiqiçi. 
Musiqiçilərdən  biri  tarda,  digəri  isə  kamançada  ifa  edir.  Başqa  tərkibdə  də 
Asiya  orkestrləri  olur.  Məsələn,  xorun  tərkibi  tar  və  buben  (qaval),  başqa 
halda tar, saz, dəf
 
və xanəndə. Yaxud, tar çalan xanəndə, saksafon (tulum – 
A.N.), buben (dəf) və rəqqas. Sazəndə orkestri xanəndəsiz ötüşmür. 
Aşıqlara adi kəndlərdə rast gəlinir. Onları xalqın öz içindən çıxan adamlar 
təmsil  edirlər.  Aşıqların  (musiqiçilərin  –  P.V.)  sayı  iki  nəfərdən  az  olmur: 
biri  saz  çalır  və  oxuyur,  digəri  bubendə  (dəfdə)  müşayiət  edir.  Bəzən  əlavə 
iki aşıq sənətçi də saz aləti ilə belə dəstələrə qoşulurlar. Onlar növbə ilə çalıb 
oxuyur,  deyişirlər.  Bəzən  də  aşıqların  orkestri  zurna,  ney  və  buben  (dəf), 
bəzən  isə  kamança,  saz  və  «dəf»dən  (qoşanağaradan)  ibarət  olur  və  i.a. 
Aşıqların xoru sazəndələrin xoru kimi, xanəndəsiz ötüşmür.  
Aşıqlar Zaqafqaziya mahalının kəndlərində böyük hörmətə malikdirlər və 
həmçinin  şəhərdəki  sazəndələr  də  əhali  arasında  yüksək  hörmət,  nüfuz 
sahibidirlər. 
Asiya orkestrinin daha bir növü də var – bu, zurnaçılardır. Zurnaçılar dəs-
təsi  sadəcə  üç  nəfərdən  ibarətdir.  Onlardan  biri  zurnada  mahnı  və  ya  rəqs 
çalır, digəri isə zurnada onu müşayiət etməklə hər hansı uzun notu ifa edir, 
üçüncüsü isə barabançıdır (nağaraçı). Bəzən də zurnaçılar orkestri zurna, ney 
və  buben  (dəf)  alətlərindən  ibarət  olur.  Zurnaçılar  orkestri  bəzi  hallarda  iki 
zurna,  ney,  kamança  və  «dəf»dən  (qoşanağara)  də  təşkil  olunur.  Zurnaçılar 
orkestri müğənnisiz ötüşür. 


217
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Yubileylər. Təbriklər 
 
 
BİR MAHNININ YARANMA TARİXÇƏSİ 
 
CƏFƏR CABBARLI - 110 
 
Ön  uc.  "-  Bu  nə  mahnıdır  belə?  "Şəppəxeyir" 
hekayənə də salmısan e... "Çəmbərəkəndindən gö-
rünür Bakı?"  
-  Onun  tarixçəsini  Ana  daha  yaxşı  bilir.  Soruş, 
danışsın!" 
Atam Gündüzə verdiyim sual və aldığım cavab. 
 
Bizi o, böyüdüb, o, ərsəyə, çatdırıb - məni, ba-
cım  Dildarı  və  qardaşım  İlqarı.  Adına  ağızdolusu 
"Ana" dediyimiz və ondan da bu analıq qayğısını, 
əziyyətini, ən vacibi isə, sevgisini gördüyümüz qa-
dın.  Mələk  xanım  Cabbarlı  -  Abasova  -  bənövşə  
gözlü, gümüş hörüklü, zabitəli xanım. Mən də ki... Mən də ailənin ilk nəvəsi, 
hər şeyə bir "nırx" qoyan cəncəl, dəcəl uşaq. Suallar da ki, maşallah, bitirdi 
bəyəm?! "Ana, filan şey niyə filan oldu?", "Nə üçün?", "Nəyə görə?". Sorğu 
sormaq, hər olayın ciginə-bicinə varmaq şakərimi heç cür tərgidə bilmirdim. 
Elə bil, nənəm müəllim idi, mən də şagird. Təkcə omu? Elə babam Şəmsəd-
din Abasovun üstünə də bu şıdırğı sual yağışını dayanmadan yağdırırdım və 
deyirəm bəlkə, elə o suallara görə bu gün çoxlarına bəlli olmayan cavabları - 
həqiqətləri bilirəm.  
Şəhər  uşağı  idim.  Çəmbərəkəndinin  hansı  səmtdə  -    Azərbaycan  Dövlət 
Filarmoniyası ilə üzbəüz yerləşən ata-baba evimdən bir az yuxarıda bərqərar 
olduğundan  da  xəbərim  vardı,  oradan  Bakının  göründüyündən  də.  İntəhası, 
bu mahnının avazından və sözlərindən agah deyildim.  
- Ana bu nə mahnıdı belə? Qaqali deyir ki, səndən xəbər alım.  
"Qaqali" deyə atam Gündüzü - yazıçı-jurnalist, rəssam, Azərbaycan kino-
sunda  neçə-neçə  rolun  ifaçısı,  "Bir  qalanın  sirri"  filminin  Elşəni  Gündüz 
Abasovu çağırırdım. Heç bilmirəm, bu ad tutuquşununkundan fərqlənməyən 
uşaq  dilimə  haradan  düşmüşdü?!  Hər  halda,  atama  belə  xitab  edirdim  və  o 
rəhmətlik də zərrə qədər incimirdi. Əksinə, öz nübar övladı olan mənim onu 
belə məxsusi adlandırmağım deyəsən, kişiyə ləzzət də eləyirdi.  
Ağbirçək nənəm xatirəsini 1918-ci ilin bir payız günündən başladı.  


218
 
Qızcığaz 
 
"O, totuq, nazlı, həm də fəhmli bir qızcığaz idi". 
Neystlinger, "Lollipop" əsər. 
 
1918-ci ilin sentyabrı. Nənəm demişkən: "Qaşınmayan yerdən qan çıxar-
dan, bir çanaq qanı başlarında gəzdirən idbar ermənilər" behiştlik Nuri Paşa-
nın sərkərdəliyi ilə gedən döyüşlərdə elə bu qandaca boğulurlar. Sentyabrın 
14-dən 15-nə keçən gecə Bakı o cəngavər kişinin və onun qeyrətli paşa arka-
daşlarının, Türk mehmetçiklərinin və  Müsavat ordusu əsgərlərinin cəngi ilə 
xilas edilir.  
Sonralar böyük  ziyalı, nadir zəka sahibi və ən əsası, görkəmli dramaturq 
kimi məşhurlaşacaq, bu yaxınlarda isə 110 yaşı tamam olacaq Cəfər Cabbarlı 
hələ  gənc,  cəmi  on  doqquz  yaşındadır.  Lakin  bu  cavan  elə-belə  Cəfər  deyil 
a!..  Neçə  cəsarətli  şeirin,  mənalı  hekayənin,  dram  əsərinin  müəllifidir.  Hər 
şeydən öncə isə dönməz bir türkçü, Müsavat partiyasının katibidir. Azərbay-
can  Demokratik  Cümhuriyyətinin  banisi  Məmmədəmin  Rəsulzadənin  məs-
ləkdaşlarından biridir və "Dağlı məhəlləsi"ndəki bu xudmani evə Məmmədə-
min Rəsulzadə ilə xanımı Ümmülbanu, bacanağı, tanınmış yazıçı Seyid Hü-
seynlə xanımı, şairə Ümgülsüm, həkim və məşhur müsavat başçılarından Hə-
sənbəy Ağayevlə xanımı Xədicə, Mirzəbala Quliyev, Əlabbas Müznib və da-
ha kimlər, kimlər təşrif buyurur. Cəfərin özündən yaşca böyük bu ziyalıların, 
vətənpərvərlərin arasında xüsusi hörməti var.  
Hə,  nənəmin  xatirəsində  1918-ci  ilin  payızıdır.  Qələbə  xəbərinə  hədsiz 
şadlanan Cəfər bir neçə Türk zabitini evə dəvət edib. Rəhmətlik anası Hacı 
Şahbikə xanım hələ sağdır. Anasının səriştəli başbilənliyi ilə qardaşı arvadla-
rı Ziynət və Zeynəb xanımlar ət əndamları incə xəmir tülünə bürünmüş, qır-
mızı nar xallı, dadlı kasağzı qutablar, hər qaşığa iyirmisi yerləşən xırda düş-
bərə  bişiriblər.  Qədim  masanın  üstünə  turşu-badımcan,  göy-göyərti,  sumax, 
sirkə-sarımsaq  və  neçə  dürlü  məzə  düzülüb.  Şərab da  ki, öz  yerində.  Şərəfə 
içmək  lazımdır,  ya  yox?  Əlbəttə,  lazımdır!  Masanın  dövrəsində  dörd  Türk 
zabiti  və  Cəfər.  Böyük  qardaşı  Məşədi  Hüseynqulu  "Qəssab  bazarda"dır. 
Onun həmin məkanda cərgə ilə qəssab dükanları, hər ay maaş verdiyi qəssab-
ları var və Cabbarlı ailəsinin çətin dolanmağı, onların yarı qarnı ac, yarı qarnı 
tox güzəran sürmələri yalan sözdür, şura ədəbiyyatı tarixçilərinin labüd qura-
masıdır.  Ataları  Qafar  kişi  rəhmətə  getdikdən  sonra,  böyük  ailəyə  hamının 
hörmətlə "qədeş" (böyük qardaş, dadaş) çağırdığı Məşədi Hüseynqulu başçı-
lıq edir, balaca qardaşı Cəfəri texniki məktəbdə, ailənin qızları Sonanı, Törə-
xanımı, Zöhrəni gimnaziyada oxudurdu. O zamankı Xızı nahiyəsinin Gərmi-
yan kəndində sürü-sürü qoyunu, naxır-naxır malı var. Ailənin bütün üzvləri, 
o cümlədən, Məşədi Hüseynqulunun xanımları firavan dolanırdırlar. Bu xür-
rəmliyi və təhsili təmin etməyə iqtidarı çatan kəs kasıb ola bilərdi? Kasıblıq 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə