Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

152
 
çıxarda  bilər?  İlk  öncə  musiqi  məhsulunun  tanıtımının  və  təqdimatının 
üsulunda  dəyişiklik  baş  verəcək,  çünki  bunun  tamaşaçıya  çatdırılma  yolları 
daha çox  olacaq.  Televiziya  kanalları indikindən  daha  çox  olacaq,  nəticədə, 
auditoriya  öz  musiqi  zövqünü  konkretləşdirəcək,  bir  neçə  seqmentlərə 
ayrılacaq.  Bu  seqmentlər  məhdud  olsa  da,  əvəzində  öz  daimi  tamaşaçısına 
malik  olacaq.  Hazırda  isə  musiqinin  yayımında  fəaliyyətdə  olduqları 
regionlarda birbaşa yayımlanan böyük televiziyalar dominantlıq edirlər. Belə 
bir  tendensiya  mövcuddur.  Bu  kanallarda  musiqi  çox  az  yayımlanır,  daha 
doğrusu,  burada  aksent  musiqinin  özünə  deyil,  musiqinin  iştrakı  ilə  daha 
baxımlı olan proyektlərə, verilişlərə vurulur. 
 Media və musiqi münasibətlərində müşayiət olunan başqa bir problem bir 
çox  hallarda  musiqinin  və  ya  prodüsserin  öz  proyektini,  həmin  proyektin 
formatıyla  uzlaşmayan  media-resurslarla  yayımına  çalışır.  Məsələn,  milli 
musiqimizi  hansı  formatda  deyək  ki,  “MTV”də  yayımına  nail  ola  bilərik? 
Özlüyündə böyük təbliğat ola biləcək bu məsələ ətrafında düşünməyə dəyər. 
 Media  və  musiqi  münasibətləri  hazırda  ölkəmizdə  fərqlidir.  Burada 
vəziyyət  bir  qədər  musiqiçinin  xeyrinədir.  Deyək  ki,  milli  musiqini  təbliğ 
edən musiqiçinin maraqları kifayət qədər müdafiə olunur. 
 Ənənəvi  olaraq  onların  təbliğ  olunmaq,  gündəmdə  qalmaq  kimi 
hüquqlarının  formalaşdığı  aydın  müşahidə  olunur.  Milli  musiqinin  inkişafı 
üçün  bunu  əsaslı  stimul  və  resurs  hesab  etmək  olar.  Bu  vəziyyət  musiqi 
təşkilatçılarının,  prodüsserlərin  də  diqqətinin  milli  musiqiyə  yönəlməsində 
mühüm rol oynayır. Dünya üzrə kifayət qədər baxımlılıq qazanan kanallarda 
vəziyyət  sırf  maraqlar  üzərində  qurulub.  Burada  musiqiçinin  media  resurs 
qarşısında hüququ deyil, əsasən məsuliyyətləri vardır. 
 Media  bazarının  inkişafını  diqqətlə  izləsək,  hansı  musiqi  formatıyla 
dövriyyəyə daha son qoşulmağı anlamaq mümkündür. Məhdud ixtisaslaşmış 
televiziyaların  artımı  hansı  artisti  irəlilətməyin  daha  perspektivli  ola 
biləcəyini  proqnozlaşdırmağa  imkan  verəcək.  Artistin  formatı  təqdim 
olunacağı  media  resursun  formatıyla  uyğunluq  təşkil  etməlidir.  Əks  halda 
nəticə,  yalnız  bağlı  qapıları  döyməklə  məhdudlaşacaq.  Bu  məsələdə  uğurlu 
nəticələrə  daha  da  yaxınlaşmaq  üçün  müasir  musiqi  kanallarının  mövcud 
strukturu  barədə  məlumatlı  olmaq  vacibdir.  Bu  həmin  kanallarda  daha 
səmərəli anlaşmalara nail olmaq üçün mühüm rol oynaya bilər. 
 Musiqi  yayımının  başqa  bir  yolu  isə  internetdir.  Bu  sahədə  musiqinin 
yayımının hansı istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq, demək olar 
ki, qeyri-mümkündür. 
 İnternet – artistlərin təbliği üçün tam fərqli və müstəqil platformadır. Son 
zamanlar  internet  vasitəsi  ilə tanıtılan  proyektlərin aktuallıq  trayektoriyasını 
izləsək,  bu  vasitənin  –  internetin  unikallığının  bir  daha  şahidi  olarıq.  Bu 
proyektlər bəzən internet vasitəsi ilə, rəqəmsal televiziya və efir kanalları ilə 
müqayisə  oluna  bilməyəcək  səviyyədə  bir  traffik  əldə  edə  bilirlər. 


153
 
Ümumiyyətlə,  bu  sahəni  ayrıca  araşdırmaq  lazımdır.  Düzgün  istifadə 
olunduqda  musiqinin  tanıtımında  fövqəladə  nəticələr  əldə  oluna  bilər. 
Düzgün  istifadə  olunmadıqda  isə,  əldə  edilən  nəticə  maksimum  sıfra 
bərabərdir. 
 Milli 
musiqimizin 
indiki 
qloballaşmasının, 
proqnozlaşdırılan 
mədəniyyətlərin  uzlaşması  fonunda  yaşamasını  təmin  etmək,  bu  sahədə  bu 
gun atılacaq irəliyə doğru mütərəqqi addımlardan asılıdır. 
 Milli  musiqimizin  də,  müasir  səsyazma  sənayesi,  tele-radioprodakşın, 
festival  menecmenti,  audio-vizual  istehsal,  konsert  menecmenti  kimi 
sahələrin  ən  son  nailiyyətlərindən  yaralanmasını  təmin  etməyə  çalışmalıyıq. 
Bu  musiqimizdə  yalnız  müsbət  dəyişikliklərin  əldə  olunmasına  gətirib 
çıxarar. 
Əhəmiyyətli  nəticələrin  əldə  olunması  üçün  milli  musiqimizin  potensial 
imkanlarının kifayət qədər olduğu fikrini müdafiə edirəm. 
Azərbaycan Milli Konservatoriyasının jurnalının növbəti sayının işıq üzü 
görməsi  əlamətdar  bir  haldır.  Jurnalın  oxucular,  musiqiçilər  üçün  növbəti 
görüş  yeri,  musiqi  dünyasında  baş  verən  yeniliklər,  müxtəlif  layihələr, 
təkliflər  və  tənqidlərlə  tanış  olmaq  üçün  növbəti  mənbə  rolunun  oynaya 
biləcəyini ümid edirik. 
 
РЕЗЮМЕ 
 
Национальная  музыка  важное  оружие  для  защиты  национальных  интересах. 
Сейчас  время  согласовать  национальную  музыку  с  современным  понятиям  как 
“музыка экономика”, “музыка индустрия”, “музыка периода”. 
Заниматься музыкой должно быть более интересным, музыкантом нужно иметь 
способу быть знаменитом. 
 
SUMMARY 
 
National music is an important arm for supporting our national interests. It is time to 
relate  national  music  with  modern  concepts  as  “music  economy”,  “music  industry”, 
“music period”. 
To busy with music must be more interesting, a musician can be famous.  


154
 
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Rəylər, təkliflər, mülahizələr 
 
 
Земфира ЩЦСЕЙНОВА 
Азярбайъан Милли Консерваторийасынын досенти 
 
BEYNƏLXALQ MUĞAM FESTIVALININ ƏKS-SƏDASI 
 
Beynəlxalq  Muğam  Festivalının  əhəmiyyəti  danılmazdır.  Артыг 
фестивал  эцнляриндян  бир  нечя  ай  ютмясиня  бахмайараг,  onun  əкс-
сядасыны hələ də hiss etməkdəyik. Bu möhtəşəm festival haqqında məlumat 
verən  internet  saytlarından  biri  bizim  doğma  Milli  Konservatoriyamızın 
internet  saytıdıр.  Fərəhləndirici  haldır  ki,  həm  festivala  hazırlıq  zamanı  və 
həmçinin  bu  günə  qədər  bizim  elektron  ünvanımıza  мцхтялиф  мяхмунлу, 
црякачан məktublar qəlməkdədir. 
Бу  мəktublar  Almaniyadan,  Hollandiyadan,  Гazaxыstandan,  Özbəkis-
tandan  və  s.  dövlətляrdən  gəlir.  Azərbaycan  muğamını  yüksək 
гiymətləndirən bu məktubların ikisini Sizin nəzərinizə çatdırırıq: 
 
Almaniyadan Peyman Nasehpur: 
“Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalı böyük hadisədir. 
Mən  şadam  ki,  İrandan  iki  xanəndə  iştirak  edirdi,  çünki  mənim  atam 
Ərdəbildəndir.  Atam  maestro  Nasrulla  Nasehpur  Azərbaycanın  və  İranın 
klassik vokal musiqisinin məşhur usтadıdır. Mən özüm zərb alətləri (nağara, 
tonbak, qaval, dəf) üzrə musiqiçiyəm. Mən Bakıya qəlib və sənətçi dostlar ilə 
tanış olmaq istəyirəm. Bakıda görüşənə qədər.”  
 
Hindistandan  Surinder  Singh,  Hindistan  Dünya  Mədəniyyəti  Forumunun 
(IWCF) Fond Direktoru  
IWCF  Hindistanın  və  Dünya  mədəniyyətlərini  təqdim  edən  nufuzlu 
təşkilatlardan  biridir.  Forum  bir  sıra  beynəlxalq  tədbirlər  həyata  keçirib  və 
özümüzdə bir neçə festivalлarda iştirak etmişik. Çox təəsüf ki, “Beynəlxalq 
Muğam Festivalı 2009”а bir az эec müraciət etdik və iştirak etmək şərəfinə 
nail olmadıq.  
Bu  festivalın  bir  neçə  istedadlı  müsiqiçilərini  və  müğənilərini  çox 
bəyəndik və gələcəkdə öz festivalarımızda görmək istəyirik. 
Tezliklə görüşmək ümidi ilə Surinder Singh, Founder Direktor IWCF 
 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə