Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə46/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

132
 
sənətkarlardan biri də Əbdülqadir Marağalıdır.  
 XІV  əsr  Azərbaycan  musiqi  incəsənətinin  tanınmış  nümayəndəsi 
Əbdülqadir  iri  mədəniyyət  mərkəzlərindən  biri  olan  Marağa  şəhərində 
anadan olmuşdur. 
Bu  dövrdə  Azərbaycanın  Şimal  hissəsində  Şirvanşahlar  dövləti 
yaranmışdı.  Nəhayət,  öz  müstəqilliyini  əldə  edən  xalq  qonşu  dövlətlərlə 
iqtisadi  və  mədəni  əlaqələri  daha  da  genişləndirərək,  injəsənətin  irəliyə 
getməsinə  şərait  yaratmışdır.  Artıq  türk  dilində  yazan  şairlər  –  Nəsimi, 
İzzəddin  Həsənoğlu  kimi  dahilər  mövcud  idi.  Musiqi  mədəniyyəti  də 
incəsənətin  digər  sahələri  kimi  irəliyə  getmişdi.  Buna  parlaq  misal  musiqi 
sahəsində  ustad  sayılan  Hafiz  və  lad  nəzəriyyəsi  sahəsində  görkəmli  alim-
musiqişünas Əbdülqadir Marağalını göstərmək olar. 
 Marağalı  musiqi  haqqında  bir  çox  ölməz  sənət  əsərləri  yaratmışdır. 
Bunların  əksəriyyəti  fars  dilində  yazılmışdır:  “  Kənz  əl-əlhan”  (Melodiya 
xəzinəsi), Çəme əl-əlhan” (Melodiyalar qanunu), Məqasidəl-əlhan” (Melo-
diyaların  təyinatı).  Bu  traktatlarda  ladların  qanunauyğun  strukturları, 
musiqinin  estetik  qəbulu,  əməli  məsləhətlərlə  bağlı  suallar  araşdırılır.  O, 
Fərabi  və  əsasən  Urməvinin  nəzəriyyəsindən  çıxarışlar  edir  və  elmə  müasir 
musiqi təcrübəsinin yeniliklərini gətirir. 
 Ritmik qanunların araşdırmaları nəticəsində o, musiqi lad nəzəriy-yəsinə 
20 yeni üsul, həmçinin 12 əsasdan yaranmış 24 lad sistemini daxil etmişdir. 
 Lad  sistemi  Urməvi  və  Marağalının  dövründə  12  əsas  və  6  qeyri-əsas 
(əlavə)  laddan  ibarət  idi.  Bunlar:  «Üşşaq»,  «Nəva»,  «Busəlik»,  «Rast», 
«Əraq»,  «İsfahan»,  «Büzürk»  «Zirəfkənd»,  «Zəngulə»,  «Rəhavi», 
«Hüseyni» və «Hicaz»dan ibarət olan 12 əsas ladlar; «Şahnaz», «Mayə», 
«Səlmək», «Novruz», «Gərdaniyə» və «Gəveşt» 6 əlavə ladın əsasını təşkil 
edirdi.  Sonralar  bütün  bu  sistem  Ü.Hacıbəyli  tərəfindən  təkmilləşdirilərək  7 
əsas və 3 əlavə lad şəklinə salınmışdır. 
 İlk  dəfə  olaraq  Marağalı  Urməvinin  istifadə  etdiyi  məqam  terminini  lad 
mənasında işlədir. 
 
Əbdülqadir  Marağalının  traktatları  XІV-XV  əsr  Yaxın  və  Orta  Şərqin 
musiqi  mədəniyyəti  və  ondan  əvvəlki  dövrlərin  məlumatları  ilə  zəngindir. 
Burada ladlar, melodiyalar, alətlər xüsusilə qeyd olunur. 
 Müasir  dövrümüzdə  tanınan  çoxsaylı  janrların  qorunub  saxlanılmasında 
onun  böyük  rolu  olmuşdur.  Görkəmli  musiqişünas  o  dövr  ücün  səciyyəvi 
olan  şifahi  musiqi  ənənələrini  öz  traktatlarında  xususilə  gözəl  işıqlandırmış, 
ozanlar  barədə,  ənənəvi  aşıq  incəsənəti  haqqında  dəyərli  məlumatlar 
vermişdir. 
Bildiyimiz  kimi,  Azərbaycan  xalq  musiqisi,  əsas  etibarə  ilə  şifahi  halda 
yayıldığı  üçün  onun  mükəmməl  bir  not  yazı  sistemi  olmamışdır.  Tarixi 
mənbələrdən  məlum  olduğuna  görə,  Azərbaycan  mahnılarının  müasir  not 
sistemi  ilə  ilk  dəfə  yazılması  XІX  əsrin  əvvələrində  1816-1818-ji  illərdə 
olmuşdur. Buna baxmayaraq, hələ qədim zamanlarda, xüsusən Orta əsrlərdə 


133
 
şərti işarələrin köməkliyi ilə düzəldilən bir sıra üsullar olmuşdur ki, bunların 
vasitəsilə musiqini təxmini də olsa yazıya alırdılar. 
Musiqini  yazmaq  üçün  dairəşəkilli  müxtəlif  cədvəllərdən  də  istifadə 
olunurdu. Bunlara «musiqi dairələri» və yaxud «ritmik dairələr» deyilirdi. 
Oz  dövrünün  məşhur  filosofu  olan  Əbu  Nəsr  Fərabi  941-ci  ildə  tərtib 
etdiyi  musiqi  traktatında  ritmik  dairələrə  geniş  yer  vermişdir.  Səfiəddin 
Urməvinin  tərtib  etdiyi  musiqi  yazı  sistemi  Fərabininkinə  nisbətən  daha 
geniş və mükəmməl olmuşdur. Əbdülqadir Marağalı özünün “Şərhül-ədvar” 
(Dairələrin  izahı)  və  bir  sıra  başqa əsərlərində  musiqi  dairələrinə  xüsusi  yer 
verərək,  bu  məsələni  daha  geniş  işıqlandırmış  və  müəyyən  bir  musiqi  yazı 
sistemi haqqında məlumat vermişdir. 
Musiqinin  yazılması  üçün  mövcud  olan  bu  müxtəlif  üsul  və  sxemlərin 
nöqsan  cəhəti  ondan  ibarətdir ki,  burada ancaq  mahnının metro-ritmik əsası 
və  onun  hansı  məqama  əsaslanması  nəzərdə  tutulurdu.  Melodiya  və  ya 
mahnıları  təşkil  edən  müxtəlif  ucalıqdakı  səslər  burada  göstərilmir  və  bu  iş 
oxuyan və yaxud çalanın öz ixtiyarına buraxılırdı. 
Haqqında danışdığımız bu “növ” yazı üsulları və sxemlər olduqca sadə və 
nöqsanlı  olsa  da,  müəyyən  dövrdə  musiqi  yazı  sisteminin  başlanğıc 
formalarını təşkil edərək daim təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. 
Yuxarıda  qeyd  etdiklərimiz  və  eləcə  də  bir  çox  başqa  mənbələr  Orta 
əsrlərdə Azərbaycan xalqının zəngin musiqi irsi və ənənələri haqqında bizdə 
geniş təsəvvür yaradır. 
Beləliklə,  xalqların musiqi-estetik  baxışları  əsrlər  keçdikcə  inkişaf  etmiş, 
təkmilləşmiş və bu günki səviyyəyə çatmışdır. Illər ötdükcə xalq yaradıcılığı 
əsasında  qurulmuş  musiqi  formaları  zənginləşmiş,  ifadə  tərzi  dəyişmiş, 
məzmunu  dərinləşmişdir.  Elə  buna  görə  də  biz  müasir  musiqi  formalarını 
təhlil edərkən qədim musiqi mədəniyyətinin tarixini dərindən bilməli və onu 
araşdırmalıyıq. 
 
İstifadə olunan ədəbiyyat 
1.
 
B.Qubadoğlu. Mədəniyyət tarixi. (2 jilddən ibarət). Bakı, «Nasir», 2002. 
2.
 
Ə.Bədəlbəyli «İzahlı monoqrafik musiqi lüğəti». Bakı, «Elm»,1969. 
3.
 
H.Sarabski «Köhnə Bakı». Bakı, "Şərq-Qərb», 2006. 
4.
 
S.Abdullayeva «AZƏRBAYCAN  xalq çalğı alətləri». Bakı, «Adiloğlu», 2007. 
5.
 
T.Bünyadov «Əsrlərdən gələn səslər». Bakı, «Azərnəşr», 1993. 
6.
 
Ü.Hajıbəyov «AZƏRBAYCAN  xalq musiqisinin əsasları». Bakı, 1950. 
7.
 
Ü.Hajıbəyov «AZƏRBAYCAN da musiqi tərəqqisi». Əsərləri, II jild. 
8.
 
Z. Səfərova «AZƏRBAYCAN  musiqi elmi». Bakı, «»Elm», 1998. 
9.
 
Z.Səfərova «Əbdülqadir Marağai». Bakı, «Təbriz», 1997. 
10.Z.Səfərova «Səfiəddin Urməvi». Bakı, «Ergün», 1995. 
11.Сумбатзаде  А.С.  «Азербайджанцы  –  етногенез  и  формирование  народа». 
Баку, «Елм», 1990. 
 
РЕЗЮМЕ 
 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə