Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

130
 
Urməvi  1216-jı  (1217  və  ya  1230)  ildə  anadan  olmuşdur.  O,  milliyyətinə 
görə azərbaycanlı idi. Lakin bəzi mənbələrdə onun Urmiyada anadan olması 
iddia edilir. Səfiəddin tanınmış alim, ensiklopedisd olmuşdur. Eyni zamanda 
o, simli alətlərin əla ifaçısıdır.  
 Urməvi  «Əbjəd  notasıyla»  musiqinin  ən  qədim  melodiyalarını 
risalələrində  yazıb  yaşada  bilmişdir.  Ondan  sonra  gələn  alimlər ta  XVI  əsrə 
qədər bu not yazı sistemindən geniş istifadə etmişlər. Urməvinin ejazkar ifası 
və  həmçinin  xəttatlıq,  nəqqaşlıq  bajarığı  və  məharəti  haqqında  Şərqdə 
müxtəlif rəvayətlər gəzirdi.  
Urməvi  lad  sistemini  təkmilləşdirərək  7  növlü  tetraxord  və  12  formalı 
pentaxord halında qruplaşdırmışdır ki, bunlar da 84 nəzəri lad əmələ gətirir. 
Bunların 12 əsas və 6 ikinci dərəcəli ladı təcrubədə daha geniş yayılmışdı. 
 O, Orta əsr nəzəri elminə ladı işarə edən daur (yəni, dövr, dairə) termini 
daxil  etmişdir.  Lad  nəzəriyyəsində  məqam  terminini  də  ilk  dəfə  Urməvi 
işlətmişdir. 
 Səfiəddin musiqi haqqıda 2 ölməz sənət əsəri yaratmışdır və bunların hər 
ikisi  ərəb  dilində  yazılmışdır:  1.  “Kitab  əl-Ədvar”  (ətraf  muhit  haqqında 
kitab)  2.  “Ər-risalə  əş-Şərəfiyyə  finisbət-talifan”  (kompozisiyanın  janrı 
haqqında Şərəfiyyə traktatı). 
 “Kitab  əl-Ədvar”  təxminən  1252-ci  ildə  yazılmışdır  və  15  hissədən 
ibarətdir. 
 1 – Səsin yüksəkliyi haqqında; 
 2 – Temperasiya; 
 3 – İntervalların uyğunluğu
 4 – Konsonans və dissonans ladlar; 
 5 – Tetraxordlar, pentaxordlar və birləşmə qaydaları; 
 6 – İkisimli alətlərin ifa imkanları; 
 7 – Ud və onun köklənməsi haqqında; 
 8 – Yayılmış daurların adları barədə (yəni ladlar və onların səs düzülüşü); 
 9 – Lad səsdüzümünün paralelliyi barədə
 10 - Ritmik modullar ; 
 11 - Uyğun olmayan – kvartasız ud və onun köklənmə qaydaları; 
 12 – Ladların transpozisiyası barədə; 
 13 - Ladların emosional təsiri
 14 - Lad əsasları üzərində kompozisiya; 
 15 - İfaçılıq qanunları; 
Səfiəddin  Urməvi  bu  məşhur  «Kitab  əl-Ədvar»  risaləsinin  əvvəlində 
yazırdı  ki,  əməllərinə  tabe  olduğu  və  qəlblərinin  istəklərinə  əməl  etməkdə 
xoş əlamət gördüyü ona tapşırdı ki, «nəğamə»nin tərifi, «bud» və «daur»ların 
nisbətləri, «iqa» və onların növləri haqqında qısa məlumat yazsın ki, bu elmə 
və təjrübəyə bir xeyir versin. Bu tapşırığa itaətkarlıqla əməl edərək, Urməvi 
hafizəsində  olanları  yazdı  və  qeyd  etdi  ki,  «bu  sənəti  diqqətlə  öyrənən» 
əvvəllər bilmədiyi və çoxunu zamanın məhv etdiyi bir sıra şeylərə vaqif olar. 


131
 
Artıq 7-8 əsrdir ki, Şərqin və Qərbin bir sıra alimləri böyük musiqişünas 
Səfiəddin  Urməvinin  «Kitab  əl-Ədvar»,  eləjə  də  «Şərəfiyyə»  risaləsində 
verilən  çox  qiymətli,  alimin  özünün  böyük  təvazökarlıqla  qeyd  etdiyi  «bir 
sıra şeylərə vaqif olurlar» və Urməvinin ölməz ənənələrini davam etdirirlər.   
 Urməvi  vaxtında  ladlardan  sekstalı  dairə  sxemində  (daur)  istifadə 
edirdilər. O, Pifaqorun göstərdiyi 17 tonlu səs düzülüşünü təsdiqləmişdir. Bu 
barədə  Faruq  Həsən  Almar  “Ərəb  xalq  musiqisinin  lad  prinsipləri” 
kitabında söhbət açmış və üşşaq ladının oktavalı olduğunu qeyd etmişdir. O 
vaxta qədər Şərq ladları oktava həcmini üstələyirdi. Lakin diatonik üşşaq ladı 
17  tonlu  idi  və  onun  tərkibində  üç  X5  və  beş  X4  vardı.  Bu  konsekventlilik 
Ü.Hajıbəyli tərəfindən digər ladlara da tətbiq olunmuşdur. 
 Görkəmli  musiqişünasın  ikinci  əsəri  “Kompozisiyanın  əsasları 
haqqında  Şərəfiyyə  traktatı”  monqol  hakimiyyəti  dövründə  yaranmış  və 
Şəmsəddinin  oğlu  Şərafəddinə  ithaf  olunmuşur.  Əsərin  əsası  da  buradan 
götürülmüşdür.  Kitab  özündən  əvvəlki  əsərin  bir  sıra  problemlərini 
yaradıjılıq təcrübəsi və onun qanunlarına uyğun genişləndirir. O, 5 hissədən 
ibarətdir. 
1-
 
Musiqi səsləri və onların birləşmə qanunları; 
2-
 
İntervallar, onların keyfiyyəti. Konsonanslar və dissonanslar; 
3-
 
İntervalların ayrı-ayrı ladlarda istifadə olunması; 
4-
 
Geniş intervallar strukturunda kvartanın rolu; 
5-
 
Ritmlər, metr ölçüləri və onların musiqi təşkilində qanunauyğunluqlar. 
Traktatın  sonunda  Şərqdə  ilk  dəfə  olaraq  yaradılan  cədvəl  əlavə  olunur. 
Urməvinin  tərtib  etdiyi  bu  cədvəlin  köməyilə  o  vaxt  Şərq  xalqlarının 
çoxunda  məşhur  olan  melodiyalar  görkəmli  musiqişünaslar  tərəfindən 
yazılmışdır.  Burada  verilən  hərflərin  köməyilə  melodiyanın  yüksəkliyi, 
rəqəmlərlə ladlar və onların dəyişilməsi, metr, uyğun ritmik zərblər (naxr və 
ya kəsr) və mövzu-melodiya göstərilir. 
Urməvinin risalələri Orta əsrin qaranlıqlarını yararaq, unikal elmi əsərlər 
kimi  bu  gün  də  yaşayır  və  dünyanın  bir  sıra  şəhərlərinin  kitabxanalarında 
qiymətli əlyazmalar kimi saxlanılır: Nyu-York, Paris, Berlin, Vyana, Qahirə, 
İstanbul, Sankt-Peterburq, Tehran, Bakı və s.  
Məşhur  Avropa  alimi  Rafayel  Georq  Kizevetter  Urməvini  «Şərqin 
Zarlinosu»  adlandırmışdır.  Henri  Jorj  Farmer  (1882-1965)  isə  onu  parlayan 
ulduzla  müqayisə  edib,  Urməvini  «Sistemçilik  məktəbi»nin  banisi 
adlandırmışdır. 
İngilis alimi H.J.Farmerin dediyinə görə, Səfiəddindən sonra gələn bütün 
ərəb,  fars,  türk  dilli  müəlliflərin  hamısı  onun  nəzəriyyəsinin  davamçıları 
olmuşlar.  Bu  alimlərdən  biz  Əbdülqadir  Marağalını,  Qütbəddin  Şirazini, 
Mahmud  Amulini,  Əbdürrəhman  Jamini,  Zeynalabdin  Hüseynini,  Dərviş 
Əlini, Mirzəbəyi, Mirmöhsün Nəvvabı və XX əsrdə böyük alim və bəstəkar 
Üzeyir Hajıbəylini göstərə bilərik. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Orta  əsr  mədəniyyətində  böyük  rolu  olan 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə