130
Urməvi 1216-jı (1217 və ya 1230) ildə anadan olmuşdur. O, milliyyətinə
görə azərbaycanlı idi. Lakin bəzi mənbələrdə onun Urmiyada anadan olması
iddia edilir. Səfiəddin tanınmış alim, ensiklopedisd olmuşdur. Eyni zamanda
o, simli alətlərin əla ifaçısıdır.
Urməvi «Əbjəd notasıyla» musiqinin ən qədim melodiyalarını
risalələrində yazıb yaşada bilmişdir. Ondan sonra gələn alimlər ta XVI əsrə
qədər bu not yazı sistemindən geniş istifadə etmişlər. Urməvinin ejazkar ifası
və həmçinin xəttatlıq, nəqqaşlıq bajarığı və məharəti haqqında Şərqdə
müxtəlif rəvayətlər gəzirdi.
Urməvi lad sistemini təkmilləşdirərək 7 növlü tetraxord və 12 formalı
pentaxord halında qruplaşdırmışdır ki, bunlar da 84 nəzəri lad əmələ gətirir.
Bunların 12 əsas və 6 ikinci dərəcəli ladı təcrubədə daha geniş yayılmışdı.
O, Orta əsr nəzəri elminə ladı işarə edən
daur (yəni, dövr, dairə) termini
daxil etmişdir. Lad nəzəriyyəsində
məqam terminini də ilk dəfə Urməvi
işlətmişdir.
Səfiəddin musiqi haqqıda 2 ölməz sənət əsəri yaratmışdır və bunların hər
ikisi ərəb dilində yazılmışdır: 1.
“Kitab əl-Ədvar” (ətraf muhit haqqında
kitab) 2.
“Ər-risalə əş-Şərəfiyyə finisbət-talifan” (kompozisiyanın janrı
haqqında Şərəfiyyə traktatı).
“Kitab əl-Ədvar” təxminən 1252-ci ildə yazılmışdır və
15 hissədən
ibarətdir.
1 – Səsin yüksəkliyi haqqında;
2 – Temperasiya;
3 – İntervalların
uyğunluğu;
4 – Konsonans və dissonans ladlar;
5 – Tetraxordlar, pentaxordlar və birləşmə qaydaları;
6 – İkisimli alətlərin ifa imkanları;
7 – Ud və onun köklənməsi haqqında;
8 – Yayılmış daurların adları barədə (yəni ladlar və onların səs düzülüşü);
9 – Lad səsdüzümünün
paralelliyi barədə;
10 - Ritmik modullar ;
11 - Uyğun olmayan – kvartasız ud və onun
köklənmə qaydaları;
12 – Ladların transpozisiyası barədə;
13 - Ladların
emosional təsiri;
14 - Lad əsasları üzərində kompozisiya;
15 - İfaçılıq qanunları;
Səfiəddin Urməvi bu məşhur «Kitab əl-Ədvar» risaləsinin əvvəlində
yazırdı ki, əməllərinə tabe olduğu və qəlblərinin istəklərinə əməl etməkdə
xoş əlamət gördüyü ona tapşırdı ki, «nəğamə»nin tərifi, «bud» və «daur»ların
nisbətləri, «iqa» və onların növləri haqqında qısa məlumat yazsın ki, bu elmə
və təjrübəyə bir xeyir versin. Bu tapşırığa itaətkarlıqla əməl edərək, Urməvi
hafizəsində olanları yazdı və qeyd etdi ki, «bu sənəti diqqətlə öyrənən»
əvvəllər bilmədiyi və çoxunu zamanın məhv etdiyi bir sıra şeylərə vaqif olar.