124
dövrdə Qərbi Avropa xristian mədəniyyətinə hərtərəfli təsir göstərmişdir.
İslam Şərqi ölkələrində, o jümlədən AZƏRBAYCAN da ərəb dilindən
götürülmüş «mədəniyyət» anlayışı Avropada işlədilən «kulture» terminindən
fərqli olaraq daha geniş mənada istifadə edilir. Orta əsrlərdə islam Şərqində
«mədəniyyət» anlayışı insanlar və xalqların fiziki və əqli fəaliyyətinin bütün
sahələrini özündə əks etdirərək, həm maddi, həm də mənəvi mədəniyyət
dəyərlər sistemini bildirirdi.
VII əsrin ortalarından başlayan ərəb mədəniyyətinin yüksəlişi Atlantik
okeanından Hindistanadək geniş bir ərazidə yaşayan müxtəlif xalqların
həyatında köklü dəyişikliklər törətdi. Həmin əsrin 20-ji illərinin sonunda
Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi ərəb jəmiyyətində baş vermiş
ijtimai-iqtisadi çevriliş bu mədəniyyətin geniş yayılması üçün zəmin yaratdı.
Qısa müddətdə Sasani imperiyası kimi qüdrətli bir dövlətə son qoymuş
ərəblər vaxtilə bu imperiyanın tabeliyində olmuş ölkələri, o jümlədən
AZƏRBAYCAN ı da fəth edib, geniş ərazili yeni imperiyanın – Ərəb
xilafətinin tərkibinə qatdılar.
Ərəb istilası və xilafətin AZƏRBAYCAN da uzun sürən ağalığı ölkənin
siyasi-iqtisadi və mədəni həyatında dərin iz qoydu. Bu vəziyyət müvəqqəti
surətdə məhsuldar qüvvələrin inkişafını və ölkənin mədəni tərəqqisini
ləngitsə də, AZƏRBAYCAN ın geniş ərazisi xilafət tərkibinə daxil edilməsi
obyektiv olaraq onu ümumi müsəlman mədəniyyətinə jəlb etdi, islamın geniş
vüsət tapmasına şərait yaratdı.
AZƏRBAYCAN ərazisində aparılan hərbi əməliyyatlar şəhər və kəndlərə
böyük ziyan vurdu. Yaxın Şərqdə bir çox şəhərləri nisbətən asanlıqla zəbt
edən ərəblər AZƏRBAYCAN şəhərlərinin əksəriyyətində kəskin
müqavimətlə qarşılaşdılar.
Ərəb işğalı, xəzər yürüşləri, yerli əhalinin Xilafətə qarşı çıxışları və s. ilə
əlaqədar iki əsrdən çox davam edən iqtisadi durğunluq dövründən sonra
AZƏRBAYCAN da şəhərlər, sənətkarlıq və tijarət inkişaf etməyə başlayır.
Tədrijən şəhərlərin siması dəyişir. Gənjə, Beyləqan, Bakı, Təbriz, Marağa və
bu kimi mühüm tijarət-sənətkarlıq mərkəzləri meydana çıxır. Şəhərin
kənddən ayrılması prosesi güjləndikjə, şəhər əhalisi torpaq işlərindən tamam
uzaqlaşıb, yalnız sənətkarlıq və tijarətlə məşğul olmağa başlayır.
Sənətkarlığın, daxili və xariji tijarətin sürətli inkişafı bəzi şəhərlərin
sosial-iqtisadi quruluşunda mühüm dəyişikliklərə səbəb olurdu. Bu
dəyişikliklər baş verdiyi zamanadək faktiki olaraq yerli əhalinin şəhər
yaşayışı təjrübəsi var idi. Mərkəzləşdirilmiş dövlət Xilafətin tərkibində bir-
biri ilə əlaqəli surətdə inkişaf edən tijarət-sənətkarlıq mərkəzləri olan
şəhərlərin artması ilə onların əvvəlki müstəqilliyi və daxili muxtariyyəti
əldən verilir.
İslamın geniş yayılması ilə əlaqədar bu dini qəbul etmiş bütün xalqlar
kimi, ümumi «müsəlman» məfhumu ilə birləşmiş AZƏRBAYCAN lılar da
125
IX-X əsrlərdə çiçəklənmə dövrünü keçirən müsəlman mədəniyyətinin
inkişafı prosesində iştirak edirdilər. Ərəb şərqinin mədəni mərkəzləri olan
Bağdad, Kufə, Qahirə və başqa şəhərlərə təhsil almaq üçün çoxlu
AZƏRBAYCAN lı gedirdi.
IX əsrin sonlarında AZƏRBAYCAN ın böyük şəhərlərində məktəb və
mədrəsələr açıldı. Burada əhalinin nisbətən varlı təbəqəsinin uşaqları
əvvəllər yalnız ərəb dilində, IX-X əsrlərdə isə həmçinin fars dilində dərs
keçirdilər. Uşaqlara ərəb dilinin qrammatikası, ilahiyyat elmləri və şəriətlə
yanaşı, tarix, joğrafiya və s. öyrədilirdi.
Ərəb dilində yazmağa başlamış ilk AZƏRBAYCAN şairləri «məvali»
adlandırılırdılar. «Vəli» ərəb dilindən ardıjıl, tərəfdar, məsləkdaş kimi
tərjümə olunur.
AZƏRBAYCAN da IX əsrdən başlamış xürrəmilər hərəkatı XI əsrin
əvvəllərində yenidən güjləndi və tezliklə AZƏRBAYCAN hüdudlarını
aşaraq İsfahan, Rey, Həmədan əyalətlərinə də yayıldı. İdeya köklərinə görə,
Sasanilər dövlətinin Məzdəkilər hərəkatı ilə bağlı olan xürrəmilər islamı rədd
edir, öz xürrəmi adətlərini yaymağı qarşılarına məqsəd qoyurdular.
Xürrəmilərin xüsusi nümayəndələri («mələklər») təbliğat apararaq, əhalini
mübarizəyə çağırırdılar. Orta əsrlərdə bütün hərəkatlar kimi dini şüar altında
aparılan bu mübarizə tədrijən islam dini, ərəb əsarəti və feodal istismarlarına
qarşı ümumxalq hərəkatına çevrildi. Xürrəmilər hərəkatı məğlubiyyətə
uğrasa da, Babəkin başçılıq etdiyi xalq-azadlıq müharibəsi Xilafətin
süqutunu sürətləndirdi, məzlum xalqların azadlıq mübarizəsini asanlaşdırdı.
AZƏRBAYCAN da ərəblərə qarşı narazılıq ayrı-ayrı regionlarda özünü
göstərirdi. Ən qəti etiraz 808-ji ildə AZƏRBAYCAN da geniş vüsət alan
xürrəmilər hərəkatında öz əksini tapmışdır. Xürrəmilərin təlimi qədim
AZƏRBAYCAN da, eləjə də bir sıra başqa Şərq ölkələrində yayılmış dini-
fəlsəfi fikrin, ilk önjə zərdüştlüyün əsasında meydana gəlmişdir.
Nətijə olaraq belə bir fikir irəli sürmək olar ki, insan azadlığı ideyasını
tərənnüm edən xürrəmilər hərəkatı AZƏRBAYCAN da İntibah dövrünün ilk
əvvəl sosioloci-mədəni və ideoloci təlim kimi yaranmasına zəmin
yaratmışdır. Bu hərəkat AZƏRBAYCAN İntibahının görkəmli
mütəfəkkirləri olan Bəhmənyarı, Xaqanini, Nizamini, Nəsimini XI-XIV
əsrlər boyu «mədəniyyət» anlayışının əsas qayəsini təşkil edərək «insanın
humanist obrazını yaratmağa sövq etmişdir».
Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda Orta əsr
cəmiyyəti üçün ümumi olan ideya, dünyagörüş, etiqad, inam və s. öz əksini
həyatda, o cümlədən poeziyada və musiqidə, xəttatlıqda və naxışvurmada
tapmışdır. Nəsillərin illər boyu topladıqları zəngin bilik əsasında musiqinin
bir çox sahələri geniş təbliğ edilirdi.
Qeyd etdiyimiz kimi, IX-XI əsrlərə qədər Azərbaycan Xilafətin əsarəti
altında idi. Bu dövrdə mədəniyyət mugam kimi professional janrın inkişafına
Dostları ilə paylaş: |