115
nəzərə almaq lazımdır ki, müəllifin bu tədqiqatda əsaslanacağı və istifadə edə
biləcəyi heç bir mənbə olmamışdır. Ancaq yüksək vətənpərvərlik duyğusu,
insanı belə bir əməyi başa çatdırmağa ruhlandıra bilərdi.
Ü.Hacıbəyov bu işi görməklə, Azərbaycan xalq musiqi nəzəriyyəsinin də
banisi oldu. Çox səciyyəvidir ki, bəstəkar-alim, özünün yazdığı kimi, bu təd-
qiqatını nəşr etməmişdən qabaq sınaqdan çıxarmışdı”.
Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabının “Giriş” böl-
məsində Azərbaycan ladlarının qurulma qanunlarını və bu qanunlar əsasında
əmələ gələn mənalı melodiyaları elmi-nəzəri cəhətdən təhlil etmək üçün
Azərbaycan xalq musiqisinin əsas cəhətlərini yaxından öyrənməyin zərurili-
yini qeyd etmişdir (1, 14).
Alim əldə etdiyi nəticələrin düzgün olub-olmadığını yoxlamaq məqsədilə,
özünün qeyd etdiyinə görə, bəstəkrlarla əlaqə saxlamış, Azərbaycan ladla-
rında onun irəli sürdüyü qaydalar əsasında bəstələnmiş melodiyaları təhlil
edərək, öz nəzəri müddəalarına düzəlişlər etmişdir. Eyni zamanda o, müəy-
yən vaxtlarda musiqişünaslar və Azərbaycan musiqisini yaxşı bilən şəxslər
arasında elmi-mübahisəli səciyyədə məruzələr etmişdir.
Fikrimizcə, aşağıda sitat gətirəcəyimiz A.Rzayevanın qələmə aldığı Ü.Ha-
cıbəyli haqqında xatirələri çox dəyərlidir. A.Rzayeva tələbəlik illərini belə
xatırlayırdı: “1941-ci ildə müharibənin başlanmasına baxmayaraq Üzeyir
müəllim direktor olduğu Azərbaycan Dövlət Konservatoriyasında “Azərbay-
can xalq musiqisi” şöbəsini açdı (9). Biz də həmin şöbəyə daxil olduq. Üze-
yir müəllim həm bəstəkarlıqdan, həm də “Azərbaycan musiqisinin əsasları”-
nın nəzəriyyəsindən dərs deyirdi. Bu fənn bizi çox maraqlandırırdı və Azər-
baycan musiqisinin açılmayan sirlərilə tanış edirdi. Azərbaycan xalq mahnı-
larından, xalq rəqslərindən, muğamlardan misallar gətirərək bizi daha da hə-
vəsləndirirdi. Muğamları biz musiqi məktəbində tarda çalmağı öyrənmişdik.
İndi onun nəzəri cəhətini bizə öyrədirdi. Muğamların səsqatarı ilə bizi tanış
edirdi. Əsas muğamlardan “Rast”, “Şur”, “Segah”, “Bayatı-Şiraz”, “Çahar-
gah”, “Hümayun” və s.
Bu muğamların qammalarını birsəsli və ikisəsli yazıb, sonra da əzbərlə-
yirdik. Muğamların hərəsinin özünəməxsus kadansları var idi. Hər ladın
kadansını bir neçə cür yazırdıq. Sonra bizə modulyasiyalar öyrətdi. Bir lad-
dan başqa lada keçməyin yollarını başa saldı. Bu nəzəri cəhətləri öyrəndikcə
yazdığımız əsərlərdə tətbiq edir və yazılmış əsərləri təhlil edirdik. Hansı lad-
da yazıldığını və hansı muğamdan hansına keçildiyini tapırdıq. Üzeyir müəl-
lim sonralar yazdığı elmi əsərini “Azərbaycan musiqisinin əsasları”nı
sinifdə
bizimlə keçə-keçə təcrübədən çıxarırdı. Demək olar ki, bizim sinif onun elmi
labоratoriyası idi. (Bu misalları müəllim öz xətti ilə mənim dəftərimə yazıb
tapşırırdı ki, mən onları o biri tələbələrə də verim köçürsünlər)”.
A.Rzayevanın Ü.Hacıbəyli haqqında qələmə aldığı xatirələr alimin kitab
üzərindəki tədqiatçı əməyini başa düşməyə imkan verir.