Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   64   65   66   67   68   69   70   71   72

252
 
AZƏRBAYCAN  ,  Rus,  Qərbi  Avropa  bəstəkarlarının  əsərlərinin 
interpetasiya  xüsusiyyətlərinə  daha  dərindən  yiyələnir.  Eyni  zamanda  o, 
görkəmli bəstəkar, xalq artisti, professor S.Ələsgərovdan diricorluq sənətinin 
injəliklərini  də  öyrənir.  Nəzərə  çatdıraq  ki,  Məmmədağa  müəllim 
Konservatoriyanın  keçirdiyi  müxtəlif  tədbirlərdə  solo  çıxışları  ilə 
muğamlarla  bərabər,  tar  üçün  oricinal  və  işlənmə  əsərlərindən  də  seçmə 
nümunələri zövqlə ifa edərək tamaşaçı rəğbətini qazanır.  
Bu sətirlərin müəllifi M.Kərimovun tələbə yoldaşı kimi onun uğurlarının 
dəfələrlə şahidi olub.  
Elə  təkjə  onu  demək  kifayətdir  ki,  1972-ji  ildə  AZƏRBAYCAN    Dövlət 
Opera və Balet teatırında Konservatoriyanın 50 illik yubileyinə həsr olunmuş 
gejədə  çıxış  edən  Məmmədağa  müəllim  tamaşıçılar  tərəfindən  səmimi 
qarşılanmışdır.  
M.Kərimovun  70-ji  illərdən  başlanan  ifaçılıq  fəaliyyətindən  danışarkən 
onun  xalq  artisti,  əməkdar  müəllim  Əhməd  Bakıxanovun  rəhbərlik  etdiyi 
AZƏRBAYCAN    televiziyası  və  radiosunun  xalq  çalğı  alətləri 
ansamblındakı  ifaçılıq  fəaliyyətini  də  qeyd  etməliyik.  O,  burada  çalışdığı 
illərdə  xalq  musiqisinin  injəlikləri  ilə  yaxından  tanış  olur.  Həm  də  bir  ifaçı 
kimi ijtimaiyyət arasında tanınaraq, hörmət qazanır.  
Həmin illərdə görkəmli pianoçu, bəstəkar, alim, əməkdar injəsənət xadimi 
Gülarə xanım Əliyevanın nəzər-diqqətini jəlb edir və o, gənj Məmmədağanı 
«Dan ulduzu» instrumental ansamblına dəvət edir.  
M.Kərimov  «Dan  ulduzu»  instrumental  ansamblında  solist-tarzən  kimi 
çalışdığı  müddətdə  AZƏRBAYCAN  ın  və  keçmiş  SSRİ-nin  bir  çox  iri 
şəhərlərində qastrol səfərlərində uğurla iştirak etmişdir. Hətta, «Dan ulduzu» 
instrumental  ansamblının  repertuarında  musiqi  nümunələri  Moskvada 
Ostankino televiziyasında lentə yazılaraq qızıl fonda daxil edilmişdir.  
Azərbaycan  radiosunun  fondunda  isə  qorunub  saxlanan  «Dan  ulduzu» 
instrumental  ansamblının  ifa  etdiyi  C.Cahangirovun  «Rəqs  süitası», 
G.Əliyevanın  «Şüştər  rapsodiyası»  adlı  instrumental  əsərlərində  solo  tar 
partiyasının ifaçısı M.Kərimova həvalə edilmişdir.  
Keçən  əsrin  70-ci  illərində  konsert  ifaçılığı  ilə  intensiv  məşğul  olan 
M.Kərimov  3  iri  həcmli  əsəri  lentə  aldırmışdır.  Bu  əsərlər  F.Listin  «2  saylı 
rapsodiya»sı,  A.Bəbirovun  «Konsert  pyesi»  və  S.Ələsgərovun  tar  ilə  xalq 
çalğı alətləri orkestri üçün «1 saylı Konsert»dir.  
Yuxarıda  sadaladığımız  bu  lent  yazılarını  dinləyərkən  biz  Məmmədağa 
müəllimin  necə  bir  incə  qəlbli  musiqiçi  və  mahir  tarzən  olduğunu  bir  daha 
müşahidə edirik.  
M.Kərimovun  pedoqoji  fəaliyyəti  də  çox  önəmlidir.  Bu  baxımdan 
Azərbaycan Milli Konservatoriyasının rektoru, görkəmli bəstəkar-ifaçı, xalq 
artisti,  professor  S.Kərimi  Məmmədağa  müəllim  haqqında  söylədikləri 
fikirlər  diqqətəlayiqdir.:  «Mən  Məmmədağa  müəllimi  ilk  dəfə  1972-ci  ildə 


253
 
görmüşəm.  Onun  ilk  ifasını  isə  Konservatoriyanın  Dövlət  imtahanında 
dinləmişəm.  Həyat  elə  gətirdi  ki,  biz  28  ildən  sonra  bir  ali  məktəbdə  - 
Azərbaycan  Milli  Konservatoriyasında  çalışmalı  olduq.  O  gündən 
M.Kərimov  «Xalq çalğı alətləri» kafedrasına rəhbərlik edir. Və mən onu öz 
işinə  çox  məsuliyyətlə  yanaşan,  istedadlı  müəllim,  alicənab  bir  insan  kimi 
tanıyıram.  Onunla  birgə  işləməkdə  qürur  hissi  duyur,  onun  dostlarına  yaxşı 
mənada qibtə edirəm» 
Bəli,  M.Kərimov  tar  ifaçılıq  sənətinin  40  illik  pedoqoji  fəaliyyətində  bir 
çox ifaçı və pedaqoqlar yetişdirmişdir. 
Onun  vaxtı  ilə  dərs  dediyi  tələbələr  arasında  beynəlxalq  və  respublika 
müsabiqə  laureatları, tanınmış  ifaçı tarzən  və  müəllimlərə  rast  gəlmək  olar. 
Məmmədağa  müəllimin  yetişdirdiyi  ilk  tələbələrdən  biri  görkəmli  tarzən, 
respublikanın  xalq  artisti,  prezident  təqaüdçüsü,  Milli  Konservatoriyanın 
aparıcı  dosenti  Möhlət  Müslümov  artıq  xalqın  sevimlisinə  çevrilmişdir. 
Digər  tələbələr  sırasında  respublikalar  arası  beynəlxalq  müsabiqə  laureatı, 
Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin  «İnstrumental 
ifaçılıq»  kafedrasının  müdiri,  dosent  Gülağa  Zeynalov,  Əhməd  Bakıxanov 
adına  müsabiqə  laureatı,  dosent  Səbuhi  Cəfərov,  bir  neçə  beynəlxalq  və 
respublika  müsabiqələri  laureatı,  Milli  Konservatoriyanın  müəllimi  Sahib 
Paşazadə,  Arslan  Növrəsli,  Ələkbər  Ələkbərov,  Murtuz  Əsədullayev,  Elçin 
Nağıyev və başqalarını göstərmək olar.  
Məmmədağa  Kərimov  həm  də  istedadlı  alimdir.  Onun  bir  çox  elmi-
tədqiqat və publisistik məqalələri müxtəlif qəzet, jurnal və elmi məcmuələrdə 
nəşr  olunmuşdur.  Bunlardan  «Ü.Hacıbəylinin  yaradıcılığında  xəlqilik», 
«Muğamların  yaranması  tarixinə  dair»,  «Unudulmaz  tarzən»,  «Azərbaycan 
muğamlarına  arxeoloji  və  tarixi  baxımından  bir  nəzər»,  «S.Rüstəmovun 
mahnıları», «S.Ələsgərovun kamera instrumental musiqisi» və başqa bu kimi 
məqalələrin adlarını çəkə bilərik.  
Xatırladaq  ki,  Məmmədağa  müəllimin  son  vaxtlarda  işıq  üzü  görmüş 
«Azərbaycan  xalqının  musiqi  irsi»  adlı  monoqrafiyası  oxucular,  musiqi 
ictimaiyyəti  və  mütəxəssislər  üçün  gözəl  töhfədir.  Adı  çəkilən 
monoqrafiyada Azərbaycan xalqının musiqi irsinin bir neçə minilliklər boyu 
toplanması,  zənginləşdirilməsi  və  təkmilləşdirilməsi  müəllif  tərəfindən 
xronoloji  ardıcıllıqla  şərh  edilərək  onu  maraqlı  tarixi  faktlarla  oxucuların 
nəzərinə çatdırır (Bu monoqrafiya eyni zamanda rus və ingilis dilinə tərcümə 
edilmişdir).   
Professor  M.Kərimov  həm  də  Azərbaycan  Milli  Konservatoriyası  «Xalq 
çalğı alətləri» kafedrasının müdiri kimi də xeyli yaradıcılıq işləri görmüşdür 
və bu işi hal-hazırda da əzmkarlıqla davam etdirir.  
Təşkilatçılıq  fəaliyyəti  ilə  yanaşı  Məmmədağa  müəllim  tədris  prosesinin 
inkişafı  naminə  müəllif  və  tərtibatçı  kimi  bir  neçə  metodik  tövsiyələr, 
köçürmələr,  yeni  proqramlar  üzərində  işləyərək  onları  nəşr  etdirmişdir. 


254
 
Bunların  sırasında  biz  F.Babayevanın  Tar  ilə  simfonik  orkestr  üçün 
«Konsert»i, T.Bakıxanovun Tar ilə simfonik orkestr üçün «4 saylı Konsert»i 
adlı  metodik  tövsiyələri,  bakalavr  və  magistr  pillələri  üçün  ixtisas  ansambl 
fənni  üçün  tərtib  edilmiş  proqramların,  tar  ilə  fortepiano  üçün  «Pyeslər 
məcmuəsi»,  «Azərbaycan  və  xarici  ölkə  bəstəkarlarının  tar  ilə  fortepiano 
üçün işlənmiş əsərləri»,  «Xarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş 
əsərləri»,  tanınmış  bəstəkar  F.Babayevanın  tar  ilə  simfonik  orkestr  üçün 
«Konsert» əsərlərini (tar partiyasının redaktoru kimi) göstərə bilərik. 
M.Kərimovun  Azərbaycan  musiqi  mədəniyyətinə  göstərdiyi  bu 
xidmətlərə görə, dövlətimiz tərəfindən yüksək dəyərləndirilmişdir. O, 2007-
ci  ildə  hörmətli  prezidentimiz  İlham  Heydər  oğlu  Əliyevin  sərəncamı  ilə 
«Azərbaycan  respublikasının  əməkdar  incəsənət  xadimi»  fəxri  adına  layiq 
görülmüşdür.  
Sonda  biz  ustad  tarzən,  pedaqoq,  alim,  bacarıqlı  və  qayğıkeş  təşkilatçı, 
təvazökar  insan,  professor  Məmmədağa  Kərimovu  60  illik  yubileyi 
münasibəti ilə bir daha təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür  və 
yeni yaradıcılıq uğurları arzulayırıq.       
 
 
Afət NOVRUZOV  
sənətşünaslıq namizədi, dosent 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


255
 
 
 


256
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
«KONSERVATORİYA» № 2, mart-apr l 2009 
________________ 
 
Yubileylər, təbriklər 
 
AĞLAYANI  GÜLDÜRƏN 
 
          HƏSƏN JƏBRAYILOV – 60 
 
 
AZƏRBAYCAN    parodiya  məktəbinin 
yaradıjısı 
Həsən 
Xəlil 
oğlu  Jəbrayılov 
ömrünün  60-jı  baharını  yaşayır.  Həsən 
müəllim  
1 may 1949-ju ildə anadan olmuşdur. 
Həsən  1964-jü  ildə  Nərimanov  rayo-
nundakı  39  saylı  orta  ümumtəhsil  məktəbini, 
1968-ji ildə Bakı Rabitə Elektro Texnikumunu 
(«Televiziya  texnikası»  ixtisası  üzrə),  1980-jı 
ildə  AZƏRBAYCAN    Dövlət  Politexnik 
İnstitutunu  («Çoxkanallı  elektrik  rabitəsi» 
ixtisasi üzrə) bitirmişdir. O, texniki sahədə ça-
lışsa  da,  estrada  sənətinə  böyük  maraq 
göstərmişdir. 
1965-ji 
ildən 
başlayaraq 
AZƏRBAYCAN da ilk milli parodiya nümunələrini yaradan Həsən müəllim 
mədəniyyətimizi bir sıra xariji ölkələrdə – Türkiyə, İran, Bolqarıstan, Rusiya, 
Gürjüstan, Orta Asiya respublikalarında layiqinjə təbliğ etmiş, geniş konsert 
proqramları  ilə  çıxış  etmişdir.  O,  1980-jı  ildə  respublika  ali  məktəblərinin  I 
festivalında,  Moskvada  keçirilən  «Vesna-80»  Ümumittifaq  festivalında, 
1981-ji  ildə  İrəvanda  SSRİ  gənjlərinin  festivalında,  1983-jü  ildə  Kutaisidə 
keçirilən Ümumittifaq festivalında, elə həmin ildə Bakıda ilk dəfə keçirilən 
peşəkar  estrada  artistlərinin  «Bakı  payızı-83»  müsabiqəsində  laureat  adını 
qazanmışdır. 1987-ji ildə Qabrovo şəhərində (Bolqarıstan) Ümumdünya Yu-
mor  Muzeyində  uğurla  çıxış  etmişdir.  2003-jü  ildə  Tehranda  keçirilən  I 
Ümumdünya  Yumor  çempionatında  müsabiqənin  ən  ali  –  I  dərəjəli  mü-
kafatına layiq görülərək doğma Vətəni AZƏRBAYCAN a qızıl medalla qa-
yıtmışdır. Həsən müəllim ilk dəfə keçirilən belə mötəbər yarışda ona olan eti-
madı doğrultmuş (bəstəkar, xalq artisti Tofiq Bakıxanovun təşəbbüsü ilə bu 
yarışa  qatılmışdır),  dünya  çempionu  olmuşdur.  Həsən  müəllim  2005-ji  ildə 
İstambulda keçirilən VII Uluslararası Jahan Festivalında da I yeri tutmuşdur. 
Təəssüf  ki,  həmişə  təvazökar  olan  Həsən  müəllimin  bütün  bu  sənət 
uğurlarından  az  adam  xəbər  tutmuşdur.  Yəni,  o,  başqaları  kimi  mətbuatda, 


257
 
tele-kanallarda «səs-küy» salmamışdır. 
Yaşadığı 60 ilin az qala 40 ilini Həsən müəllim insanlara gülüş bəxş et-
məklə keçirib. Biz dəfələrlə ağlayan insanın onun çıxışlarından sonra şaqqa-
naq çəkib güldüyünün şahidi olmuşuq. Əks məqamlarla da rastlaşmışıq, yəni 
gülən insanın Həsən müəllimin danışdığı gülməjələrdən sonra «ağlayan, göz 
yaşı tökən» görmüşük. Lakin bu, ürək ağrısından deyil, sevinjdən gələn göz 
yaşlarıdır. Həsən müəllim xeyirxah bir peşənin sahibidir. O, insanlara bol-bol 
gülüş  bəxş  eləyir.  Bu  yerdə  nakam  şairimiz  Mikayıl  Müşfiqin  «Sənin 
gülüşlərin» şeiri yada düşür: 
 
Jahan ki, solmayan bir bağça-bağdır, 
Burda rəvamıdır gülmədən ölmək?! 
Yazıq o şəxsə ki, qaraqabaqdır, 
Nə qədər yaraşır insana gülmək?! 
 
Sonralar  bu  misraların  dillər  əzbəri  olmasında  mərhum  bəstəkar  Ələkbər 
Tağıyevin  böyük  xidməti  olmuşdur.  O,  həmin  şeirə  mahnı  bəstələdi  və  ilk 
ifaçısı da xalq artisti Elmira Rəhimova oldu. Bu məqamları heç də təsadüfən 
xatırlatmadıq. 
Həsən Jəbrayılov AZƏRBAYCAN  Televiziya və Radio Verilişləri QSJ-
nin  əməkdaşıdır,  daha  doğrusu  (1994-jü  ildən),  «Video-kino  materialları» 
(Qızıl  Fond)  şöbəsinin  rəis  müavini  kimi  məsuliyyətli  bir  vəzifədə  çalışır. 
Məhz  onun  gərgin  axtarışları  sayəsində  neçə-neçə  itib-batmış  qiymətli  lent 
yazıları  aşkar  edilmiş,  həyata  yenidən  vəsiqə  alıb,  bu  unikal  kadrlar  efirlə 
yayımlanaraq  tamaşaçıların  sevinjinə  səbəb  olmuşdur.  Elmira  Rəhimovanın 
oxuduğu  «Sənin  gülüşlərin»  mahnısının  da  video  variantı  Həsən  müəllimin 
çoxsaylı tapıntılarından biridir.  
Həsən Jəbrayılov vətənpərvər sənətkarlarımızdandır. O, tez-tez hərbi his-
sələrdə, döyüş bölgələrində əsgərlərimiz qarşısında konsertlər verir. Qarabağ 
müharibəsi iştirakçıları üçün verdiyi konsertə görə, Dünya AZƏRBAYCAN 
lıları  İttifaqının  və  digər  mötəbər  qurumların  Fəxri  Fərmanları  ilə  təltif 
olunmuşdur.  O,  2008-ji  ildə  «Bakıxanovların  ekran  təjəssümü» 
monoqrafiyasına görə «Min bir mahnı» və Abbasqulu Ağa Bakıxanov adına 
mükafatlara layiq görülmüşdür.  
Həsən müəllim, Sizə ulu Tanrıdan möhkəm jansağlığı olmaq şərti ilə uzun 
ömr  sürməyi  diləyirik.  Arzumuz  budur  ki,  Siz  planetimizin  ən  qojaman 
sakini kimi «Qinesin rekordlar kitabı»na düşəsiniz. 
 
Redaktor 
 
 
 
 


258
 
MÜNDƏRİCAT 
 
 
Ön söz 
 
Сийавуш КЯРИМИ. Муьамын тянтяняси  ................................... 3 
 
Muğamşünaslıq.  Мугамоведение 
 
Məlahət ƏLIYEVA. Azərbaycanda muğam sənəti  ........................... 8 
Вагиф АБДУЛКАСУМОВ. Проявление мугамного 
звукоряда  в Азербайджанском таре  ............................................. 17 
Рафиг МУСАЗАДЯ“Rast” инструментал muğami  ..................... 29 
 
Musiqi fəlsəfəsi.  Философия музыки 
 
Самира  МИР-БАГИРЗАДЕ.  Философия  музыки  в  эпоху 
арабского халифата  ......................................................................... 42 
Фарида МИР-БАГИРЗАДЕ. Музыкальные символы ................. 50 
 
Alətşünaslıq. Органология 
 
Səadət ABDULLAYEVA. Çalği alətlərimiz təsviri sənətdə  ............. 56 
Kəmalə  KƏRİMOVA.  Orta  əsr  miniatür  sənətində  Azərbaycan 
milli musiqi alətlərinin təsviri  ............................................................... 65 
Abbasqulu  NƏJƏFZADƏ.  Mikayıl  Müşfiq  yaradıjılığında 
idiofonlu, aerofonlu, membranofonlu və xordofonlu alətlər  ................. 69 
Təranə ƏLİYEVA. Məhəmməd Füzulinin “Saqinamə”sində qanun 
aləti  ........................................................................................................ 88 
Sərxan ABIYEV. Qarmon alətinin tədrisi, milli musiqi alətlərimiz 
ilə uyarlığı və musiqimizdə yeri  ............................................................ 92 
 
İjtimai elmlər. Общественные науки 
 
Firudin  GURBANSOY.  System  of  secret  sciences-occultism  in 
Azerbaijan ancient literature. 7 layers  ................................................... 99 
Рена  АЛИЕВА.  Теория  и  практика  гармоничного  воспитания 
человека в Древней Греции  ................................................................ 102 
Rəna 
MƏMMƏDOVA. 
AZƏRBAYCAN 
 
Demokratik 
Respublikası dövründə bakının teatr həyatı (1919-ju il)  ....................... 105 
 
 


259
 
Üzeyirbəyşünaslıq 
 
Fazilə NƏBIYEVA. Üzeyir Hacibəylinin Azərbaycan xalq 
musiqisinin əsaslari elmi fundamental əsəri haqqinda  .......................... 113 
 
Musiqi folkloru. Музыкальный фольклор 
 
Ağahüseyn ABBASOV. Quba bölgəsinin Novruzqabağı el 
nəğmələri  ............................................................................................... 118 
 
 
Etnomusiqişünaslıq. Этномузыковедение 
 
Jalə  QULAMOVA.  Orta  əsrlərdə  AZƏRBAYCAN    musiqisinin 
mədəni- tarixi mərhələləri  (IX-XIV əsrlər)  .......................................... 123 
Səadət  QARABAĞLI.  Füzuli  irsi  Azərbaycan  bəstəkarlarının 
yaradıcılığında  ....................................................................................... 135 
Firuz ƏLİYEV. İnstrumental ifaçılıq sənətinə bir baxış  ....................... 145 
 
Rəyələr, təkliflər, mülahizələr 
 
Tural  ŞİRƏLİYEV.  Musiqi  sənayesinin  müasir  nailiyyətlərindən 
istifadə etmə məsələləri  ......................................................................... 150 
Земфира  ЩЦСЕЙНОВА.  Beynəlxalq  Muğam  festivalinin  əks-
sədasi  ..................................................................................................... 154 
 
Mənbəəşünaslıq.  Источниковедение 
 
Гюльтекин ШАМИЛЛИ. Аноним XVI века «Рисале Дар Илм-
и Мусики»  ............................................................................................ 155 
П.Востриков. Музыка и песни азербайджанских таров  ................. 201 
 
Yubileylər. Təbriklər 
 
Şəhla GÜNDÜZ. Bir mahnının yaranma tarixçəsi  ............................... 217 
Nazim KAZIMOV. 23 yaşlı dahi  .......................................................... 225 
Səadət TƏHMİRAZ QIZI. Süleyman Ələsgərov xatirələrdə  ............... 229 
Oqtay Zülfüqarov-80. Fidanların əhatəsində ......................................... 239 
Ramiz Mirişli-75. Qəlbi javan bəstəkar ................................................. 241 
Fəttah XALIQZADƏ. Ömrün yetmişinci baharı  .................................. 243 
Afət NOVRUZOV. Sənətə həsr olunmuş ömür  ..................................... 250 
Həsən Jəbrayılov-60. Ağlayanı güldürən .............................................. 254 


260
 
 
KONSERVATORİYA 
 
ELMİ  NƏŞR 
 
№ 2 
 
mart-aprel 
 
 
 
 
 
 
 
 
 
MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ! 
 
Məqalə  müəlliflərindən  xahiş  edirik  ki,  redaksiyaya  material  təqdim 
edərkən  mətnlər  Times  Roman  AzLat  şrifti  ilə  yığılsın. Məqalədə  ədəbiyyat 
siyahısı, iki  dildə  xülasə, iki rəy  mütləq  olmalıdır. Materiallar redaksiyaya 
həm kağızda, həm də elektron versiyada təqdim edilməlidir. 
Curnalda dərj olunmuş məqalə, foto, not və digər nümunələdən istifadə 
edərkən müəllifdən və ya redaksiya heyətindən mütləq ijazə alınmalıdır. 
Məsul katib 
 
 
 
________________________________________________________________ 
 
Naşir: 
 
Rafiq Babayev 
Texniki redaktor: Elvin Novruzov 
Korrektor: 
 
Məsumə Hüseynova 
Dizaynerlər: 
Jeyhun Əliyev, İradə Əhmədova 
 
_______________________________________________________________ 
Yığılmağa verilmişdir: 28.03.2009; 
Çapa imzalanmışdır: 01.04.2009 
Tirac 300 nüsxə, sifariş № 200 
«MBM» mətbəəsində çap olunmuşdur
 
 

Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə