Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

231
 
salanda canlı bir tarixin şahidi oluruq.  
Səhnə əsərlərinə opera və operettalar, müxtəlif tamaşalara yazdığı musiqi 
daxildir.  Bəstəkar  1945-ci  ildə  ilk  musiqili  komediyasını  yazmışdır:  «Mə-
həbbət  gülü».  Bu,  həm  Üzeyir  bəyin  operetta  sahəsindəki  ənənələrinin 
davamı idi, həm də o özü həmin illərdə musiqili komediya teatrının dirijoru 
olduğu  üçün  bu  janra  xüsusi  maraq  göstərirdi.  Sonralar  bir-birinin  ardınca 
«Ulduz»,  «Özümüz  bilərik»,  «Milyonçunun  dilənçi  oğlu»,  «Sevindik  qız 
axtarır»,  «Hardasan,  ay  subaylıq?»,  «Olmadı  elə,  oldu  belə»,  «Həmişə 
xanım»,  «Gurultulu  məhəbbət»,  «Hərənin  öz  ulduzu»,  «Subaylarınızdan 
görəsiniz» musiqili komediyalarını yazır.  
1961-ci  ildə  Nəriman  Nərimanovun  pyesi  əsasında  yazdığı  «Bahadur  və 
Sona»  operası  isə  bəstəkarın  bu  sahədəki  ilk  qələm  təcrübəsi  idi.  Operanın 
librettosu  Əfrasiyab  Bədəlbəylinin,  şeirlərinin  müəllifi  isə  Şıxəli  Qurbanov 
idi.  
İri  həcmli  instrumental  musiqiyə  «Bayram  müqəddəməsi»,  «Vətən  və 
gənclik»  simfoniyaları,  yeddi  simfonik  poema,  süitalar,  konsertlər,  tar  ilə 
xalq çalğı alətləri orkestri üçün üç konserti, violençel, fortepiano və simfonik 
orkestri üçün «ikili» konsert və bu kimi əsərlər daxildir.  
Bəstəkarın tar ilə orkestr üçün «Konsert»ləri həm tədris proqramına 
salınmış, həm də ifaçıların repertuarına daxil edilmişdir.  
Xalq  musiqisinin,  xüsusən  də  muğam  janrının  incəliklərinə  bələd  olan 
bəstəkar bu sahədə də qələmini sınayaraq «Bayatı-Şiraz» simfonik muğamını 
yazmışdır.  
Vokal və xor əsərləri də onun yaradıcılığında geniş yer tutur. Buna misal 
olaraq 200-dən çox mahnı, romans, altı kantata və s. əsərlər göstərilə bilər.  
S.Ələsgərov  xoşbəxt  bəstəkardır.  Ona  görə  ki,  yazdığı  əsərlər  elə  kağız 
üzərində qalmayıb, ifaçıların repertuarına daxil edilərək daim səslənib. Hələ 
onun 1942-ci ildə döyüşçü-şair Şirzad Əliyevin sözlərinə cəbhə mövzusunda 
yazdığı  ilk  «Gözlə  məni»  mahnısı  təsirli,  orijinal  sənət  nümunəsi  kimi 
dinləyicilərin  qəlbinə  yol  tapır.  Süleyman  müəllim  bu  mahnının  yaranma 
tarixi  barədə  həmişə  böyük  həvəslə,  Üzeyir  bəyə  və  mahnının  ilk  ifaçısı 
böyük sənətkarımız Bülbülə hədsiz minnətdarlıq hissi ilə danışardı.  
Bu haqda «Mədəniyyət» qəzetinin 31.10.1995-ci il tarixli nömrəsində Sü-
leyman müəllimin «Üzeyir bəylə keçən günlər» adlı məqaləsində oxuyuruq: 
«Mənim  müharibə  dövründə  ilk  vokal  əsərim  döyüşçü-şair  Şirzad  Əliyevin 
sözlərinə  bəstələdiyim  «Gözlə  məni»  mahnısı  oldu.  Həmin  mahnımı  böyük 
nəğməkarımız  vokal  sənətimizin  banisi  Bülbülə  vermişdim.  O,  mahnını  elə 
ilk  tanışlıqdan  bəyənmişdi.  Ancaq  bu  haqda  Üzeyir  müəllimə  heç  nə 
deməmişdim.  1942-ci  ilin  oktyabr  ayı  idi.  Həmişəki  kimi  yenə  də  Üzeyir 
Hacıbyovun sinfində «Azərbaycan xalq musiqisinin əsasları» fənnindən dərs 
keçirdik.  Birdən  qonşu  otaqdan  sevimli  müğənnimiz  Bülbülün  həzin  səsini 
eşitdik. «Gözlə məni» mahnısı idi. Yoldaşlarım Üzeyir müəllimə bildirdilər 
ki,  bu  mahnı  Süleymanındır.  O,  heç  bir  təklif  gözləmədən  mehribanlıqla 


232
 
dedi:  
-  Çox  yaxşı.  Elə  isə  gəlin  gedək,  mahnıya  əməlli-başlı  qulaq  asaq.  Biz 
müğənninin məşğul olduğu otağa keçdik. Üzeyir müəllimin təklifi ilə Bülbül 
mahnını  ikinci  dəfə  oxudu  (Royalda  Vladimir  Kozlov  müşayiət  edirdi). 
Mahnı sona yetəndə Üzeyir Hacıbəyov və tələbə yoldaşlarım məni bir daha 
təbrik etdilər. Görkəmli müğənnimizin isə sözü bu oldu: 
- Cavan oğlan, sənin mahnına bu gündən vətəndaşlıq hüququ verdim. 
Düzü  çox  sevindim.  Üzeyir  müəllimin,  Bülbülün  müharibə  mövzusunda 
yazdığım ilk mahnıya  yüksək qiymət vermələrindən ruhlanaraq, bundan bir 
qədər  sonra  Şövkət  Məmmədovanın  xahişi  ilə,  şair  Zeynal  Cabbarzadənin 
sözlərinə «Gözləyirəm» adlı mahnı bəstələdim.  
«Gözlə  məni»  mahnısını  1944-cü  ildə  Tbilisdə  keçirilən  Zaqafqaziya 
xalqlarının  musiqi  ongünlüyündə  Zəhra  Rəhimova  müvəffəqiyyətlə  ifa  etdi. 
Bu  mahnı  böyük  bəstəkarımızın  çox  xoşuna  gəlmişdi.  Belə  ki,  Ü.Hacıbə-
yovun  təklifi  ilə  mən  1943-cü  ildə  Respublika  Bəstəkarlar  İttifaqına  qəbul 
olundum.  
Üzeyir  müəllim  haqqımda  danışarkən  «Gözlə  məni»  mahnısının  adını 
çəkdi və onu yüksək qiymətləndirdi. Ü.Hacıbəyov o zaman yenicə yazmağa 
başlayan  gənc  bəstəkarların  hər  cəhətdən  tanınması,  formalaşması  üçün 
əlindən gələni edirdi».  
Bəstəkarın  yaradıcılığının  ilk  dövrlərində  qazandığı  uğurlar  ömrünün  so-
nuna  qədər  davam  etmişdir.  Süleyman  Ələsgərovun  yaradıcılıq  irsi  bir  çox 
musiqişünas, jurnalist,  tədqiqatçı  və  s.  bu  kimi  qələm  sahiblərinin  diqqətini 
cəlb  etmiş,  onun  haqqında  neçə-neçə  kitablar,  saysız-hesabsız  məqalələr, 
oçerklər,  əsərləri  barədə  resenziyalar  yazılmışdır.  Bu  mənada  Ramiz 
Zöhrabovun, Zemfira Qafarovanın, Elxan Babayevin, Solmaz Qasımovanın, 
Vidadi  Xəlilovun,  Sabir  Quliyevin  və  başqalarının  adlarını  çəkə  bilərik. 
Onların  və  digərlərinin  S.Ələsgərov  haqqında  yazdıqları  kitablar  bəstəkarın 
həyat və yaradıcılıq yolunu bütün aydınlığı ilə geniş şəkildə əhatə etmişdir.  
Bəstəkar ömrünün son gününə qədər sənət eşqi, xalq məhəbbəti ilə yazıb 
yaratdı. Lakin, son illərdə başımıza gələn bu müsibətlər Süleyman müəllimi 
nə  qədər  sarsıtmışdısa,  o  qədər  də  mübarizə  əzmi  ilə  qələbə  ruhlu  əsərlər 
yazmağa sövq etmişdi. Hər dəfə bu barədə söhbətimiz olanda belə deyərdi: 
«Xalqımızın  belə  ağır,  çətin  günündə  biz  sənətkarlar  daha  çox  işləməli, 
tariximizi, bu günümüzü, başımıza gələn faciələri öz əsərlərimizdə tərənnüm 
etməliyik  ki,  həmin  əsərlər  bu  günkü  tariximizin  canlı  şahidi  kimi  gələcək 
nəslə yadigar qalsın».  
Süleyman Ələsgərov bu illərdə hərbi vətənpərvərlik mövzusuna daha çox 
müraciət edən bəstəkarlardan bəlkə də ən birincisi idi. Onun yazdığı mahnı 
və  marşlar  öz  melodiyası  və  ahəngdarlığı  ilə həm  xalq musiqisinə  bağlı  idi, 
həm də xalqa mənəvi ruh verirdi. «Yürüş mahnısı», «Gənclik marşı» (1992), 
Aslan  Aslanovun  sözlərinə  «Bu  torpağa  bağlıyıq»  (1990),  «Hardasan  igid 
oğlan»  mahnıları  (1994),  Qurban  Musayevin  sözlərinə  «Biz  qələbə 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə