Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə61/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

223
 
Bakılılaşdırmaq  -  yəni  Xan  (Mahir  aktyorumuz  Fuad  Poladov  onun  kinoda 
unudulmaz surətini yaratdı) Bakının Xilə kəndindən, yəni indiki Əmircandan 
olduğu üçün ssenariyə Bakı duzu, Bakı ədviyyəsi, surətlər arasındakı söhbət-
lərə Bakı şivəsi qatmaq, 1940-1950-ci illər Bakısının danışıq tərzini, məşhur 
"Kubinka"nın atmacalarını əlavə etmək. Atam Əmircan kəndini beş barmağı 
kimi tanıyırdı. Həmin kənddə böyük nənəmiz Həvvanisə xanım yaşayırdı və 
atamın da orada xeyli tanışı, simsarı, curu vardı. Elə bircə Səttar əmi ilə dost-
luğu - özü cüssəsiz,  yaradıcılığı nəhəng rəssamımız Səttar Bəhlulzadəni de-
yirəm - bəsdir ki, dediklərimi sübut edim. Allaha çox şükür ki, şahidlər sağ-
dır. Səttar əminin isə qəbri nurla dolsun!  
Atam  ssenaridə  Xiləli  Xanın  və  onun  ətrafındakıların  inandırıcı  surətini 
bərpa eləmişdi. Yaratmaq yox a, məhz bərpa. Çünki yaradıcılıq işi, əlbəttə ki, 
İsi Məlikzadəyə aiddir. Ssenaridəki surətləri o, yaradıb. A.Gündüz isə bu sse-
nariyə qabil qələm tutmuş əlini gəzdirib və ona duz qatıb, dad verib.  
Atamın  əlgəzdirməsində  surətlərdən  birinin  filmdə  oxuyacağı  bir  xalq 
mahnısı fikrimi özünə yönəltdi: 
 
"Çəmbərəkəndindən baxanda, görünür Bayıl, 
Bakılı balasıyam, anam, adım İsmayıl..." 
 
Bəs, bu, sırf Bakı mahnısı deyil? 
 
Zaman yenə ötdü. Tale məni sevimli ozanımız, üstündə Boz qurdun başı 
həkk  edilmiş,  türklüyümüz  rəngli  firuzəyi  sazını  sinəsinə  basıb  yana-yana 
oxuyan Araz Elsəslə görüşdürdü. Araz əslən Güney Azərbaycanın Sulduzun-
dan,  Qarapapaq  türklərindəndir.  Bir  müddət  Quzey  Azərbaycanda  yaşayıb. 
Sonra isə İsveçə mühacirət edib.  
Ah  bu  bölgü  olmasaydı!..  "Bütöv  vətən  arzusuyla  cavan  ömürlər  soldu 
ki"... (N.Kəsəmənli). Hə, vətənin oğulları, qızları dünyaya səpələnib. İnci ki-
mi bir boyunbağıya bənd olmağımın vaxtı deyilmi? Düşün, qardaşım, düşün, 
bacım! Vətən mənim, sənin, bizimdir. İddiasızcasına vətənin olmaq gərəkdir 
- şəhidlərimiz kimi! Çünki mərhum şairimiz Tofiq Bayram demişkən: "Tor-
pağın altı da mənə vətəndir"!  
Qonağı olduğumuz evin də, süfrənin də, yiyəsi həmyerlimiz Fuad Bədirli 
və həyat yoldaşı Nüşabə xanım idi. Nə yaxşı ki, bu cütlük hamımızı - məni, 
Araz Elsəslə ömür -gün dostu Xədicə xanımı, musiqişünas-jurnalist Kamalə 
Cəmil qızını, şərqşünas-filoloq Niyaz Yaqublunu bir yerə yığmışdı. Söhbətin 
mövzusu  çoxşaxəli  idi  və  birdən  söz  "Çəmbərəkəndi"  mahnısından  düşdü. 
Musiqisinə  mən  bələdçilik  etdim,  Araz  bunun  "Üsküdar  şərqisinin  musiqisi 
ilə eyni olduğunu söylədi. "Çəmbərəkəndi"nin sözlərini məndən alıb, elə ora-
daca sazın müşayiəti ilə həmin musiqi üstündə oxudu. Yenə eyni hava, eyni 
təranə. Araz qardaşımızın da ki, avazı - bəh-bəh-bəh! Araz dedi ki, bu musi-
qinin "Çoban qızı" mahnısına da oxşarlığı  var. Əlbəttə, "Çoban qızı"nı eşit-


224
 
mişdim.  Rəhmətlik  Hacıbaba  Hüseynov  da  oxuyub,  Aygün  Bəylər  də,  elə 
Araz Elsəsin özü də. Mən bu fikirdəyəm ki, "Çoban qızı" mahnısı əkiz qar-
daşlar olan "Çəmbərəkənd"lə "Üsküdar"a bir azca bənzəyən bacıdır.  
Arazla bu ilin yanvarında yenə də görüşdüm. Onu xanımı Xədicə ilə birgə 
"ŞİRVANŞAHLAR"  Qoruq  Muzeyinin  geniş  salonunda  keçirdiyim  "Səngi-
məyən ağrı və ya and içirik!" mövzulu növbəti "Vətən dərsi"nə dəvət etmiş-
dim. Sağ olsunlar, hər ikisi gəlmişdi. Araz qardaşım elə oradaca mənə bildir-
di  ki,  həmin  şərqini  İsveçdə  diskə  yazdırıb  və  həm  "Çəmbərəkəndi,  həm  də 
"Üsküdar" nüsxələrinin sözlərindən istifadə edib. O, diski mənə növbəti gəli-
şində bağışlayacağına söz verdi. Bax, elə Arazın səsində də Çəmbərəkəndin-
dən Üsküdar görünmürmü?   
Araz Elsəsdən, onun sanballı sənətindən isə ayrıca yazmaq fikrim var. İn-
şallah, qismət olsa!  
 
Son uc 
"Nənəmiz Boz qurddur bizim,  
Dədəmiz Qorquddur bizim,  
Yarımız  Türk yurdu bizim, 
Min illərin aşiqiyik!". 
 
 
 
 
 
 
 
Şəhla Gündüz 
Yazımın  adını  "Çəmbərəkəndindən  görünür  Bakı"    qoyacaqdım.  Sağ  ol-
sun  Əhməd!  Bütün  türk  dünyasının  məşhur  müğənnisi  Əhməd  Şəfəq,  məni 
həmişə mehribanlıq, sıcaqlıqla "Abla" (Abla - Ağa bacı, böyük bacı) deyə ça-
ğıran, görkəmi qaya, könlü dəniz qardaşım.  
Əhməd növbəti dəfə Bakıya gəlmişdi. Həmişəki kimi görüşüb söhbətləş-
dik.  Mövzusunu  bu  şərikli  mahnıdan  almış  məqaləmdən  danışdım.  Əhməd 
Şəfəq  həm  də  istedadlı  bir  jurnalist,  yazar  olduğu  üçün,  ərköyün  bacısının 
ondan inciməyəcəyini düşünüb, məqalənin sərlövhəsini bir qədər düzəltmək-
dən ötrü məsləhət verdi: "Abla, Bakı yerinə Üsküdar yaz, daha iyi, daha doğ-
ru olur".  
Düşündüm, daşındım və Əhmədə haqq verdim. 1918-ci ildə Azərbaycanın 
qurtuluşu uğrunda şəhid olmuş neçə Türk mehmetçiyinin  məzarı Çəmbərə-
kənddə - indiki "Şəhidlər Xiyabanı"nındadır. Əlbəttə ki, Çəmbərəkəndindən 
Üsküdar görünür.  
P.S. Allah Mustafa Kamal Paşa Atatürkə, Nuri Paşaya, Ənvər Paşaya, Tə-
lət Paşaya, Kazım Qarabəkir Paşaya və dünyasını dəyişmiş bütün Türk paşa-
larına,  Türk zabitlərinə, Türk mehmetciklərinə qəni-qəni rəhmət eləsin! "NE 
MUTLU TÜRKÜM DİYENE!" 
 
Şəhla GÜNDÜZ 
  «Müşfiq» mükafatı laureatı 


225
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Yubileylər, təbriklər 
 
23 YAŞLI DAHI 
 
ASƏF ZEYNALLI – 100 
 
 
Azərbaycan klassik musiqisinin yaradıcıların-
dan, öz xidmətləri ilə adlarını musiqi  incəsənəti-
mizin  tarixinə  əbədilik  həkk  etmiş  sənətkarlar-
dan söz düşəndə ilk xatırlananlardan biri də Asəf 
Zeynallı  olur.  İlk  professional  təhsilli  Azərbay-
can bəstəkarı, simfonik musiqimizin banisi, gör-
kəmli pedaqoq, musiqi folklorumuzun toplayıcı-
sı və tədqiqatçısı, xalq musiqimizin alovlu təbli-
ğatçısı  olan  Asəf  Zeynallı  milli  musiqimizin  tə-
şəkkülü və tərəqqisində misilsiz rol oynamışdır. 
Bu il anadan olmasının 100 illiyini musiqi ic-
timaiyyətimizin  təntənə  ilə  qeyd  etməyə  hazır-
laşdığı  Asəf  Zeynallı  cəmi  23  il  ömür  sürsə  də, 
Tanrının  ona  verdiyi  tükənməz  istedad  və  enerji,  xalqa  və  onun  musiqisinə 
bəslədiyi  sonsuz  məhəbbət  sayəsində  cəmi  6-7  illik  yaradıcılıq  fəaliyyəti 
dövründə çoxlarının 50 ildə görə bilmədiyi işi görmüş, özündən sonra qərinə-
lərin  sınağından  cəsarətlə  çıxan  və  həmişə  təravətini  saxlayan  bir  irs  qoyub 
getmişdir.  
A.Zeynallı Konservatoriyada təhsil almaqla bərabər yaradıcılıqla da geniş 
məşğul  olmuş,  bir-birinin  ardınca  müxtəlif  mövzularda  və  janrlarda  əsərlər 
yazmışdır.  Bu  baxımdan  onun  1928-1931-ci  illərdəki  yaradıcılığı  xüsusilə 
məhsuldar olmuşdur.  Bu illər ərzində özünün vokal, mahnı romans, fortepia-
no, ansambl əsərlərinin böyük qismini, o cümlədən məşhur «Ölkəm» roman-
sını (1928) yazmışdır. 
Azərbaycan xalq musiqisinin əsaslarını xüsusi diqqətlə və dərindən öyrə-
nən  A.Zeynallı  Üzeyir  Hacıbəyлинин  rəhbərliyi  altında  Azərbaycan 
ladlarında məşq tapşırıqları  yazmış, xalq melodiyalarının spesifikasını, xalq 
musiqisinin 
inkişaf 
yollarını 
öyrənmişdir. 
İstedadlı 
bəstəkarın 
Konservatoriyada  oxuduğu  illərdə  xalq  mahnı  intonasiyalarına  əsaslanaraq 
yazdığı  xor  ilə  orkestr  üçün  «Şikəstə»,  fortepiano  üçün  «Чahargah», 
«Durna»,  skripka  və  fortepiano  üçün  «Muğamsayağı»,  iki  violonçel  və 
fortepiano üçün «Qoyunlar» əsərləri indi də sevilə-sevilə ifa olunur. 
Azərbaycan  xalq  musiqisinin  əsasları  üzərində  iş  Asəf  Zeynallının  təkcə 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə