Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə60/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

221
 
Əmimgildə  babamla,  nənəmin  ailə  qurduğu  günü  qeyd  edirdilər.  Məclis 
arəstə,  keflər  kök,  musiqi  könül  fəth  edən idi.  Birdən  eşitdim  -  Zəki  Müren 
bəy  oxuyurdu  -  "Üsküdardan  gəlir  ikən  yağdı  bir  yağmur".  Süfrənin  yuxarı 
başında oturmuş nənəm tez məni aradı: "Bu həmin mahnıdır ey, sənin mən-
dən xəbər aldığın. Musiqisi "Çəmbərəkəndi"nin eynidir". Qulaqlarımı şəklə-
dim. Elə səs-küy də  kəsildi. "Türk musiqisinin paşası" Zəki bəyin şaqraq sə-
sini mənlə bahəm bütün məclis əhli heyran-heyran dinlədi.  
Bəyaz  libası  və  incə  rəftarı  ilə  su  sonasını  xatırladan  Emel  Sayının  da 
Azərbaycana  ilk  gəlişində  oxuduğu  mahnılar  arasında  ikisi  diqqətimi  cəlb 
elədi. Birincisi elə mən bildiyim idi - nənəmin xatirəsində və Zəki Müren bə-
yin səsindəki - "Üsküdardan gəlir ikən, yağdı bir yağmur". İkinci mahnı isə 
"Kız,  sen  İstanbulun  neresindensin?"  idi  və  burada  da  o  gözəlim  Üsküdarın 
adı çəkilirdi. 
Sonralar öyrəndim ki, Çəmbərəkəndi Bakının qədim bir məhəlləsi olduğu 
kimi, Üsküdar da İstanbulun əski bir guşəsidir.       
 
Təsdiq 
Böyük  dirijorumuz,  tanınmış  bəstəkarımız,  musiqi  xadimimiz,  behiştlik 
Niyazi "qapısı dəmir pərdəli" o illərdə tez-tez Türkiyəyə sənət səfərlərinə ge-
dərdi və nənəm bu barədə həmişə zarafatla deyərdi: "Türkiyənin  yolunu lap 
ağardıb ey!.." Niyazi, hətta Cabbarlı ailəsinin yaxın simsarı, şura hökuməti-
nin  şərinin,  qanlı  əməllərinin  şeytan  vəsvəsəsindən  vüsət  aldığını  anlayıb, 
müharibə vaxtı Türkiyəyə pənah aparmış Cavaddan xəlvətcə xəbərlər də gə-
tirir, bunları istər, mərhum Cəfərin dul xanımı Sona bacıya, istərsə də, adı çə-
kilənin bacısı - Cəfərin Əjdər qardaşının ömür-gün yoldaşı Xanbacı dostuya 
(Tanınmış səs ustamız, rəhmətlik Gültəkin xanım Cabbarlının anası) çatdırır-
dı.  
Günlərin birində babamı qısnadım ki, bu mahnının tarixini Niyazidən də 
xəbər alsın. Babam bir sözümü iki eləməzdi. "Ay qızım, nəyinə lazımdır ey, 
məqalə-zad  yazırsan,  bəyəm?!"  sualını  versə  də,  xahişimi  yerinə  yetirdi. 
Zəng  vurub,  əhvalatı  danışdı  və  soruşdu:  "Knyaz,  eyni  mahnıdır,  ya  yox?" 
"Knyaz"  ərklilərin böyük moyestroya  müraciəti idi. Həmin ərklilərdən biri 
də babam olduğundan, Niyaziyə belə xitab edirdi. 1938-ci ildə Azərbaycanın 
Moskvada keçirilən Birinci Ədəbiyyat və İncəsənət Ongünlüyündə həm mo-
yestro, həm onun yeganəsi sevimli Həcər xanım, həm babam, həm də nənəm 
"Moskva"  mehmanxanasındakı  qonşuluqlarını,  birgə  keçirdikləri  mənalı  sa-
atları, ziyafət gecələrini, paytaxt mağazalarındakı neçə sərgüzəştli alış-veriş-
ləri, xüsusilə də, eyni qatarın eyni vaqonundakı yol yoldaşlığını unutmamış-
dılar.  Həmin  Dekada-Ongünlükdə  babam  Şəmsəddin  Abasov  Azərbaycan 
Dövlət  Opera  və  Balet  Teatrının  direktoru  imiş  və  Kremldə  M.İ.Kalininin 
ona "Qırmızı Əmək Bayrağı" ordeni təqdim edərkən, çəkilmiş şəkil ehtiramla 
qoruduğum babamdan qalma arxivdədir.  


222
 
Moyestro babamın sualına təsdiqedici cavab vermişdi. Ümumiyyətlə, ba-
bam mənim çox "Niyə?"mi dərindən bildiyi tarixi məlumatlar, xatirələrlə ca-
vablandırmağa  çalışırdı  və  o  rəhmətlik  şəxsə  borclarımdan  biri  də  bu  "Ni-
yə?"lərin cavabını çox yaşıdımdan fərqli olaraq bilməyimdir. Təkrar olmasın, 
bu fikir bayaq söylədiyim kimi nənəm Mələk xanıma da şamildir.  
Dahi Niyazinin bu mahnı haqqında isbata ehtiyacı olmayan təsdiqini yeni-
yetməykən, babamdan eşitdim. Moyestronun dediyinə "mız" qoymaq mənim 
nə həddimə! Ancaq...  
 
Qulaq günahkarı 
"Bu şərqini eşitdim və qaranlıqda işıq bilib, ona doğru yürüdüm." 
Leyla Saz 
Ancaq  böyüyəndən  sonra  çərdəymiş  dilim  yenə  dinc  durmadı.  Üzümü 
xalqımızın musiqi bilicilərindən biri olan Arif Əsədullayeva və onun xanımı, 
adı əzbər kaman ifaçısı, Azərbaycanın xalq artisti, Milli konservatoriyamızın 
professoru  Şəfiqə  Eyvazovaya  tutdum.  Mələk  xanımın  musiqi  duyumunda 
yanılmadığını, "Çəmbərəkənd" mahnısı ilə "Üsküdar"ın müştərək melodiya-
ya malik olduğunu, "Çoban qızı"nın isə həmin melodiyadan mənbə götürdü-
yünü dedilər. Bu fikri Azərbaycanın əməkdar artisti, tanınmış ud ifaçısı Ya-
səf Alxasoğlu da təsdiqlədi, musiqişünas Kamalə Cəmil qızı da.  
Oxucum,  sən  də  bekar  qalma!  Deyim,  bil  və  xatırla!  Bu  mahnı  qardaş 
Türkiyə kanallarının çoxunda nümayiş etdirilən, vaxtılə "Yeşil çam"ın çəkdi-
yi  "bəyaz-siyah  sinema"larda,  ələlxüsus  da,  keçmişdən  bəhs  edən  filmlərdə 
"Katibim" adı ilə oxunur. Eşitməmiş olmazsan. 
Çəmbərəkənd  mahnısı  isə  işlədiyim  189  saylı  məktəbdə  "Azərbaycan 
Türk  xatunları"  mövzulu III  "Vətən  dərsi"ndə  Kamalə  Cəmil  qızının  müşa-
yiətilə məktəbin xoru qiyamət oxudu və böyük alqış qazandı.     
Görürsənmi, oxucum, Çəmbərəkəndindən Üsküdar görünür. 
 
Duz 
"- Adamın lap ağzından tökülür. Bu xörəyə bir duz qat da!  
- Neyləyim, duzumuz yoxdur da, a kişi!  
Bir Molla Nəsrəddin lətifəsindən 
 
İllər keçdi. Babam da dünyasını dəyişdi, nənəm də, atam da. Bir gün atam 
Gündüzdən mənə yadigar qalmış arxivi bir əlyazmasının sorağı ilə saf-çürük 
edirdim. İşıq üzü görmüş və görməmiş, bozarmış və saralmış səhifələr, qəzet 
bağlamaları, şəkil eskizləri, çeşidli məktublar və ilaxır. Bəs bu nədir belə? İsi 
Məlikzadə  -  "Güllələnmə  ləğv  olunur"  -  ssenari.  Hə,  hə  yadıma  düşdü.  Bu 
Xiləli Xan haqqında rəhmətlik İsi Məlikzadənin yazdığı ssenarinin surəti idi. 
Tanınmış  rejissorumuz  Ələkbər  Muradov  atama  vermişdi  ki,  bakılılaşdırsın. 
Oxucum,  indicə  verəcəyin  "Necə  yəni  bakılılaşdırmaq?"  sualını  eşidirəm. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə