Азярбайжан республикасы


AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   64   65   66   67   68   69   70   71   72

239
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Yubileylər, təbriklər 
 
FİDANLARIN ƏHATƏSİNDƏ 
 
            OQTAY ZÜLFÜQAROV – 80 
 
Adi  peşə  sahibləri  kimi,  sənətkarların  da 
taleyi çox zaman gözlənilməz və qəribə olur. 
Onlar yaradıcılıqda nə qədər uca zirvələr fəth 
etsələr  də,  əsərlərinin  aqibətini,  xüsusən  də, 
şəxsi  talelərini  qabaqcadan  görə  bilmir  və 
həyat onlara maraqlı sürprizlər bəxş edir. 
Bəstəkar  Oqtay  Zzülfüqarovun  həyatında 
da  yəqin  ki,  qəribə  hadisələr  az  olmamışdır. 
Gəlin  bizə  məlum  olan  iki  məqamı  bir  də 
xatırlayaq. 
Əvvəla, o, istedadlı bir oğlan kimi musiqi 
təhsilinə  gec  –  16  yaşında  başlamış  və  buna 
baxmayaraq,  tezliklə  nəzərə  çarpan  nai-
liyyətlər  qazanmışdır.  Cəmi  iki  il  sürən 
violonçel  məşğələlərindən  sonra  irəliləyiş 
nümayiş  etdirən  Oqtay  A.Zeynallı  adına  Bakı  Musiqi  Məktəbinə  qəbul 
edilmiş və orada ifaçılıqla yanaşı, bəstəkarlıqla da ciddi məşğul olmuşdur. O,  
hətta  məktəbi  bitirərkən  Dövlət  imtahanı  komissiyasının  qarşısına  özünün 
bəstələdiyi “Violonçel” pyesini də uğurla təqdim etmişdi. 
Belə  bir  yüksəliş  O.Zülfüqarovun  tələbə  taleyinə  yazılmış  və  onu 
Ü.Haclbəyov adına Azəebaycan Dövlət Konservatoriyasına, dahi bəstəkar və 
pedaqoq  Qara  Qarayevin  sinfinə  gətirmişdi.  Həmin  sinifdə  gözəl  sənət 
məktəbi  keçmiş  tələbə  qazandığı  uğurları  ilə  məşhur  korifeylərin  də  yüksək 
qiymətini  almışdı.  Hələ  tələbə ikən bəstələnmiş  Simli trio  əsəri  Azərbaycan 
bəstəkarlarının  I  qurultayında  ifa  olunur  və  “zalda  oturmuş  bütün 
dinləyicilərin qəlbini riqqətə gətirir” (D.Şostakovuç) 
Oqtay  Zülfüqarov  simfonik  musiqi  sahəsində  fəal  çalışmış,  “Sumqayıt” 
simfoniyası, “Kosmosda tufan” simfonik poeması, “Şənlən, mənim xalqım” 
uvertürası  və  başqa  əsərlər  bəstələmişdir.  Sonuncu  əsər  gənc  bəstəkarların 
Ümumittifaq  müsabiqəsində  (Moskva,  1962)  öz  müəllifinə  laureat  adını 
qazandırmışdır. Uvertüra indiyə qədər parlaq təravətini qoruyub saxlamış və 
hər dəfə ifa olunarkən dinləyicilərin hədsiz sevincinə səbəb olur. 


240
 
Bütün  deyilənlər  O.Zülfüqarovun  bir  simfonist  kimi  yetişməsini  vəd 
edirdi  və  bu  gözləntilər  özünü  müəyyən  mənada  doğrultdu.  Lakin  taleyin 
hökmü  ilə  o,  uşaq  musiqisi  sahəsinə  gəlməli,  məhz  uşaqlar  üçün  özünün 
gözəl əsərlərinin bəstələməli idi. 
Bəstəkar  həmin  sahədə  uzun  müddət  səmərəli  fəaliyyət  göstərmiş, 
uşaqlarla  bilavasitə  ünsiyyət  quraraq,  saysız-hesabsız  mahnılarını  yazmışdı. 
O.Zülfüqarovun  bu  istiamətdə  yaradıcılıq  təxəyyülü  həqiqətən  bitməz-
tükənməz imiş. O, sadəcə çoxsaylı mahnı müəllifi olmadı, onları həm də bir 
sıra silsilələrdə birləşdirdi, radio-operalar, “Şəngülüm, Şügülüm, Məngülüm” 
operettasını  meydana  gətirdi.  Bəstəkarın  rəhbərliyi  ilə  yaradlılmış 
kollektivlərdən  “Tumurcuq”  uşaq  teatrı,  daha  sonralar  isə  “Aysel”  uşaq 
musiqili teatrının sədaları bütün respublikaya yayıldı. 
Uşaqlar, onların valideynləri və ümumiyyətlə, bütün xalqımız əziz Oqtay 
müəllimi  çox  sevirlər.  Bəstəkar  da  öz  növbəsində  sevimli  nəvələri  üçün 
yazıb-yaratmaqdan doymur, onların musiqi zövqünün və estetik tərbiyəsinin 
formalaşmasında 
var 
qüvvəsi 
ilə 
çalışır. 
Azərbayan 
Milli 
Konservatoriyasının  tələbə  və  müəllim  heyəti  yubilyarı  80  yaşı  münasibəti 
ilə  ürəkdən  təbrik  edir,  ona  yaradıcılığında  müvəffəqiyyətlər  və  uzun  ömür 
arzulayır.  
 
Redaksiya heyəti 
 
 
 


241
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Yubileylər, təbriklər 
 
RAMİZ MİRİŞLİ – 75 
  
 
 
QƏLBİ JAVAN BƏSTƏKAR 
 
Azərbaycan  Respublikasının  xalq  artisi,  professor  Ramiz  Mirişli  milli 
musiqi mədəniyyətimizin görkəmli simalarından biridir. O, özünün müxtəlif 
məzmunlu  əsərləri  ilə  xalqımızın  dərin  hüsn-rəğbətini  qazanmış,  hətta 
ölkəmizin  hüdudlarından  kənarda  da  dinləyicilərin  könüllərini  fəth  edə 
bilmişdir.  Gözəl  sənətkarımız  musiqi  sənətinin  bir  çox  janrlarında  öz 
qələmini  uğurla  sınamış,  simfoniya,  simfonik  poema,  instrumental  konsert, 
kantata, musiqili komediya və s. sahələrdə parlaq əsərlər yaratmışdır. 
Lakin,  Ramiz  müəllimi  xalqa  ən  çox  sevdirən  məhz  mahnı  janrıdır. 
Gənclik  çağlarından  indiyə  qədər  bu  janra  sadiq  qalmış  və  onun  dilini  çox 
gözəl  bilən  bəstəkar  həmişə  xalq  ruhunda  yazıb-yaratmış,  həmin janrın  bir-
birindən gözəl yüzlərlə nümunələrini meydana gətirmişdir. 
Ramiz Mirişli bu sadə, lakin çox çətin janrın böyük ustalarından biri kimi 
geniş  dinləyicilərin  qəlbinə  yol  tapa  bilmişdir.  O,  özünün  mahnılarında 
melodik  rəngarəngliyə,  bədii  ovqat  və  obraz  zənginliyinə  və  böyük  təsir 


242
 
gücünə  nail  olmuşdur.  Bu  kimi  yüksək  məziyyətlər  fitri  istedad,  kamil 
sənətkarlıq, incə zövq və əməksevərlik sayəsində əldə edilmişdir. 
Bəstəkarın ən yaxşı fərdi keyfiyyətləri – sadəliyi, səmimiliyi, nikbimliyi, 
həmişə  gülərüzlü  olması,  incə  yumor  hissi  və  qəlbinin  dərin  guşələrində 
oyanan  gözəgörünməz  və  gizli  hisslər  aləmi  onun  könül  mahnılarında  öz 
parlaq ifadəsini tapmışdır. 
İri həcmli musiqi formalarında, məsələn, simfonik janrda yazdığı əsərləri 
də maraqla dinlənilir və onun istedadının yeni cəhətlərini üzə çıxarır. Məsələ 
yalnız  orkestr  əsərlərinin  zəngin  və  ifadəli  intonasiya  məzmununda  deyil  - 
əsrarəngiz  muğamlarımızı  təcrübi  yolla,  kamança  ifaçılığı  vasitəsi  ilə  əxz 
etmiş  bəstəkarın  musiqisi  belə  də  olmalı  idi.  Eyni  zamanda  R.Mirişlinin 
simfonik  əsərlərində  çoxsəsli  musiqi  toxuması,  incə  harmonik  çalarlar, 
tematik inkişaf prinsipləri və orkestr yazı üslubunun özünəməxsusluğu ilə də 
diqqəti cəlb edir. 
Odlar yurdumuzda, xüsusilə, qədim Naxçıvan torpağında nüfuz və hörmət 
sahibi  olan  Mirişlilər  ocağı  özünün  adı-sanıна  gюrə  bir  çox  mömin 
şəxsiyyətlərə  borcludur.  Hazırda  bu  nəslin  şöhrətini  bəstəkarlar  -  Ramiz 
Mirişli və onun istedadlı oğulları - Nazimlə Yusif yaradıcılıq səyləri ilə daha 
da artırırlar. Qoy, bu musiqiçilər ailəsi yaxın gələcəkdə böyük bir sülalə kimi 
tanınsın! 
Biz  Azərbaycan  Respublikasının  xalq  artisti,  onilliklər  boyu  gözəl 
bəstəkar  və  pedaqoq  kimi  fəaliyyət  göstərən  professor  Ramiz  Mirişlini 
Azərbaycan  Milli  Konservatoriyasının  kollektivi  adından  səmimi  qəlbdən 
təbrik  edir,  ona  və  ailəsinə  yeni  yaradıcılıq  nailiyyətləri,  möhkəm  can 
sağlıьы diləyirik. 
Redaksiya heyəti  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə