Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   64   65   66   67   68   69   70   71   72

248
 
məzunu  israrla  bu  “sənət  məbədinə”  işləməyə  dəvət  etmiş,  özünün  ustad 
xeyir-duasını  vermişdir:  “Müəllimlik  öz  yerində,  siz  bunun  öhdəsindən 
gələcəksiniz. Lakin Siz elmi işlə də məşğul olmalısınız”. 
İstedadlı  musiqişünas  tezliklə  konservatoriyanın  aparıcı  müəllimlərindən 
birinə  çevrilir,  əməksevərliyi  və  çalışqanlığı  sayəsində  daima  öz  peşəkarlıq 
səviyyəsini  yüksəldir.  O,  1989-cu  ildən  etibarən  Azərbaycan  xalq 
musiqisinin  tarixi  və  nəzəriyyəsi  kafedrasının  müdiri  vəzifəsinə  təyin 
olunmuş və bu günə kimi həmin məsul vəzifədə səylə çalışır, rəhbərlik etdiyi 
qurumun işini yaxşılaşdırmaгda heç bir qüvvə və bacarığını əsirgəmir. 
Kafedra  üzrə  yeni  fənlərin  tədris  proqramına  daxil  edilməsi  (“Şərq 
xalqlarının  şifahi  ənənəli  professional  musiqisi”,  “Mənbəşünaslıq”, 
“Etnomusiqişünaslıq”,  “Aşıq  musiqi  yaradıcılığı”  və  b.)  Рamiz  müəllimin 
şəxsi  səylərinin  nəticəsidir.  Son  illərdə  kafedra  daxilində  musiqi  elminin 
nisbətən  gənc  sahəsi  olan  “Etnоmusiqişünaslıq”  üzrə  yeni  bölmə  fəaliyyətə 
başlamışdır. 
Pedaqoji  sahədə  göstərdiyi  geniş  biliklərini  və  səriştəsinin  nəzərə  alaraq, 
musiqişünas-alim  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Elmi-Metodiki 
Şurasının  İncəsənət  və  Musiqişünaslıq  bölməsinin  sədri  vəzifəsinə  təyin 
olunmuşdur. Onun qayğısı və tələbkarlığı sayəsində ali və orta ixtisas musiqi 
məktəbləri elmi-metodiki vəsaitlər və tədris ədəbiyyatı ilə təmin olunur. 
Sənətşünaslıq  doktoru,  professor  R.Zöhrabov  yüksək  elmi  dairələrdə 
olduğu kimi, geniş kütlələr arasında da бюйцк hörmət və nüfuz sahibidir. O, 
öz  həmkarları  арасында  ən  çox  tanınan  mütəxəssislərimizdəndir.  Bu 
baxımdan televiziya ekranları onun qarşısında intəhasız imkanlar açır, şəhər 
və  kənd  məntəqələrində,  necə  deyərlər,  hər  bir  qapını  döyməyə  yardımçı 
olur. Musiqişünasın geniş auditoriya ilə əlaqəsi müntəzəm və sürəkli xarakter 
daşıyır və onun müxtəlif məzmunlu silsilə verilişləri öz dinləyicilərini tapır, 
uzun  müddət  yaddaşlarda  qalır.  Qədirbilən  xalqımız  Ramiz  müəllimin 
апарыъысы  олдуьу  “Musiqinin  janr  və  formaları”,  “Bəstəkarlarımızın 
portreti”,  “Sənətə  həsr  olunmuş  ömür”,  “Xalq  musiqi  xəzinəsindən”, 
“Romans axşamı”, “Musiqi kollektivlərimiz” və sairə televiziya верилиш вя 
rubrikalarını yaxşı xatırlayırlar. 
Hörmətli  alim  və  pedaqoq  barədə  çox  danışmaq  olar,  amma  онун 
эюрдцйц сямяряли ишляри, елмя вердийи бюйцк тющфяляри bir məqаlə 
çərçivəsinə  sığışdırmaq  təbii  ki,  imkan  xaricindədir.  Doğrusu,  bu  vəzifə 
ildən-ilə,  hətta  aydan-aya  daha  da  çətinləşir.  Məsələn,  R.Zöhrabov  ötən  ilin 
oktyabr  ayında  xalq  musii  ifaçılarının  Saratov  (Rusiya  Federasiyası) 
şəhərində  keşirilмиш  Beynəlxalq  Müsabiqəsinə  münsiflər  heyətinin  üzvü 
kimi  dəvət  almışdı.  Həmin  möhtəşəm  foruma  altımışdan  artıq  ölkə 
musiqiçilərinin  qatılması  münsiflərin  üzərinə  düşən  böyük  məsuliyyəti 
kifayət  qədər  səciyyələndirir.  Başqa  bir  məsuliyyət  hissi  Azərbaycan 
Respublikası  Prezidenti  yanındakı  Ali  Attestasiya  Komissiyasının  işi  ilə 


249
 
bağlıdır. Ramiz müəllim həmin qurum daxilində fəaliyyət göstərən Memarlıq 
və İncəsənət üzrə Ekspert Şurasının sədri vəzifəsini icra etməkdədir.  
Musiqişünas-alim  ömrünün  yetmişinci  baharında  daha  böyük  ruh 
yüksəkliyi  ilə  yazıb-yaratması  təbiidir.  Onun  bu  sahədə  qazandığı 
nailiyyətləri  ölkəmizin  prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  yüksək 
qiymətləndirilmişdir.  70  illik  yubiley  ərəfəsində  xalq  artisti,  sənətşünaslıq 
doktoru,  professor  Ramiz  Zöhrabov  “Şöhrət”  ordeni  ilə  təltif  olunmuşdur. 
Biz respublikamızın bəstəkar və musiгişünasları, xüsusilə Azərbaycan Milli 
Konservatoriyasının  müəllim  və  professor  heyəti  adından  hörmətli 
musiqişünas-alimi,  görkəmli  müəllim  və  musiqi-ictimai  xadimiни  yubileyi 
münasibəti  ilə  ürəkdən  təbrik  edir,  ona  uzun  ömür  və  yeni-yeni  yaradıcılıq 
müvəffəqiyyətləri arzulayırıq.  
 
Fəttah XALIQZADƏ 
         sənətşünaslıq namizədi, 
professor 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


250
 
 


251
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Yubileylər, təbriklər 
 
 
SƏNƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR  
 
 
 
 
 
 
 
                  MƏMMƏDAĞA KƏRİMOV – 60 
 
AZƏRBAYCAN    milli  ifaçılıq  sənətinin 
inkişafında  mühüm  xidmətləri  olan  sənət-
karlardan  biri  də  görkəmli  tarzən,  pedaqoq, 
alim,  AZƏRBAYCAN    Respublikasının 
əməkdar  injəsənət  xadimi,  professor  Məm-
mədağa  Kərimovdur.  O,  istedadlı  ifaçı, 
pedaqoq  tarzən  kimi  bir  neçə  nəslin 
nümayəndəsini  tərbiyə  edən  və  musiqimizin 
ijtimai  fəaliyyətində  nüfuz  qazanan  çox 
dəyərli sənətkarlarımızdandır.  
Xatırladaq  ki,  M.Kərimovun  kiçik  yaş-
larından  musiqiyə  jiddi  marağını  görən 
valideynləri  onu  Bakı  şəhərindəki  1  saylı 
uşaq  musiqi  məktəbinin  tar  sinifinə  daxil 
edirlər.  O,  burada  ixtisas  müəllimi  Gövhər 
Qasımovanın  sinifində  oxuyur.  Həmin  məktəbi  1964-jü  ildə  bitirərək 
Məmmədağa  elə  həmin  ildə  Asəf  Zeynallı  adına  Bakı  orta  ixtisas  musiqi 
məktəbinə (hal-hazırda AZƏRBAYCAN  Milli Konservatoriyanın tərkibində 
Bakı  Musiqi  Kolleji)  daxil  olur.  M.Kərimov  bu  təhsil  ojağında  bəstəkar 
əsərlərinin  təfsir  xüsusiyyətlərinin  sirrlərini  görkəmli  pedaqoq  Akif 
Novruzovdan, muğam sənətini isə muğam bilijisi, əməkdar mədəniyyət işçisi 
Kamil Əhmədovdan öyrənir.  
O,  gənjlik  illərindən  öz  fitri  istedadı  ilə  görkəmli  sənət  xadimlərinin 
diqqətini  özünə  jəlb  etmişdir.  Təsadüfi  deyildir  ki,  orta  təhsil  illərində  gənj 
musiqiçini dinləyən görkəmli bəstəkar, Respublikanın xalq artisti, professor 
Əşrəf  Abbasov  onun  gələjəkdə  mütləq  təhsilini  Konservatoriyada  davam 
etdirməsini məsləhət görür.  
Bu  münvalla  o,  1968-ji  ildə  Üzeyir  Hajıbəyov  adına  AZƏRBAYCAN  
Dövlət  Konservatoriyasına  (hal-hazırda  Ü.Hajıbəyli  adına  Bakı  Musiqi 
Akademiyası)  daxil  olur.  Burada  görkəmli  bəstəkar  diricor,  xalq  artisti, 
professor 
S.Rüstəmovun 
sevimli 
tələbələrindən 
biri 
olaraq 
tarda 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə