Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

235
 
qoymaqla,  bütün  günü  boşboğazlıq  eləməklə  məşğul  olurlar.  Əlbəttə,  bu 
əsərin əsas ideyası kimi ön plana çəkilir. Yəni bu gün hamını narahat edən 
mədəniyyət  məsələlərinin  kənd  mədəniyyət  evində  hansı  səviyyədə  olması, 
mühüm  sosial  problem  kimi  diqqət  mərkəzinə  gətirilir.  Daha  aydın  olmaq 
üçün əsərdən kiçik bir parçaya diqqət yetirək: 
«Eşidirlər ki, Bakıdan Şövkət adlı birisini (əslində onun adı Şöhrət olur) 
Mədəniyyət Evinə müdir göndərirlər. Guya vəziyyəti, səliqə-səhmana salmaq 
üçün.  Bunu  eşidən  dram  dərnəyinin  rəhbəri  Məleykə  ilə  xor  dərnəyinin 
rəhbəri Əlibala başlayır mübahisəyə: 
- Əlibala, gözümüz aydın. Bizim mədəniyyət evinə təzə müdir qoydular. 
Məleykə: 
- Kimdi ə? 
Əlibala: 
- Bakıdan göndəriblər, adı da Şövkətdir. 
Məleykə: 
- Onun ərinin boyuna qamış ölçüm. Arvadını şəhərdən göndərib rayonun 
şorgöz kişilərinin içinə, nədi-nədi müdir olacaq. Ə, arvaddan da müdir olar?  
Xurma (süpürgəçi): 
- Niyə olmur az? Arvaddan süpürgəçi olar, pambıqçı olar, traktorçu olar, 
qəhrəman  ana  olar,  müdir  olmaz?  Allah  elə  uşaq  doğmaq  üçün  xəlq  eləyib 
bizi?..» 
Və  beləliklə  də  onların  mübahisəsinə  son  qoyulur.  Sonrakı  hadisələr 
göstərir  ki,  heç  yeni  təyin  olunan  müdir  də  vəziyyəti  dəyişə  bilmir.  Elə 
əvvəlki  boşboğazlıq,  peşə  hazırlıqsızlığı  baş  alıb  gedir.  Belə  bir  xor 
kollektivinin festivalda nümayiş etdirməyə cəmi iki xalq mahnısı var. Onun 
da  biri  «Bahadan  olduq»,  o  birisi  isə  «Budaqdan  uçduq».  Rəqs  kollektivi 
daha acınacaqlı vəziyyətdə və s. 
Bütün bu hadisələrin təsvirində, kütləvi səhnələrdə xor vasitələrindən də 
istifadə edilir. 
Dramaturqun  satira  və  yumorla  tənqid  etdiyi  bu  hadisələri  bəstəkar  da 
musiqi  dilində  gözəl  canlandırmışdır.  Burada  solo  oxumalar,  xor,  duet 
səhnələri,  rəqs  nömrələri,  iştirakçıların  səhnəyə  gəlişi  -  bütün  bunlar 
özünəməxsus musiqi sədaları ilə müşayiət olunur. Əsər çox nikbin sonluqla 
tamamlanır. 
Süleyman  müəllimin  əsərin  yaradıcı  qrupu  ilə  bağlı  qeydləri  də 
maraqlıdır. 
Onu  da  deyim  ki,  bəstəkarın  arxivində  hər  bir  əsərin  nə  vaxt,  harada  və 
hansı tərkibdə səhnələşdirilməsi, ifa olunması bu şəkildə çox səliqə-səhmanla 
əhatə olunub.  
Süleyman Ələsgərov yaradıcılığının ilk dövrlərindən sonuna qədər həmişə 
instrumental  musiqiyə  müraciət  etmişdir.  Müxtəlif  alətlər  üçün  rəngarəng 
əsərlər  yazmışdır.  Məsələn,  tar,  kamança,  saz,  violonçel,  fortepiano,  ney, 
balaban və s. alətlər üçün yazdığı əsərlər də maraqlıdır. 


236
 
Bu  xətt  son  illərin  əsərlərində  də  özünü  göstərir.  Belə  ki,  bəstəkar 
kamança  və  simli  orkestr  üçün  «Tarantello»  (1996),  tar  üçün  «Daimi 
hərəkət», qanun üçün «Poema», «Şalaxo», simli orkestr üçün «Pyes» (1996) 
yazmışdır.  
Süleyman Ələsgərov xalq çalğı alətlər orkestri üçün 40-dan çox «Sözsüz 
mahnı»ların  müəllifidir.  Əsası  alman  bəstəkarı  F.Mendelson  tərəfindən 
qoyulmuş  bu  janrın  Azərbaycanda  ilk  yaradıcısı  məhz  Süleyman  müəllim 
olmuşdur.  Əgər  Mendelson  «Sözsüz  mahnı»ları  tək  fortepiano  aləti  üçün 
yazırdısa, Süleyman müəllim onu daha yüksək şəkildə inkişaf etdirərək xalq 
çalğı alətləri orkestri üçün bəstələmişdir.  
«Sözsüz  mahnı»nın  şərhini  verərək  Süleyman  müəllim  belə  deyirdi: 
«Bəzən bəstəkarın ürəyindən elə bir melodiya axıb gəlir ki, ona heç bir söz 
qoşa bilmirsən. Bu da olur əsl «Sözsüz mahnı».  
Son  illərdə  o,  xalq  çalğı  alətləri  orkestri  üçün  neçə-neçə  belə  sözsüz 
mahnılar  yazmışdır.  Bu  sözsüz  mahnılar  öz  orijinal  ritmi,  parlaq ifadə tərzi 
ilə  bir-birindən  fərqlənir.  Sanki  bunlar  bəstəkarın  melodiya  axtarışlarının 
ensiklopediyasıdır. Onlar müxtəlif əhval-ruhiyyəni əks etdirir.  
S.Ələsgərovun  insanlara  olan  diqqət  və  qayğısı  onun  əsərlərində  də  öz 
əksini  tapır.  Belə  ki,  o  qəhrəmanların,  sənət  adamlarının,  elm  xadimlərinin 
xatirəsini,  yubiley  günlərini  nəzərə  alaraq  onlara  öz  sənət  töhfəsini  yetirir. 
Neçə-neçə  qəhrəmanlar  Süleyman  müəllimin  mahnılarında  vəsf  olunublar. 
Bu  mənada  bəstəkarın  arxivində  son  illərdə  yazılmış  bir  neçə  əsərə  rast 
gəldim.  
1998-ci  ildə  Yusif  Həsənbəylinin  sözlərinə  yazdığı  «Ömür  qala»  vokal 
əsərinin  klaviri  üstündə  bu  sözlər  vardı:  «Mən  bu  əsəri  XX  əsrin  görkəmli 
siyasətçisi,  Dövlət  xadimi  Respublikamızın  Prezidenti  Heydər  Əliyevin  75 
illiyinə  həsr  edirəm»  (əsər  solist,  xor  və  orkestr  üçün  yazılıb).  Daha  sonra 
Ə.Vahidin «Ey gül» qəzəlinə yazdığı «Mahnı-romans». «Mən bu əsəri böyük 
Füzulinin yadigarı Ə.Vahidin 100 illiyinə həsr edirəm. (22.03.1996).  
Əlbəttə,  bütün  bunlar  bir  daha  ondan  irəli  gəlir  ki,  Süleyman  müəllim 
böyük  ürək  sahibi  idi  və  insanlara  olan  məhəbbətini,  qayğı  və  diqqətini 
sənətin dili ilə də tərənnüm edə bilirdi.  
S.Ələsgərov yalnız bəstəkarlıq işi ilə kifayətlənmir, mətbuat səhifələrində 
maraqlı  məqalələrlə  çıxış  edirdi.  O,  bəstəkarlarla,  ifaçılarla,  musiqinin 
müxtəlif  janrları  ilə,  yeni  yaranan  sənət  əsərləri  ilə  bağlı  saysız-hesabsız 
yazıların müəllifidir.  
Bu  yerdə  gəlin  bəstəkarın  «Mədəniyyət»  qəzetinin  3.12.1997-ci  il  tarixli 
nömrəsində çap olunmuş «Mədəniyyətimizin Bülbülü» adlı məqaləsindən bir 
parçaya diqqət yetirək. Bu bir daha Süleyman müəllimin necə qələm sahibi 
olmasını  sübut  edəcək,  Bülbül  sənətinin  əzəmətini  parlaq  şəkildə  nəzərə 
çatdıracaq: 
«İncəsənətimizin  çiçəklənməsi  naminə  yorulmadan  çalışan  və  aramızdan 
vaxtsız  gedən  dahi  sənətkarlardan  söz  düşəndə  ani  olaraq  kədər  hissi  qəlbə 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə