Азярбайжан республикасы


AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   64   65   66   67   68   69   70   71   72

243
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Yubileylər, təbriklər 
 
ÖMRÜN YETMИŞİNCİ BAHARI 
 
RAMİZ ZÖHRABOV – 70 
 
 
Musiqişünaslıq peşəsinin müxtəlif isti-
qamətlərində  -  elmi  yaradıcılıq  və  publi-
sistikada,  pedaqoji  və  musiqi-ictimai  fəa-
liyyətdə  aparıcı  bir  mütəxəsсisləрdən  biri 
kimi  ad  qazanmaq  və  milli  mədəniyyətə 
usanmadan  xidmət  göstərmək  hər  kəsə 
müyəssər olan hünər deyil. Bu il ömrünün 
yetmişinci  baharını  yaşayan  Respublika-
mızın  xalq  artisti,  sənətşünaslıq  doktoru, 
professor,  Azərbaycan  Bəstəkarlar  İttifa-
qının  katibi  Ramiz  Zöhrabov  keçdiyi  hə-
yat və yaradıcılıq yoluna nəzər salsa, şüb-
həsiz  ki,  məmuniyyət  və  rahatlıq  hissləri 
yaşaya bilər. 
 Cağdaş  Azərbaycan  musiqi  elminin  ən  tanınış  nümayəndələrindən  biri, 
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Zöh-
rabov qırx ildən artıqdır ki, səmərəli elmi-pedaqoji fəaliyyət göstərir və mu-
siqişünaslığımızın  inkişafı  yolunda  səylə  çalışmaqda  davam  edir.  O,  həm 
mütəxəssislər, həm də musiqisevərlər arasında nüfuz qazanmış, doğma Vətə-
nində olduğu qədər onun hüdudlarından kənarda da yaxşı tanınmışdır. Ramiz 
müəllimin  həyat  və  yaradıcılığını  yaxından  izləsək,  onun  geniş  diapazonlu 
məhsuldar fəaliyyətinə bir daha əmin ola bilərik. Azərbacyan musiqişünaslıq 
elminin təxminən son əlli illik dövrdə keçdiyi inkişaf yolunu alimin elmi, pe-
daqoji və ictimai sahədəki uğurlarından ayrı təsəvvür etmək mümkün deyil-
dir. 
 Dərin  tarixi  köklərə  malik  olan  Azərbatcan  musiqi  elmi  ötən  əsrdə  dahi 
bəstəkar və musiqişünas-alim Üzeyir Hacıbəylinin böyük fövqəladə istedadı 
və  gərgin  əməyi  sayəsində  yeni  tarixi  mərhələyə  qədəm  qoydu.  Əsrin  ilk 
yarısında  milli  musiqişünaslıq  fikri  bir  sıra  istedadlı  şəxslərin  səyləri  ilə 
inkişaf  etdirilirdisə,  50-ci  illərdən  başlayaraq  mütəxəssislərin  hazırlığı 
müntəzəm şəkildə həyata keçirilməyə başladı.  
 Yetmişillik  yubileyini  qeyd  etdiyimiz  professor  Ramiz  Zöhrabovu 


244
 
yetirmiş  növbəti  onillik  bütövlükdə  Azərbaycanın  mədəniyyət  və 
incəsənətinə bəxş etdiyi бir sıra adlarla yadda qaldı. ”Altımışıncılar” ismi ilə 
tanınan  sənət  adamları  arasında  Ramiz  müəllim  də  var  idi  və  o,  görkəmli 
müəllimlərinin bəslədiyi ümidləri ilhamlı və yorulmaz əməyi ilə tam mənada 
doğrulda bilmişdir. Həmin dövrün abу-havasını və ictimai-mədəni mühitiни 
aydın təsəvvür etmək üçün gəlin yubilyarın uşaqlıq və təhsil illərinə bir daha 
qayıdaq. 
1939-cu ildə Bakıda, ziyalı ailəsində dünyaya göz açmış Ramiz lap erkən 
yaşlarından  musiqi  sədaları  ilə  əhatə  olunmuşdu.  İstedadlı  oğlan  muğam 
sənətinə  qarşı  dərin  hörmət  və  məhəbbət  bəslənilən  bir  şəraitdə  böyüyürdü. 
Atası  Fərzulla  müəllim  ixtisasca  iqtisadçı  alim  olsa  da,  asudə  vaxtlarında 
muğamlara  və  canlı  tar  çalğısına  qulaq  asmaqdan  doymaz,  uşaqlarını  da 
həmin  ruhda  tərbiyə  etməyə  çalışardı.  O,  Ramizin  sadəcə  musiqi  təhsili 
alması  üçün  lazımi  şərait  yaratmamış,  gələcəkdə  onun  ixtisas  yönümünün 
müəyyənləşməsinə də düzgün istiqamət vermişdir. 
R.Zöhrabov əvvəlcə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservato-
riyasının nəzdindəki orta ixtisas məktəbinin skripka sinfinə qəbul olunur və 
ifaçılıq sənətinin sirlərinə yiyələnmək üçün uzun müddət səylə çalışır. Eyni 
zamanda  hələ  şagird  ikən  o,  musiqi  nəzəriyyəsi  məşğələlərinə  də  meyl 
göstərir və hətta məktəbdə faəliyyət göstərən Uşaqların yaradıcılıq qrupunda 
gözəl  pedaqoq  Midhəd  Əhmədovun  rəhbərliyi  altında  bəstəkarlıq  sənətinin 
sirlərini də öyrənməyə başlayır. 
Buna  baxmayaraq,  skripka  gənc  musiqiçinin  həyatına  elə  möhkəm  daxil 
olmuşdu ki, Ramiz konservatoriyanın ikinci kursuna qədər həmin ixtisas üzrə 
təhsilini  davam  etdirmişdi.  Onun  diqqətini  yeni  bir  sahəyə  cəlb  edən 
unudulmaz  bəstəkarımız,  xalq  artisti  Süleyman  Ələsgərov  oldu.  Gözəl 
sənətkarımız  öz  tələbəsinin  nəzəri  fənnlərə  qarşı  böyük  marağını  və 
qabiliyyətini  görüb,  onun  musiqişünaslıq  şöbəsinə  keçməsini  tövsiyə  edir. 
Ramiz  bir  musiqişünas  tələbə  kimi  də  mühüm  nailiyyətlər  əldə  edir  və  bu 
sahədə öz istedadının yeni cəhətlərini üzə çıxara bilir. 
Lakin qəti qərarın verilməsi üçün bəstəkarlıq və musiqişünaslıq arasındakı 
tərəddüdlərə  də  son  qoyulmalı  idi.  Ramiz  son  kursda  ikən  qış  tətili  zamanı 
P.İ.Çaykovski  adına  Moskva  Dövlət  Konservatoriyasında  məşhur 
musiqiçilərlə  görüşür.  İxtisaslaşma  məsələsi  məşhur  rus  musiqişünası,  Şərq 
mədəniyyətləri ilə, xüsusən də, Azərbaycan musiqisi ilə sıx əlaqələr saxlamış 
professor  V.M.Belyayevin  müdrik  bir  məsləhəti  ilə  öz  məntiqi  çözümünü 
tapır:  ”Bir  bəstəkar  kimi  dənizin  sahilində  üzməkdənsə,  musiqişünas  kimi 
dənizin  dərinliklərinə  baş  vurmaq  daha  yaxşıdır”.  Bu,  gəlişi  gözəl,  məcazi 
sözlərdən  sonra  R.Zöhrabov  uzun  müddət  özünün  bədii  yaradıcılıq 
təcrübəsinə  ara  verdi,  bütün  qüvvə  və  bacarığını  elmi  sahəyə,  ilk  növbədə 
muğamlarımızın  sehrli  aləminə  yönəltdi.  Bu,  elə  Fərzulla  müəllimin  də  ən 
böyük arzusu idi!  


245
 
Möhtəşəm  muğam  sənətinə,  onun  dəstgah  və  zərbi-muğamlar,  təsnif  və 
rənglər  kimi  növlərinə  müraciət  əslində,  köklərə  qayıdış  kimi  də 
qiymətləndirilə  bilər.  Uşaqlıqdan  ailə-məişət  şəraitində  tez-tez  muğamları, 
tar  çalğısını  dinləməsi  və  щямин  əsrarəngiz  ifaların  sədaları  onun  qəlbində 
dərin bir məhəbbət hissi oyatmışdı. 
Muğam tədqiqatlarına aparan yol təsniflяrdən başladı. 1974-cü ildə həmin 
mövzuda  uğurlu  müdafiə  olunmuş  namizədlik  dissertasiyasına  onilliklərin 
arxasından  baxanda  əsərin  ən  yaxşı  cəhətlərini  daha  aydın  gюrmək  olar. 
Sonralar  Moskvada  kitab  şəklində  nəşr  olunmuş  “Aзербайджанские 
теснифы” (1983) musuqi sənətimizin tədqiqi və təbliği sahəsində önəmli bir 
hadisə  oldu.  Kitabda  çoxsaylı  təsniflərə  məxsus  not  yazılarının  və  elmi 
təhlillərin birlikdə verilməsi milli musiqi elmimiz üçün bir yenilik idi. 
Təsnif  nümunələrinin  sıralanması  və  onların  adlı-sanlı  ifaçıları  barədə 
kitabda  aydın  məlumat  verildiyi  üçün  bu  məsələnin  geniş  şərhinə  ehtiyac 
duyulmur. Təkcə o cəhəti qeyd etmək istərdik ki, tədqiqat əsərinin sırf nəzəri 
təhlillərində  musiqi  dilinin  lad,  melodika,  ritm  və  forma  ünsürləri  əhatə 
olunmuş,  bundan  başqa  şeir  mətnlərinin  vəzn  quruluşuna  və  tətbiqi 
qaydalarına  da  xüsusi  diqqət  yetirilmişdir.  Son  məsələ  ilə  əlaqədar  olaraq 
müəllifin başqa bir məqaləsi Moskvada çıxmış nüfuzlu elmi məcmuədə işıq 
üzü  görmüşdür.  «Арузные  метры  азербайджанских  теснифов»  (В  кн. 
«Проблемы музыкальной науки». М., 1976) 
 Sonradan  Azərbaycan  muğamlarının  nəzəri  məsələləri  musiqişünas-
alimin, demək olar, silsilə kitablarında özünün ətraflı şərhini tapdı. "Muğam” 
(Bakı,  1991),  “Azərbaycan  muğamlarının  nəzəri  problemləri”  (1992,  Bakı, 
rusca),  “Azərbaycan  zərbi  muğamları”  (iki  kitab,  1986  və  2004),  ”Şifahi 
ənənəli  Azərbaycan  professional  musiqisi”  (Bakı, 1996;  ali  məktəblər  üчün 
dərs vəsaiti)  
“Çahargah”  muğam  dəstgahının  nəzəri  əsasları”  (Bakı,  2000),  “Rast” 
muğam  dəstgahının  nəzəri  əsasları”  (Bakı,  2002  ),  “Azərbaycan  rəngləri” 
(Bakı, 2006). 
 Adları sadalanan əsərlərə mütəxəssislər və muğam həvəskarları, müəllim 
və tələbələr tez-tez müraciət edirlər. Hazırki məqaləmizdə əsasən son illərdə 
yayınlanmış əsərlər barədə bir qədər dayanmaг istərdik. 
 “Zərbi-muğamlar”  adlı  ikinci  kitab  bu  gün  Azərbaycan  musiqisində  öz 
canlılığını qoruyub saxlayan bir janrın bütün nümunələri və onların dil-üslub 
xüsusiyyətləri  barədə  hərtərəfli  məlumat  verən  dəyərli  bir  elmi  mənbədir. 
Buraya  doqquz  nümunə  daxil  edilmişdir:  ”Mənsuriyyə”,  “Səmayi-Şəms”, 
“Heyratı”,  “Arazbarı”,  “Mani”,  “Ovşarı”,  “Heydəri”,  Qarabağ  şikəstəsi“, 
“Kəsmə  şikəstə”,  (həmin  mövzuda  yazılmış  ilk  kitabda  zərbi-muğamların 
dörd nümunəsindən bəhs olunurdu.) 
 Təsniflərə  həsr  olunmuş  araşdırmada  olduğu  kimi,  ”Zərbi-muğamlar” 
kitabında  da  notlaşdırma işi  lent  yazıları  və  ya  canlı  ifalar  əsasında  müəllif 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə