Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə62/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

226
 
yaradıcılığına  deyil,  musiqişünaslıq  görüşlərinə  də  böyük  təsir  etmişdir.    O, 
hələ tələbəlik illərində xalq musiqimizi, xalq çalğı alətlərimizi «proletkultçu-
lar»ın  hücumlarından  cəsarətlə  qorumuş,  onların  müdafiəsinə  yönəlmiş  mə-
qalələr yazmış, alovlu çıxışlar etmişdir. Bu baxımdan onun  hələ Konservato-
riyanın tələbəsi ikən qələmə aldığı «Tarın müdafiəsinə» adlı məqaləsi xüsusi-
lə diqqətəlayiqdir. Həmin məqaləsində A.Zeynallı o vaxt tarı ləğv etmək istə-
yənlərin başında duran Мaarif Кomissarına və ona «dəm»  tutanlara çox kəs-
kin  etirazını  bildirir,  tarı  müdafiə  edir.  O,  yazırdı:  «Tar  öz  konstruksiyasına 
görə  yeganə  alətdir  ki,  xalq  yaradıcılığı  və  muğamların  mahiyyətini  dəqiq 
çatdıra bilir. Buna görə də tarı ləğv etməklə biz təkcə xalq musiqisi haqqında 
aydın təsəvvür almaq imkanından məhrum olmuruq, həm də xalq yaradıcılığı 
təfəkkürünün texnikası ola bilən bu təfəkkürün forma və məhsuluna da ciddi 
təsir  göstəririk.  Bizim  təbiətən  xalqın  özünə  məxsus  olanı  müsadirə  etmək 
hüququmuz yoxdur».  
20-ci illərin sonunda Asəf Zeynallı Konservatoriyanın tələbəsi ola-ola əv-
vəlcə Azərbaycan Dövlət Dram Teatrına, 1931-ci ildən isə Tənqid-təbliğ Te-
atrına işə qəbul olunur. O, teatrda musiqi hissəsinə rəhbərlik edirdi. Tənqid-
təbliğ teatrında işlədiyi qısa dövr ərzində burada səhnəyə qoyulan xeyli əsərə 
musiqi  yazmışdır. Onlardan «Hind qızı»,  «Yanğın»,  «Sevil»,  «Dönüş»  və s. 
əsərlərini qeyd etmək olar. 
Asəf Zeynallı Konservatoriyada təhsil aldığı illərdə klassik və xalq musi-
qimizi  təbliğ  etmək,  musiqi  sahəsində  baş  verən  yeniliklərlə  tanış  olmaq, 
dünyagörüşünü  genişləndirmək üçün ilk dəfə Leninqrada  (indiki Sankt-Pe-
terburqa) səfər edir. O, burada sovet musiqisindəki yeni istiqamətlərlə, sovet 
musiqiçiləri  qarşısında  duran  yeni  vəzifələrlə  maraqlanır,  musiqi  xadimləri 
ilə görüşür, Azərbaycan musiqisini təbliğ etmək üçün konsertlərin təşkili im-
kanları ilə maraqlanır. 
1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının «Бəstəkarlıq» fakцl-
təsini müvəffəqiyyətlə bitirən Asəf Zeynallı daha intensiv fəaliyyətə başlayır, 
yeni  əsərlər  üzərində  işləyir.  Hələ  tələbəlik  illərindən  aparmağa  başladığı 
pedaqoji işi davam etdirir, Azərbaycan Proletar Musiqiçilər Assosiasiyasının 
sədri, Konservatoriyada yaradıcı sektorun təşkilatçısı və sədri kimi ictimai iş 
aparır. 
Konservatoriyanı  bitirdikdən  sonra  başı  yeni  bədii  ideyalarla  dolu  olan 
Asəf Zeynallı özünün iri həcmli əsəri olan «Fraqmentlər» sцitasını yazmağa 
başlayır. 7 hissədən ibarət olan sцita üçün ilkin material Tənqil-təbliğ Teatrı-
nın səhnəsində oynanılmış müxtəlif pyeslərə Asəf Zeynallının yazdığı musiqi 
təşkil  edir.  Teatrın  10  illik  yubileyi  günündə  «Fraqmentlər»  sцitasının  ifası 
Bakının musiqi ictimaiyyətində böyük təəssürat bağışlamışdı. 
Asəf Zeynallının yaradıcılıq fəaliyyətinin mühüm istiqamətляриндян biri-
ni onun Azərbaycan xalq mahnılarının toplanması və işlənməsi üzrə iş təşkil 
edirdi.  Bu  işə  o,  1932-ci  ildən  xeyli  əvvəl  başlamışdı.  O,  xalq  musiqisinin, 
mahnı və rəqslərinin vurğunu idi. Onları diqqətlə öyrənir və yaradıcılığı üçün 


227
 
əsas istinad materialı kimi götürürdü.  
O dövrdə Azərbaycan Dövlət Konservatoriyası yanında elmi-tədqiqat ka-
bineti fəaliyyət göstərirdi. Həmin qurumun əsas vəzifələrindən biri xalq mah-
nılarının  toplanıb  nota  alınması  idi.  Bu  işlə  tanınmış  ifaçılarla  yanaşı,  gənc 
musiqişünaslar  da  məşğul  olurdular.  1932-ci  ilin  yayında  gənc  bəstəkar 
A.Zeynallı  məşhur  müğənni  Bülbüllə  birlikdə  kabinetin  tapşırığı  ilə  xalq 
mahnılarını toplamaq məqsədi ilə Qarabağa ekspedisiyaya yollanır. Ekspedi-
siya  çox  məhsuldar  olur.  Qrup  xeyli  xalq  mahnısı  və  melodiyası  toplayır, 
A.Zeynallı təkcə özü 50-yə qədər xalq mahnı nümunəsi əldə edir. Onun məq-
sədi  həm  də  toplanmış  mahnılardan  gələcək  simfoniyasında  istifadə  etmək 
idi. Bu baxımdan o, mahnıların çoxunu simfoniyası üçün material kimi yığ-
mışdı. Evə qayıdan A.Zeynallı  yolda yatalaq xəstəliyinə tutulur. Bakıya qa-
yıtdıqdan sonra bir müddət müalicə olunsa da xeyri olmur, 1932-ci il oktya-
brın 27-də 23 yaşında vəfat edir. Hazırda onun qəbri Mуsabəyov qəsəbəsin-
dəki ümumi qəbirstanlıqda yerləşir. 
Asəf  Zeynallının  həyat  və  yaradıcılığında  pedaqoji  fəaliyyəti  də  mühüm 
yer tutur. O, hələ Konservatoriyada təhsilini başa vurmazdan xeyli əvvəl ora 
müəllim  kimi  işə  götürülür  və  musiqi-nəzəri  fənlərindən  dərs  deyir.                                                                                                     
Azərbaycanın ilk professional bəstəkarı, böyük istedada malik Asəf Zeynallı 
musiqi tariximizə bir sıra yeni janrların banisi kimi daxil olmuşdur. 
Üzeyir  Hacıbəyli  və  Müslüm  Maqomayev  yaradıcılıqlarının  əvvəlindən 
20-ci  illərədək  əsasən  iri  musiqi  –  səhnə  əsərləri  üzərində  işləyirdilərsə, 
A.Zeynallı əvvəlcə romans janrına, kiçik ansambllar üçün fortepiano pyeslə-
rinə müraciət edir. İri simfonik əsəri olan «Fraqmentlər»in yazması, simfoni-
yanın planını qaralaması onu göstərir ki, bəstəkar xırda formalardan iri əsər-
lərin yaradılmasına doğru inamla irəliləyirmiş. 
A.Zeynallının vokal yaradıcılığı daha çox populyarlıq qazanmışdır. Onun 
mahnı və romanslarında iki xarakterik xətt özünü göstərir: vətənpərvərlik və 
lirizm. Bu xətlərin hər ikisi Azərbaycan bəstəkarlarının sonrakı yaradıcılıqla-
rına böyük təsir göstərmişdir. 
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını, əməkçi xalqın, xüsusən 
də Azərbaycan qadınının əsrlərlə davam edən əsarətdən qurtulmasını arzula-
yan A.Zeynallı «Qızıl bayraq», «10 il» mahnılarını və «Çadra» romansını ya-
zır. 
Vətənə sonsuz məhəbbət, onun gözəlliklərindən vəcdə gəlmək lirik xarak-
teri  ilə  dolub-daşan  «Ölkəm»  romansında  (сюзляри  дащи  Ъяфяр  Ъаббар-
лынындыр) öz aydın təcəssümünü tapıb. Ancaq Zeynallı romanslarının daha 
əhəmiyyətli xəttini bəstəkar tərəfindən aydın ifadə olunan məhəbbət lirikası 
təşkil edir. Onun lirik romansları sırasına Konservatoriyada oxuduğu illərdə 
yazdığı «Ceyran» və «Sual» daxildir. 
A.Zeynallının  romanslarının  melodiyasına  ahəngdarlıqla  yanaşı,  aydın 
ifadəlilik də xasdır. Ahəngdarlıq ifadəliliklə birləşərək, şübhəsiz, romansların 
intonasiya dilini zənginləşdirir, onları daha ifadəli edir. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə