Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

219
 
ayıb deyil, lakin yalanın da bir həddi olar, axı!.. Cəfərin ailəsini, nəslini "pro-
letar" yapmaq üçün şura tarixçiləri çox yalan uydurmuşdular.  
Cəfərə  atalıq  edən  Məşədi  Hüseynqulu  evdə  yoxdur.  Balaca  Mələk  isə... 
Mələk Hüseynqulunun hələlik sonbeşiyi, çox istəkli, nazlı-qəmzəli, bir az da 
küsəyən qızıdır. Sonralar Hüseynqulunun üçüncü dəfə evlənəcəyi Gərmiyanlı 
qızı Kövsər xanımdan bir oğlu dünyaya gələcək və o da körpənin adını mər-
hum qardaşının xatirəsinə Heydər qoyacaq. Heydər Cabbarlı -   fırça ustası, 
tanınmış Azərbaycan rəssamı. Allah rəhmət eləsin!  
1918-ci  ildə  Mələk  altı  yaşındadır.  Məşədi  Hüseynqulunun  şəhərin  aşağı 
məhəllərinin  birində  ev  tutub  saxladığı  "Rus  matışka"sının  ona  bağışladığı 
gəlinciklə oynayır. Elə əynindəki qırmızı qırçınlı donu da "Tyotya Lena" ti-
kib.  Hörüklərinə  ucları  qaranquş  quyruğu  kimi  haça  kəsilmiş  ipək  lent  bağ-
lanmış Mələk türk qonaqlarının əyləşdiyi masanın ətrafında sərbəstcə dolaşır. 
Bəs  neçə?  Məşədi  Hüseynqulunun  ərköyün  sonbeşiyinə  sözmü  demək  olar? 
Ona fikir verən yoxdur. Lakin heç kimin ağlına da gəlmir ki, bu qızcığaz hər 
hərəkəti, hər söhbəti bittə-bittə xatirə xurcununa yığır və haçansa, ilk nəvəsi 
Şəhlaya bu xurcundan çox bilgi ikram edəcək - o türk zabitlərindən birinin 
adını belə - Namıq Ercik. Yəqin bizim Azərbaycan türkçəsində Namiq Ərcik 
imiş  və  bir  zamanlar  vətənimizi  düşmən  caynağından  qoparmış  bütün  türk 
dədələrimlə bərabər, Namiq Ərciyin də ruhuna rəhmət oxuyuram. 
"Üsküdardan gəlir ikən, yağdı bir yağmur" - bu şərqini türk zabitlərindən 
biri başlayır, o birilər də ona qoşulur və  birdən Cəfərin bəm avazı eşidilir:  
 
"Çəmbərəkəndindən baxanda, görünür Bakı, 
Bakının damları yastı, dövrəsi səki". 
 
"Aaa! Eyni musiqidir ki!.." Bu qızcığazın canı da, sümükləri də musiqiyə 
köklənib. Sonralar o, öz dönməz arzusu və əmisi Cəfərin bilavasitə təkanı ilə 
Musiqi  Texnikumunda  Əhməd  Bakıxanovun  tar  sinfini  bitirəcək.  Bununla 
bahəm,  piano,  qarmon  və  bütün  simli  alətlərdə  məharətlə  Azərbaycan  xalq 
havalarını  çalacaq.  O  zamankı  Azərbaycan  Tibb  İnstitutunda  oxuya-oxuya, 
Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan Xalqı Çalğı Alətləri Orkestrin-
də solo tar partiyalarını ifa edəcək, Azərbaycan Dövlət Filormaniyasının nəz-
dindəki musiqi məktəbində vətən övladlarına tarın sehrini aşılayacaq.  
Hələliksə, 1918-ci ilin payızıdır. Türklərlə Cəfərin oxusunu eşidən balaca 
Mələk xatırlayır: "Bu ki, Qara Məhəmmədin həmişə oxuduğu mahnıdır". Bu, 
həmin Qara Məhəmməddir ki, arvad paltarı geymiş Gürcü Yusifi (İ.V.Stali-
ni) öz faytonu ilə Bayıl türməsindən Tiflisə qaçırıb. Babam Şəmsəddin Aba-
sovun  mənə  söylədiyi  xatirələrinə  dayaqlanıb,  demək  istəyirəm ki,  faytonçu 
Qara Məhəmməd çox comərd, qeyrətli bir kəs imiş və Cəlilli nəslinin (Cab-
barlılar el içində ulu babalarının ismilə belə adlandırılırdılar) xanımlarını ha-
mama, toy-nişana, gimnaziyaya aparmağı Məşədi Hüseynqulu məhz ona us-
burt  olubmuş.  O  rəhmətlik  də  ki,  yapışıqlı  bir  səs  sahibi  imiş  və  faytonun 


220
 
qozlasına  qalxan  kimi  avazı  aləmi  götürürmüş.  Özü  də  çox  vaxt  "Çəmbərə-
kəndindən  görünür  Bakı"  mahnısını  oxuyurmuş.  Qara  Məhəmmədin  nəvəsi 
Esmira  Cəfərova  sağdır.  Nəticəsi  Məhəmməd  Rüstəmov  isə  sonuncu  pey-
ğəmbərimizin (s.ə.) adını daşıyan ulu babasının adaşıdır. 
Balaca  Mələk  təəccüb  içindədir:  "Qırmızı  fəslərindən  saçaq  sallanan  bu 
adamlar niyə Üsküdar deyirlər? Üsküdar haradır, görəsən? Mirzəmi (əzizləri 
Cəfər  Cabbarlını  belə  çağırırdılar)  lap  Məhəmməd  kişi  kimi  oxuyur.  Bəs 
bunlar?"  
Müxtəlif sözlərə bəstələnmiş eyni musiqi-xalq musiqisi. Türk zabitləri er-
mənilər üzərində qazandıqları zəfəri bu mahnı ilə qutlayır, Cəfər də, öz növ-
bəsində,  həmin  şərqini  Azərbaycan  türkcəsində  oxuyur.  Arada  heç  bir  fərq 
yoxdur.  Müştərək  türk  musiqisinin  ikili  sözləri  "Dağlı  məhəlləsi"ndəki  o 
xudmani  evdən  dar  dalana,  oradan  da  aşağı  -  şəhərə  doğru  uzanan  enişlərə 
yayılır.  
Həmin gün Çəmbərəkəndindən Üsküdar görünürdü.  
 
Həvəs 
"O, tarı elə şövqlə çalırdı ki, adamı lap ürəyi əsirdi" 
Məmməd  Əlilinin  "1905-ci  ildə"  əsərindəki  Baxşı  -  Süleyman  Tağızadə 
haqqında dediklərindən... 
 
 
-  Elə  bu?  Axı,  Qaqalinin  "Şəppəxeyir"  hekayəsindəki  mahnı  sözlərində 
söhbət kasıblayan yarın tənbəki çəkməsindən gedir. Sən dediyin mahnıda isə 
həmin sözlər yoxdur.  
- Var, niyə yoxdur?!  
 
"Çəmbərəkəndindən baxanda, görünür Bakı, 
Bakının damları yastı, dövrəsi səki, 
Yarım daha kasıblayıb, çəkir tənbəki, 
Get-get, oğlan, səndən mənə yar olmaz, olmaz, 
Gümüş kəmər incə belə dar olmaz, olmaz!" 
İntihası,  bu  mahnının  iki  nüsxəsi  var.  Biri  Mirzəminin  türk  zabitləri  ilə 
birgə oxuduğudur. İkincisinin musiqisi isə bir başqa sayaq, daha şux, daha şı-
rıqqalıdır. Sözləri isə eynidir, ay bala!  
Nənəm ərinmədi, göy sətin köynəkdə illərlə qoruyub saxladığı sədəfli ta-
rını çıxartdı. Mahnının həm birinci, həm də ikinci nüsxənin musiqisini həvəs-
lə ifa edib, məni anlatdı. 
1969-cu ilin yanvarında əmim Təyyargilin yaxın qonşusu Ruqiyyə xanım 
çox böyük əziyyətlərdən sonra hər barədə yaxın ola-ola əlimiz çatmayan Tür-
kiyənin İstanbul şəhərindən - illərlə xiffətini çəkdiyi qardaşı ilə görüşdən qa-
yıtmış, cığırlarına Zəki Mürenin, Safiyə Aylanın, Hamiyyət Yücesesin, Vəci-
hə Dəryalın oxuduğu şərqilər, türkülər hopmuş lent nümunələri, vallar gətir-
mişdi.  


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə