Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə57/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

214
 
Saz 
3. Saz – bu, beşsimli musiqi alətidir, tatar xalqlarının oxuyanları, aşıqları 
arasında  çox  geniş  yayılmışdır.  Sazın  bütün  simləri  metaldandır,  onu 
(kamançadan fərqli olaraq – A.N.) kamanla deyil, buynuz və ya albalı lövhə-
mizrabla ifa edirlər. Bu, sağ əlin şəhadət və baş barmaqların ucları ilə tutulur. 
Saz  özünün  mürəkkəb  olmayan  sadə  quruluşu  ilə  tarı  xatırladır.  Lakin 
ölçüsünə görə, ondan kiçikdir. Bu əldəqayırma mandolina necə də məlahətli, 
incə səslənir: ecazkar pianissimo, səslərin harmoniyası, nejə gözəl akkordlar! 
Melodiya  zövqveriji,  cəlbedici  alınır,  bu  da,  ifaçının  peşəkarlığından  deyil, 
alətin öz sehrli xüsusiyyətindən irəli gəlir. Sazda mürəkkəb musiqi motivləri 
və rəqslər ifa olunmur. Bu alət əsasən müşayiətedicidir. 
Xalq  ifaçıları  –  aşıqlar  sədəf  və  fil  sümüyü  ilə  möcüzəli  naxışlarla 
bəzədilmiş sazları çox sevirlər. 
 
Zurna 
4.  Zurna  deyimi  ərəb  sözü  «surna»dan  götürülmüşdür.  Mənası  «ierixon 
borusu»  (çox  yüksək  səs,  çox  gur  səs  –  A.N)  deməkdir.  Maqometan
 
(müsəlman  –  A.N.)  şərhçiləri  izah  edirlər  ki,  Xaliqin  qəzəbli  mühakiməsi 
zamanı,  Allahın  izni  ilə  mələklərdən  biri  «sur»un  borusunu  üfürəcək,  onda 
bütün yatanlar öz günahları qarşısında cavab vermək üçün oyanacaqlar. 
Zurna nəfəs alətidir və özlüyündə qoboyu xatırladır. Lakin öz quruluşuna 
görə ondan xeyli sadədir. Zurna doqquz dəliklidir, onlardan səkkizi borunun 
yuxarı  hissəsində  bir  xətt  boyunca  yerləşir,  biri  isə  (arxa  tərəfdə,  «sinə 
dəliyi» adlanır – A.N.) aşağıdadır. Zurnanı əsasən armud ağacından (əslində 
ən  yaxşı  zurnalar  ərik  ağajından  hazırlanır  –  A.N.)  düzəldib  ona  qızıl  və 
gümüşdən bəzək vururlar. Bu alət də tar kimi əsasən Qafqaz xalqları arasında 
geniş yayılmışdır. Bunu zurnanın sadə quruluşu və ucuz başa gəlməsi ilə izah 
etmək olar. 
Zurnanın səsi sərt və qışqırıqlıdır. Orkestri iki zurna və dəf (müəllif yanlış 
olaraq qoşanağaranı dəf adlandırır – A.N.) təşkil edir (şəkil № 8-ə bax). 
Zurna çalanlardan biri düşündürüjü, vibirasiyalı səslə, forşlaqlarla melodi-
ya ifa edir, o biri isə (səslənməyə uyğun) hər hansı alçaq və ya yüksək səsli 
bir monoton səsi («dəm» – A.N.) saxlayır. Dəf (qoşanağara – A.N.) isə bütün 
ümumi  harmoniya  ilə  musiqiyə  qovuşur,  nahamarlığı  düzəldir  və  musiqini 
zənginləşdirir. 
 
Ney 
5.  Ney  –  nəfəs  alətidir,  svirel  (sümsü,  ney,  tütək, –  A.N.)  formasındadır. 
Zurnaya  uyğun  neydə  doqquz  klapan  (əslində  neydə  heç  bir  klapan  yoxdur, 
sadəjə  çalğı  dəlikləri  mövjuddur  –  A.N.)  var,  klapanlar  zurnadakı  kimi 
yerləşdirilmişdir. Neyin səsi sakit, zərif və olduqca məlahətlidir. 
Zaqafqaziya tatarları arasında (gürcü-kartalinlər də istifadə edir) başqa bir 


215
 
nəfəs aləti də var ki, Avropa saksafonuna çox uyğundur (burada söhbət tulum 
alətindən  gedir  –  A.N.).  Lakin  ölçüsünə  görə,  ondan  dəfələrlə  kiçikdir.  Bu, 
nəhəng,  əyilmiş  buynuzdur,  çoxsaylı  gümüş  klapanlara  (kənarları  gümüşlə 
bəzədilmiş  çalğı  dəlikləri  –  A.N.)  malikdir.  Belə  alətin  müştüyü  böyük 
olmayan  tuluqa  (gürcülər  belə  tuluqda  çaxır  saxlayırlar)  taxılır.  Dəliklər 
(tuluğun bütün çıxıntıları nəzərdə tutulur – A.N.) ehmalca rezinlə tutulur və 
tuluq hava ilə doldurulur. Tuluq ifa zamanı qoltuq altında saxlanılır və astaca 
sıxılır,  alət  səslənməyə  başlayır.  Bu  vaxt  ifaçı  hər  iki  əlin  barmaqları  ilə 
klapanları  tutaraq,  dinləyiciləri  hər  hansı  xalq  mahnısı  ilə  məftun  edir. 
Musiqi  incə,  ifadəli  və  zərif  alınır.  Bu  alət  düşündürücüdür  və 
azərbaycanlılar arasında digər alətlərlə müqayisədə az yayılmışdır. 
 
Buben (Dəf)      
Baraban (Nağara) 
İndi isə bizə Zaqafqaz tatarlarının zərb alətləri haqqında bir neçə söz de-
mək  qalır.  Buben  (dəf)  və  baraban  (nağara)  və  onların  timpanı  (təbil  və  ya 
kos  –  A.N.)  heç  bir  xüsusiyyət  təşkil  etmədən  bizim  Avropa  alətlərinin 
eynidir.  
6. Tatar bubeni (tatarların dəfi – A.N.) Ter vilayətindəki kazak xalqların-
dakı  dəfdən  onunla  fərqlənir  ki,  bu  alətə  çoxlu  sayda  gümüş  və  mis 
lövhəciklər və zəngli səslənməsi üçün nazik metal pullar bərkidilir (№6). 
7. Baraban (nağara – A.N.) əsasən tutajağına kəndir dolanmış toxmaqlarla 
səsləndirilir, buben (dəf) isə sadəcə əl və barmaqlarla ifa olunur. 
Azərbaycanlıların barabanı (nağara) Avropadakı orkestrlərdə istifadə edi-
lən alətin eynidir. Bu fərqlə ki, o, ağac divarlara (sağanağa – A.N.) malikdir 
və ölçüsü bir qədər kiçikdir (bax: şəkil №7). 
 8. Tatarlarda daha başqa baraban (qoşanağara – A.N.) da var ki, bu da ta-
mamilə  Asiyada  olduğu  kimidir.  Asiya  formasında  düzəldilmiş  bu  baraban 
(qoşanağara) «dəf» adlanır (böyük baraban da «dəf» adlanır – P.V.)
17
. «Dəf» 
(müəllif  «dəf»  dedikdə  bizim  qoşanağaranı  nəzərdə  tutur  –  A.N.)  iki  bütöv 
ağac və ya gil kürrələrə bənzəyir, onlardan biri digərindən böyükdür. Bir-bi-
rinə  bərkidilmiş  bu  kürrələrin  yuxarı  hissəsi  kəsilmişdir  və  bu  hissəyə  keçi 
dərisi  çəkilmişdir.  İfa  zamanı  bu  barabanı  (qoşanağaranı)  ya  yerə  qoyurlar, 
ya da boyundan asırlar. Barabançı (qoşanağaraçı) «dəf»i öz sağ əlinin altında 
tutaraq  ağac çubuqlarla  ona  zərbələr  endirir.  «Dəf»in  səsi  barabanın  (böyük 
«dəf»in  –  P.V.)  səsindən  zəifdir  və  fərqlidir.  «Dəf»in  iki  hissəsi  arasında 
(«dəf» görünüşcə iki balaca barabandır – P.V.) bəzən zvonok (zəng – A.N.), 
yaxud  metal  treuqolnik  (üçbucaq  –  A.N.),  ya  da  hər  hansı  metal  plastinka 
(yəqin ki, sinj – A.N.) yerləşdirilir. Ona görə ki, musiqi əsərlərinin müşayiəti 
zamanı zəng səsləri ifa etmək mümkün olsun (№8). 
 
                                                           
17
 Ермяниляр «дяф»и о алят адландырырлар ки, мцяллиф она бубен дейир. «Дяф»я ися 
ермяниляр «наьара» вя йа «тымпи-лапито» дейирляр. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə