Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə63/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

228
 
Asəf  Zeynallının  ansambl  əsərləriнин  azlığına  baxmayaraq,  бу  ясярляр 
Azərbaycan  musiqisinин  инкишафында  олдугъа  mühüm  rol  oynamışdır. 
Бəstəkar  cəmi  3  ansambl əsəri  yazıb:  fortepiano,  violonçel  və  skripka  üçün 
«Beşik mahnısı»; skripka və fortepiano üçün «Muğamsayağı»; iki violоnçel 
və fortepiano üçün «Qoyunlar».  
Asəf  Zeynallının  fortepiano  yaradıcılığında  ən maraqlı  əsərlərdən  biri  də 
onun 6 pyesdən («Kuklaların marşı», «Uşaq və buz», «Oyun», «Rəqs», «Qo-
yunlar», «Mübahisə») ibarət olan «Uşaq sцitasıdır». Sadə vasitələrlə bəstəkar 
uşaq həyatının diqqət doğuran səhnələrini təsvir edir. A.Zeynallı bu pyeslə-
rilə Azərbaycanda uşaq fortepiano musiqisinin əsasını qoymuşdur. 
A.Zeynallının «Uşaq sцitası», habelə bir sıra digər kiçik fortepiano pyes-
ləri  –  «Çahargah»,  «Durna»,  «Səndən  mənə  yar  olmaz»  aşağı  və  orta  yaşlı 
uşaqların repertuarında ən sevimli əsərlərdir. 
A.Zeynallının  xalq  üslubu  tematikasında  yazdığı  fortepiano  fuqaları  da 
musiqimizin sonrakı inkişafında müsbət rol oynamışdır.  
A.Zeynallı  yaradıcılığında  «Fraqmentlər»  simfonik  sцitası  xüsusi  yer  tu-
tur.  «Fraqmentlər»  ilk  simfonik  əsər  olmaqla  Azərbaycan  simfonizminiн 
erkən  inkişaf  dövrünün  əsərlərи  sırasında  obrazların  konkretliyi,  parlaq 
ifadəliliyi ilə fərqlənir. 
A.Zeynallı 20-ci illərin sonu 30-cu illərin əvvəllərində Azərbaycan vokal 
mуsiqisinin  və  milli  bəstəkarlıq  məktəbinin  inkişafında  böyük  rol  oynamış-
dır. Azərbaycan Konservatoriyasının «Бəstəkarlıq» fakцltəsinin ilk azərbay-
canlı  məzunu  olan  A.Zeynallı  Azərbaycan  xalq  melodiyasının  işlənməsinin 
elə  formalarını tapmağa  cəhd  edirdi  ki,  onun  qarşısında  yaradıcılıq inkişafı-
nın geniş perspektivlərini aça bilsin. Bu tendensiya bəstəkarın simfonik, for-
tepiano və vokal əsərlərində özünü aydın biruzə verir. 
İstedadlı  Azərbaycan  bəstəkarı  Asəf  Zeynallı  qısa  ömür  sürsə  də,  onun 
özündən sonra qoyduğu irs bədii əhəmiyyətini heç vaxt itirməyəcəkdir. 
Bu əsərlər sadəliyi və duyğularının səmimiliyi ilə bizi həmişə valeh edir. 
Asəf Zeynallının, demək olar ki, bütün əsərləri populyarlıq qazanaraq tədris-
pedaqoji  ədəbiyyatlara  və  konsert  repertuarlarına  daxil  olub.  Bu  baxımdan 
Asəf  Zeynallının  həyat  və  fəaliyyəti  Azərbaycan  musiqiçilərinin  gənc  nəsli 
üçün ən yaxşı nümunədir. 
Ölümündən  80 ilədək  bir  müddət  keçməsinə  baxmayaraq  Asəf  Zeynallı-
nın həyat və yaradıcılığına, əsərlərinə diqqət heç zaman azalmamışdır. Onun 
bir çox əsərləri indi də müğənnilərimiz musiqi kollektivləri tərəfindən sevilə-
sevilə ifa olunur. 
Dahi  Üzeyir  bəy  Asəf  Zeynallı  yaradıcılığını,  istedadını  yüksək  qiymət-
ləndirərək demişdir: «Asəfin əsərlərinə ötəri bir nəzər saldıqda aydın olur ki, 
gələcəkdə  o,  olduqca  böyük,  orijinal  və  dərin  düşüncəli  bir  sovet  bəstəkarı 
ola bilərdi». 
Nazim KAZIMOV 
Əməkdar incəsənət xadimi, professor 


229
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Yubileylər, təbriklər 
 
SÜLEYMAN ƏLƏSGƏROV – 85 
 
 
 
 
UNUDULMAZ SÜLEYMAN ƏLƏSGƏROV 
 
Elə  insanlar  var  ki,  onlar  yalnız  özlərinin  deyil,  mənsub  olduqları  xalqın 
qayğıları  ilə  yaşayırlar.  Təbii  ki,  belələri  həyatda  çox  azdır.  Bir  əsrdə  tarix 
bəlkə bir-iki və ya üç belə şəxsiyyət yetişdirir. Və onların da adı tarixə qızıl 
hərflərlə yazılır. 
Süleyman  Əyyub  oğlu  Ələsgərov  məhz  XX  əsrin  belə  şəxsiyyətlərindən 
biridir.  O,  sənətkarlığı  və  yüksək  insani  keyfiyyətləri  ilə  hələ  sağlığında 
özünə əbədi ömür qazanmışdı.  
Uşaqdan böyüyədək hamı Süleyman müəllimi ürəkdən sevərdi. Çünki o, 
heç vaxt öz qayğısını, qəlbinin hərarətini insanlardan əsirgəməmişdi və əsir-
gəməzdi də.  
Süleyman müəllim sağlığında necə sevilibsə, vəfatından sonra da o sevgi 
ilə  xatırlanır.  Əsərləri  böyük  məhəbbətlə  dinlənilir.  Süleyman  Əyyub  oğlu 
Ələsgərov  1924-cü  il  fevralın  22-də  Şuşada  anadan  olmuşdur.  Şuşanın 
füsunkar  təbiəti,  çalıb-çağıran  sənət  adamları  elə  erkən  yaşlarından  onun 


230
 
diqqətini  cəlb  edir.  O  da  özünün  davranışı  və  fitri  istedadı  ilə  müdriklərin 
gözündən yayınmır. Beləliklə, İsa bulağının, Turş suyun, Qırxqız yaylağının 
havasını  udan,  xarı  bülbüllə  yanaşı  bülbül  kimi  cəh-cəh  vuran  ustad 
sənətkarların ifalarını eşidən gənc Süleymanın musiqiyə olan məhəbbəti daha 
da artır. Musiqi duyumu getdikcə inkişaf edir. Və o, orta məktəb təhsilindən 
sonra Şuşada musiqi texnikumunun tar sinfinə daxil olur.  
Şuşa  mühiti  onun  gələcəkdə  bir  sənətkar  kimi  formalaşmasının  möhkəm 
özülü olur.  
Texnikumu  bitirdikdən  sonra  Bakıya  –  Konservatoriyaya  gəlir.  Burada 
onun ilk qarşısına çıxan, ona məsləhətlər verib yol göstərən dahi Üzeyir bəy 
olur.  Məhz  onun  səyi  nəticəsində  S.Ələsgərov  Azərbaycan  Dövlət  Kon-
servatoriyasına  daxil  olur.  Bəstəkarlıqdan  professor  B.İ.Zeydmandan,  xalq 
musiqisinin  əsaslarından  isə  Üzeyir  bəydən  dərs  alaraq  o,  bir  bəstəkar  kimi 
yetişməyə  başlayır.  Həm  istedadı,  həm  də  yüksək  mədəniyyəti  və 
qayğıkeşliyi ilə o, hamının qəlbinə yol tapır. Bütün acılı-şirinli xatirələri ilə 
yadda  qalan  tələbəlik  illəri  1948-ci  ildə  başa  çatır.  Konservatoriyanı 
«fərqlənmə» diplomu ilə bitirən S.Ələsgərov həmin ildən professional təhsilli 
bəstəkar  kimi  yazıb-yaratmağa  və  xalqımızın  musiqi  mədəniyyətinin 
inkişafında geniş, çoxşaxəli xidmətlər göstərməyə başlayır. Əslində onun bu 
xidmətləri  müəllimi  Üzeyir  bəyin  ənənələrinin  davamı  idi.  Çünki  o,  artıq 
tələbəlik illərindən məhz Üzeyir bəyin təsiri altında böyük xalq məhəbbəti ilə 
yazıb-yaradırdı. Özü bu barədə belə deyirdi: 
-  «Əvvəla,  gərək  tələbənin  öz  qabında  da  bir  şey  olsun.  Bununla  yanaşı 
yaxşı müəllimin əvəzi yoxdur. Hərdən fikirləşirəm, əgər musiqimizin başında 
Üzeyir  bəy  kimi  bir  şəxsiyyət  olmasaydı,  görən  biz  bəstəkarlar  necə 
yetişərdik?  Onda  xalqımıza  olan  dərin  məhəbbət,  sənətə  ciddi  münasibətlə 
yanaşı  yazıb-yaratmaq  həvəsi  bizi  də  ruhlandırardı  və  üzərimizdə  mə-
suliyyətlə çalışardıq».  
Qəlbi sənət eşqi ilə döyünən bəstəkarın bütün yaradıcılığı xalq musiqisin-
dən  bəhrələnib.  Milli  musiqimizin  əsas  xüsusiyyətlərinin  Qərb  musiqi  ele-
mentləri  ilə  üzvi  şəkildə  sintezini  yaradan  bəstəkar  bu  cəhəti  də  müəllimi 
Üzeyir bəydən əxz etmiş və ömrünün sonuna qədər də ona sadiq qalmışdır. 
Bəstəkarın  instrumental  əsərlərinə  onun  vaxtilə  xalq  çalğı  alətləri  orkes-
trində işləməsi  böyük  təsir  göstərmişdir.  Orkestrə  tarzən  kimi  gələn  S.Ələs-
gərov az müddətdən sonra dirijor vəzifəsinə təyin edilir və bu orkestrin onun 
yaradıcılığında  xüsusi  rolu  olub.  O,  ilk  əsərlərini  də  məhz  bu  orkestr  üçün 
yazıb.  
Bəstəkar musiqinin müxtəlif janrlarına müraciət elmişdir: opera, operetta, 
vokal  və  xor  əsərləri,  instrumental  və  orkestr  musiqisi  və  s.  Süleyman 
müəllim  bu  janrlara  öz  bəstəkar  möhürünü  vuraraq  əsl  sənət  nümunələri 
yaratmışdır.  Bəstəkarın  öz  dəsti-xətti,  öz  üslubu  var.  Həmişə  deyərdi  ki, 
gərək yaxşı bəstəkar əsərinin ilk notlarından tanınsın.  
Süleyman  Ələsgərovun  illər  boyu  yaratdığı  əsərlərin  siyahısına  nəzər 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə