128
edir ki, bu barədə sonralar görkəmli musiqişünasların əsərləri yaranmışdır:
M.M.Nəvvab – “Vüzuhül-ərqam” (Musiqi istilahlarnın şərhi), Ü.Hacıbəyli
“Azərbaycan xalq musiqisinin əsasları”.
O dövr üçün səciyyəvi lad ardıcıllığı Nizaminin «Xosrov və Şirin»
poemasında Barbəd və Nikisanın ifasında daha qabarıq təcəssum olunur
–
«Rast» (Nikisa), «Əraq» (Barbəd), «Novruzi» (N), «İsfahan» (B),
«Üşşaq» (B), «Rəhavi» (N), «Zirəfkənd» (B). Muğamın bu sxemi bəzi
dəyişikliklərlə
dəstga
h şəklində bizim günlərədək saxlanılmışdır.
Muğamlardan əlavə o dövrdə mahnı janrı da geniş vüsət tapmışdı. Bu janr
təsnifə daha çox yaxın idi. Nizami Barbədin ifasında 30-a qədər mahnı qeyd
edir və yəqin ki, bunlar o dövrdə məşhur idi.
“Gənc bəd avurd” (Xəzinə
gətirən külək),
Şədirvan Mirvarid” (Mirvari pərdə),
” Mah Bərguh
(Dağlarda ay) və s.
Nizami poemalarından aldığımız məlumata görə, Azərbaycan
musiqisi 12
əsas və 24 qeyri-əsas laddan ibarət idi.
Bu sistem Ərəb, Fars, Özbək,
Azərbaycan və bir cox xalqların lad biliklərinin sintezi nəticəsində yaranırdı.
Lad nəzəriyyəsi XIII-XV əsrlərdə ən yüksək zirvəyə çatmış və indiki dövrdə
hər hansı bir ladın azəri, özbək və ya fars ladı olduğunu ayırmaq mümkün
deyil. Şübhəsiz ki, onlar hər bir xalqın yaradıcılıq təcrübəsində
təkmilləşmişdir. Ü.Hacıbəyli haqlı olaraq bu sistemi 12 sütunlu, 6 bürclü
“bina” şəklində göstərmişdir. O, yazırdı: “Sosial-iqtisadi və siyasi
dəyişikliklər nəticəsində XIV əsrin sonlarında bu cür yüksək səviyyəli tikinti
güclü dəyişikliklərə uğradı və nəhayət bu hücrələrin və sütunlarlın
dağılmasına gətirdi. Orta Şərq xalqları dağılmış musiqi binasının qiymətli
hissələrindən istifadə edərək xüsusi lad tikinti materialları ilə hər biri ayrı-
ayrılıda öz xalqının xarakterinə uyğun musiqi sarayı yaratmışlar.”
Dahi bəstəkar bu sistemi daha da təkmilləşdirərək qədim ladların bir
çoxunu şöbə kimi işlətmiş, bəzilərini müstəqil lad şəklində saxlamış,
qalanlarını siyahıdan tamamilə çıxartmışdır.
«Xəmsə» əsasən o dövrün musiqi alətlərinin məlumatı ilə zəngindir və
burada 30-a qədər alət adı çəkilir.
Simli alətər daha geniş yayılmışdlr.
Onlar müxtəlif görünüşə, ifa formaları
və diapazonuna görə fərqlənirdilər.
Barmaqla çaıınan simli alətlər qrupunu çəng təmsil edirdi.
Mizrabla çalınan musiqi alətlərinə isə
saz aid idi. Bu alət muasir sazdan
ölçülərinə və simlərinin sayına görə fərqlənirdi. Mizrablı alətlərin ən
məşhuru
ud və ya
rud idi. Ud xoşagəlimli səsi, geniş diapazonu ilə fərqlənir,
tonların, intervalların, tetraxordların və digər yüksək səsli musiqi
elementlərinin düzülüşünə görə, bir çox musiqiçilərin diqqətini cəlb edirdi.
Və onu nəzəri sualları araşdırmaq ücün qəbul edirdiər. Udun 4 teli kvartalarla
yerləşirdi:
bəm lya, məsləs re, məsnə sol, zil re səsinə uyğun gəlirdi.
Yayla çalınan musiqi alətləri sırasına bir teldən ibarət kamança, rübab,