127
dövrdə Şirvanşahlar dövləti möhkəmlənərək Yaxın və Orta Şərq xalqları ilə
sıx, mədəni və iqtisadi əlagələr yaratdı. XI-XII əsr bütün müsəlman Şərqində
İntibah dövrü hesab olunur. Azərbaycan mədəniyyətinin
“Qızıl əsri”
adlandırılan
XII əsr dünya incəsənətinə böyük töhfələr verdi. Bərdə, Şamaxı,
Dərbənd, Gəncə, Marağa, Təbriz və digər böyük şəhərlərdə tanınmış alimlər,
həkimlər, astronomlar, coğrafiyaçılar, filosof və tarixçilər yetişdi.
XII əsrdə Azərbaycan mədəniyyətinin ən böyük qələbələrindən biri
ümumxalq dilinin yaranması idi. Bu vaxta qədər Azərbaycan dili tamamilə
türk əsasları üzərində qurulurdu. Jənubda əhali azəri, şimalda arran dilində
danışırdı. Yuxarı təbəqələrdə isə fars və ərəb
dilləri işlənilirdi
XII əsrdə Azərbaycanda memarlıq sənəti də geniş inkişaf etmişdi.
Naxçıvanlı Memar Əcəmi ibn Əbubəkr Yusif ibn Küseyr, Mömünə Xatun
türbəsi kimi incilər yaratmışdı.
Həmin əsrdə Azərbaycan poeziyası da xeyli irəliləmiş Əbuən-Nizami,
Məhəmməd Fələki Şirvani, Əbulüla Gəncəvi, Məhsəti Gəncəvi, Mücirəddin
Beyləqani, Xaqani Şirvani və xüsusilə İlyas ibn Yusif-Nizami Gəncəvi kimi
şairlər ölməz sənət inciləri yaratmışlar.
N.Gəncəvinin poetik abidə olan
«Xəmsə
»si XII əsrin bədii fəlsəfi
fikirlərini bildirdi. Beşliyin poemaları əfsanəvi xarakter daşısa da, o dövrün
adət-ənənələri, musiqi mədəniyyəti bir çox janrlar və musiqi alətləri
haqqında araşdırmalar aparmağa imkan verir.
Nizami əsərlərində kütləvi xalq şənliklərindən söhbət açılır, hansı ki, bu
şənliklərdə kəndirbazlar,
rəqqaslar, professional müğənnilər iştirak edirdi.
Saray musiqi aləmində müğənni və rəqqaslar əksərən qadınlardan ibarət
olurdu və onlar zadəganlar tərəfindən mükafatlandırılırdı. Ümumiyyətlə,
Nizami o dövrdə qadınların musiqiylə olan əlaqəsini daha çox nəzərə
catdırır. Təsadüfi deyil ki, XII əsrdə yaşaylb-yaradan, incəsənətin tanınmış
nümayəndələrindən biri olan Məhsəti Gəncəvi şairə, müğənni və ifaçı
aşıqdır. O, kicik yaşlarından musiqini öyrənməyə başlamış və mugam ifası
sənətində yuksəlmişdir.
XII əsrdə saray məişətində musiqiyə yuksək qiymət verilirdi. Sarayda və
varlı feodalların evlərində olan yığıncaqların, incəsənət yarışlarının ayrılmaz
hissəsi musiqi idi. Nizami poemalarında göstərilən müğənni Nikisa və
Barbəd belə yarışların əsas aparıcıları, yuksək dərəcəli ustalıq və virtuozluq
simvolu kimi təsvir olunur. Üçünjü əfsanəvi müğənni isə Bəhram şahın
məşuqəsi Fitnədir. O, rud və çəngdə ifasına, əla müğənni və rəqqasə
olmasına görə şöhrətlənmişdir.
«Xəmsə»dəki poemalardan aydın olur ki, o dövr üçün xarakterik olan əsas
janr – muğam idi. Bu fikir ona görə inandırıcıdır ki, poemalardakı mahnıların
mövzusu qəzəllərdən ibarətdir. Qəzəl isə muğam mətninin əsasını təşkil
edirdi.
Dahi şair öz əsərlərində müəyyən lad prinsipindən və ardıcıllıqdan bəhs