Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

128
 
edir  ki,  bu  barədə  sonralar  görkəmli  musiqişünasların  əsərləri  yaranmışdır: 
M.M.Nəvvab  –  “Vüzuhül-ərqam”  (Musiqi  istilahlarnın  şərhi),  Ü.Hacıbəyli 
“Azərbaycan xalq musiqisinin əsasları”. 
O  dövr  üçün  səciyyəvi  lad  ardıcıllığı  Nizaminin  «Xosrov  və  Şirin» 
poemasında  Barbəd  və  Nikisanın  ifasında  daha  qabarıq  təcəssum  olunur  – 
«Rast»  (Nikisa),  «Əraq»  (Barbəd),  «Novruzi»  (N),  «İsfahan»  (B), 
«Üşşaq»  (B),  «Rəhavi»  (N),  «Zirəfkənd»  (B).  Muğamın  bu  sxemi  bəzi 
dəyişikliklərlə dəstgah şəklində bizim günlərədək saxlanılmışdır. 
Muğamlardan əlavə o dövrdə mahnı janrı da geniş vüsət tapmışdı. Bu janr 
təsnifə daha çox yaxın idi. Nizami Barbədin ifasında 30-a qədər mahnı qeyd 
edir  və  yəqin  ki,  bunlar  o  dövrdə  məşhur  idi.  “Gənc  bəd  avurd”  (Xəzinə 
gətirən  külək),  Şədirvan  Mirvarid”  (Mirvari  pərdə),”  Mah  Bərguh 
(Dağlarda ay) və s. 
 Nizami poemalarından aldığımız məlumata görə, Azərbaycan musiqisi 12 
əsas  və  24  qeyri-əsas  laddan  ibarət  idi.  Bu  sistem  Ərəb,  Fars,  Özbək, 
Azərbaycan və bir cox xalqların lad biliklərinin sintezi nəticəsində yaranırdı. 
Lad nəzəriyyəsi XIII-XV əsrlərdə ən yüksək zirvəyə çatmış və indiki dövrdə 
hər  hansı  bir  ladın  azəri,  özbək  və  ya  fars  ladı  olduğunu  ayırmaq  mümkün 
deyil.  Şübhəsiz  ki,  onlar  hər  bir  xalqın  yaradıcılıq  təcrübəsində 
təkmilləşmişdir.  Ü.Hacıbəyli  haqlı  olaraq  bu  sistemi  12  sütunlu,  6  bürclü 
“bina”  şəklində  göstərmişdir.  O,  yazırdı:  “Sosial-iqtisadi  və  siyasi 
dəyişikliklər nəticəsində XIV əsrin sonlarında bu cür yüksək səviyyəli tikinti 
güclü  dəyişikliklərə  uğradı  və  nəhayət  bu  hücrələrin  və  sütunlarlın 
dağılmasına  gətirdi.  Orta  Şərq  xalqları  dağılmış  musiqi  binasının  qiymətli 
hissələrindən  istifadə  edərək  xüsusi  lad  tikinti  materialları  ilə  hər  biri  ayrı-
ayrılıda öz xalqının xarakterinə uyğun musiqi sarayı yaratmışlar.” 
Dahi  bəstəkar  bu  sistemi  daha  da  təkmilləşdirərək  qədim  ladların  bir 
çoxunu  şöbə  kimi  işlətmiş,  bəzilərini  müstəqil  lad  şəklində  saxlamış, 
qalanlarını siyahıdan tamamilə çıxartmışdır. 
«Xəmsə»  əsasən  o  dövrün  musiqi  alətlərinin  məlumatı  ilə  zəngindir  və 
burada 30-a qədər alət adı çəkilir. 
Simli alətər daha geniş yayılmışdlr. Onlar müxtəlif görünüşə, ifa formaları 
və diapazonuna görə fərqlənirdilər. 
Barmaqla çaıınan simli alətlər qrupunu çəng təmsil edirdi.  
 Mizrabla çalınan musiqi alətlərinə isə saz aid idi. Bu alət muasir sazdan 
ölçülərinə  və  simlərinin  sayına  görə  fərqlənirdi.  Mizrablı  alətlərin  ən 
məşhuru ud və ya rud idi. Ud xoşagəlimli səsi, geniş diapazonu ilə fərqlənir, 
tonların,  intervalların,  tetraxordların  və  digər  yüksək  səsli  musiqi 
elementlərinin  düzülüşünə  görə,  bir  çox  musiqiçilərin  diqqətini  cəlb  edirdi. 
Və onu nəzəri sualları araşdırmaq ücün qəbul edirdiər. Udun 4 teli kvartalarla 
yerləşirdi: bəm lya, məsləs re, məsnə sol, zil re səsinə uyğun gəlirdi. 
 Yayla  çalınan  musiqi  alətləri  sırasına  bir  teldən  ibarət  kamança,  rübab, 


129
 
qanun  və  tənbur  aid  edilirdi.  Tənbur  formasına  və  tellərinin  sayına  görə 
müxtəlif  idi:  İkitelli  (dutar),  üçtelli  (setar),  dördtelli  (çahartar),  beştelli 
(pənctar), altıtelli (şeştar). 
 “Xosrov  və  Şirin”  poemasında  Nikisayla  duet  zamanı  Barbəd  setardan 
istifadə edir. 
 Bu  dövrdə  nəfəs  alətləri  qrupu  da  geniş  yayılmışdı  və  bunlar  müxtəlif 
məqsədlərdə istifadə olunurdu. 
 Ən  çox  istifadə  olunan  ney  idi.  Neyin  müxtəlif  formaları  vardı.  Saray 
aləmində  və  xalq  məişətində  ən  çox  qamışdan  hazırlanmış  neydən  istifadə 
olunurdu.  Digəri  isə  hərbi  orkestrin  tərkibində  işlədilən  mis,  bəzən  qızıl 
suyuna çəkilmiş ney, siqnal borusu qaraney idi. 
 Hərbi  orkestrin  tərkibində  sur,  surna  (zurna),  uzun,  düz  boru,  əyri 
boru, şeypur, nəfir və şahnəfir istifadə olunurdu. 
 Zərb  alətləri  çoxsaylı  və  müxtəlif  idi.  Buna  dəf,  dohul,  kuus,  təbil, 
dəray parlaq misaldır. 
 Dohul rəqsləri müşayiət edir, bəzən isə solo partiyaları çalırdı. Dohulun 
ikinji  forması  siqnal  rolunu  oynayır,  hərbi  rəqslərin,  hökmdarların 
qarşılanmasında, hərbi yürüşlərdə istifadə olunurdu. 
 Mis  və  bürüncdən  hazırlanmış  böyük  kusun  sədaları  ordunu  döyüşə 
çağırırdı. 
Təbildən ov mərasimi zamanı istifadə edirdilər. Onun köməyi ilə ov quşu 
şahin  də  havaya  qalxır  və  bu  səbəbdən  ona  şahin  təbilbazı  da  deyilir.  Ov 
mərasimi  və  burada  istifadə  olunan  alətlər  Nizaminin  “Xosrov  və  Şirin” 
poemasında daha ətraflı təsvir olunur. 
 Ümumiyyətlə, XII əsrdə nəinki musiqi aləmində, poeziyada, memarlıqda, 
təbabətdə,  eləcə  də  elmin  başqa  sahələrində  böyük  irəliləyişlər  olmuşdur. 
Müxtəlif  dövrlərdə  yaşayan  musiqiçi  alimlər  özündən  əvvəlkilərin  nəzəri 
biliklərindən  çıxarışlar  edir,  onlar  üzərində  işləyir  və  yeni  dövrə  uyğun 
olaraq sistemləşdirirlər. 
 Musiqişünaslıq elmi, yəni musiqinin elmi cəhətdən öyrənilməsi məsələsi 
də  nəzərdən  qaçırılmamışdır.  Bu  işlə  hələ  Orta  əsrlərdə  məşğul  olunması 
aşkara çıxarılmışdır. 
Tarixdən bizə bir neçə azərbaycanlı alim-musiqişünasların adı məlumdur 
ki, onlar musiqinin müxtəlif sahələrinə aid bir sıra elmi əsərlər yazmış, hətta 
muğamların  yaradılmasında  belə  yaxından  iştirak  etməklə  Orta  əsrlərdə 
Yaxın  və  Orta  Şərq  musiqi  mədəniyyətinin  inkişafında  müəyyən  mövqe 
qazanmışlar.  Bunlardan  Səfiəddin  Əbdül-Mömin  Urməvi  (XІІІ  əsr),  Xocə 
Əbdülqadir Marağalı (XІV əsr) və Mirzə bəyi (XVІІ əsr) göstərmək olar. 
Bunların  hər  üçü  hələ  Orta  əsrlərdə  Şərq  (o  jümlədən  də  Azərbaycan) 
musiqisinin  bir  sıra  məsələlərinini  işıqlandıran  və  bizə  məlum  olan 
azərbaycanlı alim-musiqişünas olmuşdur. 
Bəzi  məlumatlara  görə  Səfiəddin  Əbdül-Mömin  ibn  Yusif  ibn  Fahir  Əl-


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə