Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə37/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

111
 
14  yanvar  1919-ju  il  tarixli  «AZƏRBAYCAN  »  qəzetindəki  rəyi  təqdim 
edək: 
 
Teatr və musiqi. «Arşın mal alan» 
Jümə  günü,  yanvarın  10-da,  hökumət  teatrında  bu  operetta  böyük 
müvəffəqiyyətlə keçdi. 
Məsuliyyətli  Gülçöhrə  rolunda  iştirak  edən  Qəmər  xanım  bu  debütündə 
böyük,  məlahətli  tembrə  malik  səs  və  düşünülmüş  oyun  nümayiş  etdirdi. 
Truppa onun simasında yaxşı səhnə qüvvəsi qazanmışdır. 
İlk  dəfə  Əsgər  rolunda  çıxış  edən  j.  Q.B.Şərifov  yaxşı  oynayırdı,  lakin 
artistə  vokal  göstərijiləri  üzərində  işləmək  lazımdır.  j.  M.Əliyev  və 
X.Hüseynov öz rollarının öhdəsindən nisbətən uğurla gəldilər, birinji Soltan 
bəy rolunda, ikinjisi isə Süleyman rolunda çıxış edirdi. Sürəyya xanım Asiya 
və  j.  Darablinski  Vəli  rolunda  böyük  müvəffəqiyyət  qazandılar.  Bu  ümumi 
uğur  bütövlükdə  Telli  rolunun  ifaçısı  xanım  Tanailidi  və  qismən  də  Jahan 
rolunu ifa edən xanım Leylanın üzərinə düşdü. 
Jəmil Qarabaği
14
 
 
Mayın 28-də «Arşın mal alan» tamaşasına Əsgər rolunun ifaçısı Q.Şərifov 
recissorluq etdi. Bu tamaşada başqa iştirakçı heyəti çıxış edirdi. 
Maraqlıdır  ki,  iyulun  18-də  bu  operetta  təqdim  edilərkən,  A.M.Şərifov, 
R.Darablı  və  A.H.Anaplı  günün  vajib  məsələlərinə  aid  «meyxana» 
söylədilər.
15
 
A.H.Sarabskinin  arxivindəki  iki  proqramdan  görünür  ki,  «O  olmasın,  bu 
olsun»  operettasının,  həmçinin  müxtəlif  recissor  şərhi  –  A.A.İvanov  (20 
yanvar)  və  H.Sarabskiyə  məxsus  şərhləri  olub.  (Hər  iki  proqram 
AZƏRBAYCAN  dilində çap olunub). 
1919-ju  ildə  teatr  aləmi  görkəmli  AZƏRBAYCAN    recissoru 
H.Ərəblinskinin  fajiəli  ölümündən  sarsıldı.  «AZƏRBAYCAN  »  qəzeti  9 
martda  öz  oxujularına  görkəmli  artistin  dəfn  günü  barədə  məlumat  verirdi. 
(AZƏRBAYCAN  dilində «Ərəblinskinin dəfn mərasimi» məqaləsi verilir). 
Qatillər  böyük  artisti  susmağa  məjbur  etdilər,  lakin  fajiəli  tamaşaya 
çevrilən onun dəfn mərasimini poza bilmədilər. 
Dəfn mərasimi artistin təntənəsi oldu, şəhəri silkələdi. 
Mərasim bütün şəhər boyu hərəkət etdi, ayrı-ayrı döngələrdə dayanarkən, 
mərhumun  xatirəsi  haqqında  kədərli  sözlər  səslənirdi.  Bu  jür  çıxışlarla 
M.Ə.Rəsulzadə, Ü.Hajıbəyli, M.A.Sidqi, K.Kazımov və b. çıxış etdilər. 
Artistin  jənazəsini  xor  müşayiət  edirdi,  artistlə  xudahafisləşmək  üçün 
gələnlər arasında görkəmli ijtimai xadimlər, tanınmış artistlər və musiqiçilər, 
sadəjə minnətdar tamaşaçılar vardı.  
Ərəblinskinin  tabutunu  onun  səhnədəki  silahdaşları  bütün  şəhər  boyu  öz 
                                                           
14
 «Азярбайжан» гязети, № 8, 14 йанвар 1919-жу ил. 
15
 «Азярбайжан» гязети, № 149, 18 ийул 1919-жу ил. 


112
 
çiyinlərində  aparırdılar.  Qəbristanda  qojaman  artist  Mirzə  Muxtar 
Məhəmmədov  ümidsiz  halda  dedi:  «Get,  mən  də  dalınja  gəlirəm!»  -  sonra 
tabut torpağa tapşırıldı. 
Həmin  axşam  «Şah  İsmayıl»  operası  oynanıldı.  Tamaşa  başlanmazdan 
əvvəl  H.Ərəblinskinin  xatirəsi  yad  edildi,  sənət  yoldaşları  çıxış  etdilər. 
Ərəblinskinin ölümü teatrı sarsıtdı, lakin onun inkişafını dayandırmadı. 
Beləliklə, 1919-ju ildə Bakının mədəni həyatında həm sevindiriji, həm də 
kədərli  hadisələr  baş  vermişdir.  Bu  dövrdə  AZƏRBAYCAN    teatrının 
repertuarı zəngin olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdəki tamaşalar 
AZƏRBAYCAN    teatrının  maarifçilik  istiqamətində  fəaliyyətini  bir  daha 
təsdiq edir.  
 
РЕЗЮМЕ 
 
 Данная  статья  посвящена  истории  музыкального  театра  Азербайджана  в 
исторический  отрезок  времени,  связанный  с  Азербайджанской  Демократической 
Республики.  В  статье  подчеркивается,  что,  несмотря  на  сложности  и  трудности 
данного  периода,  театральная  жизнь  Баку  отличалась  активностью.  В  статье 
приводятся конкретные факты. 
 
SUMMARY 
 
This article is devoted to the history of the musical theatre of Azerbaijan during the 
historical span of time, which is concerned with Azerbaijan Democracy Republic. In this 
article is emphasized that in spite of the complications and difficulties of that period, the 
theater life of Baku was notable for its activity. There are the concrete facts about it in 
the article.  
 
Rəyçilər: Sənətşünaslıq namizədi, professor V.Əbdülqasımov; sənətşünaslıq 
namizədi, dosent Ə.Babayeva.  


113
 
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Üzeyirbəyşünaslıq 
 
Fazilə NƏBIYEVA 
 Azərbaycan Milli Konservatoriyasının magistrantı 
 
ÜZEYIR HACIBƏYLININ AZƏRBAYCAN  XALQ MUSIQISININ 
ƏSASLARI ELMI     FUNDAMENTAL ƏSƏRI HAQQINDA 
 
Ü.Hacıbəylinin  “Azərbaycan  xalq  musiqisinin  əsasları”  adlı  əsəri  Azər-
baycan musiqi elmi tarixinə daxil olan qiymətli elmi-nəzəri mənbələrdən bi-
ridir. Bu kitab musiqişünaslar, bəstəkarlar вя eləcə də müxtəlif elm xadimlə-
rinin  diqqət  mərkəzində  olmuşdur.  Onlar  kitabın  Azərbaycan  musiqi  elmi 
üçün nə qədər əhəmiyyətli olduğunu dönə-dönə vurğulamış və ona öz müna-
sibətlərini bildirmişlər. Biz də bunu nəzərə alaraq  məqaləmizdə həmin müla-
hizələri işıqlandırmağı qərara almışıq. Güman edirik ki, bütün bunlar oxucu-
lar üçün də mühüm əhəmiyyət kəsb edəcəkdir. 
Ü.Hacıbəylinin  bu  əsəri  ilk  dəfə  rus  dilində  nəşr  edilsə  də,  sonradan  
Аzərbaycan və ingilis dillərinə də tərcümə olunmuşdur.  Kitab 1950,  1962,  
1965 və 1985-ci illərdə Аzərbaycan dilində nəşr edilmişdir.  Kitabın 1945 və 
1957-ci il nəşrlərinin redaktoru Kövkəb Səfərəliyeva, 1950-ci il nəşrinin re-
daktoru Məmməd Saleh İsmayılov  və Soltan Hacıbəyov, 1962 və 1985-ci il 
nəşrlərinin  redaktoru  Əminə  Eldarova,  1965-ci  il  nəşrinin  redaktoru,  akade-
mik Mirzə İbrahimov, izahlarının müəllifi isə Qubad Qasımovdur (2). 
Kitab 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Ü.Hacıbəyov 
adına  Azərbaycan  Иncəsənəti  Иnstitutunun    tapşırığı  ilə  (o    vaxtлар 
institutun    elmi  işçisi  olmuş)  sənətşünaslıq  namizədi,  professor  Məmməd 
Saleh  İsmayılov  tərəfindən    Аzərbaycan  dilinə  tərcümə  edilmiş  və  çapa 
hazırlanmışdır.  Bu  tərcümə  işinə  dilçi  alim  Əziz  Mirəhmədov  da  cəlb 
olunmuşdur.  M.S.İsmayılov  Ü.Hacıbəylinin  bu  kitabını  Аzərbaycan  dilinə 
tərcümə etməsi ilə bağlı belə yazır: “Dahi bəstəkarın elmi-tədqiqat əsəri olan 
“Azərbaycan  xalq  musiqisinin  əsasları”  əsərini  Azərbaycan  dilinə  tərcümə 
etmək  şərəfi  mənə  nəsib  olmuşdur.  Bu  kitab  Azərbaycan  xalq  musiqisinin 
xüsusiyyətlərini öyrənmək üçün son dərəcə qiymətli bir əsərdir. Azərbaycan 
xalq musiqisi sahəsində Ü.Hacıbəyovun elmi-tədqiqat ənənələrini davam və 
inkişaf etdirmək ona çox-çox borclu olan hər bir kəsin işidir (3 , 139). 
Ü.Hacıbəylinin tələbələrindən biri olmuş, onunla yaradıcılıq əlaqələri sax-
lamış  bəstəkar  S.Rüstəmov  “Azərbaycan  xalq  musiqisinin  əsasları”  kitabına 
öz münasibətini belə bildirmişdi: “Üzeyir bəyin müəllimlik fəaliyyətinin ən 
böyük və dünya musiqi əhəmiyyəti olan məhsullarından biri də “Azərbaycan 
xalq musiqisinin əsasları” və “Azərbaycan məqamları nəzəriyyəsi”nin əmələ 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə