B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə32/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   28   29   30   31   32   33   34   35   ...   131

 

93 


Oyunlar xalqın tarixi keçmişini və bu gününü əks etdirdiyi kimi 

onun  gələcəyini  də  anlatmalıdır.  Məsələyə  həmin  baxımdan 

yanaşdıqda oyunların məzmunu və təlimi göstərilən yönəmlərə uyğun 

olmalıdır.  Oyunun  təlimi  zamanı  ilk  növbədə  aşağıdakı  istiqaməti  və 

ideyaları əsas götürmək yerinə düşərdi: 

 



Tarixi 

keçmişimizi  öyrənib  təhlil  etməyi,  həm  də 

ümumiləşdirməyi və nəticə çıxarmağı. Bu məqsədlə məişət, mərasim, 

raqsdaxili  və  uşaq  oyunlarını  səciyyələndirən  xüsusiyyətlərə  müraciət 

etməlidir.  

Vaxtilə Akademik M.Arif yazdığı kimi «Azərbaycan xalqının ən 

qədim  mahnı  və  əyləncələri  də  təbiət,  təsərrüfat  və  əmək  həyatı  ilə 

bağlıdır».      Xalq  nəğmələr,  deyişmələrlə  yanaşı,  müxtəlif  oyunlarda 

yaratmışdır.  Bu  oyunlarda  qış  sərtliyin,  bahar  xoşbəxtliyin  rəmzi 

olmuşdur.  «Kəvsəc»  oyununu  ən  qədim    xalq  xalq  oyunlarından  biri 

kimi  göstərmək  olar.  Burada  M.Arifin  göstərdiyi    kimi  «xalq 

mahnıları»,  xor,    dialoq  da  var                              idi.  Oyunda  pantomim 

hərəkətlər, əl-qol, bədən, qaş-göz oynatma əsas yer tuturdu».  

Yuxarıda dediyimiz kimi oyunlarda hərəkət başlıca ünsürdür.  

Oyunu  isə  hərəkətdən  kənar  təsəvvür  etmək  qeyri-mümkündür. 

Bütün  bunlardan  belə  bir  qənaətə  gəlmək  olur  ki,  qədim  milli 

mədəniyyətimizin  tərkib  hissəsi  olan  mərasim  oyunlarının  vasitəsilə 

həyat  tərzinin  ayrılmaz  hissəsi  olan  ən  qədim  mərasimlərimizi  də 

öyrənə bilirik.  

Türk  tayfaları  içərisində  bir  sıra  qədim  dostluq,  birgə  yaşayış 

qaydalarını  əks  etdirən  məişət  oyunlarımız  da  vardır.  A.Nəbiyev  bu 

münasibətlə  yazmışdır:  «Məişət  oyunlarının  içərisində  eyni  zamanda 

elə  nümunələr  də  vardır  ki,  qədim  xalq  hərəkatını  və  məişətini  əks 

etdirmək baxımından əhəmiyyətlidir.  

Bu oyunlarda xalq həyatının çox müxtəlif cəhətləri, sahələri əks 

olunmuşdur.  Onlardakı  sadə  kəndli  psixologiyası  istər-istəməz 

oxucunu düşündürür, ulu keçmişimizin müxtəlif həyat lövhələrini bizə 

bəzən kiçik ştrixlər, notlar şəklində bəzən də bütöv, tam halda çatdıra 

bilir.  Bir  çox  məişət  oyunu  bu  gün  icra  olunması  da  xalqın  müəyyən 

mərhələdəki  həyat  tərzini,  məişət  şəraiti  barədə  heç  bir  mənbədə 

mühafizə edilə bilməyən faktları, məlumatları bizə çatdırır.  



 

94 


Digər  tərəfdən  xalqın  çox  qədim  təsəvvürlərini  əks  etdirdiyinə 

görə bizə zövq verir

7

.  


Qeyd  etmək  vacibdir  ki,  bir  sıra  oyunlarımız  vardır  ki,  ulu 

babalarımızın qəbilə və tayfa həyatı dövrünü ibtidai şəkildə bizə gətirib 

çıxarmışdır. «Bənövşə-Bənövşə» oyununu buna misal göstərmək olar. 

Elə  oyunlarımız  da  vardır  ki,  qədim  yer  adını  bildirir,  xalq 

qəhrəmanlarının  adı  və  sanı  ilə  onların  mübarizliyi,  mərdliyi, 

şücaətliliyi,  vətənpərvərliyi,  vətən  uğrunda  canından  keçməsilə  sıx 

əlaqədardır.  Belə  oyunlardan  «Əkil-Bəkil  quş  idi»  oyununu  nümunə 

göstərmək  olar.  Bütün  bunlardan  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 

Azərbaycan xalq oyunları təkcə hərəkətlilik mənasını daşımır. O həm 

də,  tarixi  keçmişimizi  öyrənmək  məqsədilə  yəni  yaşayış  tərzimizi, 

həyatımızı  və  gələcək  haqqında  düşünməyimizi  də  açıqlayır,  tarixdən 

ibarət  dərsi  götürməyi  bizə  öyrədir.  Xüsusən,  milli-bəşəri  dəyərləri 

qoruyub saxlamağı, birgə hərəkətetməni, ölkəmizin müdafiəsinə elliklə 

qalxmağı bilavasitə tövsiyə edir. Oyunların təlimi prosesində yuxarıda 

deyilənlərin onun ideya əsasları kimi nəzərə alınması gələcək üçün çox 

faydalı olardı.  

Oyunların  təlimi  zamanı  elmiliyin  nəzərə  alınması  dedikdə 

həmin prosesin elmə söykənməsini nəzərdə tutur. Burada ilk növbədə 

təlimin  pedaqoji-psixoloji  dəyərlərə  əsaslanması  olduqca  zəruridir. 

Oyunların 

təşkili 

və 


keçirilməsi 

məzmunu, 

şagirdlərin 

qiymətləndirilməsi  sağlamlığın  qorunması  və  reabilitasiyanın  təlimdə 

önəmli  olması  ön  plana  keçir.  Oyunların  təliminin  elmiliyi  digər 

tərəfdən də ümumtəhsil fənləri ilə onun sıx əlaqəli tədrisi ilə bağlıdır. 

«Mütəhərrik  oyunlar  və  onun  tədrisi  metodikası»  fənni  tədris 

olunarkən,  onun  tarix,  biologiya,  anatomiya-fiziologiya,  məntiq, 

fəlsəfə, fizika və s. yəni adı çəkilən fənlər üzrə biliklərə istinad olması 

nəzərdə  tutulur.  Nəhayət,  mütəhərrik  oyunların  elmi  əsaslarda 

təlimində  fəndaxili  bağlantıların  olması  onların  bir-biri  ilə  əlaqəli 

surətdə tədris olunması da daxildir.  

 

 

5.2. Şüurluluq və fəallıq prinsipi 



 

                                                 

7

 А.Нябийев. Ел няьмяляри, халг ойунлары. Бакы, Азярбайъан Дювлят 



няшриййаты, 1988, сящ.147. 


 

95 


Şüurluluq  və  fəallıq  prinsipi  şagirdlərin  məntiqi  təfəkkürünü 

inkişaf  etdirən,  onları  təlim  tapşırıqları  üzərində  müstəqil  və  sərbəst 

olaraq  fəaliyyət  göstərməyə  sövq  edən  əsas  təlim  prinsiplərindən 

sayılır.  Çünki,  təlim  prosesi  bu  prinsipə  əsaslanaraq  qurulursa 

Y.A.Komenskinin  tövsiyyəsinə  görə  «Heç  bir  şeyi  yalnız  təkcə  nüfuz 

əsasında  öyrətməməli  hər  şey  xarici  hisslərə  və  ağla  əsaslanan 

sübutların  köməyi  ilə  öyrədilməlidir». 

8

    O,  fikrini  davam  etdirərək 



yazırdı  ki,  tədris  edilən  bütün  şeyləri  ağlın  dəlilləri  ilə  elə 

əsaslandırmaq lazımdır ki, nə şübhə üçün, nə unutqanlıq üçün heç bir 

yer qalmasın. Bu mənada oyunun məzmunu, məqsədi və vəzifələrinin, 

qaydalarının  mənimsədilməsi  şagirdlərin  oyuna  düşüncəli  olaraq  və 

lazımi fəallıqla yanaşmasına səbəb olur. Oyunların könüllülük əsasında 

təşkili  və  keçirilməsi  bir  tərəfdən  bu  sahədə  öyrəniləcək  bilik  və 

bacarıqların, aşılanacaq vərdişlərin daha da təkmilləşdirilməsinə zəmin 

yaradırsa,  digər  tərəfdən  də  şagirdlərin  oyuna  yaradıcı  münasibətini, 

marağını  artırır,  tərbiyəsinə  müsbət  təsir  edir.  Onların  mahiyyətini 

anlamaq şagirdlərin oyun zamanı nizam-intizamını daha da gücləndirir. 

Oyunların  qayda  tələblərinə  ciddi  riayət  edilməsinə  şagirdlərin  oyun 

səylərini  xeyli  artır.  Təlimə  şüurlu  yanaşması,  idrak  fəallığının  və 

idman  fəaliyyətinin  yüksəldilməsi  ilə  yanaşı  həm  də  onların  oyun 

haqqında  dəqiq  təsəvvürə  malik  olması  da  şagirdlərin  oyun  haqqında 

dəqiq təsəvvürə malik olmasına səbəb olur. Xüsusən, dəstə başçıları və 

oyun itirakçılarının oyundakı rolu barədə düzgün məlumatlandırmanın 

olması da təhsil, tərbiyəvi əhəmiyyət kəsb edir, onun şüurlu və fəallıq 

əsasında keçməsinə stimul verir. 



 

 

5.3. Ardıcıllıq prinsipi 

 

     Oyun  təliminin  effektliliyində  ardıcıllıq  prinsipinə  riayət  



edilməsi  mühüm  yer tutur. Bunun üçün də oyunun təlimi məqsədilə 

qabaqcadan müvafiq planlaşdırma işləri aparılmalıdır. Planlaşdırma hər 

şeydən  əvvəl  bədən  tərbiyəsi  proqramına  uyğun  olmalıdır.  Onun 

əsasını  oyun  tədris  proqramı  materialları  tutmalıdır.  Bura  da  bir  çox 

pedaqoji  psixoloji  meyarlar,  metod  və  vasitələr  nəzərə  alınmalıdır. 

Eyni zamanda şagirdlərin fiziki hazırlığı və fiziki inkişafı məktəbdaxili 

                                                 

8

 Й.А.Коменски. Сечилмиш педагожи ясярляри. Сящ.148.  




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə