118
bildirir. Bunu hansı komanda tez etsə, həmiin komandaya bir qələbə
xalı verilir.
Sonra aparıcılar başqa oyunçularla əvəz edilir və oyun yenə də
davam etdirilir. Axırda daha çox xal toplamış komanda qalib gəlir.
Metodik göstərişlər: I. Yaxşı olar ki, oyunçulara voleybol,
basketbol topları əvəzinə doldurulmuş toplar verilsin. 2. Oyunu 3-5
dəfə təkrar etmək olar. 3. Bütün komandalara düzgün nəzarət etməkdən
ötrü müəllim özünə münasib yer seçməli və köməkçi şagirdlərdən
istifadə etməlidir. 4. Oyunçulara top ötürüldükdən sonra onlar
əvvəlcədən şərtlənmiş kimi bir sıra idman hərəkətləri edib sonra
aparıcıya qaytarsalar daha səmərəli olar.
Fiqurlar
Oyuna hazırlıq: Oyunçular dairə boyunca düzülüb əl-ələ
tuturlar. Bir nəfər aparıcı təyin edilir. Aparıcı dairənin içərisində
dayanır.
Oyunun gedişi: Müəllimin komandası ilə oyunçular dairə
boyunca hərəkət etməyə başlayır. Onlar sağa, sola addımlayır,
addımların sürətini artırıb-azaldırlar, yavaş addım, tez-tez addım, qaçış,
aşağı oturmaqla yeriş (qaz yerişi) və s. hərəkətlər edirlər (Müəllim
sayır və hansı hərəkətləri etmək lazım olduğunu işarə ilə bildirir).
Müəllimin komandası ilə bütün oyunçular dayanırlar və bədənlərinin,
qollarının, qıçlarının vəziyyəti ilə hər hansı bir fiqur (idman növləri
üzrə: boksçunun duruşu, qaçan adamın vəziyyəti, qapıçının duruşu və
s.) göstərirlər. Bu vaxt aparıcı gəzişir və alınmış vəziyyətlərə
(fiqurlara) baxır, hansı oyunçunun «fiquru» (yaratdığı vəziyyət)
aparıcının daha çox xoşuna gəlirsə, o, həmin oyunçuya yaxınlaşır və
adını çəkir. Onlar yerlərini dəyişirlər. Oyun müəyyən vaxt (8-10 dəq.)
ərzində keçirilir. Ən yaxşı fiqur yaratmış oyunçular qalib gəlirlər.
Metodik göstərişlər: Oyun zamanı şagirdlərin nə kimi «fiqurlar»
yaratmalı olmaları müəllim tərəfindən əvvəlcə təsvir edilməli və
göstərilməlidir.
Qozalar, palıdlar, qozlar
119
Oyuna hazırlıq: Şagirdlər cərgəyə düzülüb 1-2-3 sayırlar. Birlər
birinci, ikilər – ikinci, üçlər isə üçüncü dairəyə düzülürlər. Oyunçulara
şərti olaraq adlar qoyulur. Bir nömrəli oyunçular «Qozalar», iki
nömrəlilər «Palıdlar», üç nömrəlilər isə «Qozlar olurlar. Üç nəfər
aparıcı təyin edilir. Onlar istədikləri yerdə.
Oyunun gedişi: Müəllim şərti adları («qozalar», «palıdlar»)
növbə ilə çağırırlar. Çağırılmış oyunçular başqa dairəyə qaçıb yerini
dəyişdirməyə çalışır. Aparıcılar isə bu zaman qaçıb, boş yerlərdən
birini tuturlar. Kim dairə tuta bilmirsə, aparıcı sayılır. Dairələrdə özünə
yer tutmuş aparıcıya həmin yerdən çıxmış oyunçunun şərti adı verilir.
Boşalmış yer o zaman tutulur ki, oyunçuya dairəyə daxil olub, əl-ələ
tutmuş olsun. Oyunda aparıcı rolunda heç oynamamış (yaxud
başqalarına nisbətən az oynamış) oyunçular qalib sayılırlar. Bu zaman
birinci dəfə təyin edilmiş aparıcıların ilk oyunları nəzərə alınmır.
Metodik göstərişlər: I. Oyunun səmərəsini və marağını artırmaq
üçün ayrı-ayrı dairələr (hər üç nəfər) bir-birindən mümkün qədər aralı
dayanmalıdır. 2. Dairədə özünə yer tutmuş oyunçunu güclə itələyib
çıxartmağa icazə verilmir.
İtiayaqlılar komandası
Oyuna hazırlıq: Meydançanın bir tərəfində start xətti çəkilir.
Oyunçular üç komandaya ayrılırlar: biri start xəttinin arasında, biri
sağında, o biri isə solunda cərgəyə düzülürlər. Start xəttindən 15-20 m
qabaqda hər komanda üçün bir dairə çəkilir və içərisinə toppuz
(qumbara) qoyulur.
Hər komandadan bir nəfər (cərgədə birinci dayananlar) start
xəttinə hazır dayanırlar.
Oyunun gedişi: Müəllimin «Marş» komandası ilə oyunçular öz
dairələrinə doğru qaçırlar və dairədəki toppuzu götürüb üç dəfə yerə
vurduqdan sonra yenə öz yerinə qoyub start xəttinə qaçırlar. Bunu
hansı oyunçu daha tez eləsə öz komandasına xal qazanmış olur. Sonra
həmin qaçan oyunçular cərgələrdə öz yerlərinə keçirlər, növbəti
oyunçular isə start xəttinə gəlir və beləliklə də oyun davam edir. Bütün
oyunçular qaçandan sonra daha çox xal toplamış komanda qalib gəlir.
Metodik göstərişlər: I. Dərsin sıxlığını artırmaq üçün hər dəfə üç
nəfər deyil, oyunu 4-5 nəfərin qaçması ilə keçirmək olar. 2. Şagirdləri
120
2 qrupa ayırıb, ayrı-ayrı start xətləri üzrə oyunu keçirtmək
mümkündür.
Ağ ayılar
Oyuna hazırlıq: Meydançada oyun keçiriləcək sahə xətlərlə
cızılır. Meydançanın bir küncündə üçbucaq şəklində bir sahə
nişanlanır. Bura «ağ ayıların mağarası» hesab olunur. İki nəfər aparıcı
(«ağ ayılar») ayrılır. «Ağ ayılar» mağarada dayanırlar. Qalan
oyunçular «ayı balaları» sərbəst halda meydançaya yığışırlar.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «ağ ayılar» mağaradan
çıxırlar və əl-ələ tutaraq «ayı balalarını» tutmağa çalışırlar. Onlar «ayı
balasına» çatdıqda onu araya alırlar və boş əllərini elə tuturlar ki, «ayı
balası» qolları arasında qalsın. Sonra onlar tutduqları «ayı balalarını»
mağaraya aparırlar. Tutulmuş oyunçu mağarada qalır, «ağ ayılar»
başqasını tutmağa gedirlər. Mağarada iki nəfər tutulmuş «ayı balası»
olduqda onlar da «ağ ayılar» kimi əl-ələ tutub «ayı balalarından»
tutmağa başlayırlar. Oyun iki nəfər tutulmamış oyunçu qalana qədər
davam edir. Bu iki nəfər oyunun qalibi sayılır, onlar oyunu yenidən
başlamaq üçün «ağ ayılar» hesab olunurlar. «Ayı balalarına»
aparıcıların qolları arasından dartınıb çıxmağa və mağaradan çıxıb
qaçmağa icazə verilmir. «Ağ ayılara» isə oyunçunun əlindən və
paltarından tutmağa icazə verilmir.
Metodik göstərişlər: I. Lazımi xətlər meydançada əvvəlcədən
çəkilib hazırlanmalıdır. 2. Şagirdlərdə yorğunluq hiss edildikdə onlara
dincəlmək üçün fasilə verilməlidir.
Boş yer
Oyuna hazırlıq: Oyunçular böyük bir dairə boyunca
düzülürlər və əllərini arxada bellərinə qoyurlar. Bir nəfər aparıcı
ayrılır. Aparıcı dairənin xaricində (oyunçuların arxasında) olur.
Oyunun gedişi: Müəllimin işarəsi ilə aparıcı oyunçuların
arxasında, dairə boyunca hərlənir. O, istədiyi vaxt oyunçulardan birinin
əlinə toxunur və özü qaçmağa başlayır. Toxunulmuş oyunçu, yerindən
çıxır, dairənin xarici ilə ancaq aparıcının əks istiqamətinə qaçır və
çalışır ki, ondan tez gəlib yer tutsun. Aparıcı isə boş yerə tez çatmaq və
Dostları ilə paylaş: |