109
başlayır. Təzə «ləkə» həmin anda köhnə ləkəyə toxunmamalıdır.
Oyun müəyyən vaxt ərzində (8-12 dəqiqə) keçirilir. Axırda heç
ləkələnməmiş oyunçular qalib sayılırlar.
Metodik göstərişlər: I. Oyun keçirilən sahəni xətlərlə cızmaq
lazımdır və oyunçulara bu xətlərdən kənara çıxmağa icazə
verilməməlidir. 2. Oyunu həm açıq meydançada, həm də idman zalında
keçirtmək olar.
Hoppanan sərçələr
Oyunçulardan bir nəfəri (aparıcı) «Böyük quş» hesab edilir.
«Böyük quş» dairənin mərkəzində dayanır.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «sərçələr» iki ayaqları
üzərində gah dairənin içərisində dayanır (hoppanır), gah da hoppanıb
oradan çıxırlar.
Sərçələr dairəyə dən yemək üçün daxil olurlar. «Böyük quş» isə
onları dən yeməyə buraxmamağa çalışır. «Böyük quş» dairənin
içərisində qaçaraq sərçələri dən yeməyə qoymamaq üçün onları
dimdiyi ilə vurur (Əli ilə dairənin içərisinə toxunur). Vurulmuş «sərçə»
müəllim tərəfindən qeydə alındıqdan sonra, oyun davam edir.
Aparıcı tərəfindən heç vurulmamış sərçə qalib sayılır.
Metodik göstərişlər: I. Aparıcının (Böyük quşu) ya müəllim tez-
tez dəyişməli, ya da hər vurulmuş sərçə onu əvəz etməlidir. 2.
Şagirdlərin sayına görə oyun bir neçə dəfə dairə ətrafında aparıla bilər.
Belə olduqda müəllim özünə köməkçi-şagird ayırmalıdır. 3. Oyun
fasilələrlə bir neçə dəfə təkrar olunur.
Tülkü və toyuqlar
Oyuna hazırlıq: Dörd gimnastika skamyasını kvadrat şəkildə
qoyurlar. Skamyaların arasında qalan sahə «toyuq damı» hesab olunur.
Bütün «toyuqlar» burada yerləşirlər.
110
Aparıcı «tülkü» isə skamyaların arasında dayanır.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «tülkü» skamyanın
üzərindən içəriyə tullanır və «toyuqlardan» mümkün qədər daha çox
tutmağa (toxunmağa) çalışır. Bu vaxt «toyuqlar» gah tara (skamyanın
üzərinə), gah da yerə hoppanmaqla özlərini xilas etməyə çalışırlar.
Tara qalxmış toyuqlara tülkünün toxunmağa ixtiyarı yoxdur. Müəllim
ikinci dəfə işarə verdikdə «tülkü» toyuq damından çıxır və tülkünün
toxunmuş olduğu bütün «toyuqlar» hesaba alınır. Sonra aparıcı
dəyişdirilir və oyun yenidən başlanır.
Axırda tülkü tərəfindən tutulmamış və daha az tutulmuş
oyunçular qalib sayılırlar. Metodik göstəriş oyunu zal və meydançada
keçirmək olar.
Şəkil 3.
«Tülkü və toyuqlar» oyunu 1-ci yuva; 2-ci-tülkü; 3-cü-
toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar
111
Şəkil 4.
«Dovşanlar, gözətçi və Tula» oyunu. 1-ci «dovşanlar»; 2-ci
«gözətçi»; 3-cü «Tula»; 4-cü-«ev»; 5-ci «həyət»; 6-cı «bostan».
Dovşanlar, gözətçi və Tula
Oyuna hazırlıq: Oyun meydançasını xətlərlə hissələrə ayırırlar.
Meydançanın qısa xətlərindən 2-3 addım qabağa bir xətt, onlardan da
3-4 addım qabağa yenə bir xətt çəkilir.
Bir sahədə gözətçi, ikinci sahədə (həyətdə) tula dayanır.
Meydançanın mərkəzində hasar çəkilir. Məşğələdən azad edilmiş
şagirdlər, yaxud müəllimin tapşırığı ilə bir neçə şagird hoppanma
xətlərindən (iplərindən) 40-60 sm. hündürlükdə maneə tuturlar, hasar
ilə ikinci xəttin arasında sahə bostan adlanır. Meydançanın qarşısındakı
xətdən 3-4 addım qabaqda 4 dairədən ibarət dovşan yuvaları çəkirlər.
Oyunu aparmaq üçün iki nəfər aparıcı ayrılır, onlardan biri gözətçi, biri
tula olur. Qalan oyunçuların hamısı «dovşan» sayılır və dovşan
yuvalarında yerləşirlər.
Oyunun gedişi: Müəllimin işarəsi ilə hər yuvada dayanmış
birinci 3 dovşan qaçıb hasarın üzərindən tullanır, bostana daxil olaraq
hoppanıb düşür və «kələm yeyirlər». Bu vaxt müəllimin birinci şərti
işarəsi ilə gözətçi həyətə çıxır, ikinci işarə ilə üç dəfə əl çalır (sanki
tüfəngdən atəş açır).
Birinci atəşdən sonra dovşanlar öz yuvalarına doğru qaçırlar.
Geriyə qaçarkən onlar hasarın (ipin) altından keçməlidirlər və elə
etməlidirlər ki, ona toxunmasınlar.
Üçüncü atəşdən sonra «tula» dovşanları tutmağa buraxılır. Tula
hasarın üstündən tullanaraq hansı dovşana çatarsa, ona əli ilə toxunur.
Tutulmuş dovşan yerində dayanır, dovşanlar öz yuvalarına girdikdən
sonra onlara toxunmaq olmaz.
Qaçanlar keçib axırda dayanırlar. Müəllim tutulmuş dovşanları
və sonra öz yuvalarına buraxır. Yuvalarda olan dovşanların hamısı