133
3. Bu qaydaları pozan komandaya cərimə xalı verilir. 4. Bayrağı kim
yerə salarsa, özü onu qaldırıb oyunu davam etməlidir.
Cərgələrdə top ötürmək
(Ümumi inkişaf hərəkətləri üçün oyun)
Oyuna hazırlıq: Oyunçular iki bərabər komandalara ayrılırlar.
Komandalar üz-üzə cərgə ilə dayanırlar. Hər komandanın birinci
oyunçusuna bir top verilir.
Oyunun gedişi: Müəllimin «Diqqət» və «Başla» komandası ilə
birinci oyunçular topu yanında dayanmış yoldaşına, o isə digər
yoldaşına və i.a. ötürürlər. Top cərgənin axırında dayanmış oyunçuya
çatan kimi o, cərgənin əvvəlinə qaçır və topu əvvəlki qaydada yandakı
yoldaşına ötürür. Topu birinci olaraq ötürmüş oyunçu axırıncı
oyunçuya çevrilib topla birlikdə yenidən cərgənin əvvəlinə keçir, əlini
yuxarıya qaldırana qədər oyun davam edir. Bunu birinci edən
komandaya bir qələbə xalı verilir. Sonra oyun yenidən başlanır. Axırda
hansı komandanın qələbə xalı çox, cərimə xalı az olarsa, qalib gəlir.
Metodik göstərişlər: 1. Oyunu həm örtülü şəraitdə, həm də
meydançada aparmaq olar. 2. Top əvəzinə şagirdələr doldurulmuş
toplar verilməsi daha səmərəlidir. 3. Topu ancaq yaxında dayanmış
yoldaşa ötürmək olar. Topu bir neçə nəfəri arada qoyub ötürməyə icazə
verilməməlidir. 4. Bu qaydanı pozan komandaya cərimə xalı verilir. 5.
Topu yerə salmış oyunçu özü onu qaldırmalı və oyunu davam
etdirməlidir.
Dırmanmaqla estafet
Oyuna hazırlıq: Gimnastika divarından 8-10 m aralıda bir start
xətti çəkilir. Start xətti ilə gimnastika tiri qoyulur. Gimnastika divarı
yanında içəri doldurulmuş iki kisə qoyulur. Gimnastika divarında
aşağıdan ikinci pilləyə iki lent asılır (bir-birindən aralı). Oyunçular iki
komandaya ayrılaraq yan tərəflərdə cərgə ilə dayanırlar. Hər
komandadan bir nəfər oyunçu start xəttinə çıxır (Başdan növbə ilə).
Oyunun gedişi: Müəllimin göstərişi ilə start xəttində dayanan
oyunçular tirə tərəf qaçırlar. Onun üzərindən aşırlar və kisələrə çatıb
134
onları götürürlər, kisələri başlarına qoyub gimnastika divarının üçüncü
pilləsinə çıxırlar, lentin üzərindən keçib yenə də düşürlər. Oyunçular
geriyə qayıdıb kisələri öz yerinə, sonra tirin üzərindən yenə də aşıb
start xəttinə qoyurlar. Bunu hansı komandanın oyunçusu daha tez
edirsə, həmin komandaya bir qələbə xalı verilir. Sonra növbəti
oyunçular start xəttinə çıxırlar və beləliklə, oyun davam edir. Axırda
daha çox xalı olan komanda qalib gəlir. Oyunda səhvə yol verən
komandaya cərimə xalı verilir və bu xallar axırda nəzərə alınır.
Milli xalq oyunları
Mən çobanam
Oyunçular sıraya düzülüb bir-birinin kəmərlərindən tuturlar.
Aparıcı – «çoban», oyunçulardan biri isə «qurd» olur. «Qurd» 1-2
addım irəlidə dayanıb, üzü dəstəyə tərəf çevirir:
Oyunçu «qurd» deyir:
- Mən «qurdam» - alaram
«Çoban» cavab verir:
- Mən «çobanam» - vermərəm.
Bundan sonra qurd çobanı aldatmağa, sıradakılardan birinə
toxunmağa çalışır. «Çoban» və bir-birinin kəmərindən tutmuş
oyunçular özlərini müdafiə edirlər.
«Qurd»un əli dəymiş oyunçu sıradan çıxır.
«Qurd»un toxunduğu oyunçuların sayı «çobanın» qoruduğu
oyunçuların sayından çox olarsa, «qurd» - «çoban» və oyunçulardan
biri «qurd» olur. Oyunçuya ayaqla toxunmaq olmaz. «Çoban» «qurd»a
toxunduqda oyun dayandırılır. Yeni «çoban» və yeni «qurd» seçilir.
Dəsmalaldı qaç
Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya
baxırlar. Bir uşaq dairə boyunca qaçır, dəsmalını oyunçulardan birinin
arxasında yerə qoyur. Başçı uşaqlardan soruşur:
- Dəsmal kimin arxasındadır?
135
Uşaq dəsmalın arxasında olduğunu bilməsə, onu ortaya salır, bir-
birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla
bilsə özünü azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya
çəkir, onu bir-birlərinin üstünə itələyirlər. Özünü möhkəm müdafiə
edib, ortaya çıxmayan uşaq qalib gəlir.
Şaxta və günəş
Bu oyun əsasən qızlar üçündür. Qızlar iki dəstəyə ayrılırlar:
Meydançanın əks tərəflərində cərgə ilə üz-üzə düzülürlər. Dəstəbaşçı
seçilir. Əllərində qırmızı yaylıq tutmuş dəstə «Günəş», ağ yaylıq tutan
dəstə isə «Şaxta» adlanır.
Müəllim dəstə başçılarını meydanın ortasına çağırır. Ağ yaylıqlı
dəstənin başçısı o birinə deyir:
«Şaxtayam, yüküm ağır,
Nəfəsimdən qar yağır.
Mən gələndə dəryalar,
Qorxudan buz bağlayır».
Qırmızı dəstənin başçısı cavab verir:
«Şaxta baba, nahaq sən
Qüvvətliyəm deyirsən.
Mən buluddan çıxanda
Mum kimi əriyirsən».
Müəllimin işarəsi ilə dəstə başçıları yaylıqları oyunçulardan
yığırlar. Dəstəni sıraya düzüb cəld müəllimin yanına yüyürür və
yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab olunur.
Artırma
Uşaqlar iki dəstəyə ayrılırlar. Çöp atırlar. Çöp hansı dəstəyə
düşsə, o dəstənin uşaqları düz xətt boyunca düzülüb aşağı əyilir. O biri
uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu
minvalla sıra əvvəldən artır, axırdan azalır. Məsələn: uşaqların hər
dəstəsində 10 uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri
bir-bir onların üstündən hoppanıb özü onların sırasında aşağı əyilir.
Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır.
Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların
üstündən hoppanırlar. Bu minvalla oyun davam edir.
Dostları ilə paylaş: |