B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə41/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   37   38   39   40   41   42   43   44   ...   131

 

121 


onu  tutmağa  çalışır.  Beləliklə,  bu  iki  oyunçudan  hansı  daha  tez  boş 

yerə  çatı  onu  tutsa,  yer  onun  olur.  Digər  qaçan  isə  yersiz  qalır  və   

dairənin xaricində hərlənməklə oyunu əvvəlki qaydada davam etdirir. 

Metodik göstərişlər: 1. Oyunu elə təşkil etmək lazımdır ki, bütün 

uşaqlar  oyunda  fəal  iştirak  edə  bilsinlər.  Bunun  üçün  yaxşı  olar  ki, 

oyun  iki  dairə  boyunca  aparılsın.  2.  Əks  istiqamətdə  qaçan  uşaqların 

bir-birinə  toxunmaması  üçün  uşaqlara  necə  keçmək  lazım  olduğunu 

öyrətmək lazımdır. 

 

 

Nömrələrin çağırılması 

 

Oyuna  hazırlıq:  Oyunçular  iki  bərabər  qüvvəli  komandalara 

ayrılırlar.  Komandalar  meydançanın  baş  tərəfində  çəkilmiş  start 

xəttinin arxasında sıra ilə dayanırlar. Start xəttindən 25-30 m qabaqda 

hər iki komanda üçün bir dayaq qoyulur. Şagirdlər nömrələrini sayırlar 

və yadda saxlayırlar. 

Oyunun  gedişi:  Müəllim  bir  kənarda  dayanır  və  gözlənilmədən 

hər  hansı  bir  nömrəni  çağırır.  Həmin  çağrılmış  nömrələrə  məxsus 

oyunçular sıralardan tez çıxıb qarşıdakı dayaqlara tərəf qaçır və onun 

ətrafında fırlanıb yenidən qayıdırlar.Kim gəlib öz yerini sırada daha tez 

tutarsa,  həmin  komandaya  bir  qələbə  xalı  verilir.  Sonra  müəllim  bu 

qayda  ilə  başqa  nömrələri  çağırır.  Axırda  hansı  komanda  daha  çox 

qələbə xalı toplamış olsa, həmin komanda qalib gəlir. 

Metodik  göstərişlər:  I.  Müəllim  nömrələri  elə  çağırmalıdır  ki, 

bütün  oyunçuların  nömrəsi  eyni  dərəcədə  çağırılmış olsun.  Nömrələri 

ardıcıl çağırmaq olmaz, çünki bu zaman kimin çağırılacağı əvvəlcədən 

bilinər. 2. Məsafəni axıra qədər qaçmayan, yerindən vaxtında çıxmayıb 

oyunu ləngidənlərin komandası üçün cərimə xalı verilməlidir. 

 

 

 

 

 

Dovşanlar bostanda 

 

Oyuna hazırlıq: Meydançanın ortasında bir-birinin içərisində iki 

böyük  dairə  çəkilir.  Dairələrin  arasında  3-4  m  məsafə  olmalıdır. 




 

122 


İçəridəki  dairə  «bostan»  sayılır  və  burada  «gözətçi»  dayanır.  Qalan 

oyunçular «dovşanlar» iki dairənin arasındakı sahədə yerləşirlər. 



Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  «dovşanlar»  iki  ayaqları 

üzərində  hoppana-hoppana  hərəkət  edirlər.  Onlar  gah  «bostana»,  gah 

da  sahələrinə  hoppanırlar.  Gözətçi  bostana  girən  dovşanları  tutmağa 

çalışır.  «Dovşanları»  ikinci  dairəyə  qədər  tutmağa  icazə  verilir. 

«Dovşanlar» isə ikinci dairədən kənara da çıxa bilərlər. Hansı dovşan 

tutularsa,  o  gözətçini  əvəz  edir  və  oyun  yenidən  başlanır.Oyunda  heç 

tutulmamış oyunçular qalib sayılırlar. 

 

Paraşütçülər 



 

Oyuna  hazırlıq:  Sinif  iki  paraşütçülər  komandasına  ayrılır. 

İdman zalında bir-birindən 3-4 m aralı sıra ilə və bir-birinə paralel üç 

gimnastika  skamyası  (təyyarə)  qoyulur.  Hər  skamyanın  sağ  və  sol 

tərəflərində  3-4  (diametri  30  sm)  kiçik  dairələr  çəkilir.  Bu  dairələr 

paraşütçülərin  uçub  yerə  düşməsi  üçündür.  Birinci  komandanın 

paraşütçüləri  «təyyarəyə»  minirlər  (Hər  skamyanın  üzərinə  8  nəfər 

çıxmışsa,  bunlardan  4  nəfəri  üzünü  skamyanın  sağında,  4  nəfəri  isə 

solunda  olan  dairələrə  tərəf  çevirir.  Digər  komandanın  oyunçuları 

oyuna nəzarət edirlər.  

Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  paraşütçülər  (hamısı  eyni 

vaxtda)  hərəsi  öz  dairəsinə  düzgün  tullanıb  düşdükdən  sonra  və 

düşərkən müvazinəti saxlayan paraşütçü komandası bir xal qazanır.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 6. 



 

123 


Paraşütçülər oyunu: 

1-1-ci komanda; 2-2-ci komanda; 3-3-cü sm-lik dairə; 4-4 sm-lik 

dairə; 5-ci müəllim. 

 

Sonra  birinci  komandanın  oyunçuları  hakimlik  edir,  ikinci 

komanda isə hərəkəti yerinə yetirir. Oyun yenidən təkrar olunur. 

 

 

Milli xalq oyunları 

 

Kim tez yüyürər 

Oyunçular  iki  dəstəyə  düzülüb,  bir-birindən  10-12  m  aralı 

üzbəüz  dayanırlar.  Hər  dəstənin  qarsışında  diametri  1  m  olan  dairə 

çəkilir.  Aparıcı  oyunçuları  nömrələyir.  Sonra  onun  işarəsi  ilə  hər 

dəstənin  I  nömrəli  oyunçusu  dairəyə  keçib  yüyürməyə  hazır  vəziyyət 

alır.  «Başla»  əmri  verilir.  Hər  oyunçu  cəld  yüyürüb  rəqibin  dairəsinə 

düşməyə çalışır. Rəqib dairəsinə daha tez çatan oyunçu bir xal qazanır. 

Beləliklə,  daha  çox  xal  toplayan  oyunçu  (dəstə)  oyunu  udmduş  olur.              

Yüyürərkən  qarşılaşmaq  olmaz.  Rəqib  dairəsinə  əks  tərəfdən  daxil 

olmaq lazımdır. 

 

 

Toppuz qaçırma 



 

Oyuna  hazırlıq:  Oyunçular  iki  dəstəyə  bölünür,  nömrələnir  və 

bir-birindən 20-25 m aralıda üz-üzə düzülürlər. Hər sıranın qarşısından 

bir  addım  aralıda  xətt  çəkilir.  Hər  xətdən  yarım  metr  aralıda  diametri 

bir  addım  olan  dairə  çəkilir.  Dairənin  mərkəzində  toppuz  qoyulur. 

Meydançanın  mərkəzində  bir-birindən  yarım  metr  aralı,  diametri  bir 

addım olan daha iki çevrə çəkilir. Oyun başlanır. Müəllimin işarəsi ilə 

nömrələri  çağırılan  oyunçular  toppuzları  götürüb  qaça-qaça  öz 

dairələrinə qoyur və cəld müəllimin yanına yüyürürlər. Müəllimə daha 

tez  çatan  oyunçu  bir  xal  qazanır,  daha  çox  xal  toplayan  dəstə  qalib 

sayılır.Eyni  bir  oyunçunu  ikinci  dəfə  çağırmaq  olmaz.  Dairəyə 

qoyulmuş toppuz aşırsa, oyunçu qayıdıb onu düzəltməlidir. 

 

Qu-qu 



 


Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə