127
komanda üçün eyni olmaqla 4 dəfə aparılır. Axırda daha çox oyunçu
tutulmuş komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Oyun keçirilən meydançada qaçış
istiqamətində təhlükə törədə biləcək alətlər, cisimlər olmamalıdır. 2.
Şagirdlərə qaçanı möhkəm vurmağa, qaçanı itələməyə, «şəhərcik»
xəttinin içərisində onlara toxunmağa icazə verilməməlidir. Bu
qaydaları pozan komandaya cərimə xalı verilməli və axırda nəzərə
alınmalıdır.
Daban balığı və durna balığı
(Sürətlə qaçmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançanın (idman zalının) hər iki başında
«daban balıqları» üçün «evlər» tikilir. Bütün oyunçular – «daban
balıqları» bu evlərdən birində yerləşirlər. Bir nəfər aparıcı – «durna
balığı» meydançanın mərkəzində dayanır.
Oyunun gedişi: Müəllim 1-2-3- sayır və «daban balıqları» bir
evdən çıxıb o biri evə tərəf qaçırlar. «Durna balığı» isə qaçan «daban
balıqlarından» mümkün qədər çox tutmağa (toxunmağa) çalışır.
Tutulmuş oyunçular müəyyən edilmiş yerə aparılır. Oyun yenidən
başlanır. Tutulmuşların sayı 8-10 nəfər olur və bu zaman onlar
meydançanın ortasında gəlib əl-ələ tuturlar, üzü «daban balıqlarına»
tərəf dayanıb «tor» əmələ gətirməyə başlayırlar. İndi «daban balıqları»
başqa evə qaçmaq üçün gərək tordan da keçsinlər (Əllərin altından
əyilib keçməklə). Tutulmuş oyunçular «tor» düzəldənlərə qoşulurlar.
Tutulmuşların sayı çoxaldıqda onlar əl-ələ tutub «dairəvi tor» təşkil
edirlər. Tutulanların sayı daha da artarsa, o zaman iki «dairəvi tor»
(yaxud bir tor, iki tor, bir dairəvi tor və s. düzəldilir). Bu cür hallarda
başqa evə tərəf qaçan «daban balıqları» dairənin içərisinə və oradan
xaricə keçməklə qaçmalıdırlar. Oyun tutulmamış 3-4 oyunçu qalana
qədər davam edir.Axıra qədər tutulmamış oyunçular oyunun qalibləri
sayılırlar.
128
Uzağa atmaqla vaxt qazanmaq
Oyuna hazırlıq: Sinif şagirdləri A və B komandalarına ayrılır
(Sarılar və qırmızılar). Hər komandanın atanları və qaçanları olur.
Meydançanın bir başında atma xətti çəkilir. Bundan iki addım qabaqda
isə start xətti nişanlanır. Hər komandadan olan «qaçanlar» start
xəttində dayanırlar. Qaçanların arxasında isə rəqib komandasının
«atanları» dayanırlar. Atanların hərəsinə içərisi qumla doldurulmuş
kisəciklər verilir. Kisənin rəngi rəqib komandaya məxsus rəngdə
(sarılara qırmızı, qırmızılara sarı kisə verilir) olur.
Oyunun gedişi: Müəllimin işarəsi ilə bütün «atıcılar» əllərindəki
kisəni «qaçanların» başları üzərindən gücləri çatan qədər uzağa atırlar
(Hamı eyni vaxtda). «Qaçanlar» isə dərhal öz komandalarının rəngində
olan kisələrdən birini götürüb cəld start xəttinə qayıdırlar. «Qaçanlar»
start xəttinə daha tez qayıtmış komandaya bir qələbə xalı verilir. Sonra
oyunçular yerlərini dəyişirlər (və vəzifələrini): Atanlar indi «qaçan»,
qaçanlar isə «atan» olurlar. Beləliklə, oyun 8 dəfə təkrar edilir. Daha
çox xal toplayan qalib gəlir.
Metodik göstərişlər: 1. Oyuna nəzarət etmək üçün müəllim
özünə düzgün yer seçməlidir ki, start xəttinə hansı komandanın daha
tez gəldiyini düzgün müəyyənləşdirə bilsin. 2. Bu iş üçün müəllim
özünə köməkçi-şagirdlər də ayıra bilər. 3. Lazım olan kisəciklər
uşaqlar vasitəsilə əvvəlcədən hazırlanmalıdır.
Mütəhərrik hədəf
(Hədəfə cisim atmaq üçün oyun)
Oyuna hazırlıq: Şagirdlər bir-birindən 2-3 m aralı olmaqla
böyük dairə boyunca düzlənirlər. Oyunçuların pəncələri qabağında
dairənin xətti çəkilir. Dairənin içərisində bir nəfər aparıcı dayanır.
Oyunçulara voleybol topu verilir.
Oyunun gedişi: Müəllimin işarəsi ilə dairə boyunca düzlənmiş
oyunçular əllərindəki topla aparıcını vurmağa çalışırlar. Aparıcı isə
dairənin içərisində o tərəf-bu tərəfə qaçmaqla özünü topdan yayındırır.
Aparıcını topla vura bilən oyunçu dairəyə girib onu əvəz edir. Müəllim
kimin neçə dəfə aparıcı olmasını hesaba alır. Axırda kim daha çox
aparıcı rolunda oynamış olarsa, o da qalib sayılır.
129
Müəllimin topları dəstə başçılarına ötürüb «başla» komandası
verir. Hər dəstənin oyunçusu topu atıb tuta-tuta müəllimin yanına
yüyürür, qaçarkən topu yerə salmayan oyunçu I xal qazanır. Sonra hər
oyunçu öz dəstəsinə qayıdıb topu növbədə duran yoldaşına ötürür, özü
isə keçib sıranın sonunda durur.
Metodik göstərişlər: Topu hündürə atıb-tutmaq lazımdır.Topu
müəllimə atmaq yox, vermək lazımdır. Topu itirən oyunçu sıradan
çıxarılır. Qaçarkən bir-birini itələmək olmaz.
Dırmanmaq
Yer və avadanlıq: Bu oyun idman salonunda və ya bağda
oynanılır. Dırmanmaq üçün bir gimnastika dirəyi və ya kəndir (kanat)
bir alma və ya kök lazımdır.
Oyuna hazırlıq: Oyunda iştirak edənlərin hamısı dirəyin və ya
kəndirin ətrafında diametri 2-3 m olan bir dairə təşkil edirlər. Dirək və
ya kəndir 3-4 m hündürdən asılır, ondan bir metr kənarda isə bir
qarmaq asıb, ona alma və ya kök bağlayırlar. Fikir vermək lazımdır ki,
alma və ya kök daim hərəkətdə olsun.
Oyunun təsviri: Oyunçular müəllimin göstərişi ilə bir-bir gəlib
dizlərini və qarınlarını toxundurmadan kəndirə və ya gimnastika
dirəyinə dırmanmağa başlayırlar. Dırmanmanın axırında oyunçu əlinin
köməyi olmadan 25 saniyə ərzində çalışır ki, yırğalanan almanı və ya
kökü ağzı ilə tutsun.Oyunçu dırmanarkən dizi və ya qarnı ilə kəndirə
və ya qarnı ilə kəndirə və ya dirəyə toxunmuş olarsa, habelə almanı və
ya kökü tuta bilməzsə, aşağı enməli, meydançanın ortasında durub
yoldaşlarının istədiyinə əməl etməlidir (oxumalı, oynamalı və s.). Oyun
20-30 dəqiqə davam edir.
Metodik göstərişlər: 1. Əgər şagirdlərin sayı çox olarsa, oyunu
iki dairə üzrə keçirmək olar. 2. Oyun üçün müxtəlif cür toplardan
istifadə etmək olar.
Ovçular və ördəklər
(Hədəfə cisim atmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançada diametri 8-12 m. olan dairə çəkilir.
Şagirdlər «ovçular» və «ördəklər» komanrdalarına ayrılırlar.
Dostları ilə paylaş: |