B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə39/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   35   36   37   38   39   40   41   42   ...   131

 

115 


 

 

 



 

 

Milli xalq oyunları 



 

Bənövşə 

 

Uşaqlar  özlərinə  iki  başçı  seçirlər.  «Halay-halay»  gəlməklə  iki 

dəstəyə ayrılırlar. Dəstələr bir-birindən yüz addım aralı əl-ələ tutmaqla 

cərgə  təşkil  edib  qarşı-qarşıya  dayanırlar.  Başçılardan  biri  o  birisinə 

deyir: 

                    Birinci başçı: - Bənövşə. 



                    İkinci başçı:   - Bəndə düşə. 

                    Birinci başçı: - Bizdən sizə Kim düşə? 

         İkinci başçı uşaqlardan birinin adını çəkib deyir: 

                    - Əli yaxud Qəmər düşə. 

Əli  yaxud  Qəmər  cərgədən  ayrılıb  yüyürə-yüyürə  əl-ələ  tutmuş 

uşaqların  cərgəsini  yarmalıdır.  Burada  güclülük  əsas  şərtlərdəndir. 

Əgər oyunçulardan biri güclə əl-ələ tutmuş uşaqların əlini bir-birindən 

ayırıb o biri tərəfə keçsə, bir uşaq da götürüb yenə də öz əvvəlki yerinə 

qayıdır. Yox, əgər keçə bilməsə, orada qalmalı, o dəstəyə qoşulmalıdır. 

Hansı  dəstə  uşaqların  hamısını  öz  tərəfində  saxlaya  bilsə,  o  dəstə 

oyunda qalib gəlir. 

 

Çağırış 



 

Oyunçular  iki  dəstəyə  bölünüb,  meydançanın  əks  tərəfində 

cərgəyə düzülür və nömrələnirlər.  

Hər  dəstənin  qarşısında  cərimə  xətti  çəkilir.  Meydançanın 

ortasında  diametri  1  m  olan  dairə  çəkilir  və  mərkəzinə  toppuz 

qoyulur.Müəllimin  işarəsi  ilə  nömrəsi  çağırılan  oyunçu  cəld  dairəyə 

tərəf  qaçır,  toppuzu  götürüb  öz  dəstəsinə  çatdırmağa  tələsir.  Bu 

müddətdə digər dəstənin oyunçusu cərimə xəttinə çatana  qədər əli ilə 

rəqibinə toxunmağa çalışır. Tutulmayan bir xal qazanır. Daha çox xal 

toplayan  dəstə  qalib  gəlir.Qaçış  zamanı  oyunçunu  itələmək  və 

toppuzunu əldən zorla almaq olmaz. 



 

116 


Durma,  qaç 

 

   Oyunçular  ki  dəstəyə  bölünür.  Dəstələr  bir-birindən  10-12  m 

aralıda  sıraya  düzülürlər.  Hər  dəstənin  qarşısında  diametri  1  m  olan 

dairə çəkilir. Müəllim oyunçuları nömrələyir.  

Nömrəsi  çağırılan  oyunçular  dairəyə  girib,  üzü  öz  dəstələrinə 

tərəf  qaçış  vəziyyəti  alırlar.  Müəllimin  «başla»  komandası  ilə  hər  iki 

oyunçu öz dəstəsinin sol tərəfi ilə qaçaraq dəstənin ətrafına dolanır və 

cəld öz dairəsinə daxil olmağa çalışır. Daha tez dairəyə girən oyunçu 

bir xal qazanır. Çox xal toplayan dəstə qalib gəlir. Qaçarkən bir-birini 

itələmək olmaz. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 5. 

«Zolaqlar üzərindən hoppanma» oyunu 

 

II   S İ N İ F 

 

Şəkil sərgisi 




 

117 


 

Oyuna  hazırlıq:  Oyunun  qaydaları  şagirdlərə  izah  edilir. 

Onlardan  üç  nəfər  aparıcı  seçilir.  Bunlardan  biri  sərginin  «müdiri», 

ikisi isə «tamaşaçı» rolunu ifa edir. 

Sonra  oyunda  iştirak  edənlər  (aparıcılardan  başqa)  meydançaya 

dağılışırlar. Onlar öz duruşları ilə hansı şəkli təsvir edəcəkləri haqqında 

bir-biri  ilə,  yaxud  «müdirlə»  məsləhətləşirlər.  Hər  hansı  bir  şəkli  bir, 

iki və ya üç nəfər təsvir edə bilər. Məsələn, xizək sürənin, at çapanın, 

futbolçunun, boksçunun, qılınc oynadanın və b. idmançıların əsas çıxış 

vəziyyətlərini təsvir etmək (yamsılamaq) olar. 

   Uşaqlar  müəllimin  işarəsi  ilə  meydançanın  kənarına  düzülüb 

düşündükləri  hadisəni  təsvir  edirlər.  Hamı  hazır  olduqdan  sonra 

müdirin «üç-dörd» komandası ilə hamı bir səslə deyir: «Sərgi açıqdır». 



Oyunun  gedişi:  Bütün  şəkillər  hazır  olduqdan  sonra  və  müdir 

sərgini  açdıqdan  sonra  tamaşaçılar  şəkillərin  arası  ilə  gəzişirlər. 

Tamaşa 16 saniyə davam edir. Sonra müdir ikinci dəfə komanda verir: 

«üç-dörd».  Bu  zaman  oyunda  iştirak  edənlər  «Sərgi  bağlıdır»  -  deyə 

azad  vəziyyəti  alır  və  öz  yerlərində  dayanırlar.  Tamaşaçılar  üç  şəklin 

adını  çəkirlər.  Ən  yaxşı  şəkli  təsvir  etmiş  oyunçular  aparıcı  olur, 

əvvəlki aparıcılar isə oyunçulara qoşulurlar. 

Metodik göstərişlər: I. Yaxşı olardı ki, müəllim nümunə üçün bir 

neçə şəkli təsvir etsin. 2. Şəkli daha düşüncəli təsvir etmiş oyunçuları 

fərqləndirmək üçün müəllim onlara xal hesabı ilə yer də verə bilər. 3. 

«Sərgi açıqdır» sözündən «sərgi bağlıdır» sözünə qədər qəbul edilmiş 

vəziyyətdən  tərpənmək  olmaz.  4.  Oyun  yenidən  təkrar  olunan  zaman 

əvvəlki  şəkli  eyni  oyunçu  təkrar  etməlidir.  5.  Kimin  müdir,  kimin 

tamaşaçı olmasını aparıcılar öz aralarında müəyyən edirlər. 

 

Topu ortadakına 

 

Oyuna hazırlıq: İştirakçılar bir neçə komandaya bölünürlər. Hər 

komanda  ayrılıqda  bir  dairə  təşkil  edir.  Dairələrin  ortasında  aparıcılar 

dururlar. Hər aparıcıya bir voleybol və ya basketbol  topu verilir. 

 Oyunun  gedişi:  Müəllimin  «Başla»  komandası  ilə  aparıcılar 

topu növbə ilə öz yoldaşlarına atırlar. Onlar da növbə ilə topu yenə də 

qaytarırlar. Beləliklə, bütün oyunçulara top atılır. Aparıcı axırıncı topu 

qəbul edən kimi, onu yuxarıya qaldırır, bununla da oyunun qurtardığını 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə