139
Marşla qaçdı-tutdu
Meydançanın qarşı tərəfində, xəttin arxasında iki komanda
cərgəyə düzülür. Komandanın biri cərgə ilə (sıravi addımla) o biri
komandaya tərəf gedir. Marşla gedənlər rəqib komandanın xəttinə 3-5
m qalanda müəllim qəflətən siqnal verir, bu zaman hücum edənlər
qayıdıb, öz xəttinin arxasına qaçırlar, o biri komandanın oyunçuları isə
qovub əllərini onlara toxundururlar. Müəllim toxunulmuş oyunçuları
sayır. Sonra qovan komanda marşla addımlayır, əvvəlcə hücum edən
komanda onları qovur. Oyunu 4-8 dəfə təkrar etmək olar. Digər
komandanın daha çox oyunçusunu tutmuş komanda qalib gəlir.
Qaydalar: 1. Toxunulmuş oyunçular toxunulduqları yerdə
dayanırlar. 2. Qaçanlara xəttin arxasında toxunmaq olmaz.
Bayraqlar uğrunda qaçış
Oynayanlar bərabər sayda iki komandaya bölünürlər. Onların hər
biri oyun meydançasının əks tərəflərində onun sərhədindən 1-2 m aralı
çəkilmiş xəttin arxasında dayanırlar. Meydançanın ortasında həmin
xətlərə paralel çəkilmiş eni 2-3 m ibarət zolaq əmələ gətirən daha iki
xətt çəkilir. Həmin zolaqda şahmat qaydası ilə bayraqlar düzülür.
Hər komanda özünə kapitan seçir. Müəllimin siqnalı üzrə hər iki
komandanın oyunçuları köndələn zolağa tərəf qaçaraq daha çox bayraq
yığmağa çalışırlar. Sonra hər iki komandanın oyunçuları yığdıqları
bayraqlarla birlikdə geriyə, öz xətlərinə qayıdıb cərgəyə düzülürlər.
Kapitanlar öz oyunçularının gətirdikləri bayraqları yığıb sayırlar. Hər
bayrağa görə bir xal verilir. Daha çox bayraq gətirmiş komanda qalib
gəlir.
Qaydalar: 1. Hər oyunçu istədiyi qədər bayraq yığa bilər. 2.
Oyunda yoldaşın yerdən çatdırdığı bayrağı onun əlindən almaq
qadağandır. Qaydaların hər dəfə pozulmasına görə onu pozan
oyunçunun komandasından bir xal çıxılır. 3. Bayraqlar sayıldıqdan
sonra onları orta zolağa, əvvəlki yerinə düzürlər. 4. Komandaların
kapitanları bütün oyunçularla bərabər hüquqda oynayırlar. 5. Bayraqlar
olan mərkəz zolağa qaçmaq olmaz.
140
Qeyd: Oyunçuların arxasında dayandığı xətt ilə mərkəz zolaq
arasındakı məsafə 30-40 metrə qədər ola bilər. 30-40 m məsafəyə
qaçıb-qayıtmanı 3 dəfəyə qədər təkrar etmək olar. Qaçıb-qayıtma
məsafəsi qısa olan meydançada və zalda oyun keçirərkən qaçıb-
qayıtmanın sayının artırmaq olar. Hər dəfə qaçıb-qayıtdıqdan sonra
sıraya düzülməyə, bayraqların sayılmasına və yenidən öz yerinə
qoyulmasına sərf olunan vaxt eyni zamanda oyunçuların istirahətinə
zəmin yaradır. Qaçmaq üçün müxtəlif çıxış vəziyyətləri (dizüstə
dayanmadan, uzanma vəziyyətindən, ayaqüstə durmadan, arxası
mərkəz zolağa tərəf dayanmadan start və s.) müəyyən etmək olar.
Qarşılıqlı estafet
Şagirdlər 2-3-4- komandaya düzülürlər. Sıranın qarşısında
dayanmış oyunçuların ayağının qabağından xətt çəkilir. Komandaların
birinci qaçan oyunçularının hərəsinə estafet ağacı verilir. Estafet 30 x
25 sm lüləşəkilli, hamarlanmış və ucları yumrulaşdırılmış ağacdır.
Estafeti sağ əllə onun aşağı ucundan tuturlar (boş tərəfi yuxarı tutulur) ,
estafeti qəbul edənlər (əks tərəfdəki sırada birinci duranlar) dirsəkdən
azacıq bükülü, sağ qolunu (əlini) qaldırıb, bir qədər onu yana aparırlar.
«Marş» komandası verilən kimi əlində estafet olan oyunçular qaçmağa
başlayırlar. Qaçanlar qarşı tərəfdə dayanmış öz komandalarının başda
dayananlarına qaçıb çatana kimi estafeti onlara ötürürlər və keçib
arxada dayanırlar. Estafeti qəbul edənlər öz növbələrində hərəsi öz
komandasının o tərəfdəki yarısına tərəf qaçıb estafeti ötürürlər, sonra
keçib arxada dayanırlar və i.a. Qaçışı tez qurtaran komanda qalib gəlir.
Qaydalar: 1. Estafeti qəbul edən ancaq estafet ona verilən
zaman start xəttini keçir (qaçmağa başlayır). 2. Estafet sağ əldən
solə lə ötürülür (əks tərəfdəki sıraya qarşı sol tərəfdən, yəni qəbul
edənin sağ tərəfindən qaçmaq lazımdır). 3. Estafeti ötürərkən, qolu
dirsəkdən bir az büküb yana aparmaq lazımdır, əks təqdirdə əzilmək
olar, yaxud estafet əldən düşər. 4. Növbəti oyunçular qaçarkən
daldakılar onların yerini tuturlar, bütün komanda isə qaçışın başlanma
yerinə doğru bir addım yaxınlaşırlar.
141
Hündürlüyə tullanmaqla oyunlar
Addımlayıb – hoppanmaqla qarmaqatdı
Oynayanlar hərəsi 6-8 nəfər olmaqla qruplara bölünürlər. Hər
qrupun aparıcısı ucunda kisəcik olan ipi elə fırlayır ki, kisəcik yerlə
sürünür. Qalan oyunçular isə kisəciyin sürüşdüyü dairədən iki addım
aralı dayanırlar. Kisəcik yaxınlaşanda oyunçu qabağa bir addım atır,
ikinci addımdan yerdən təkan verərək addımlamaqla ipə bağlı kisəciyin
üstündən tullanır, sonra dərhal geriyə, əvvəlki yerinə çəkilir. Kisəciyə
toxunmuş oyunçu aparıcı olur. Hər oyunçu 6-8 dəfə hoppanana qədər
ipi fırladır. Oyunçusu az aparıcı olan qrup qalib gəlir.
Qaydalar: 1. İp kimə yaxınlaşırsa, o, mütləq tullanmalıdır. 2. Hər
yeni aparıcı ipi başqa tərəfə fırlatmalıdır.
İp ayaqların altında
Oynayanlar 3 və ya 4 tək sıraya düzülürlər. Sıralarındakı məsafə
azı 2 m olmalıdır. Sırada birinci dayanandan başqa bütün oyunçular öz
ətraflarına kiçik dairə çəkirlər. Başda dayanan oyunçulara qısa iplər
verilir.
Siqnal verilən kimi birinci oyunçular ipin bir ucunu arxada
dayanmış ikinci oyunçulara verirlər və hər ikisi onu bütün sıranın
ayaqları altından keçirirlər (İp demək olar ki, yerə toxunur), sırada
dayananlar ipin üstündən tullanırlar. Elə ki, sıranı təşkil edən bütün
oyunçular tullandılar: birinci oyunçu sıranın axırında qalır, ikinci isə
qabağa qaçır və ipin ucunu üçüncü oyunçuya verir və ip yenə də
sıradakıların ayağının altından keçirilir. İndi arxada ikinci oyunçu
qalır, üçüncü qabağa qaçıb ipin bir ucunu dördüncüyə verir və i.a.
Bütün oyunçular iplə qaçıb onu sıranın altından keçirənə qədər
oyun davam edir. Elə ki, birinci oyunçu təzədən sıranın qabağında oldu
və ip ona ötürüldü sıra oyunu qurtarır. Oyunçuları ipə az toxunan
komanda qalib gəlir.
Qaydalar: 1. İpin üstündən tullandıqdan sonra hər bir oyunçu bir
dairə irəli keçir. 2. İpi sıradan dayananların ayağı altından keçirənlər
mümkün ola bilən hər cür əzilmələrin və yıxılmaların qarşısını
Dostları ilə paylaş: |