130
«Ovçular» komandasının oyunçuları dairə boyunca düzlənirlər.
«Ördəklər» komandası isə dairənin içərisində sərbəst gəzişir.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «ovçular» topu bir-
birlərinə atıb-tuturlar və orada fürsət düşdükdə topla «ördəklərdən»
vurmağa çalışır. Vurulmuş «ördəklər» oyundan çıxarılırlar. «Ovçular»
bütün «ördəkləri» vurub qurtardıqdan sonra komandalar adlarını və
yerlərini dəyişməklə oyunu davam etdirirlər. Oyunun qalibi vaxtla
müəyyən edilir. Hansı komanda «ördəkləri» daha az vaxt ərzində
vurub dairədən çıxarsa, həmin komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Dərsin sıxlığına, oyunun maraqlılığına
nail olmaq üçün oyunu iki dairə üzrə keçirmək mümkündür. 2. Vaxtın
hesaba alınmasında yaxşı olar ki, saniyə ölçəndən istifadə edilsin. 3.
Oyundan
vurulub-çıxarılan
oyunçulara
müəyyən
tapşırıqlar
verilməlidir ki, onlar boş dayanmasınlar.
Topu vur
(Hədəfə cisim atmaq üçün oyun)
Oyuna hazırlıq: Oyunçular iki komandaya ayrılır və üz-üzə
olmaqla iki cərgəyə düzlənirlər. Cərgələrin arasında 8-10 m məsafə
olur. Meydançanın (zalın) ortasında 1 metr eni olan koridor nişanlanır
və buraya 4 voleybol topu qoyulur. Komandalardan birinin hər
oyunçusuna bir kiçik top verilir.
Oyunun gedişi: Müəllimin işarəsi ilə əllərində kiçik top olan
oyunçular voleybol topunu vurub koridorun «rəqib» komandaya
məxsus hissəsinə çıxarmağa çalışırlar. «Rəqib» komandaya tərəf
çıxarılmış hər top üçün komandaya qələbə xalı verilir. Sonra atılmış
topları digər komandanın oyunçuları yığırlar və bu dəfə onlar voleybol
toplarını vurmağa başlayırlar. Oyun 2-4 dəfə keçirilir. Axırda hansı
komandanın xalı çox olsa, o komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Oyunda hər şagirdə bir kiçik top vermək
üçün müəllim əvvəlcədən hazırlıq görməlidir. Bunun üçün uşaqlara bir
neçə gün əvvəldən tapşırılır ki, keçədən kiçik toplar tikib hazırlasınlar.
131
2. Oyun üçün lazım olan voleybol topları və meydança xətləri də
vaxtında hazırlanmalıdır.
Alpinistlər
(Dırmanmaq üçün oyun)
Oyuna hazırlıq: Meydançanın kənar xətti boyunca müxtəlif
maneələr qoyulur. Şagirdlər 3-4 komandaya ayrılır və hər komanda
özünə bir kapitan seçir.
Oyunun gedişi: Müəllimin göstərişi ilə komandalar (kapitan
qabaqda olur) sıra ilə maneələr olan xətt boyunca hərəkət edirlər. Onlar
bir ucu gimnastika divarına qoyulmuş skamya ilə yuxarıya qalxırlar,
tirin üzərindən aşır, yaxud altından sürünüb keçir, daşların (yerdə təsvir
edilmiş) üzəri ilə addımlayırlar. Onlar «dağ çayından» keçir,
gimnastika skamyasını (xəndəyin üzərində olan körpünü xatırladan)
üzərindən addımlayırlar və s. Komandalar növbə ilə hərəkət edir,
müəllim nəticələri qeydə alır.Maneələrdən düzgün keçə bilməyən
komandalara cərimə xalı verilir. Axırda öz cərimə xalı olan komanda
qalib gəlir.
Metodik göstərişlər: 1. Bu oyunu idman meydançasında
keçirmək olar. Meydançada keçirildikdə maneələrin üzərindən
keçmək, dırmanmaq, aşmaq və s. kimi maneələr düzəldilə bilər. 2.
Oyunu idarə etmək üçün müəllim köməkçi-şagiirdlər də ayırmalıdır
(Hər bir oyunçunun hərəkətinə nəzarət etmək, cərimə xallarını
müəyyənləşdirmək və s. məsələlər üçün).
İp üzərindən hündürlüyə tullanmaq və qaçaraq zolaq
üzərindən uzunluğa tullanmaqla
estafet
(Hündürlüyə və uzunluğa tullanmaq üçün oyun)
Oyuna hazırlıq: Oyunçular 2-4 bərabər komandalara ayrılır və
meydançanın baş tərəfindən çəkilmiş start xəttinin arxasında sıra ilə
dayanırlar. Start xəttindən 6-10 m qabaqda başqa xətt çəkilir və bu
xəttin üzərində hər komanda üçün iki nəfər 60-80 sm hündürlükdə ip
132
tuturlar. İpdən 7-12 m qabaqda isə hər komanda üçün 1,5 m eni olan
bir sahə nişanlanır (Uzunluğa tullanmaq üçün).
Oyunun gedişi: Müəllimin «marş» komandası ilə hər sıradan
birinci oyunçular ipə qədər qaçır, ipin üzərindən tullanır, uzunluğa
tullanma sahəsinə (zolağına) çatıb təkanla onun üzərindən tullanıb
geriyə qayıdırlar və növbədə dayanmış yoldaşlarının əlinə toxunub
sıranın arxasına keçirlər. Növbəti oyunçular da oyunu bu cür davam
etdirirlər. Növbə yenidən gəlib birinci qaçanlara çatdıqda onlar əllərini
(dəsmalı) yuxarı qaldırmaqla qurtardıqlarını bildirirlər. Bunu birinci
etmiş komandaya qələbə xalı verilir və oyun yenidən başlanır. Axırda
daha çox qələbə xalı olan komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Uzunluğa tullanmaq üçün sahə (zolaq)
qismən yumşaq olmalıdır. 2. İpin üzərindən tullanarkən ona toxunmuş
uzunluq sahəsini tapdalamış oyunçulara görə komandaya cərimə xalı
verili rvə axırda nəzərə alınır.
Qaçışla estafet
(Qaçış üçün oyun)
Oyuna hazırlıq: Oyunçular 2-4 komandalara ayrılır və
meydançanın bir başında çəkilmiş ümumi start xəttinin arxasında sıra
ilə dayanırlar. Hər komanda özünə bir kapitan seçir. Kapitanlar sıranın
əvvəlində dayanırlar. Meydançanın digər başında (20-40 m aralıda) hər
komanda üçün bir dayaq qoyulur. Kapitanların əllərində bayraq və ya
estafet ağacı olur.
Oyunun gedişi: Müəllimin «Diqqət», «Marş» komandası ilə
kapitanlar öz dayaqlarına doğru qaçırlar və onun ətrafında dolanıb
geriyə qayıdırlar, bayrağı irəlidə dayanmış növbəti yoldaşlarına
ötürürlər. Bayrağı almış oyunçular həmiin qayda ilə irəliyə qaçırlar,
bayrağı vermiş oyunçular isə keçib sıranın arxasında dururlar. Bayraq
yenidən kapitana çatana kimi o oyunun qurtarmasını bildirmək üçün
onu yuxarıya qaldırır. Bunu daha tez edən komandaya qələbə xalı
verilir. Sonra isə oyun yeniədən davam edir. Axırda qələbə xalı çox,
cərimə xalı isə az olan komanda qalib gəlir.
Metodik göstərişlər: 1. Oyunu 2-3 dəfə təkrar keçirmək olar. 2.
Oyun başlanan kimi «Marş» komandası almadan kapttanlara qaçmaq
və yoldaş gələnə qədər start xəttindən qabağa çıxmağa icazə verilmir.
Dostları ilə paylaş: |