B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə38/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   34   35   36   37   38   39   40   41   ...   131

 

112 


qaçana qədər oyun davam edir, hər növbəti qaçışdan sonra gözətçi ilə 

tula rollarını dəyişirlər. Oyunda bir dəfə də olsun tutulmayanlar ən cəld 

dovşanlar hesab olunurlar. 

Metodik  göstərişlər:  I.  Müəllim  «tula»  əvəzinə  başqa  söz, 

«Aslan»  və  s.  kimi  sözlər  işlədə  bilər.  2.  Hoppanma  ipləri  elə 

tutulmalıdır ki, uşaqların ayaqları iplərə ilişməsin. 

 

 

 

Qurd dərədə 

 

 

Oyuna  hazırlıq:  Meydançanın  mərkəzində  bir-birindən  60-70 

sm. aralı iki paralel xətt çəkilir. Xətlərin arasındakı sahə xəndək sayılır. 

Xəndəkdə  bir,  ya  da  iki  nəfər  aparıcı  –  «qurdlar»  dayanır. 

Meydançanın hər iki başında qarşı xəttə paralel xətlər çəkilir. Beləliklə 

bir  başda  «keçi  damı»,  o  biri  başda  mühafizə  sahəsi  alınır.  Oyunçu- 

keçilər hamısı keçi damında dayanırlar. 



  Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  keçilər  damdan  çıxıb 

xəndəyə  tərəf  qaçırlar  və  xəndəyin  üzərindən  tullanıb  qarşıdakı 

mühafizə sahəsinə keçməyə çalışırlar. Bu vaxt qurd xəndəkdən çıxmaq 

şərti  ilə  xəndəyin  üzərindən  tullanıb  keçən  keçilərdən  tutmağa 

(toxunmağa) çalışır. Hər qaçışdan sonra tutulanlar sayılıb hesaba alınır 

və oyun yenidən başlanır. Oyun müəyyən vaxt ərzində keçirilir. Axırda 

qurd tərəfindən heç tutulmamış oyunçular qalib sayılırlar. 

Metodik  göstərişlər:  hər  iki  –  üç  qaçışdan  sonra  aparıcıları 

dəyişmək lazımdır. 

 

 

Kim uzağa atar? 



 

Oyuna  hazırlıq:  Sinif  şagirdləri  3  komandaya  bölünür.  Onlar 

meydançanın müxtəlif tərəfində cərgə ilə dayanırlar.  

Meydançanın  bir qısa  tərəfində top atmaq  üçün  xətt çəkilir.  Bu 

xətdən  3  m  qabaqda  isə  bir  nəzarət  xətti,  onun  üzərində  isə  2,5  m 

hündürlüyündə  ip  çəkilir.  İpin  yaxşı  görünməsi  üçün  ondan  kiçik 

lentlər  asılır.  Nəzarət  xəttindən  qabaqda  isə  yenə  də  5  xətt  çəkilir. 

Əvvəlki xətlərin arasında olan sahə 3 m olur. 



 

113 


 Atma  xəttinin  arxasında  dayanan  oyunçuların  hərəsinə  içərisi 

qumla  doldurulmuş  iki  kisə  verilir.  Kisənin  ölçüsü  8x12  sm,  çəkisi 

200-250 q. olmalıdır. 

  Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  oyunçular  növbə  ilə 

kisələri  ipin  üzərindən  atmaq  şərti  ilə  mümkün  qədər  uzağa  atmağa 

çalışırlar. Nəticələr qeydə alınır. Kisəni V sahəyə atan oyunçu 5 xal, IV 

sahəyə atan oyunçu dörd xal, I sahəyə atan isə bir xal qazanır. 

Atılmış  kisələri  növbəti  komanda  toplayır  və  onlar  atma  xətti 

arxasına keçib həmin qayda ilə oyunu davam etdirirlər. 

 Axırda daha çox xal qazanmış komanda qalib sayılır. 



 Metodik  göstəriş:  Oyun  üçün  lazım  olan  kisələri  əvvəlcədən 

hazırlamaq lazımdır. 

 

 

 



 

Düz hədəf at! 

 

Oyuna  hazırlıq:  Şagirdlər  iki  komandaya  ayrılıb  meydançanın 

qarşı  tərəflərində  bir-birindən  10-12  m  aralıda  üz-üzə  cərgə  ilə 

dayanırlar.  Meydançanın  mərkəzindən  bir  xətt  çəkilir  və  bu  xəttin 

kənarlarında 10 şəhərcik qurulur (yaxud qumbara, toppuz qoyulur). Bu 

komandanın oyunçularının hərəsinə bir kiçik top verilir. 

Oyunun  gedişi:  Müəllimin  işarəsi  ilə  əllərində  top  olan 

komandanın  oyunçuları  hamısı  eyni  vaxtda  topları  düz  şəhərciklərə 

atmaqla  onları  vurub  yıxmağa  çalışırlar.  Vurulmuş,  yıxılmış 

şəhərcikləri bərpa edib yenidən qururlar. 

Digər  komandanın  oyunçuları  atılmış  topları  yığıb,  öz 

növbəsində,  onlar  da  şəhərcikləri  vurmağa  çalışırlar. Beləliklə,  növbə 

ilə  komandalar  hərəsi  4  dəfə  hərəkəti  yerinə  yetiriblər.  Vurulmuş 

şəhərciklərin  hesabı  aparılır.  Axırda  4  dəfə  atmadan  sonra,  hansı 

komanda daha çox şəhərcik yıxmış olarsa, həmin komanda qalib gəlir. 

Metodik  göstərişlər:  1.  Şəhərcik  qurmaq  üçün  ağacları  və  atma 

üçün lazım olan kiçik topları əvvəlcədən uşaqların özlərinə hazırlatmaq 

olar.  2.  Topları  adi  keçə  parçadan,  əskidən  və  s.  hazırlamaq  olar.  3. 

Oyunda  qarışıqlıq  düşməmək  üçün  kimin  atdığı  topu  kim  götürməli 

olduğunu müəllim əvvəlcədən tapşırmalıdır. 

 



 

114 


 

Zolaqlar üzərindən hoppanma 

 

Oyuna hazırlıq: Meydançada xətlərlə (iplərlə) koridor düzəldilir. 

Koridorun  eni  2,5  m  olur.  Bunu  ensiz  30  sm  və  enli  50  sm  zolaqlara 

ayırırlar.  Cəmi  6-7  zolaq  olur.  Enli  zolaqlardan  təkan  verirlər,  ensiz 

zolaqlar üzərindən isə hoppanırlar. Sinif şagirləri cərgə ilə düzülür. 



Oyunun gedişi: Müəllimin işarəsi ilə hər bir komandanın birinci 

oyunçusu gəlib koridorun axırında dayanır.  

«Başla»  komandası  ilə  hər  üç  oyunçu  cüt  ayaqlarla  ensiz  zolaqların 

üzərindən  hoppanmağa  başlayırlar.  Onlar  ensiz  zolaqların  üzərindən 

hoppanıb enli zolaqlara düşməməlidirlər. 

Hansı oyunçu 6-8 dəfə düzgün hoppansa (dar zolaqları basmasa) 

öz komandasına bir xal qazandırmış olur. 

Bu  qayda  ilə  nömrəlilər  və  eləcə  də  bütün  başqa  oyunçular 

hoppanırlar. 

Axırda daha çox xal qazanmış komanda qalib gəlir. 



Metodik  göstərişlər:  I.  Dərsin  səmərəliliyini  artırmaq  üçün 

oyunu  bir  və  iki  koridorda  keçirtmək  olar.  Bu  zaman  müəllim  özünə 

köməkçi  şagirdlər  ayırmalıdır.  2.  Hoppanan  zaman  dar  zolağı  basmış 

oyunçu  oyunu  davam  etdirir,  lakin  komandaya  xal  qazandırmır.  3. 

Hoppanmaların sürəti nəzərə alınmır. 

Oyunun  başqa  variantları:  Meydançada  30  sm  enində  3  zolaq 

çəkilir. Zolaqlar bir-birindən 40-50 sm aralı olur. Birinci zolaqdan 40-

50  sm  aralı  bir  start  xətti  çəkilir.  Üç  komanda  təşkil  edilir  və 

komandalar zolaqların ətrafında cərgə ilə dayanırlar. Müəllimin işarəsi 

ilə birinci oyunçular (hər komandadan bir nəfər) gəlib start xəttindən 5 

m aralı dayanır. «Marş» komandası ilə onlar qaçırlar, start xəttində bir 

ayaqları  ilə  təkan  vurub  birinci  zolağın  üzərinə  düşürlər.  Qalan 

oyunçular da bu cür tullanırlar. 

Sonra  oyunçular  daha  iki  dəfə  qaçmaqla  ikinci  və  üçüncü 

zolaqlara  tullanırlar.  İkinci  zolağın  üzərinə  düşmüş  oyunçu  iki  xal, 

üçüncüyə düşmüş üç xal qazanır. 

Daha çox xal qazanmış komanda qalib sayılır. 



Qaydalar:  I.  Start  xəttindən  kənarda  təkan  vurmuş  oyunçu 

zolağın üzərinə düzgün düşsə də, ona xal verilmir. 2. Tullanmanı təkrar 

etməyə icazə verilmir. 

 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə